Ardını oxu...
Ukraynanın cənubunda əks-hücum artıq bir neçə həftədir ki, davam edir. Açıq görünür ki, Ukrayna müdafiəçilərinin istifadə etdikləri xüsusi taktika uğur gətirir.

Bu barədə alman qəzeti «Die Welt» yazır, onun jurnalisti hadisə yerində olub.

«Dəqiq müəyyən etmək çətindir ki, hazırda cəbhənin cənubunda nə baş verir və bir çox detallar çətin ki, müstəqil mənbələr tərəfindən təsdiqlənmiş olsun. Son bir neçə gündə «Die Welt»in jurnalistləri bölgəyə baxış keçiriblər ki, situasiya barədə təsəvvür əldə etsinlər» - «Düşməni sıxışdırıb çıxartmaq - belə taktika ilə Ukrayna cənubu azad etmək istəyir» başlıqlı məqalədə qeyd olunur.

Məqalədə deyildiyi kimi, əks-hücumun başlanmasına qədər Ukrayna silahlı qüvvələri Rusiya Federasiyasının hərbi infrastrukturunu güclü atəşə məruz qoyub.


Amerikanın HİMARS yaylım atəşli reaktiv sistemindən istifadə etməklə, USQ Antonovsk körpüsünə və işğalçıların Dnepr üzərindəki ponton körpüsünə hücum edib. İndi Rusiya Federasyasının ordusu bölgədə zəif vəziyyətdədir. Yalnız bir neçə körpü fasiləsiz təchizat üçün əlçatandır, qəzet yazır.
Ətraflı

Müharibənin indiyə qədərki gedişi göstərib ki, Rusiya ordusu özünün say üstünlüyündən istifadə edə bilmir - nə qədər ki, artilleriya dəstəyi göstərilmir. Ukraynalılar bu təcrübədən istifadə edirlər, məqalədə deyilir.

Belə ki, son ayda USQ düşmənin arxasında strateji obyektləri məhv edib: körpüləri, döyüş sursatı anbarlarını, komanda məntəqələrini, HHM elementlərini. Nəticədə, Rusiya ordusu təkcə özünün hücum potensialını itirməyib, həm də artıq eşalonlu müdafiə barədə düşünməyə başlayıb.

Yerində qəzetin müşahidə etdiyi kimi, ukraynalıların indiki hücumu klassik mənada əks-hücum deyil: nə hərbi texnikanın nəhəng kolonu var, nə eyni vaxtda hücum edən on minlərlə əsgər, nə də bomba tökən təyyarə sürüləri.

«Böyük ehtimalla biz, bu müharibədə zirehli texnikanın nəhəng kolonlarını və yüzlərlə piyadalari görməyəcəyik» - ukraynalı hərbi ekspert Vladimir Dasenko qəzetə müsahibəsində deyib.

Bütün bunlardan çıxış etsək, deyə bilərik ki, Ukrayna qüvvələri sürətli və böyük itkilərlə müşayiət olunan düşüncəsiz hücumlardan qaçırlar və bilirlər ki, Rusiya ordusunun öz müdafiə xətlərini hazırlamaq üçün kifayət qədər vaxtı olub, qəzet yazır.

Bunun əvəzində, onlar düşməni özünün strateji mövqelərindən «sıxışdırıb çıxartmaq» taktikasına üstünlük verirlər. Belə ki, Rusiyanın döyüş sursatı, yanacaq və ərzaqla təchizat yolları Ukrayna artilleriyasının atəşi altındadır və Putin ordusu üçün geri çəkilmək qaçılmaz olacaq.

Bu taktikanın mahiyyəti ondan ibarətdir ki, əvvəlcə artilleriya döyüş sursatı və yanacaq-sürtkü mterialları olan bütün anbarları məhv edir, ardınca Ukrayna piyadası «taqətdən düşmüş» Rusiya hissələrinə hücum edir, hansı ki, onların nəfəs dərib də geri çəkilmək üçün kifayət qədər köməyi yoxdur.
 
Ardını oxu...
Hərbi şərhçi Denis Popoviç Ukrayna silahlı qüvvələrinin yaxın vaxtlarda Donbass və Krımın Rusiya işğalından azad etməsi şanslarını qiymətləndirib.

Bu barədə o, öz fikirini «FREEDOM» telekanalının efirindən səsləndirib («UNİAN).

«Mən, Donbass və Luqansk vilayətlərinin işğaldan azad edilməsi məsələsindən danışmağa tələsməzdim. Mənim fikrimcə, bu perspektiv bir qədər uzağa gedir» - o, qeyd edib.

Elə həmin fikri o, Krımın azad edilməsi məsələsinə də aid edib.

«Krımın işğaldan azad edlməsi məsələsinə gəlincə, mənim fikrimcə, bu barədə danışmaq bir səbəb üzündən xeyli tezdir: Xerson vilayətinin bir hissəsi Rusiya Federasiyasının nəzarəti altındadır, Zaporojye vilayətinin bir hissəsi kimi. Xüsusilə, Melitopol şəhəri. O, çox mühüm qovşaqdır və gələcəkdə Azovyanının və Krımın azad edilməsi üçün mühüm məntəqədir» - ekspert hesab edir.

Bu zaman Popoviç bu gün Ukrayna silahlı qüvvələrinin ehtiyac hiss etdiyi silahlar barədə də fikir söyləyib. Onun sözlərinə görə, Ukrayna nə qədər çox sayda yüksək dəqiqlikli yaylım atəşli raket sistemləri (HİMARS) və onlar üçün mərmilər alarsa, o qədər yaxşı olar.
Ardını oxu...
ABŞ-ın Müdafiə naziri Lloyd Ostin bu gün Praqada Çexiyalı həmkarı Yana Çernoçovayla görüşlərdən sonra jurnalistlərə deyib ki, Ukrayna qüvvələri iki əks-hücumda döyüş uğurları göstərir. Nazir əlavə edib ki, Vaşinqton işğalçı Rusiya qüvvələrinə qarşı döyüşdə Kiyevə nə qədər lazım gəlsə dəstək verəcək. Ostin bildirib ki, Xersonda və Xarkovda uğurlara şahiddirlər.

Son günlər Ukrayna qüvvələrinin cənubda Xerson vilayəti və ikinci böyük şəhər Xarkovdan şərqdə və cənub-şərqdə irəliləməsinə dəlil artır. İki həftədir Xersonda böyük döyüşlər gedib. Son iki gündə isə Rusiya qüvvələrinin Xarkov yaxınlığından sıxışdırılması xəbərləri gəlir.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 8-də gecə müraciətində əsgərlərinin onlarla yaşayış məntəqəsini azad etdiyini bəyan edib. Onun sözlərinə görə, son bir həftədə Rusiya qüvvələrindən min kvadrat kilometrdən çox ərazi geri alınıb.

Rusiya rəsmiləri cəbhələrdən heç biri, o cümlədən Ukraynanın uğurları haqda heç nə deməyib. Rusiyapərəst hərbi blogerlər isə günlərdir hər iki cəbhə xəttində böyük yerdəyişmələri sənədləşdirir.

Sentyabrın 9-da Xarkovda işğal olunmuş ərazilərə Rusiyanın təyin etdiyi administrator “Rossiya-24” televiziyasına deyib ki, Ukrayna ordusu şərq vilayətində əsaslı qələbə əldə ediblər.

“İndi vəziyyət çox ciddidir. Müdafiə xəttimizin pozulması faktı artıq Ukrayna silahlı qüvvələri üçün əsaslı qələbədir”, – Vitali Qançev bildirib.
 
 
 
Ardını oxu...
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun verdiyi məlumata əsasən, 6-7 sentyabr tarixlərində Ukrayna SQ 400 km² ərazini işğaldan azad edib.

Dünən axşam Prezident Volodimir Zelenski Ukrayna qoşunlarının ölkənin şimal-şərqindəki Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini geri aldığını bildirib. "Bu həftə Xarkov vilayətindən yaxşı xəbərimiz var", – deyən Zelenski işğaldan azad edilən yaşayış məntəqələrinin adlarını çəkmək üçün uyğun vaxt olmadığını da vurğulayıb.

Sentyabrın 7-dəki çıxışında Prezident döyüş tapşırıqları zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları sayəsində yenidən Ukrayna bayrağını yüksəldən hərbi hissələrə təşəkkür edib.

Xatırladaq ki, son günlər Xarkov vilayətində Ukrayna hərbi qüvvələrinin irəliləyişi, əsgərlərin Balakliya şəhəri ətrafındakı geri alınmış kəndlərdə çəkilmiş video və fotoları sosial şəbəkələrdə yayılsa da, Ukrayna rəsmiləri xəbərlərin heç birini təsdiqləməyib. Ukrayna həmçinin əks-hücum apardığı ölkənin cənubunda bir neçə kəndi geri aldığını iddia edib.

Ukraynalı tanınmış hərbi bloger Yuri Butusov isə bu günlərdə Xarkov və Xerson ətrafında baş verən hücum əməliyatlarından sonra Rusiya təbliğatında kəskin dəyişikliklərə diqqət ayırıb. Onun sözlərinə görə, Ukraynaya qarşı təcavüzü fəal şəkildə təbliğ edən bir milyon abunəçisi olan Kremlyönlü "teleqram" kanalı "Readovka" Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatının xəritəsini dərc edib: "Bu xəritədə Ukrayna qoşunlarının sentyabrın 6-da eyni vaxtda dörd zərbə endirdiyini göstərir. Amma iki gün əvvəl bütün rus təbliğatçıları “panika yoxdur” yazırdılar. Təbii ki, biz Ukrayna tərəfdən heç bir məlumat verməyəcəyik və düşmənimizdən gələn bu cür vahimə xəbərlərinə inanmaq çətindir. Amma belə xəritələrə görə, Putinin və Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin İzyum bölgəsində cəmləşmiş əsas qüvvələri üçün çox pis xəbərlər var.

Ruslar Prişib kəndini Ukrayna qoşunlarının cəmləşməsi üçün başlanğıc nöqtəsi kimi göstərirlər. Xəritəyə əsasən Ukrayna qoşunları Prişib bölgəsində rus ordusunun müdafiəsini yarıb, Voloxov Yar mühüm yol qovşağını, Semenovkanı azad edib və iki gündən sonra Şevçenkovo kəndinə yaxınlaşıb. Bu, çox yüksək irəliləyiş göstəricisidir, xüsusən nəzərə alsaq ki, qoşunlar bu yolu dislokasiya olunmuş döyüş birləşmələri keçməli, bərbad ərazidə müdafiə olunan düşmənlə döyüşə girməlidir. Yəni birbaşa irəli getmək mümkün deyil. Xəritəyə əsasən Ukrayna qoşunları bu istiqamətdə 30 kilometrdən çox məsafəni qət ediblər. Relyef və yollar boyunca təhlükəsizlik manevrləri edildiyini nəzərə alsaq, Şevçenkodakı hissələr də irəliləyərək 45 km-dən çox irəli gediblər.

Xəritəyə görə, Şevçenkovo kəndi Rusiya Silahlı Qüvvələrinin İzyum bölgəsindəki bütün hərəkətləri üçün əlaqə nöqtəsidir. Çünki ərazidə bütün əməliyyatlara nəzarəti təmin edən əsas rabitə qovşağı orada yerləşir. Kupyanska çıxış İzyum yaxınlığındakı rus qoşun qrupunun tam mühasirəyə alınması demək olacaq. Şevçenkovonun azad edilməsi İzyum qrupunun məğlubiyyəti, əməliyyat mühasirəsi və rus bölmələrinin sürətlə qaçmağa məcbur edilməsi deməkdir".

Bolger əlavə edir ki, əgər bütün Rusiya KİV-lərində təkrarlanan bu xəritə real vəziyyəti əks etdirirsə, piyadalarımız tank, artilleriya qurğularında dəfələrlə üstün olan düşmənin müdafiəsini yarıb keçib: "Beləliklə, əsgərlərimiz heyrətamiz dözümlülük və döyüş effektivliyi nümayiş etdiriblər", o vurğulayıb.

Bütosovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qəfil hücumu nəticəsində ruslar böyük itkilər verirlər: "Yalnız sentyabrın 7-də internetdə yayılan foto və videoda 40-dan çox rus əsgərinin əsir düşdüyü qeydə alınıb, onlar tamamilə ruhdan düşüb, canlarını xilas etmək üçün təslim olublar. Ukraynalılar məhbuslarla nəzakətli davranır, hamını lentə alır, həyatlarını xilas edəcəklərinə və mübadilə edəcəklərinə söz verirlər".

Rasim Əliyev

"AzPolitika.info"
 
 

Ardını oxu...
Türkiyənin Diyarbakır vilayətində PKK/KCK terror qruplaşmasının üzvləri ələ keçiriliblər.

Saxlanılan terrorçuların polisə qarşı sui-qəsd hazırladıqları müəyyən edilib.

Qrup üzvlərinin şəhərin mərkəz nöqtələrində silahlı və bombalı terror aktları həyata keçirmək üçün hazırlıq gördükləri məlum olub.

Diyarbakırın Silvan rayonunda ələ keçirilən dörd nəfərin avtomobilinə baxış keçirilib. Müdafiə tipli əl qumbarası və bir ədəd 7,65 mm-lik tapança tapılıb.

Saxlanılan şəxslərdən birinin boynundan asılan duanın içindən sui-qəsd planı çıxıb. Duanın içərisində kəşfiyyat xarakterli qeydlər əks olunub. Qeydlər araşdırılıb və sui-qəsdin Diyarbakır Vilayəti Təhlükəsizlik İdarəsində çalışan iki polis məmuruna qarşı hazırlandığı məlum olub.

Axtarış zamanı polis məmurlarının adları, avtomobillərinin dövlət nömrə nişanları, yol marşrutları və keçid vaxtları, eləcə də terror aktının keçiriləcəyi yer barədə məlumatlar aşkar edilib.

Araşdırma davam edir.
 
 
 
Ardını oxu...
Pentaqon yeni F-35-lərin qəbulunu dayandırıb
ABŞ Müdafiə Nazirliyi qırıcının mühərriklərində istifadə edilən maqnitin Çin materiallarından hazırlandığı aşkar etdikdən sonra yeni F-35-lərin qəbulunu dayandırıb.

Bu barədə “Reuters” Pentaqonun sözçüsü Rassel Qomareyə istinadən məlumat yayıb.

Mətbuat katibi bildirib ki, avqustun ortalarında aparılan araşdırma nəticəsində məlum olub ki, döyüş təyyarəsi mühərrikinin sürtkü nasosunda ərinti var. Eyni zamanda o, maqnitin təyyarə üçün risk yaratmadığını və məlumat ötürmədiyini etiraf edib.

Mühərrik istehsalçısı “Lockheed Martin” bildirib ki, problem kobalt və samarium ərintisi olan “Honeywell F-35” turbomaşınının maqnitindədir.

Nasos istehsalçısı “Honeywell International Inc HON.O” müştərilərin müqavilə tələblərinə cavab verdiyini və yüksək keyfiyyətli məhsullar təqdim etməyə sadiq qaldığını vurğulayıb.
 
Ardını oxu...
Berdyanskın mərkəzində şəhərin rusiyalı "komendantı"nın avtomobili partladıldı...

"Bu, işğal edilən Ukrayna ərazilərində Kreml əlaltılarına edilən sayca 20-ci hücumdur..."

"Ukrayna terrorçuları azad edilmiş ərazilərin sakinlərini qorxutmaqda davam edir..."

Rusiya tərəfindən işğal edilən Berdyansk şəhərində şəhər administrasiyası binasının yanında partlayış baş verib, daha sonra atışma başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hakimiyyət otqanları məlumat yayıb.

Bir nəfər, Berdyanskın "komendant"ı Artyom Bardin ciddi zərər çəkib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İşğalçı hakimiyyət nümayəndələri partlayışı "terror aktı" adlandırıb.

"Ukraynalı terrorçular azad edilmiş ərazilərin sakinlərini qorxutmaqda davam edir", - bu barədə Zaporojye vilayət administrasiyasının üzdəniraq ali şurasının üzvü Vladimir Roqov məlumat verib.

O, dəqiqləşdirib ki, Bardinin maşını göyə sovrulub, partlayış nəticəsində "xoş təsadüf nəticəsində içərisində heç kimin olmadığı daha üç mülki avtomobil" zərər çəkib.

O, sıradan çıxan avtomobillərin fotoşəkillərini dərc edib.

Bu, işğal edilən Ukrayna ərazilərində Kreml əlaltılarına edilən sayca 20-ci hücumdur.

Berdyanskda məmurlara sonuncu hücum avqust ayında baş verib.

O zaman Vladimir Roqovun rəhbərlik etdiyi "Biz Rusiya ilə birgəyik" ictimai hərəkatın könüllülər qərargahı hücuma məruz qalıb.

Üç gün ondan öncə Mixaylovkada şəhər milisinin rəisi Andrey Rıjkov asılmış vəziyyətdə tapılıb.

Avqustun 29-da işğal edilən Xerson vilayəti administrasiyası sədrinin kənd təsərrüfatı üzrə müavini Aleksey Kovalyov ölü tapılıb. O, başından güllələnib.

İyun ayında onun maşını partladılıb, o zaman o, xəstəxanaya düşüb.
 
 
 
Ardını oxu...
Ukrayna Prezidenti: "İstəyirəm, düşmən bizdən sürprizlər alsın"

Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib. Bu barədə AYNA Ukrayna Prezidenti Volodimir Zelenskinin “ABC NEWS” telekanalına müsahibəsinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunlarının diqqəti təkcə Xerson vilayətində hücuma yönəlməyib. Müdafiəçilərin əks-hücum fəaliyyəti üçün bir çox istiqamətlər var.

Jurnalist Ukrayna hərbçilərinin niyə məhz Xerson vilayətində əks-hücum əməliyyatı barədə soruşub.

"Mən əks-hücumun təkcə Xerson istiqamətində olduğunu deməzdim... İstiqamət və ya istiqamətlər var - çoxdur və biz irəliləməliyik", - Prezident cavab verib.

Eyni zamanda, Zelenski qeyd edib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz.

“İstəyirəm, düşmən bizdən sürprizlər alsın”. – dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, olduqca ağır müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

"Bu vəzifə çətindir və bu, təkcə bizdən asılı deyil, əminəm ki, belə də olacaq. Bu, sadəcə, zaman məsələsidir", - Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, ölkə öz torpağını düşmənə verməyəcək.

Müəllif: Ayna.az
Ardını oxu...
Bu həftə Rusiyaya İran hərbi dronlarının çatdırılması ilə bağlı yayılan məlumat böyük sensasiyaya çevrilmədi - Moskvanın Tehrandan pilotsuz uçan aparatlar (PUA) almaq planları barədə informasiya hələ iyul ayında yayılmışdı, BBC müxbiri Pavel Aksyonovun təhlilində deyilir.

Washington Post qəzeti yazır ki, Rusiyanın artıq aldığı dronların ilk sınaqları zamanı Rusiya hərbçiləri bir sıra nasazlıqlarla üzləşiblər. Lakin onların nədən ibarət olduğu barədə məlumat verilmir.

İranın dron proqramı 1980-ci illərin sonlarından inkişaf etsə də, ölkə sanksiyalar altındadır və ekspertlərin fikrincə, bir çox dronlar əsasən xarici nümunələrin kopiyalarıdır.

Ukrayna müharibəsi vaxtı pilotsuz təyyarə çatışmazlığı ilə üzləşən Rusiya İrana müraciət etmək məcburiyyətində qaldı, çünki başqa ölkələrdən bu cür texnikanı almaq imkanları demək olar ki, yox idi və ölkədaxili istehsal çox aşağı səviyyədə idi, təhlildə deyilir.
İranın pilotsuz təyyarələri
Ardını oxu...
Xarici texnologiyaya giriş məhdudiyyətlərinə baxmayaraq, İran kifayət qədər tanınmış dron istehsalçısıdır. Bu ölkə çox uzun müddətdir ki, beynəlxalq sanksiyalar altındadır və belə ağır şəraitdə ayaqda qalmaq təcrübəsinə malikdir.

"İran 80-ci illərdən PUA sənayesini inkişaf etdirir və ona böyük əhəmiyyət verir. Ona görə də o, taktiki, strateji, kəşfiyyat və zərbə dronlarının bütün xəttinə malikdir. İran sanksiyalar altında yaşamağı və sanksiyalara rəğmən, hərbi sənayenin inkişafı üçün ehtiyacı olan hər şeyi almağın yolunu tapıb. İranda nəinki PUA istehsalı, uzaq mənzilli ballistik raketlər və nüvə layihəsi kimi daha mürəkkəb sahələr bütün maneələrə baxmayaraq inkişaf edir", - israilli hərbi ekspert David Gendelman BBC-yə bildirib.

İran təkbaşına hərbi təyyarə yarada bilməz, lakin o, sanksiyalar dövründə xarici texnologiyaları yaxşı təhlil etməyi, onları təkrarlamağı öyrənib, ekspert deyir. Beləliklə, iranlılar Amerikanın Northrop F-5 təyyarəsinin konstruksiyasını öyrənərək, hətta öz qırıcılarını buraxmağa müvəffəq olublar.

İran sənayesi hərbi aviasiya üçün ehtiyat hissələrinin istehsalı sahəsində hələ şah dövründən miras qalmış zəngin təcrübəyə malikdir. Bundan əlavə, güman olunur ki, İran sanksiyalardan yan keçərək, müxtəlif ehtiyat hissələri və komponentləri xaricdən alır.
Ardını oxu...
Rusiya hansı dronları alacaq?
Bard Kollecinin Hərbi Dron Araşdırma Mərkəzinin məlumatına görə, 2019-cu ilə kimi İranın 1-ci, 2-ci və 3-cü sinfə aid 179 dronu olub.

Birinci sinfə taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV).

Rusiyaya verilən "Mohajer-6" bu təsnifata görə ikinci sinfə aiddir. Globalsecurity.Org-a əsasən, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər.

Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Bəlkə də ona görə ki, onların Qərb prototipləri də fərqli olub.

Hesab olunur ki, "Şahed-129" İran mühəndislərinin əlinə keçən İsrailin Hermes 450 dronu əsasında yaradılıb. "Şahed-191" isə Amerikanın Q-170 Sentinel dronuna əsaslanır.
Amerikanın "Birlikdə nüvə İranına qarşı" (United Against Nuclear Iran - UANI) qeyri-hökumət təşkilatı "İranın pilotsuz uçuş aparatları proqramının təhlükəsi" adlı hesabatında İraq və Suriyada Mohajer və Şahed-129 pilotsuz təyyarələrindən istifadə etdiyi bildirilir. Suriyada bu dronların yerüstü hədəflərə hücum etdiyi qeyd olunur.

Rusiya İranın PUA-ları ilə maraqlanırsa, bu, "onların [dronların] dünya səviyyəsində olduğuna görə" deyil, Rusiyanın özündə istehsalın həm kəmiyyət, həm də keyfiyyət baxımından son dərəcə aşağı olduğuna görədir, David Gendelman deyir.

Rusiyada Kronştadt şirkəti MALE sinfinə aid Orion dronlarını istehsal edir. 2021-ci ilin dekabrında bu dronların hətta Suriyadakı hədəflərə hücum etdiyi bildirilir. Bu PUA-lar Moskva yaxınlığındakı Dubnadakı fabrikdə istehsal olunur.

İranda PUA-ların istehsalı üzrə proqram 1988-ci ildə başlayıb, BBC təhlilində deyilir.
Teref.az
 
 

Ardını oxu...
İstənilən əmri verə bilərsiniz, lakin rus hərbçiləri arasında əhval-ruhiyyə tamam başqadır. Onlar artıq NATO ilə müharibə vəziyyətində olduqlarını iddia edərək, hətta bəhanə axtarırlar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 15-dək Donetski ələ keçirmək planları ilə bağlı əmrini şərh edərkən bildirib.

Arestoviç Rusiya işğalçılarının Lisiçansk və Severodonetski 80 günə ələ keçirdiyini xatırladaraq, Donetski 15 günə işğal etməyin real olmadığını vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti