Ardını oxu...
Serbiya ilə gərginlik olacağı təqdirdə NATO Kosovodakı sülhməramlılarını artıracaq.

APA-nın “Reuters“ə istinadla xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Serbiya Prezidenti Aleksandr Vuçiçlə Brüsseldə baş tutmuş görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Bizim hazırda Kosovoda nəzərəçarpan missiyamız var, hərbi mövcudluğumuz 4000 nəfərə yaxındır. Ehtiyac olarsa, biz qüvvələri hərəkət etdirəcəyik və onları lazım olan yerə yerləşdirərək mövcudluğumuzu artıracağıq. Biz artıq Şimalda mövcudluğumuzu artırmışıq. Biz daha artığına da hazırıq”,- deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Kosovo ilə Serbiya arasında gəriginlik pik həddə çatıb.

Baş verən insidentlər zamanı 10-dan çox Kosova vətəndaşı yaralanıb.
 
Ardını oxu...
Yaxın bir neçə ayda Krımda hərbi obyektlərdə partlayışlar davam edəcək.
Bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində bildirib.
“Mən yaxın iki-üç ay ərzində belə hadisələrin daha çox olacağını proqnozlaşdıran Rusiya Müdafiə Nazirliyi ilə razıyam. Düşünürəm ki, biz bu halları daha çox görə bilərik”, – Podolyak deyib.
Onun sözlərinə görə, Canköy rayonundakı Rusiya silah-sursat anbarında baş vermiş yanğın xatırladır ki, “rusların işğal etdiyi Krım – anbarların partlayışı, işğalçılar və oğrular üçün yüksək ölüm riski deməkdir”.
Podolyak avqustun 9-da Saki aviabazasındakı partlayışların partizanlar tərəfindən təşkil oluna biləcəyi ehtimalını irəli sürüb və bunun, birmənalı olaraq təsadüfi olmadığına əmindir. Nəşr qeyd edir ki, rəsmi Kiyev Krımda baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyib.
Zelenskinin ofisinin rəhbərinin müşaviri əlavə edib ki, Ukrayna Rusiya ordusunu təchiz etdiyi üçün Krım körpüsünü qanuni hərbi hədəf hesab edir. “Belə obyektlər məhv edilməlidir”, – o vurğulayıb.
 
Ardını oxu...
DİA.AZ: - Müharibə veteranı, polkovnik Elnur Məmmədov növbəti dəfə çıxışını yayımlayıb. Hərbçi ictimaiyyətə müraciət edib. DİA.AZ bildirir ki, o, müdafiə naziri Zakir Həsənova qarşı ittihamlar səsləndirib.

"Zakir Həsənova yaxın general tərəfindən özüm, övladlarım, ailə üzvlərim təhdid olunmuşuq" deyən narazı polkovnik bildirir ki, onun və yaxınlarının həyatı təhlükədədir:

"Məni vadar etməsinlər ki, cənab prezidentin qəbuluna düşməmiş məndə olan faktları mediaya açıqlayım"



Xatırladaq ki, bir neçə gün əvvəl polkovnik Elnur Məmmədovun müraciətini təqdim etmişdik:

Müdafiə Nazirliyinin polkovniki NƏDƏN ALİ BAŞ KOMANDANA ÜZ TUTDU?

Bununla bağlı Müdafiə Nazirliyi qarşı tərəf olaraq aşağıdakı açıqlamanı təqdim etmişdi:

Ardını oxu...

"Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib.

Əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.
Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur".

İndi isə aydın olur ki, ittihamlar nəinki davam edir, hətta polkovnik Elnur Məmmədov təhdid olunduğunu də bəyan edir.

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
Ardını oxu...
Altay diyarının Vətəndaş Palatasının sədr müavini Yevgeni Novikov Donetsk Xalq Respublikasının (DXR) Şaxtyorsk şəhərinin atəşə tutulması zamanı həlak olub.

32gun.az xəbər verir ki, o, iyulun əvvəlində könüllü missiya ilə sözügedən şəhərə yola düşüb.

İyulun 10-da Şaxtyorsk şəhərinin atəşə tutulması nəticəsində dünyasını dəyişib.

İctimai Palatanın sədri Yuri Şamkov Novikovun Donetsk Xalq Respublikasına ilk dəfə könüllü kimi getdiyini vurğulayıb."Biz ona ən azı regional mükafat vermək təşəbbüsü ilə çıxış edəcəyik, bu, Altay diyarına xidmətə görə ordeni ola bilər." -Şamkov bildirib.
 
 
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri “Vaqner” özəl hərbi şirkətinin Popasnıdakı qərargahına zərbə endirib.

Bu barədə hərbi müxbir Yuri Kotenok özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Donbassdakı mənbələr də bu məlumatı təsdiqləyib.

Kotenok zərbənin HIMARS qurğusu ilə həyata keçirildiyini bildirib.

Hələ ki, rəsmən təsdiq edilməyən hadisə nəticəsində mümkün tələfat barədə dəqiq məlumat verilməyib.
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi çox güman ki, uzanacaq. Qarşıda hələ çox döyüş var.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Krivonos deyib.

“Britaniyalıların hərbi strateq kimi böyük təcrübələri var. Onlar həmişə həqiqəti söyləyirlər və kiminsə xoşuna gəlməyə çalışmırlar. Hələ qarşıda çoxlu yuxusuz gecə, çoxlu döyüş, çoxlu itki var", - o bildirib.

Generalın fikrincə, düzgün hazırlaşsa və birləşsə, Ukraynanın bu müharibədə qalib gəlmək üçün böyük şansı var:

"Bütün Ukrayna uzun sürən müharibəyə hazırlaşmalıdır: İlk növbədə, dövlət iqtisadiyyatı, infrastrukturu və ordu uzunmüddətli müharibəyə hazır olmalıdır. Bunsuz müharibənin davam etdirilməsi mümkün deyil”.

Qeyd edək ki, Böyük Britaniya kəşfiyyatının rəhbəri general Cim Hokkenhal Ukraynada müharibənin hələ uzun müddət davam edəcəyi haqqında bəyanat yaymışdı.
 
Ardını oxu...
Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat dronu sifariş edib.

Bu barədə tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Maqye öz mənbələrinə istinadən məlumat yayıb.

“Bir neçə dron və rusiyalı zabitlərin təlim keçdiyi simulyatoru tədarük etdikdən sonra Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk pilotsuz təyyarələr artıq Ukraynada istifadə olunub”, - Maqye bildirib.

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb. Lakin ABŞ-ı qabaqlayaraq, hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb. Amma Ukrayna müharibəsi sübut etdi ki, pilotsuz aparatlar hər bir ordu üçün daha lazımlı vasitədir.
 
Ardını oxu...
Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi birgə bəyanatla çıxış edərək Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından dərhal qoşunlarını və şəxsi heyətini çıxarmağa çağırıb.

“Report” xəbər verir ki, bəyanat Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsi qəbuledilməzdir, MAQATE-nin bütün üzvlərinin hörmət etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və təminat prinsiplərini pozur.

Bildirilib ki, Zaporojye AES-də Rusiya hərbi qüvvələrinin olması operatora və Ukrayna hakimiyyətinə beynəlxalq konvensiyalara, MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur.

Sənəddə qeyd edildiyi kimi, Rusiyanın işğalı və Ukraynanın nüvə obyektlərində mövcudluğunu davam etdirməsi nüvə insidentləri və qəza riskini xeyli artırır.
 
Ardını oxu...
Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbçinin qəfil öldüyünü açıqlayıb.


Məlumata görə, bu gün günorta saatlarında 41 yaşlı Manvel Tadevosyanın səhhəti kəskin şəkildə pisləşib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Mənbə: Sputnik
 
Ardını oxu...
Qazaxıstan və Gürcüstan Rusiya Federasiyasının Ukraynadan sonra onlarla müharibə edəcəyindən qorxurlar.

Axar.az xəbər verir ki, bu barədə "Dey Uelt" nəşrinin materialında deyilir.

"Kreml hakimiyyəti Qazaxıstan və Gürcüstana hücum edə bilər. Rusiya Federasiyasının bəzi partiyalarının açıq şəkildə təcavüz miqyasının genişlənməsinə eyham vuran və SSRİ-ni “bərpa etmək” arzusunda olan bəyanatları narahatlıq doğurur", - məqalədə bildirilir.
 

Dünyapress TV

Xəbər lenti