Ardını oxu...
Çox yox, bir həftə əvvəl ağız dolusu sülhdən danışırdıq. Buna səbəb avqust ayının 30-dakı Brüssel görüşü və sonrasında Bakı və İrəvandan gələn isti mesajlar idi.

Brüssel zirvəsindən sonra mediator rolunda çıxış edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata verdiyi bəyanatda böyük bir həvəslə belə deyirdi:

“Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşməyi tapşırdıq”.

Yəni, Azərbaycan və Ermənistan XİN rəhbərləri sentyabr ayı ərzində mütəmadı danışıqlar apararaq, yekun sülh müqaviləsinin mətnini hazırlamalı idilər. Brüssel görüşünün ən gözəl xəbəri bu idi.

Bəs sonra nə baş verdi?

Sentyabr ayının 4-də Ermənistan mətbuatı bir xəbərlə sirkələndi. Baş nazir Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyası ilə görüşdə ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin hazırlanması üçün hər şeyin ediləcəyini dedi.

Cəmi 9 gün sonra Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda Vladimir Putinin gözlərinin içinə baxaraq, Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduqlarını və Moskvanın köməyini gözlədiklərini bildirdi.

Bütün bu görüşlərin, bəyanatların kölgəsində Moskvadan da reaksiya gəlmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxarova Brüssel görüşünü açıq şəkildə tənqid etmişdi:

“Aİ-nin Cənubi Qafqazdakı fəallığı geosiyasi ambisiyalarla müəyyən edilir. Fikrimizcə, bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real yardım istəyi ilə heç bir əlaqəsi yoxdur” – deyə Zaxarova bildirirdi.

Bəli, Cənubi Qafqazda kartlar artıq açıq oynanırdı. Ukraynanı işğal etməklə bütün beynəlxalq hüquq və prinsipləri pozan, müharibə vəziyyətində olan Moskva Azərbaycan və Ermənistan arasında sülhün sadəcə özü tərəfindən təmin edilə biləcəyini iddia edirdi.

Və belə bir vəziyyətdə ara-sıra pozulan atəşkəs bir andaca hərbi əməliyyat səviyyəsinə keçdi. 12 sentyabrda, gecə vaxtı, Ermənistan silahlı qüvvələrinin əli ilə münaqişə yenidən alovlandı. Tərəflər bir-birini ittiham etməyə start verdi, hər kəs ilk gülləni atanı axtarmağa başladı. Lakin siyasi təhlil üçün güllənin ilk kimin silahından çıxıb, kimə dəydiyi yox, kimin maraqlarına xidmət etdiyi əhəmiyyətlidir.

Elə isə gəlin diqqət yetirək, bir gecədə 100-dən artıq hərbçisini itirib, Rusiyadan asılılığı da azı 100 qat artan İrəvan bu təxribatdan, təbii ki, heç nə qazanmadı. Azərbaycan 34 ildən sonra ilk dəfə Ermənistanla sərhəddə hərbi əməliyyatlar aparmaqla, düşmən dövlətin daxilində bufer zona yaratmaq imkanlarını artırsa da sülhdən qazanacaqları ilə müqayisədə indiki qazancı çox az idi.

Bir gecəlik müharibənin ən böyük qalibi, şəksiz-şübhəsiz, Rusiya oldu. Çünki Rusiya caynağından çıxmağa çalışan, müdafiə naziri bu yaxınlarda ABŞ-da səfərdə olan Ermənistanı əvvəlkindən daha bərk formada qoltuğuna sıxdı. Brüsseli qismən neytrallaşdırdı. Hazırda isə tərəfləri uzlaşdırmaq üçün vasitəçi olmağa hazırlaşır…

Sonda isə qeyd edək ki, bu döyüş Azərbaycan üçün böyük imkanlar yaradır. Məsələn, Azərbaycan indi əldə etdiyi strateji üstünlükdən çıxış edərək, Qarabağdakı erməni silahlı qüvvələrinin tam çıxarılmasını tələb edə bilər;

2.Azərbaycan bu ərazilərdə yeni bufer zona yarada bilər.

Bəziləri Ermənistanla sərhəddə, hətta gələcəkdə onun sərhədləri daxilində bufer zonanın yaradılması ideyasını beynəlxalq hüquqa zidd hesab edir. Lakin görünür, onlar BMT-nin 51-ci maddəsindən xəbərsizdir. Bu maddədə hər bir dövlətin özünümüdafiə hüququ təsbit olunur. Elə qardaş Türkiyə də, müttəfiq İsrail də bu maddəyə istinad edərək, başqa ölkələrin 30-35 km dərinliyində özləri üçün təhlükəsizlik dəhlizi yaradıb. Niyə Azərbaycan bu təcrübədən istifadə etməsin? Axı buna onun gücü və hüququ çatır…
Nicat İsmayılov

pressklub.az
Ardını oxu...
Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətməyə cəhd göstərərkən bir qrup erməni hərbçi saxlanılıb.
Görüntülər sosial şəbəkədə yayılıb.

Ələ keçmiş erməni hərbçilərin görüntülərini olduğu kimi təqdim edirik:

 
Ardını oxu...
Ukraynalı hərbi ekspert Oleq Jdanov Prezident Vladimir Putinin istefasının tələb olunduğu petisiya barədə danışıb. Petisiyanın müəllifləri rusiyalı bələdiyyə deputatlarıdır.

«Bəyanatda deyilir ki, Putinin fəaliyyəti Rusiyanın və onun vətəndaşlarının gələcəyinə ziyan vurur… Ukrayna ilə qarşıdurmada məğlubiyyətə gətirib» – Jdanov qeyd edib.

Bununla bərabər, ekspert xəbərdarlıq edib ki, bu petisiyada rusiyalı deputatlar tələb edirlər ki, necə deyərlər, «xüsusi hərbi əməliyyat» müharibə adlandırılsın ki, RF-da ümumi səfərbərlik elan oluna bilsin.

Jdanovun fikrincə, hazırda Rusiyada bu petisiyanı sanksiyalar səbəbilə, «hərbi relslərə keçirmək» alınmayacaq: «Rusiyada istehsalın aşağı düşməsi 2030-cu ilə qədər müşahidə olunacaq… İlin sonuna qədər heç bir tədarük yoxdur, ehtiyatlar tükənəcək, istehsal dayanacaq. Biz, hansı relslərdən danışırıq?… Səfərbərlik barədə hətta demək olar ki, gəlin səfərbərlik elan edin, biz də baxaq görək, rusiyalı sosium ümumi səfərbərliyə necə reaksiya verir… İqtisadiyyat hər hansı sayda insanın səfərbər edilməsi yükünü çəkə biləcəkmi? Biz, onları nə ilə silahlandıracağıq?»

Ona görə də Jdanov hesab edir ki, petisiya çox gecikib: «Onun birinci bəndini mən, ikiəlli dəstəkləyirəm – Putinin hakmiyyətdən kənarlaşdırılmasını, məsuliyyətə cəlb edilməsini. Yaxşı, hətta hələlik daxildə… RF-ı faktiki yoxsulluq və dağıntılara çatdırmaq. Üstəgəl, dəmir qəfəs arxasında oturmuş və öz mühitindən qovulmuş ölkə arealı yaratmaq».

Xatırladırıq ki, Ukrayna silahlı qüvvələrinin sürətli uğurları Rusiyanın planlarını pozmaqda davam edir. /azpolitika/
 
 
 
Ardını oxu...
Rusiya ordusu Ukraynanın cənubundakı Krivı Roq şəhərinə səkkiz qanadlı raket atıb.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

O, zərbələrin su təchizatını kəsmək məqsədi ilə endirildiyini bildirib.

Timoşenko qeyd edib ki, hücumda mülki əhali arasında itki yoxdur.
Ardını oxu...
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni, hazırda Türkiyədə yaşayan Aqil Səmədbəyli sensasiya sayılacaq iddia ilə çıxış edib.

O, Azərbaycan ordusunun bu qədər çox şəhid verməsinin səbəbini bu cür izah edib:

“Niyə 50 şəhid? Bu sual hamımızı narahat edirdi. Sualın cavabını sağlam qaynaqdan öyrəndim! Bizim əsgərlərin qatili İrandır.

Ermənilərlə bərabər farslar döyüşüblər. Xeylisi gəbərdilib. İran ona görə belə narahatmış.

Bizim əsgərlərin toplu olduğu yerlər İran SİHA-ları ilə vurulub.

“Bayraqdar” gəlib, İran SİHA-larını iti qovan kimi qovub. Gerisi hamıya məlumdur.

Bütöv Azərbaycan üçün o taylı-bu taylı səfərbər olmağın vaxtıdır!”
 
Ardını oxu...
Dünən Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan qəhrəmanlarımızdan biri də Səbuhi Əhmədovdur.

Oxu.Az xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur.

Şəhidimiz sabah Badamdarda dəfn olunacaq.
 
Ardını oxu...
12 sentyabr axşam saatlarında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində ölən erməni əsgərlərinin sayı ilə bağlı yeni rəqəm səsləndirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Qovorit Yerevan” erməni kanalı məlumat yayıb.

“Müxtəlif mənbələrdən məlumatlar alırıq. Qeyri-rəsmi mənbələrin məlumatına inansaq, Ermənistanın itkisi 400 nəfərə çatır. Rəsmi açıqlamanı gözləyək”, – məlumatda qeyd edilib.

Göyçə vilayətinin qubernatoru Karen Sərkisyan, “Ölənlərlə bağlı məlumatı deyə bilmərəm, onu Müdafiə Nazirliyindən soruşun. Yaralıların sayı isə 80 civarındadır”, – bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün səhər parlamentdə çıxışı zamanı 49 erməni əsgərin öldüyünün təsdiqləndiyini, ancaq bu rəqəmin son olmadığını bildirmişdi. İndiyə qədər Ermənistan MN itkilərinin son sayını açıqlamayıb.
 
Ardını oxu...
Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 1-ci Tank Qvardiya Ordusunu darmadığın edib, bu ordunu Moskvanın müdafiəsi və Şimali Atlantika Müqaviləsi Blokuna (NATO) qarşı müharibəyə hazırlamışdılar.

Kəşfiyyat məlumatlarına istinadla bu barədə «Tvitter»də Böyük Britaniyanın Müdafiə Nazirliyi xəbər verib («UNİAN»).

Kəşfiyyatın məlumatına görə, Rusiya silahlı qüvvələrinin Xarkov vilayətində yerləşdirilmiş bölmələri son həftələr boyu 1-ci Qvardiya Tank Ordusundan ibarət olub və Rusiya Federasiyası Qərb Hərbi Dairəsinin tabeliyində fəaliyyət göstərib.

«1-ci Tank Qvardiya Ordusu təcavüzün başlanğıc mərhələsində ağır itkilər verib və Xarkovda Ukraynanın əks-hücumuna qədər tam komplektləşdirilməyib» - xəbərdə deyilir.
 
Ardını oxu...
Ermənistan ordusu 150-200 nəfər itki verib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib.

DİA.AZ trend-ə istinadla xəbər verir ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib, dəyəri yarım milyard dollardan çox olan avadanlıq yararsız hala salınıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
1
 
 

Dünyapress TV

Xəbər lenti