Ardını oxu...
Bir neçə saatdan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə sözügedən ərazidəki erməni separatçı dəstəsi məlumat yayıb.

Bildirilib ki. dünəndən bərpa edilən qaz nəqli bu gün günorta saatlarında dayandırılıb. Şəbəkəyə yığılan qaz isə yanacaqdoldurma məntəqələrinə ötürülür. Bir neçə saatdan sonra bu qaz da bitəcək.

Qeyd edək ki, Ermənistandan Qarabağa qanunsuz ötürülən qaz nəqli ötən gün bərpa edilmişdi.

Ardını oxu...
Dünən – iyulun 6-da Azərbaycan Respublikasının Rusiyanın müvəqqəti(!) nəzarətində qalan ərazisində elə həmin işğalçı ölkə tərəfindən bəslənən, onun ordusu tərəfindən qorunan separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan qondarma "deputat"larıyla iclas çağırıb və bildirib ki, Bakı ilə dialoqa hazırdır. Amma bir şərtlə...

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, “Hraparak”ın Xankəndindəki mənbələrinə istinadla yaydığı məlumata görə həmin şərt Rusiyanın Azərbaycanla separatçı-terrorçu(!) rejim arasında vasitəçi rolunu öz üzərinə götürməsindən ibarətdir.

“Başqa sözlə, ABŞ-ın vasitəçiliyi rədd edilir, çünki onlar sırf Artsaxı inteqrasiyaya sövq edirlər və ruslarla bundan yayınmaq şansı hələ də var... Araik Arutyunyanın Putinə məktubunu nəzərə alsaq, Bakı ilə danışıqların Rusiya Federasiyasının vasitəçiliyi ilə aparılacağı istisna edilmir”- Ermənistan nəşri belə yazır.
Ardını oxu...
Azərbaycanın tarixi ərazisinin bölünməsi böyük dövlətlərin türk dünyasını parçalamaq planlarının tərkib hissəsi olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin Yutub səhifəsində yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ən optimal yol Ermənistandan keçdiyinə görə, beynəlxalq hüquq təcrübəsinə əsasən, bu ölkənin Zəngəzur dəhlizinin qurulmasına qarşı çıxmağa ixtiyarı yoxdur.

Odur ki, Zəngəzur dəhlizi qaçılmaz tarixi reallıqdır.

Daha ətraflı videomaterialı təqdim edirik:

 
Amerikanın gözlənilən bəyanatı və Araik üçün “dar ağacı”
Xankəndi məsuliyyət məsələsini necə həll edəcək
Xankəndinin gündəliyi Bakı ilə danışıqlardır. Bir müddət əvvəl “heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını” bəyan edən qondarma qurum “rəhbərləri” indi başqa əhvaldadırlar. Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyasının qaçılmaz olduğunu anlayan separatçılar artıq ritorikanı dəyişib, Bakı ilə təmaslar üçün şərtləri müzakirə edirlər. Xankəndinin mövqeyindəki bu dəyişiklik bir yandan, əlbəttə, Azərbaycanın haqlı və güclü mövqeyinin nəticəsidirsə, digər tərəfdən Azərbaycan və Ermənistan liderlərinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında bəyanatları ilə şərtlənir.
Separatçıların lideri Arayik Arutyunyan dünən qondarma parlamentin iclasında çıxışı zamanı bildirib ki, danışıqlara başlamaq üçün Bakı “müdafiə ordusu”nun buraxılmasını tələb edir. “Onlar bizə qaz və işıq verməyə hazırdırlar, lakin bunun üçün biz Bakıya getməliyik. Sual yaranır: Bakıya niyə getməməliyik? Çünki Bakı bu gün bizimlə yalnız bir mövzunu – inteqrasiyanı müzakirə edir. Müxalifət deyir gedək, danışaq, inandıraq… Mən iki il çalışdım. Kimsə düşünə bilər ki, pis danışıqçıyam, amma son vaxtlar danışıqları mən aparmıram, yenə də nəticə yoxdur.

Azərbaycan bizə deyir: danışıqlara başlamaq üçün ilk şərt müdafiə ordusunun buraxılmasıdır. Yaxşı, ordunu dağıdaq, danışıqlara gedək. Ardıcıllıq isə belə olacaq: ordu buraxılsın, dövlət idarə sistemi ləğv edilsin, yerli seçkilər mexanizmi yaradılsın, bundan sonra qaz, işıq verilsin və insanlarımıza Azərbaycan vətəndaşı kimi yol ilə gediş-gəlişə icazə verilsin”.

Arutyunyanın dedikləri prosesin hansı mərhələdə olduğunu aydın şəkildə göstərir. Separatçı qurumun “rəhbərliyi” perspektivin onlar üçün arzuolunan olmadığını artıq anlayıb və məsuliyyət məsələsini müəyyənləşdirmək üçün daxili təlatümlər başlayıb.

Araikin dediyi həmin “müxalifət” də bəllidir. Keçmiş “Qarabağ ordusunun komandanı” və “Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan Bakı ilə Xankəndi arasında birbaşa dialoqun başlanmasının zəruriliyini bəyan edib. Bu həmin Babayandır ki, 44 günlük müharibədən dərhal sonra, 9 noyabr bəyanatına etiraz əlaməti olaraq, tutduğu “Təhlükəsizlik Şurasının katibi” postundan istefa vermiş və “Arsax qəhrəmanı” adından imtina etmişdi. Dərhal sonra isə İrəvanda Paşinyanın devrilməsi üçün revanşistlər tərəfindən başladılan etiraz aksiyalarına qoşulmuşdu. Babayanın revanşistlərə qoşulmasında qeyri-adi heç nə yoxdur, çünki onun özü həmin qüvvələrin ən fəal üzvlərindən biridir. Birinci Qarabağ müharibəsində xüsusilə Laçın yolunun tutulması və Şuşann işğalında ciddi iştirakı olub. 1993-cü ildə Serj Sarkisyan Ermənistanın müdafiə naziri təyin olunduqdan dərhal sonra Babayan “Arsax müdafiə ordusunun komandanı” oldu. Yəni, Azərbaycan torpaqlarının isalında bunca ciddi rol oynamış və 30 il ərzində həmin mövqeyini qoruyub saxlamış birinin bu gün Bakı ilə birbaşa danışıqlara çağırması düşündürücüdür. Səbəb, yuxarıda qeyd etdiyimiz “məsuliyyət məsələsi” ola bilər. Vəziyyətin çıxılmaz olduğunu anlayan və inteqrasiya perspektivinin real olduğunu görən revanşist qüvvələr Araiki, onların təbirincə, “dar ağacı”na itələyirlər. Araik Arutyunyan isə “mən danışıqların tərəfdarı deyiləm, amma baxın, vəziyyət bu cürdür və bundan da ağır olacaq” ritorikası ilə əhalini qarşıdakı hadisələrə hazırlayır. Onun son çıxışı və Rusiya prezidentinə yazdığı, hələlik mətni gizli qalan məktubu də bu “müqavimət görüntüsü”nü yaratmaq üçündür – yəni, “mən əlimdən gələn hər şeyi etdim”. Yeri gəlmişkən, sosial şəbəkələrin erməni seqmentində bəziləri Araikin bu addımını “onsuz da qaçacaq, qalan ömrünü Rusiyada, yaxud Fransada qəhrəman kimi yaşamaq istəyir” sözləri ilə şərh edirlər.

Və ən maraqlı fakt. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn maraqlı bir açıqlama verib. Səfir bildirib ki, ABŞ Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan daxilində təmin ediləcəyinə inanır: “Biz bunun mümkün olacağına inanırıq və ümid edirik. Hesab edirik ki, bunun üçün bütün tərəflər birgə səy göstərməlidir. ABŞ hesab edir ki, bu, düzgün yanaşmadır və bütün tərəfləri (Qarabağda yaşayanların) hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etməyə çağırır. Bunu bütün tərəflər deyib, indi bunun düzgün yolunu tapmaq qalır”, – o, Ermənistanın İctimai telekanalına müsahibəsində bildirib.

İlk dəfədir ki, ABŞ rəsmisi açıq şəkildə Qarabağın Azərbaycanın tərkibində qalacağını, indi müzakirənin yalnız oranın erməni əhalisinin necə yaşayacağı barədə getdiyini deyir. Özü də bunu söyləyən Amerikada, yaxud Azərbaycanda işləyən bir diplomat deyil, İrəvanda səfir olan bir şəxsdir. Bu, həm Ermənistanın, həm də qondarma və separatçı qurumun liderləri üçün kifayət qədər ciddi mesajdır. Əslində prosesin bu istiqamətdə getdiyini son iki ildə ABŞ da, Ermənistan da, Azərbaycan də bilirdi, lakin rəhbərlər və diplomatlar səviyyəsində. İctimaiyyətin və medianın diqqətinə rəsmi mənbədən ilk dəfədir səslənir.

Beləliklə, haqlı və güclü Azərbaycan üçün şərtlərin ən optimalını diktə etmək və sülhün ən sərfəlisinə nail olmaq məqamıdır. Dövlət, diplomatiyamız bu məqamdan necə yararlanacaq – inanaq ki, ən yaxşı şəkildə. Və gözləyək…

Qabil Abbasoğlu
Pressklub.az
 
 
 
Rusiya sülhməramlılarının daha bir təxribatı ortaya çıxıb.

Onlar sülhməramlı adı ilə Kazandan erməni ailəni gətirib Qarabağda müvəqqəti məsuliyyət zonasında yerləşdiriblər.

Artıq ailə anti-Azərbaycan tədbirlərində aktiv iştirak edir.

Bu ailə Qarabağ iqtisadi rayonunun rusiyalı sülhməramlıların müvəqqəti məsuliyyət zonasına 2020-ci ildən sonra, yəni Vətən müharibəsindən sonra Rusiyadan gətirilərək yerləşdirilib.

Tatyana Babayan fevralın 26-da, yəni Xocalı faciəsinin ildönümü günü təşkil edilən, xristianların bayramı Maslenitsada iştirak edib.

Maraqlıdır görəsən, sülhməramlılar bu qeyri-qanuni fəaliyyətləri ilə bağlı Azərbaycana nə cavab verəcəklər?

 
Ardını oxu...
Mayın 30-da Bratislavada keçirilən tədbir zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağda ölkəsinin silahlı qüvvələrinin hərbi qulluqçularının olmadığını bəyan edib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, iyunun 27-də ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi “Qisas 2” əməliyyatı zamanı 5 terrorçu zərərsizləşdirilib və tezliklə Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.

Bu azmış kimi Nazirlik Azərbaycana həmin hərbçilərin cəsədlərini qaytarmaq xahişi ilə müraciət edib və tərəfimizdən humanz əlaməti olaraq erməni döyüşçülərin meyitləri ölkələrinə geri göndərilib.

“Əgər Ermənistan rəhbərliyi bütün dünyanı öz sülhsevərliyinə və Azərbaycan torpağında onlara məxsus həbçilərin olmamasına inanadırmağa çalışırsa, bəs ordumuzun Qarabağda məhv etdiyi terrorçular arasında Ermənistan MN-nin əsgərlərinin nə işi var?”, - videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 
 
 
Ardını oxu...
“Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”

“Mən hazırda Azərbaycan tərəfindən ciddi eskalasiya gözləmirəm. Son iki ildə gördüyümüz kimi onların seçdiyi taktikanı “məcburetmə diplomatiyası” adlandırmaq olar. Bu, həm gücdən, həm də diplomatiyadan istifadədir. Bu o deməkdir ki, biz bəzən eskalasiyanın şahidi oluruq, amma bu, danışıqlar davam etdikcə tammiqyaslı müharibə həddinə çatmır”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Carnegie” Fondunun Qarabağ münaqişəsi üzrə aparıcı eksperti Tomas de Vaal Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqlarını “Azadlıq” radiosunun erməni xidmətinə şərh edərkən deyib.

Qarabağın erməni əhalisinin gələcəyi ilə bağlı suala cavab verən ekspert deyib ki, hazırda Bakı və İrəvan arasında yalnız ikitərəfli sülh sazişinin müzakirəsi gedir: “Aydındır ki, indiki Ermənistan hökuməti bundan əvvəlki hökumətlərdən xeyli irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bunu aşkar beynəlxalq təzyiq altında edir. Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”.

Tomas de Vaal deyib ki, Qarabağ erməniləri hazırda Rusiya sülhməramlılarından məyusdurlar, amma heç kimdənsə rusların orada olmasının daha yaxşı olduğunu bilirlər: “Düşünürəm ki, bu barədə pərdə arxasında bizim görmədiyimiz hansısa danışıqlar gedir”.

Ekspert bildirib ki, Qarabağda qalan ermənilərin gələcəyinə dair onların özündə də məsələyə yanaşma birmənalı deyil: “Biz Qarabağın daxilində müxtəlif adamlardan müxtəlif cavablar eşidirik. Əminəm ki, siz bu sualı Vitali Balasanyandan və Samvel Babayandan soruşsanız, fərqli cavablar alardınız. Əminəm ki, Ruben Vardanyan deyərdi: “Biz Rusiya sülhməramlıları ilə danışmalıyıq”. Amma Samvel Babayan deyərdi ki, “biz azərbaycanlılarla sövdələşməyə gedə bilərik”.

Jurnalistin mümkün beynəlxalq mexanizmlər barədə sualına politoloq belə cavab verib: “2020-ci il müharibəsindən sonra problem bundan ibarətdir ki, Azərbaycan hərbi, siyasi və coğrafi mənada hegemon mövqeyə malikdir. Onlar Qarabağ ətrafındakı ərazilərə tam nəzarət edirlər. Onlar şərtləri diqtə edən mövqedədirlər. Ona görə də düşünürəm ki, qərar qismən Bakıda, qismən Moskvada, qismən Qərb paytaxtlarında və yalnız ən son növbədə İrəvanda qəbul ediləcək”.

Tomas de Vaal Qarabağda mümkün beynəlxalq sülhməramlı missiya barədə Ermənistandan səslənən nikbin proqnozlarla bağlı deyib: “Bu ssenarilərdən biridir. Amma biz Azərbaycan rəhbərliyinin ardıcıl olaraq dediyinə diqqət versək, başa düşərik ki, onlar Rusiya sülhməramlılarının çıxıb getməsini və onları heç kimin əvəzləməməsini istəyirlər. Həm də biz Qərb liderlərinin heç birindən bura sülhməramlı missiya göndərmək söhbətini eşitməmişik. Mənim fikrimcə, bu stabilləşdirici variant olardı. Azərbaycan belə bir sülhməramlı missiyanı, deyək ki, 5 və ya 10 il müddətinə qəbul etsəydi, bu vəziyyəti sabitləşdirərdi. Amma görünən budur ki, Bakıdan eşitdiyimiz bu deyil”.

Ekspertin firkincə, Bakı tələsmək lazım olduğunu hiss edir: “Onlar hiss edirlər ki, beynəlxalq situasiya onların xeyrinə inkişaf edir, çünki Rusiya zəifdir, onun diqqəti başqa yerdədir, şərtlərini diqtə edə bilmir”.

Tomas de Vaal xatırladıb ki, Ərdoğan yenidən prezident seçilib, avropalılar Bakı ilə qaz barədə danışıqlar aparırlar: “Amma bu, əbədi belə olmayacaq, çünki Avropa karbohidrogen energetikasından imtina etmək niyyətindədir. Ona görə də Bakıda hiss edirlər ki, onlar üçün bir və ya iki illik açıq pəncərə var və onlar kifayət qədər yaxşı nəticə əldə edə bilərlər. Vaşinqton və Brüssel Prezident Əliyevə mesaj veriblər ki, Qarabağda aşırı gücdən istifadə etməsin. Orada məhdud güc tətbiq edilməsinin bir səbəbi də budur. Prezident Əliyev də Laçın yolundan və sairdən istifadə etməklə Qarabağ ermənilərini sıxmağa çalışır”.

“Rusiya sülhməramlıları Qarabağda qalan erməniləri niyə müdafiə etmirlər” sualına cavab verən politoloq deyib ki, sülhməramlı kontingentin sayı 2020-ci ildən bəri azalmasa da, missiyanın keyfiyyəti azalıb: “Bir çox yüksək rütbəli zabitlər Ukraynaya göndəriliblər. Qarabağdan belə xəbərlər də gəlir ki, sülhməramlılar blokadadan, başqa münaqişə zonalarında olduğu kimi aşkar biznes məqsədləri üçün istifadə edirlər. Onlar ərzaq və başqa malları gətirir və Qarabağ ərazisində qalan ermənilərə daha baha qiymətlərə satırlar. Bu çox xoşagəlməzdir. Amma məncə Prezident Putini indi başqa məsələlər, o cümlədən şəxsən özünün salamat qalması narahat edir”.

Tomas de Vaal Rusiya sülhməramlı missiyasının gələcəyinə dair də fikrini bildirib: “Düşünürəm ki, hazırda nə Bakıda, nə də Moskvada Rusiya sülhməramlılarının çıxarılması təşəbbüsü yoxdur. Böyük bir ehtimalla, Azərbaycan 2025-ci ilin mayında Rusiya sülhməramlı missiyasının uzadılmasına veto qoyacaq ki, onlar 2025-ci ilin noyabrında çıxıb getsinlər. Amma, əlbəttə, o vaxtadək çox hadisələr ola bilər”.
 
 
 
Ardını oxu...
"Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir".

"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.

O bildirib ki, məqsədlər hər zaman fərqli olur: "Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır".

E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.

O söyləyib ki, 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır.

"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ, düzgün və kreativ qərar verə bilən kadrlar lazımdır. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək", - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
 
Ardını oxu...
Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni hərbi birləşmələri növbəti təxribata əl atıb. Bu, əslində hər an hərbi toqquşmanın olması üçün qaçılmaz bir haldır. Çünki heç bir ölkə ərazisində özünü “dövlət” adlandıran separatçı, terrorçu qurumun olmasını qəbul edə bilməz. Təxribatların baş verməsi də məhz bu reallıqdan qaynaqlanır.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, bütün bunlara birdəfəlik son qoymaq üçün Ermənistana məxsus silahlı qüvvələr və separatçı rejimin tör-töküntüləri ərazidən dərhal çıxarılmalıdır:

“Burada terrorçulara yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı da konkret addım atılmalıdır. Bu qüvvələrin Azərbaycan ərazisində olduğu müddətdə burada sabitlikdən söhbət gedə bilməz”.

Millət vəkilinə görə, bu qüvvələrin sülh və ya danışıqlar yolu ilə bölgədən çıxarılması mümkün olmayacaq:

“Həmçinin Rusiya ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların müsbət nəticə verməsinə imkan yaratmayacaq. Moskva hər vəchlə bunun qarşısını alacaq. Çünki bölgədə münaqişə ocağının olması Rusiya üçün lazımdır”.

Elman Məmmədov bildirib ki, hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir:

“Eyni zamanda rus sülhməramlıları öz hərbi imkanları ilə separatçıllara maksimum dəstək verir. Fakt odur ki, bu gün Rusiya separatçıların mövcudluğu üçün hər şeyi edir. Avropanın da yanaşması bu məsələdə konkret nəticə əldə etməyə imkan vermir. Onlar da sadəcə olaraq Ermənistana vaxt qazandırmaqla məşğuldur”.

Deputat hesab edir ki, Azərbaycan bütün bunları nəzərə alıb güc yolu ilə öz ərazilərini separatçı və terrorçulardan təmizləməlidir:

“Kimlərsə buna qarşı çıxacaqsa onlara da cavab verilməlidir. Bu olmasa Qarabağda növbəti müharibənin başlanması qaçılmaz olacaq”.
 
Ardını oxu...
Azərbaycanın Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bütün bunlar bir daha sübut edir ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Məhz həmin səbəbdən qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi vacibdir.

***
Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

"Caliber.az" isə xəbər verir ki, məhv edilən erməni hərbçilərin sayı 5-ə çatıb.

 
 
 

Dünyapress TV

Xəbər lenti