Ardını oxu...
Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən müraciətdə deyilir:

“Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın!
Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir”.

 
Ardını oxu...
Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.
 
 
 
Ardını oxu...
Ermənistanın silahalı qüvvələrinin Kəlbəcər və Laçın rayonları ərazisində ordumuza qarşı genişmiqyaslı təxribatı itkilərsiz ötüşməyib.

Bunu işğalçı ölkənin Müdafiə Nazirliyi bəyan edib.

Qurumun brifinqində canlı qüvvə arasında itkilərin və yaralıların olduğu bildirilib.

Qeyd olunub ki, hazırda mövcud məlumatlar dəqiqləşdirilir.
 
Ardını oxu...
Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında həyəcan siqnalının verilməsi barədə xəbərlər təkzib olunub.

Bununla bağlı “Caliber” məlumat yayıb.

“Ermənistan mediasının yerli sakinlərə istinadla yaydığı məlumatlara görə, Gümrüdəki rus hərbi bazasında heç nə baş vermir. Bildirilir ki, obyektin ərazisində hətta işıqlar belə yanmır”.

01:43

Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında həyəcan siqnalı verilib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, hərbi bazada dörd minədək şəxsi heyətin olduğu bildirilir.
 
Ardını oxu...
Azərbaycan ordusu erməni qüvvələrinin təxribatlarına cavab atəşilə reaksiya verib.

Erməni mənbələrinin məlumatın görə, Gorus, Cermuk və Vardenis şəhərlərindəki hərbi hissə və obyektlər artilleriya atəşinə tutulub.

Həmçinin, bildirilir ki, ordumuz Qafandakı hərbi hissəyə də PUA ilə zərbə endirib.
Ardını oxu...
Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı.
 
 
 
Ardını oxu...
Rusiya ordusunun Ukraynadakı savaşda canlı qüvvə sarıdan böyük sıxıntı keçirdiyi aşkar hiss olunmaqdadır. Məlum olduğu kimi, Kreml daha çox iri şəhərlərdə deyil, əyalətlərdə yaşayanları və qeyri-rus millətindən olan vətəndaşları müharibəyə cəlb etməyə çalışır ki, bu da paytaxt Moskva və digər iri şəhərlərdə narazılıqların baş qaldırması qorxusundan irəli gəlir. Bunun da nəticəsidir ki, Ukraynada döyüşənlər arasında Dağıstan, Çeçenistan Osetiya, Tuva, Buryatiya, eləcə də uzaq şimal bölgələrindən olan şəxslərə sıx-sıx rast gəlinir. Təəssüf ki, onların arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşları da az deyil...

“AzPolitika.info” xəbər verir ki, son günlər Azərbaycanda yaşayan bəzi Rusiya vətəndaşlarını da Rusiyada qeydiyyatda olduqları hərbi komissarlıqlara çağırmağa başlayıblar. Çağırış vərəqələri Azərbaycana deyil, həmin şəxslərin Rusiyada qeydiyyatda olduqları ünvanlara göndərilir. Rusiya pasportu daşıyan bu azərbaycanlıların çağırış vərəqələrində hansı məqsədlə hərbi komissarlıqlara dəvət edildikləri göstərilməsə də, bunun Ukraynada gedən savaşla əlaqədar olduğu şübhə doğurmur. Ən maraqlısı isə odur ki, çağırılanlar arasında təkcə həqiqi hərbi xidmətini yaxın zamanlarda başa vurmuş şəxslər deyil, yaşı 40-dan yuxarı olanlar da var. Belə görünür ki, burada məhz milli mənsubiyyət məsələsi önəmlidir və Rusiya qeyri-millətləri yaşından asılı olmayaraq, orduya cəlb edib, Ukraynaya göndərməkdə qərarlıdır.

Bunun özü göstərir ki, Putin hakimiyyəti kimi rejimlərin idarə etdiyi dövlətlərin vətəndaşı olmaq o qədər də arzuolunan hal deyil...
 
 
 
Ardını oxu...
“Almaniyanın Ukraynaya tank göndərməsi tək bizdən asılı olan məsələ deyil” – Olaf Şolts“Almaniyanın Ukraynaya tank göndərməsi tək bizdən asılı olan məsələ deyil” – Olaf Şolts
facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button

Almaniya kansleri ölkəsinin Ukraynaya hərbi yardım zərfinə tankların daxil edilməsi imkanları haqda danışıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts ölkəsinin Ukraynaya yüksək effktivliyə malik ağır silahlar göndərdiyini deyib.

Kanslerin sözlərinə görə, Almaniya müharibənin başlanğıcında tutduğu mövqeni bundan sonra da davam etdirəcək:

“Biz müttəfiqlərimizlə birlikdə Ukraynaya hərtərəfli yardım göstərməkdəyik.Bu çərçivədə Ukraynaya geniş həcmdə yüksək effktivliyə malik ağır silahlar göndərilib.

Onların arasında “Gepard”, “Panzerhaubitze 2000” reaktiv yaylım atəşi sistemləri və “Iris-T” zenit sistemlərini qeyd etmək olar.

Tank və başqa texnikaların göndərilməsinə gəldikdə isə bu tək bizdən asılı olan məsələ deyil”.
 
Ardını oxu...
Çeçenistan rəhbəri Xarkovdakı vəziyyəti “maraqlı” adlandırıb və Odessaya çatmaqla hədələyib

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Xarkov vilayətində Rusiya Federasiyasının uğursuzluqlarını şərh edib. Kreml susmağa və ya hər şeyin “plan üzrə getdiyini” iddia etməyə üstünlük verir, amma Kadırov vəziyyəti “maraqlı” adlandırıb. Üstəlik, Odessaya çatacaqları ilə hədələyib.

AYNA xəbər verir ki, Kadırov “Telegram”da 11 dəqiqəlik səsli mesajında çoxlu maraqlı məsələlərdən bəhs edib.

Çeçenistan rəhbərinin sözlərinə görə, son günlər çoxlu məlumatlar alır, lakin Rusiya Müdafiə Nazirliyindən konkret izahat görmür.

Kadırov şəhərlərin adlarını tələffüz etməkdə çətinlik çəkərək İzyum, Kupyansk və Balakliyada rusların uğursuzluqlarını etiraf edib.

Çeçen lider əsəbini gizlətməyə çalışsa da, dediyi sözlərdə qəzəbləndiyi hiss olunub: “Əgər bu gün və ya sabah “xüsusi hərbi əməliyyat”ın keçirilməsində dəyişiklik edilməsə, mən Rusiya Müdafiə Nazirliyinin və ölkənin rəhbərliyi ilə görüşməli olacam ki, onlara vəziyyəti izah edim. Vəziyyət çox maraqlıdır... Bir neçə şəhər, kənd vermək, bunun da müsbət tərəfləri var”.

Bundan əlavə, Kadırov ümidini itirmir ki, rus ordusu tezliklə Odessaya çatacaq və Ukrayna Silahlı Qüvvələrinin artıq azad etdiyi bütün şəhərləri geri qaytaracaq.

Çeçenistan rəhbəri tezliklə “konkret nəticələrlə” öyünə biləcəyini vəd edib.

Qeyd edək ki, Ukrayna ordusu əks-hücumla İzyum, Kupyansk və Balakliyanı və bir çox kənd və qəsəbələri işğaldan azad edib.
 
Ardını oxu...
Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, son 24 saat ərzində adaya bitişik bölgəyə Çin Hərbi Hava Qüvvələrinə məxsus 42 təyyarə düşüb.

Tayvan hərbçiləri isə öz növbəsində hava patrulunu qaldırıb, radio xəbərdarlıqlarını paylayıb və zenit-raket sistemlərini yerləşdiriblər.

Qeyd edək ki, Çinin Tayvan ətrafında hərbi fəaliyyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2 və 3 avqustda adaya səfərindən sonra güclənib.
 

Dünyapress TV

Xəbər lenti