Ardını oxu...
Yunanıstan Türkiyənin pilotsuz uçan aparatlarını (PUA) “yeni təhlükə” adlandırdıqdan sonra hava məkanında dron narahatlığına qarşı “qalxan” qurmağı planlaşdırır.

Bu barədə Yunanıstanın “Katmerini” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Türkiyə ilə açıq qarşıdurmadan qorxan Yunanıstan “ölümcül” olaraq xarakterizə edilən türk PUA-larına qarşı müdafiə sistemi axtarışındadır. Afinanın PUA sənayesi yaratmaq, türk dronlarına qarşı Egey dənizində qalxan qurmaq üçün səy göstərdiyi, Yunanıstan Müdafiə Nazirliyinin isə mümkün hücumlara qarşı hazırlıq gördüyü bildirilib.

İyulda Yunanıstan mətbuatında Afinanın xüsusilə adalarda və ölkənin strateji bölgələrində türk PUA-larına qarşı İsrail istehsalı “Dəmir Günbəz” müdafiə sistemi qurmağa başladığı iddia edilib.

“Katmerini” Türkiyənin dronlarla Yunanıstanın hava məkanını pozduğu iddiasını da dilə gətirib. Qəzetin yazdığına görə, dünya şöhrətli türk dronları Yunanıstanın hava məkanına 24 dəfə daxil olub.

Avqustun son günlərində Türkiyənin Rodos adasından təxminən 3000 metr qərbdə uçan F-16 təyyarəsinin Yunanıstanın Kritdə yerləşdirdiyi S-300 müdafiə sistemi ilə kilidlədiyi açıqlanıb. Ankara Afinanın Egey dənizində NATO missiyasını riskə atdığını bildirib. Olayla bağlı Türkiyə tərəfindən NATO-ya məlumat verilib.

Bu təxribatçı addımının Türkiyə tərəfindən ifşa edilməsindən sonra qorxuya düşən Yunanıstan tez-tez Ankaranın S-400 sistemlərini işə salmağa hazırlaşdığı iddiasını təkrarlamağa başlayıb.
pressklub
 
Ardını oxu...
Ukraynada 900 rusiyalı elit hərbi mütəxəssisin – xüsusi təyinatlılar, dəniz piyadaları və paraşütçülərin həlak olduğu təsdiqlənib.

Bu barədə BBC məlumat yayıb.

“Ən böyük itkini Kostromadan olan Hava-Dəniz Qüvvələrinin 331-ci mühafizə alayı paraşütçüləri verib: alay komandiri də daxil olmaqla, 80-dən çox zabit ölüb. Hava-desant qüvvələrinin ən elit dəstəsində – 45-ci qvardiya xüsusi təyinatlı briqadasında 14 hərbçinin ölümünü müəyyən etmək mümkün olub. Rusiya Qvardiyasının ölmüş 245 əməkdaşından ən azı 16-sı xüsusi təyinatlı elitasının simvolu olan tünd qırmızı beret geyinmişdi. Ölənlər arasında ən məxfi bölmələrin zabitlərindən 20 FSB və FSO zabiti də məlumdur. Xüsusi təyinatlıların həlak olmuş 151 əsgərinin isə dörddə biri zabitdir”, – məlumatda bildirilir.

BBC naviqatorlar və uçuş mexanikləri də daxil olmaqla 67 hərbi pilotun həlak olduğunu yazıb. Nəşrin məlumatına görə, döyüş təyyarələri və helikopterlərin ekipajları dünyanın istənilən ordusunun elitası sayılır və bir pilotun hazırlanması 15-17 il çəkir.
 
 
 
Ardını oxu...
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars Körfəzində ABŞ-a məxsus uzaqdan idarə olunan qayığı ələ keçirib.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 30-da Fars Körfəzində baş verib

SEPAH Donanmasının dəstək gəmisi tərəfindən idarə olunan və yedəyə alınan Amerikanın uzaqdan idarə olunan qayığı bir müddət sonra sərbəst buraxılıb.

İran ABŞ-a uzaqdan idarə olunan qayıqlarla bağlı xəbərdarlıq edib.

 
 
 
Ardını oxu...
“Xerson cəbhəsində düşmən gecə ərzində “HİMARS”-la Novokaxovka İES-in bəndini və Xersondakı obyektləri dəfələrlə vurub. Bu raketlərdən bizim ön xətdəki hissələrimizin vurulduğu da qeydə alınıb. Görünür, raketləri çoxdur, qənaət etmirlər və artıq piyada qüvvələri də vururlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) öz “Telegram” kanalındakı son paylaşımında bildirib.

Qirkin Ukrayna Ordusunun Xerson istiqamətindəki uğurlarının əsas səbəbinin “HİMARS” sistemləri olduğunu qeyd edib və növbəti dəfə Rusiya ordusunu rəhbərliyini tənqid edib. O, bildirib ki, Müdafiə naziri Sergey Şoyqu ordunun imkanları, silah və canlı qüvvə təchizatı məsələsində Putinə saxta məlumatlar, rəqəmlər verib. Qirkin hesab edir ki, müharibədəki uğursuzluğun əsas səbəblərindən biri Şoyqunun cəbhədəki vəziyyəti Putinə doğru çatdırmaması olub. Onun fikrincə, artıq Rusiyada səfərbərlik elan edilməsinin mənası yoxdur. Çünki Müdafiə Nazirliyinin təbliğatçıları gecə-gündüz Rusiyanın Ukrayna cəbhəsindəki “uğurlarından” danışırlar. Belədə isə səfərbərliyə ehtiyac qalmır...

Strelkov həmçinin, Rusiyanın regionlarında “könüllü batalyonları”nın yaradılmasını tənqid edib. Onun fikrincə, bu batalyonlar təcrübəsiz və “xam” olduqlarından döyüşə atıldıqları ilk günlərdəcə ya məhv ediləcəklər, ya da döyüş meydanını qoyub qaçacaqlar. Bütün bu uğursuzluqlara görə isə Şoyqu cavab verməli olacaq: “Cəbhədəki uğursuzluqlara görə “göndərilməyə” ən birinci və baş namizəd isə Şoyqudur. Onun “2000 ədəd PUA”, “analoqu olmayan” tank, təyyarə, eləcə də “misilsiz” kadr seçimi, ordunun ümumi təchizatı və s. barədə dedikləri yadına salınacaq...”

Qirkin həmçinin Şoyqu üçün “şərəf” sözünün heç bir mahiyyət daşımadığını və nazirin son günə qədər Putini aldatmağa çalışacağını bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Ordusunun Xerson istiqamətində uğurlu hərbi əməliyyat həyata keçirdiyi və rus ordusunun birinci müdafiə xəttini yardığına dair məlumat yayılıb.

“AzPolitika.info”
 
Ardını oxu...
Pakistan ABŞ pilotsuz təyyarələrinin Əfqanıstana keçməsi üçün öz hava məkanından istifadə etməyə icazə verib.

Axar.az xəbər verir ki, bunu Əfqanıstanın müdafiə naziri Molla Məhəmməd Yaqub deyib.

Yaqub jurnalistlərə bildirib ki, Amerika pilotsuz təyyarələri Pakistandan keçməklə Əfqanıstana daxil olur:

“Bizdə olan məlumata görə, pilotsuz təyyarələr Pakistandan keçməklə Əfqanıstana daxil olur. Onlar Pakistanın hava məkanından istifadə edirlər, biz Pakistandan hava məkanını bizə qarşı istifadə etməməsini xahiş edirik”.
 
 
 
Ardını oxu...
Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında ABŞ Hərbi Hava Qüvvələri ilə birgə atəş təlimləri başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, iki mindən çox insanın iştirak etdiyi təlimlər çərçivəsində “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə hədəflərin vurulması aparılır.

Qeyd olunur ki, bu komplekslərdən ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyadakı təlimləri zamanı ilk dəfə istifadə olunur.

Manevrlər sentyabrın 3-dək davam edəcək.
 
Ardını oxu...
Yunanıstan Silahlı Qüvvələri "S-300" hava hücumundan müdafiə sistemləri ilə Egey və Şərqi Aralıq dənizində missiya yerinə yetirən Türkiyə hərbi təyyarələrinə qarşı təxribat törədib.

Teref.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. S-300 hava hücumundan müdafiə sistemləri Krit adasında quraşdırılıb.

Nazirlik bildirib ki, hadisə avqustun 23-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 hərbi təyyarəsi Egey dənizi və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçarkən baş verib.

Təxribata baxmayaraq, Türkiyə təyyarələri planlaşdırılan tapşırığı yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıb.
 
Ardını oxu...
İsrail ordusuna və kəşfiyyat xidmətinə (Mossad) İranla bağlı istənilən ssenariyə hazır olmaq tapşırılıb.

Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid özünün "Twitter" hesabında məlumat yayıb.

Baş nazir İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu xatırladıb və hərbçilərə hazır olmağı tapşırıb.

“Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”, - deyə Baş nazir qeyd edib.
 
Ardını oxu...
Rusiya ordusu hər gün müxtəlif çaplı artilleriyadan 40-50 min mərmi atsa da, Silahlı Qüvvələr Donbasda işğalçıların irəliləyişini ləngidə bilir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Müharibə dördüncü mərhələyə keçib. Rusiya Ukraynaya maksimum texnika və canlı qüvvə gətirdi. Onlar artilleriya müharibəsi aparırlar və bunu qışa qədər uzatmaq istəyirlər", - Podolyak qeyd edib.
Ardını oxu...
Türkiyənin yerli zenit-raket kompleksi “Sipər”son sınaqlarda yüksək sürətlə 100 kilometrdəki hədəfə çatıb.

Buta.ws xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri İsmayıl Dəmir deyib.

“Siper” uzaqmənzilli zenit-raket kompleksimiz addım-addım yüksəlir. Son sınaq atışında “Sipər” yüksək sürətli hədəflərə qarşı 100 kilometrə çata bildiyini göstərdi. Siper bu uğurlu zərbə ilə daha bir mərhələni tamamladı", - Dəmir bildirib.

Qeyd edək ki, “Sabah” qəzeti türk sistemlərinin S-400 və Patriot sistemlərinə alternativ olacağını yazır.
 

Dünyapress TV

Xəbər lenti