Ardını oxu...
“Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalar nəticəsində Tacikistanın 200-dən çox hərbçisi həlak olub, 400-ə yaxını isə yaralanıb”.
Bu barədə Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında deyib.
Son məlumatlara əsasən, iki ölkə arasında toqquşmalar nəticəsində 59 qırğızıstanlı ölüb, 163 nəfər isə yaralanıb. Onların neçəsinin hərbçi və mülki vətəndaş olduğu barədə rəsmi məlumat yoxdur.
Tacikistan rəsmiləri isə 35 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib.
 
Ardını oxu...
“Türkiyə istehsalı olan “Bayraktar-TB2” operativ-taktiki döyüş dronlarının iki il qabaq Ermənistan-Azərbaycan, indi isə Rusiya-Ukrayna müharibəsində oynadığı rol bütün dünyanın diqqət mərkəzindədir”. Redaksiyası ABŞ-ın Nyu-York şəhərində yerləşən “Business İnsider” nəşrinin dərc etdiyi məqalədə belə deyilir.

Bildirilir ki, 2020-ci ilin payızında Türkiyənin müttəfiqi olan Azərbaycanın 44 günlük müharibə zamanı Ermənistan üzərində qələbə çalmasına yardım göstərmiş “Bayraktar-TB2” dronları 2022-ci ilin fevralından başlanmış Rusiya-Ukrayna müharibəsindəki roluna görə yenidən gündəmdədir: “Bayraktar-TB2” əfsanəyə çevrilib. Bu dronları istehsal edən “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarın ötən ay Ukraynanın “Salamat qayıt” Fonduna verdiyi açıqlamaya görə, “Bayraktar-TB2”yə tələbat o qədər artıb ki, indi onu almaq istəyənlərin 3 illik növbəsi yaranıb”.

Məqalədə qeyd olunur ki, “Baykar” şirkəti ayda 20-dən çox pilotsuz təyyarə istehsal edə bilir: “Hazırda şirkət sayı artırmaq üçün Ukraynada yeni zavod tikməyi planlaşdırır.

Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətində oynadığı rol “Bayraktar-TB2”ni daha da şöhrətləndirib. İnternet məkanında pilotsuz təyyarələrin Ukrayna müqavimətinin simvoluna çevrildiyini nümayiş etdirən saysız-hesabsız videoya rast gəlmək mümkündür. “Bayraktar-TB2” dronları olmasa, Ukrayna Rusiyaya müqavimət gücünü itirə bilər”.

Məqalədə vurğulanır ki, “Bayraktar-TB2” dronunun çoxsaylı imkanları onu ixrac silahına çevirib: “Hazırda 13 ölkədə bu dronlara rast gəlmək olar”.

Məqalədə xatırladılır iki, ötən həftə Ukrayna Silahlı Qüvvələri iki ədəd “Bayraktar-TB2”nin Rusiyanın 28,35 milyon dollar dəyərində hərbi texnikasını, o cümlədən bir neçə tankını, artilleriya qurğularını, piyadaların döyüş maşınlarını sıradan çıxardığını açıqlayıb.
pressklub
 
Ardını oxu...
Rusiyalı hərbçilər və onların ailələrindən gün ərzində davamlı müraciətlərin qəbulu üzrə Koordinasiya qərargahında “qaynar xətt” işə salınıb.

Bu barədə hərbi əsirlərin müraciət məsələləri üzrə Koordinasiya qərargahı xəbər verib («UNİAN»).

«Bu, dövlət layihəsinin davamıdır və rusiyalı hərbçilərin silahı yerə qoymaq, öz həyatı və sağlamlığını saxlamaq imkanları barədə məlumatlandırılmasına xidmət edir.

«Yaşamaq istəyirəm» dövlət layihəsi rusiyalı hərbçilərə Ukrayna silahlı qüvvələrinə təhlükəsiz əsir düşməkdə kömək etməyə yönəlib» - xəbərdə deyilir.
 
Ardını oxu...
İranda “SU-22” qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə məxsus təyyarə təlim uçuşu yerinə yetirərkən texniki nasazlıqla üzləşib və pilotların səyi ilə yaşayış olmayan əraziyə düşüb.

Təyyarə yerə çırpıldıqdan sonra partlayıb.

Pilot katapult edərək qəzadan sağ çıxıb.
 
 
 
Ardını oxu...
“Ermənistan və Azərbaycan BMT müqaviləsini qəbul edərək bu təşkilata üzv olub. Beləcə, hər ikisi bir-birinə qarşı bu formatı qəbul edib. Burada da bir-birinin ərazi bütövlüyünü tanımaq və problemləri dinc yolla həll etmək kimi mühüm maddələr var.

Ancaq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 30 ildir tanımır və bizə qarşı içində soyqırımın və etnik təmizliyin olduğu müharibə aparıb, işğal həyata keçirib”.

Bu sözləri politoloq Nazim Cəfərsoy cəbhədə son baş verənləri şərh edərkən deyib. O bildirib ki, məhz qeyd edilənlər fonunda Ermənistanın BMT formatına əhəmiyyət vermədiyini demək mümkündür:

“Hətta bu ölkə 4 BMT qətnaməsinə də konkret 28 il boyunca tüpürüb. Yəni Ermənistan BMT müqaviləsinin ona tanıdığı formatı Azərbaycanla münasibətdə hər mənada çox açıq şəkildə rədd edib. Beynəlxalq hüququn ən əsas prinsiplərindən biri dövlətlərarası münasibətlərdə bərabərlik və qarşılıqlılıq prinsiplərinin hakim olmasıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Azərbaycanın da onun ərazi bütövlüyünü tək tərəfli olaraq tanıması kimi bir borcu yoxdur!

Beynəlxalq hüquqda öz qəbul və tətbiq etmədiyin prinsipi başqasından tələb etmək kimi bir şey yoxdur. Ermənistan 30 ildir Azərbaycanla ərazi bütövlüyünü tanıdığını ifadə edən ikili müqavilə də imzalamayıb. 2 ildir bu müqaviləni imzalamır, əsas səbəb də beynəlxalq hüquqa görə Azərbaycanın olan Qarabağ bölgəsini və anklavların bizim olduğunu qəbul etməməkdir. Bu konteksdə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tək tərəfli tanımaq borcu yoxdur”.

Ekspert qeyd edib ki, bərabərlik və qarşılıqlılıq prinsiplərinə görə, Azərbaycanın da hazırda Ermənistan ərazisi sayılan yerlərin statusunu müzakirəyə çıxarmaq hüququ var: “Ermənistan Azərbaycanla sərhədlərini dəqiqləşdirmə və nişanlama işlərində də hərtərəfli mane yaradır, müasir texnoloji imkanlarla qısa müddətdə həll olunacaq məsələni uzadır. Yəni Azərbaycanın sərhədlərini bizim əleyhimizə şübhə altına alır. O zaman Azərbaycanın da bərabərlik və qarşılıqlılıq prinsiplərinə görə Ermənistan sərhədlərini şübhə altına alma haqqı var! Ermənistan 30 il işğalçı siyasət aparıb və hazırda Azərbaycanda işğal qüvvələri var. Bu ölkə ərazilərimizdən öz qüvvələrini çıxarmayana qədər qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycanın da Ermənistan ərazisinə girmə hüququ doğur. Üstəlik beynəlxalq hüquqda sıx -sıx ABŞ -ın və İsrailin istifadə etdiyi önləyici legitim müdafiə hüququ buna imkan verir.

Bu çərçivədə təhdid təşkil edən hərbi hədəfləri vurmaq beynəlxalq hüquqa uyğundur. Hətta geniş mənada bu hüququn içinə bəzən “bufer zona qurmaq” da daxil edilir ki, bunun nümunələri var. Ermənistan rəsmiləri də hər fürsətdə Azərbaycana hərbi zərər vermək niyyətlərində olduqlarını bəyan edirlər. Bu şərtlərdə Azərbaycan da Ermənistanda hərbi hədəfləri vuranda önləyici legitim müdafiə hüququndan istifadə edib”. N.Cəfərsoy həmçinin vurğulayıb ki, beynəlxalq hüquqda “isti izləmə” kimi bir haqq daha var:

“Qısaca, bu hüquq sizə qonşu ölkədən terrorist və ya diversant hücum edəndə onun arxasınca qonşu ölkənin sərhədindən içəri girə biləcəyinizi deyir. Bu hüququ da ABŞ, İsrail, Türkiyə və s. istifadə edir. Son hadisədə Azərbaycan beynəlxalq hüquqa görə, Ermənistan diversantlarını isti təqib etmək hüququndan istifadə edib! Hələ bizim cinayətkarları mühakimə etdirmə və təzminat istəmə hüquqlarımız da var. Hamısını sonuna qədər istifadə etməliyik. Beynəlxalq hüquqda belə şeylər olduğunu bilmək lazımdır, əks halda, fikirlərdə cəhalət qalib gəlir və elə bilirlər, Azərbaycan haqsızdır!”.
 
 
 
Ardını oxu...
Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçi futbolçu imiş.

"Report" xəbər verir ki, Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynov müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
 
Ardını oxu...
Ukrayna ordusu rusların işğalı altında olan Xerson şəhərinə raket zərbələri endirib.
TEREF.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr Xerson şəhər administrasiyasının binasına endirilib. Binaya 5 raketin atıldığı bildirilir.
Çoxlu sayda ölü və yaralının olduğu ilə bağlı məlumatlar yayılıb.

Dünyapress TV

Xəbər lenti