Ardını oxu...
Bütün beynəlxalq mexanizmlər, təzyiq vasitələri Azərbaycanı Laçın yolunu açmağa məcbur edə bilmədi. 16 avqustda BMT Təhlükəsizlik Şurasında Ermənistanın tələbi üzrə baş tutan nəticəsiz toplantı bu məqsəd uğurunda mübarizənin kulminasiyası idi. Erməni isteblişmentində dərin məyusluq, həmçinin vurnuxma var, bunu onların mediasında və sosial şəbəkələrin Ermənistan seqmentində aydın görmək olur.

Şübhəsiz, Qarabağdakı hərbi xunta, Ermənistan hakimiyyəti və onların mövqeyinə fəal dəstək verən beynəlxalq çevrələr vəziyyətdən çıxış yolu haqda düşünürlər. Məşhur deyimdə olduğu kimi, ən çıxılmaz hesab olunan problemdən ən azı iki çıxış yolu var, sadəcə, düşünmək lazımdır. Bu baxımdan, erməni cameəsi də istisna deyil. Amma onlar hansı yolu seçəcəklər, bu zaman regiondakı reallıqları nəzərə alacaqlar, yoxsa iki əsrə dayanan erməni hikkəsinin əsrinə çevrilməkdə davam edəcəklər, bunu yaxın zaman göstərəcək.

Reallıq belədir:

BMT TŞ iclasından heç bir qətnamə, bəyanat, yazılı açıqlama olmaması göstərdi ki, Azərbaycanın mövqeyi haqlıdır, habelə beynəlxalq münasibətlərdəki hazırki status-kvo rəsmi Bakıya qarşı sərt təzyiq siyasəti formalaşdırmağa imkan vermir;

Ermənistanın müttəfiqi, Qarabağda işğalı mayalandıran və dəstəkləyən Rusiya imperiyası ağır günlərini yaşayır, Ukraynadakı fəlakətli müharibədən necə çıxacağı qeyri-müəyyəndir. Kremlin əvvəlki resursları azalıb, qarşısında güclənən Türkiyə-Azərbaycan tandemi var, onlarla hesablaşmaq məcburiyyətindədir;

2018-ci ildə Ermənistanda baş vermiş məxməri inqilab nəticəsində iqtidara gələn Nikol Paşinyan komandası müharibədəki biabırçı məğlubiyyətdən sonra vəziyyəti obyektiv qiymətləndirib, ölkəni dalandan çıxarmağa çalışır. Amma Rusiyanın təzyiqləri, Ermənistanın daxilində onun dəstəklədiyi radikal millətçi qruplar ona problemlər yaradır. Paşinyanın siyasətinin mahiyyətini bugünkü çıxışı dəqiq ifadə edib. Baş nazir Müstəqillik Bəyannaməsinin qəbulunun 33-cü ildönümü ilə bağlı xalqa müraciətində sözügedən sənədi sərt tənqid edib. Xatırladaq ki, Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları da yer alırdı. Sitat: “2020-ci il müharibəsindən əvvəl, xüsusi ilə də sonra Bəyannamənin mətnini dəfələrlə, təkrar-təkrar oxudum. Etiraf etməliyəm ki, müharibədən sonrakı təəssüratlarım müharibədən əvvəlkindən bir qədər fərqli idi. Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz nəticədə Ermənistanı Sovet İttifaqının bir hissəsi edən düstura əsaslanan diskurs və məzmun seçmişik: bu, regional mühitlə qarşıdurma diskursudur ki, bu, bizi qonşularla daima münaqişədə saxlayır. …Hökumətimizin qəbul etdiyi sülh gündəliyi müstəqilliyin gündəmidir, çünki biz sülh yolunda olsaq, müstəqilliyimiz də olacaq. Sülh olana qədər SSRİ-nin ruhu bizim və regionumuzun səmasında dolaşacaq. Mən müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm. Ermənistan Respublikasının vətəndaşları da müstəqilliyi, suverenliyi, demokratiyanı seçirlər…”

Beləliklə, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağı, Türkiyə ilə münasibətləri normallaşdırmağı Ermənistanın müstəqilliyinin qarantı sayır. O, qarşıdurmaya, yeni müharibəyə getməyəcək, buna resurslar da yoxdur.

Yuxarıda təsvir olunan reallıqlar Qarabağdakı hərbi xuntanın rəhbərliyində fikir ayrlığını, qarşıdurmanı dərinləşdirib. Son günlər Xankəndində baş verən gərginlik əslində ümidsizliyin təzahürüdür. Çünki ümid ediləsi heç bir resurs yoxdur:

Azərbaycan beynəlxalq təzyiqlər nəticəsində Laçın yolunu dəhlizə çevirəcəyi ilə bağlı illüziyalar yoxa çıxıb;

Rusiyanın Azərbaycana sərt təzyiq edib güzəştlərə vadar etməsi barədə ümidlər puç olub;

Öz dərdinin hayına qalan Ermənistan rəhbərliyindən daha kömək gözləməyə dəyməz.

Bölgədə insan kimi yaşamağın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etməkdir. Rəsmi Bakının Ağdam vasitəsilə Qarabağa humanitar dəhliz verilməsi təklifi BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə edilib, Avropa ittifaqının rəhbərləri də bu variantı dəstəkləyir.

Erməni mediası yazır ki, Xankəndindəki separatçı rejimin rəhbəri Arayik Arutyunyan da dünən keçirdiyi iclasda Ağdam yolu ilə yüklərin daşınması barədə qərar qəbul edildiyini açıqlayıb. Media yazır ki, Aratunyan artıq bu məsələni müzakirə üçün qaldırmır, reallıq kimi təqdim edir.

“Görünür, yaxın vaxtlarda Ağdam yolunda qoyulmuş beton hasar dağıdılacaq. Arayik Arutyunyan bildirib ki, bu yol boyu daşınma qismən olacaq. Ağdam yolu ilə tikinti materialları, dizel yanacağı, dərman preparatları tədarük olunacaq. Ərzaq Rusiya sülhməramlıları vasitəsilə Laçın vasitəsilə gətiriləcək”, – deyə “Hraparak” qəzet yazıb.

Arutyunyan bildirib ki, növbəti mərhələdə Azərbaycandan da gələcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. O, deyib ki, Azərbaycan bu güzəşt müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət Nənə və Baba heykəlinin altından keçən məşhur dolama yolundan gedir. Onlar bu məsələlərdə razılığa gəlmək üçün yaxın vaxtlarda yenidən görüşmək qərarına gəliblər.

Bir gün əvvəl yayılan xəbərlərdə isə Arutyunyanla Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyan arasında açıq müstəviyə çıxan qarşıdurmadan bəhs olunurdu. Vardanyan yerli mətbuata açıqlamasında Arutyunyandan istefaya getməsini tələb edib. O, hətta bildirib ki, Arutyunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib. Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.

İki gün əvvəl bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb. Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutyunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutyunyanı müdafiə və mühafizə etdiyi bildirilir.

Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutyunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.

Ermənilərin “Faktİnfo” nəşri isə iddia edib ki, Arutyunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib. O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib.

Əlbəttə, A.Arutyunyanın Xankəndində vəziyyətə tam hakim olduğunu düşünmək olmaz. Bu yaxınlarda Rusiya dəstəkli qüvvələr radikal millətçi David İşxanyanı “spiker” postuna gətirməyə nail olublar. O, dünən yaydığı bəyanatda Vardanyanın tezislərini təkrarlayaraq “Artsax”ın müstəqilliyini qorumaqdan dəm vurub. Həmçinin onlar və Ermənistandakı müxalifət partiyaları sentyabrın 2-də “Artsax”ın müstəqilliyinin 33-cü ilini kütləvi mitinqlə qeyd etməyə hazırlaşırlar. Bunlar daxili vəziyyəti daha da gərginləşdirə bilər.

Şübhəsiz ki, proseslərə əsas təsiredici qüvvə Rusiyadır, Xankəndində hansı qüvvələrin ayaqda qalacağına o qərar verəcək. Məsələ burasındadır ki, Azərbaycan Kremlin sabitləşdirməyə çalışdığı status-kvonu qəbul etmək istəmir. Bakının gündəliyində duran əsas məsələ ilk növbədə Qarabağın silahsızlaşdırılması, daxili kommunikasiyaların açılmasıdır. Son günlər həmin bölgədə atəşkəsin tez-tez pozulması da güc tətbiqi variantının gündəmdə olduğunu göstərir.

Arutyunaynın Moskvadan “xəbərsiz” Bakının şərtlərini qəbul etməsi, danışıqlara gəlməsi inandırıcı deyil. Görünür, Moskva hansısa kompromislərə getməklə gərginliyi nisbətən yumşaltmağa, həmçinin yenidən özünü vasitəçi kimi təqdim etməyə çalışacaq.

Bunun əksi, yəni, Azərbaycana qarşı təxribatların davamı, prtoseslərin qanlı mərhələyə keçidi mümkündür. Nəzərə almaq lazımdır ki, Vardanyan və onunla birgə hərəkət edən qüvvələr silahlı müqaviməti davam etdirib, bölgədə kütləvi qırğın görüntüsü yaradıb, dünyanın nəzərlərini yenidən Azərbaycana çevirməyi “effektli plan” hesab edirlər…
Pressklub.az
 
Ardını oxu...
Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ardını oxu...
Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyanla Xankəndindəki qondarma rejimin rəhbərliyi arasındakı qarşıdurma kritik həddə yaxınlaşır. Xəbər verdiyimiz kimi, Vardanyan Ermənistan mətbuatına növbəti açıqlamasında Xankəndindəki separatçı rejimin başında duran Araik Arutyunyandan istefaya getməsini tələb edib.

O, hətta bildirib ki, Arutyunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib.

Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bugünlərdə bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb.

Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutyunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutyunyanı müdafiə və mühafizə etdiyi bildirilir.

Həmçinin, qeyd olunur ki, Motevosyan sosial şəbəkələrdə Arutyunyanı tənqid edən erməniləri də təhdid edib, həmin adamların telefonlarına zənglər edilərək, onlara hədə-qorxu gəlinib. Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutyunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.

Bu arada ermənilərin “Faktİnfo” nəşri maraqlı məlumatla çıxış edib. Nəşr bildirib ki, Araik Arutyunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib.

O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib: “Hazırda iki çıxış yolu var. Ya Arutyunyan təcili istefaya gedəcək, ya da “artsax”a Ağdam yolu ilə ərzaq gəlməyə başlayacaq. Anonim mənbə bildirir ki, Arutyunyan istefa verməyi ağlına da gətirmir. Deməli, gündəlikdə duran məsələ ərzaqların Ağdam yolu ilə idxal edilməsidir. “Faktİnfo”nun əldə etdiyi məlumata görə, “artsax”da hökumət nəzdində xüsusi komanda hazırlanıb ki, bu komanda yaxın günlərdə - sabah, yaxud birisi gün Azərbaycan tərəfi ilə görüşə gedəcək. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində keçiriləcək”.

Bununla yanaşı, Ermənistanda Ağdam yolundan istifadə edilməsilə heç cür razılaşmayan qatı millətçi qüvvələrin “iniltiləri” səngimir.

Məsələn, Ermənistanda tanınmış diplomatlardan olan, Ermənistan XİN-in sabiq mətbuat katibi, eləcə də bu ölkənin Sinqapurdakı sabiq səfiri Dzünik Ağacanyan Ağdam yolunun açılmasının ermənilər üçün “intihar” olacağını bildirib: “BMT qəqtamə qəbul etmək və dəhlizi açmaq fikrində deyil. Çünki Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımaq ideyasını dəstəkləyir və artıq BMT-dən nəyisə tələb etmək səlahiyyətlərinə malik deyil... Ağdam yolunun açılması isə öz əlimizlə öz qətlimizi imzalamaq kimidir. Bu, “artsax”a gedən yolun birdəfəlik bağlanması, əbədi olaraq “artsax”la Ermənistanın ayrılması və onun birdəfəlik Azərbaycanda qalması deməkdir... Laçın yolu bağlansa, Ermənistanın məhvi başlayacaq”.

Artıq bütün revanşistlər və qatı millətçilər həyəcan təbili çalır və A.Arutyunyanın Nikol Paşinyanın göstərişilə hərəkət etdiyini iddia edirlər. Separatçılar arasında isə qarşıdurma qızışır və belə çıxır ki, Arutyunyan təşəbbüsü ələ alır. O da məlum olur ki, Arutyunyan istefaya getməyə hazırlaşmır.

Onun komandasının Bakı ilə danışıqlara getməyə hazır olduğuna dair iddialara gəlincə, zatən Qarabağda qalan ermənilərinin başqa çıxış yolu da qalmayıb. Nə BMT Təhlüksizlik Şurası nə də başqa beynəlxalq qurumların ermənilərin təxribatlarına cəlb edilməsi cəhdləri heç bir nəticə vermədi. Azərbaycanın qətiyyətli mövqeyi və beynəlxalq hüququn tələbləri öz sözünü dedi.

Deməli, Qarabağ ərazində qalan erməni toplumu nə qədər tez Azərbaycanın tərkibində yaşamaqla barışsa, itirəcəkləri bir o qədər az olacaq. Bununla razılaşmayanlar isə hansı istiqamətdə getməli olduqlarını özləri yaxşı bilirlər...

C.Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Ötən günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistan istiqamətində 60-a yaxın şəxsin keçidi qeydə alınıb. Görünən odur ki, bura müəyyən vədlər və ümidlərlə gəlmiş şəxslər ərazini tərk edir. Amma unutmaq olmaz ki, burada erməni hiyləsi, fitnəkarlığı ola bilər. Çünki digər şərhlərdə ermənilərin növbəti müharibə hazırlığından bəhs edilir. Qarabağa qanunsuz olaraq köçürülmüş rus pasportu olan şəxslərin də tələsik buradan çıxarılmasını məhz bu kontekstdən qiymətləndirmək olar.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, Azərbaycanın konkret şərti odur ki, onun ərazisində yaşan hər kəs vətəndaşlığı qəbul etməlidir:

“Ona görə də burada yaşayanlar üçün iki seçim imkanı var. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib dinc şəkildə yaşaya bilər. Bunun əksinə erməni əsilli sakinlər ərazini tərk etməlidir. Ola bilsin ki, Qarabağı tərk edənlər elə ikinci yolu seçiblər. Güman ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri üçün ərazini tərk edir”.

Deputat hesab edir kii, bu məsələdə Azərbaycanı heç kəs qınaya bilməz:

“Burada Azərbaycan beynəlxalq qanunlara və ölkə Konstitusiyasına uyğun davranış sərgiləyir. Vətəndaşlığı olmayan şəxslərin bir ölkədə qalmaq, yaşamaq müddəti var. Həmin müddət bitdikdən sonra bu şəxslər ölkə hüdudlarını mütləq tərk etməlidir. Ona görə də, Azərbaycan vətəndaşı olmayan şəxslər burada yaşaya bilməz. Eyni zamanda hələ də Qarabağda şübhəli insanlar var. Onlar da zaman etibarı ilə buranı tərk edəcəklər. Laçın sərhəd-buraxılış məntəqəsində hazırda çox ciddi yoxlanış var. Yeni Vaqif Xaçatryanlar aşkarlansa onlar da məsuliyyətə cəlb ediləcək. Ona görə də hələ də Azərbaycan ərazisində qalmış terrorçular buranı tərk etməlidir. Onlar ərazidən çıxmasalar, məhv ediləcəklər”.

Elman Məmmədova görə, vaxt itirmədən Azərbaycan ərazisində olan bütün separatçı-terrorçular çıxarılmalıdır:

“Sonuncu separatçı ərazimizdən çıxana qədər təmizləmə prosesi həyata keçirilməlidir. Əks halda təxribatların, hərbi qarşıdurmaların olması ehtimalı böyükdür. Çünki Ermənistan bu gün də revanşizm arzuları ilə silahlanır. İran ərazisindən keçməklə Hindistandan Ermənistana silah daşınır. Bütün bunlar növbəti hərbi eskalasiya riskinin yüksək olmasından xəbər verir”.
 
Ardını oxu...
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasının nəticələrinə həsr edilib.

Müəllif qeyd edir ki, Ermənistan tərəfi iclasda öz gücünü və resurslarını maksimum səfərbər etsə də, nəticə İrəvanın gözləntilərinə doğrultmadı.

“BMT-nin Təhlükəsizlik Şurasınında öz ölkələrini təmsil edən deputatlar öz hazırladıqları çıxışların mətnini oxuyub dağılışdılar. Qısası, ümidlər özünü doğrultmadı və yerdəki vəziyyət dəyişmədi. Məsələnin isə mahiyyətinə dərk edilmədikcə, heç nə dəyişməyəcək. Məsələnin mahiyyəti sadədir: Laçın və Xankəndi yolunun humanitar konteksti mövcud deyil. Bu yolların konteksti, yalnız siyasidir”, - deyə müəllif qeyd edir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 
 
 
Ardını oxu...
Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı.
Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi. Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı.
Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O son video müraciətində separatçıların lideri Araik Arutunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: “Mən 6 ay əvvəl “vəzifəmi” tərk edəndə belə demişdim: Əgər “prezident” düşmənlə mübarizəyə hazırdırsa mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, Siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqlli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri Sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”.
Ruben Vardanyan faktiki Araik Arutunyana ultimatum elan edib. “İstefa verməsən, biz Səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutunyana “istefa verməmək üçün” Ermənistanın baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərinin kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi var. Bütün hallarda Araik Arutunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq, birincisi Bakı onunla dialoqa getməyəcək, ikincisi yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
“Ermənilərə xüsusi hüquqlar verilir, cinayət təqibi dayandırılır, Ermənistanla əlaqələr...”
Qarabağdakı erməni separatçıların rəhbərlərinin nümayəndələri Xankəndi ilə rəsmi Bakı arasında “sülh müqaviləsi” layihəsinin surətini yerli ictimai fəallara təqdim ediblər. Bu layihə ermənilərin Azərbaycanda yaşamasının hüquqi aspektlərini əks etdirir.

Onlar iddia edirlər ki, sənədi Rusiya Xarici İşlər Nazirliyi hazırlayıb. Layihənin adında xüsusi qeyd olunur ki, o, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər üçün nəzərdə tutulub.

“Arsaxpress”in məlumatına görə, “Keçmiş Azərbaycan SSR-in tərkibindəki DQMV-nin erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlı sənədi “Arsax Prezidenti yanında Antiböhran Şurasının rəhbəri” Tiqran Petrosyan dərc edib. Petrosyanın sözlərinə görə, bu sənədi Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdə təklif edib.

Layihəyə əsasən, Azərbaycanın mərkəzi hakimiyyəti qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də ölkə qanunları çərçivəsində Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun təmin edilməsinə təminat verir. Bu, məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, eləcə də ana dilində tədrisə də aiddir. Ermənilərin azad dini etiqad hüququ da təmin edilir.

Bu layihəyə əsasən, Bakı qanunvericilik səviyyəsində Qarabağ ermənilərinin Ermənistanla biznes və humanitar təmas hüquqlarının təmin edilməsinə razılıq verir.

Rusiya Federasiyasının təklif etdiyi sənəd görə, yalnız hərbi cinayətlər törətmiş və məhkəmə tərəfindən cinayətkar kimi tanınmış Qarabağ erməniləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibinə məruz qala bilərlər. Azərbaycana qarşı müharibələrdə iştirak edənlər və separatçıların cinayətlərdə ittiham edilməyən məmurları cəzadan azad edilir.

Layihədə separatçıların Bakı ilə ancaq beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparmaq və Qarabağda ikinci erməni dövlətinin yaradılması ilə bağlı tələb etdiyi şərtlər yoxdur.

Xankəndidə iddia edirlər ki, layihə Bakı tərəfindən dəstəklənib, lakin separatçılar tərəfindən rədd edilib.

“Turan” xəbər verir ki, Ermənistan sosial şəbəkələrində bununla bağlı 2020-ci il xatırladılır – o zaman 9 noyabrında imzalanmış sənəd ermənilərin 90%-i və onların bütün siyasi partiyaları tərəfindən rədd edilib. Müharibədəki məğlubiyyətdən sonra isə eyni sayda erməni Paşinyanı müharibənin ilkin mərhələsində Azərbaycanın sülh şərtləri ilə razılaşmamaqda ittiham edib.

“Qorxuram ki, tarix təkrarlanır. Amma Allah etsin ki, mən səhv edim”, – Ovanes Xacatur adlı istifadəçi yazır.

Başqa bir istifadəçi Vaan Poqosyan öz fikirlərini bölüşür: “Həqiqətən də başqa çıxış yolu yoxdur, ona görə də, yəqin imza atmalı olacağıq”.

Burada ən maraqlı məqam bunun Rusiyaya niyə lazım olması ilə bağlıdır. Moskva faktiki olaraq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün şərtləri nəzərdə tutan bu layihəni niyə hazırlayıb? Rusiya doğrudanmı bu məsələnin həllində maraqlıdır? Axı bu zaman o, “sülhməramlı kontingentini” mütləq şəkildə Qarabağdan çıxarmalı olacaq. Bəlkə bu, ümumi prosesi gecikdirmək üçün yeni bir oyundur? Çünki sənəddə Azərbaycan üçün həm məqbul, həm də qəbuledilməz məqamlar var.

Separatçılar iddia edirlər ki, Bakı Moskvanın bu layihəsini qəbul edib. Amma iddia çox şübhəlidir.

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Azərbaycan tərəfinin bu sənədin şərtləri ilə razılaşa biləcəyini güman etmir. Çünki sənəd erməni əhalisinin hüquqlarını ölkə daxilində müəyyən xüsusi etnik qrup kimi müəyyən edir.

“Üstəlik, bu layihə, görünür, hansısa beynəlxalq statusa malik bir sənəd kimi qəbul edilməli və təsdiq edilməlidir”, – deyə Vəlizadə Press Kluba açıqlamasında bildirib.

“Bütün bunlar bu və ya digər dərəcədə Azərbaycanın bu ərazi üzərində suverenliyini pozur, digər tərəfdən isə erməniləri dövlətin digər sakinlərinə nisbətən hansısa imtiyazlı vəziyyətə gətirir. Sənədə əsasən, onlar üçün hansısa müstəsna şərait yaradılır, bəzi hüquqlar ayrıca olaraq təmin edilir. Amma Konstitusiyamızda milliyyətindən və dinindən asılı olmayaraq ölkənin bütün sakinlərinə bərabər hüquqlar təmin edilir. Və bu hüquqlar universaldır”, – ekspert deyir.

O hesab edir ki, Azərbaycan ərazisində ermənilərə hər hansı xüsusi sənədlər, hüquqlar verən heç bir sənəd qəbul edilməməlidir – bu, məqsədəuyğun deyil və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun gəlmir. “Heç kim kiçik saylı erməni əhalisi üçün ölkənin əsas qanunu dəyişdirməyəcək. Bildiyiniz kimi, Konstitusiyaya dəyişikliklər ümumxalq səsverməsi əsasında aparılır. Tutaq ki, biz referendum keçirdik və bir çox təklif olunan müddəaları ümumi səsverməyə çaxırdıq – Azərbaycan əhalisinin neçə faizi onunla razılaşar? Əminəm ki, çox az hissəsi. Ona görə də, hesab edirəm ki, bu cür təkliflər hüquqi və praktiki şəkildə həyata keçirilməsi baxımından əsaslandırıla bilməz.

Bu layihənin mətninə əsasən, Azərbaycan ərazisində yaşayan ermənilərə hansısa xüsusi status zəmanəti verilir. Biz isə bilirik ki, status məsələsi keçmişdə qalıb. Hətta bu cür təklif edilən formada bu mövzu qəbuledilməzdir və ümumiyyətlə müzakirə oluna bilməz”, – politoloqlar klubunun rəhbəri əmindir.
Ardını oxu...
Çoxmənzilli binalarda zibil qutusu olmadığından tullantı torbalarını küçəyə çıxararaq xüsusi zibil qutularına atırıq. Ancaq məsələ belədir ki, oraya hər cür əşyanı qoymaq olmaz

Qaynarinfo zibil qutularına nəyi atmağın düzgün olmadığını və qadağaya məhəl qoymamağın nə ilə nəticələndiyini öyrənib.

Çox az adam bilir ki, insanlar və ətraf mühit üçün təhlükəli olan bəzi əşyaları məişət tullantıları ilə birlikdə atmaq olmaz. Bu əşyaların siyahını yaxşı yadda saxlayaq.

Qırılan termometrlər

Həkimlər deyirlər ki, bir civə termometrində 500 mq-a qədər təhlükəli maddə var ki, qabığın bütövlüyü (termometrin özü) pozularsa, buxarlanır və səthlərə çökür. Civə buxarı ilə nəfəs almağın nəticələsini dərhal yox, çox sonra hiss edirik, buna görə də termometr sınıbsa, onu özünüz toplayıb zibil qutusuna apara bilməzsiniz - bu, konteynerin yaxınlığında olanlar üçün zəhərli olacaq. Belə təhlükəli əşyanı atmaq üçün Dövlət Fövqəladə Hallar Xidmətinə zəng etmək lazımdır.
İstifadə müddəti bitmiş dərmanlar

Evinizdəki ilk yardım dəstini çeşidləyərək, artıq ehtiyacı olmayan bir neçə paket və ya butulka dərman tapsanız, onları zibil qutusuna atmağı ağlınızdan keçirməyin. Bir çox dərman preparatları kimyəvi tərkibi ilə torpağı və yeraltı suları zəhərləyir, evsiz heyvanlar üçün də çox təhlükəlidirlər.
Tibbi preparatların atılması üçün ən təhlükəsiz seçim yaxın xəstəxanaya getmək və kömək istəməkdir, həkimlər ətraf mühitə zərər vermədən bu dərmanlardan xilas olmağa kömək edəcəklər.

Dezodorantlar, hava təravətləndiriciləri və digər aerozollar

Belə bir məişət məhsulundan bir şüşə digər tullantıların təzyiqi altında zibil qutusunda partlaya bilər. Bu, yanğına səbəb olacaq, nəticədə bütün konteyner yanacaq. Aerozol şüşəsini tamamilə boşaltmaqla bu vəziyyətin qarşısını almaq olar.

Elektron cihazlar və məişət texnikası

Belə qacetləri zibil qutusuna atmaq olmaz - onların tərkibində ətraf mühiti zəhərləyən zərərli kimyəvi birləşmələr var. Buna görə lazımsız avadanlıqları xüsusi toplama məntəqələrinə aparmaq daha yaxşıdır - orada onlar emal ediləcək.
Həmçinin flüoresan lampanı zibil qutusuna atmaqdan çəkinin - onun içərisində termometrdə olduğu kimi eyni civə var (bir kompakt ampulda 3-6 mq və xətti olanda 50 mq-a qədər). Zibil qutusundakı lampa sınsa, civə buxarlanaraq ətrafdakı hər şeyi zəhərləyəcək. Buna görə yandırılmış və sadəcə lazımsız nüsxələr təkrar emal mərkəzlərinə aparılmalıdır.

Ot-ələfi zibil qutusuna ata bilərikmi?

Öz sahələrində qaydasına salan və ümumi təmizlik nəticəsində çoxlu miqdarda yarpaq, ot və budaq toplanan fərdi evlərin sahiblərinə bütün bu "təmizliyi" ümumi zibil qutusuna aparmaq qəti qadağandır. Üstəlik, açıq yerlərdə də yandırmaq olmaz, ancaq, məsələn, gübrə kimi təkrar istifadə edilə bilər. Həqiqətən ondan xilas olmaq istəyirsinizsə, onda bir seçim var - yaxşı odadavamlı xüsusiyyətlərə malik böyük bir metal çən alın, yanğın və tüstü bütün əraziyə yayılmasın deyə ot-ələfi içinə yığıb yandırın.

Mebelləri zibil qutusuna atmaq olarmı?

Zibil qablarına nə atmaq olmaz və nə ola bilər, səhv etməmək üçün tullantıların təsnifatını başa düşmək lazımdır. "Böyük ölçülü zibil" anlayışı var - qanunvericilik çərçivəsində onun ölçüləri 50x50x50 santimetrdən çoxdur.

Yəni mebeliniz, pəncərə çərçivələriniz, qapılarınız, xalçalarınız və digər əşyalarınız kifayət qədər iridirsə, onlar artıq həcmli tullantılar kateqoriyasına aiddir. Bu cür məişət əşyalarını ümumi qablara atmaq mümkün deyil - onları çənlərin yanında çinləmək lazımdır ki, sonradan kommunal xidmətlər onları zibilin qalan hissəsindən ayrıca götürə bilsinlər.

Dünyapress TV

Xəbər lenti