b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_eadd39d45783ea892d371b3b7aa6593f.jpg
 

Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, fitnes məşqçisi sahib olduğu mülkləri necə əldə etməsindən danışıb.

"Bu günləri həmd olsun ki, ev-eşiyim, şəraitim var. Vaxtında o xırda pulları xərcləyə də bilərdim. Dostum yaxın vaxtda 2021-ci ilin qalendvagenini alıb, sağlığına qismət. Məndə eyni markadan olan avtomobil 2011-ci ilindir. İki-üç dəfə maşınımı dəyişməyə cəhd etmişəm, əlimdə pul da olub. Avtomobil üçün yığdığım pula ev almışam.İlkin ödənişini vermişəm, qalan hesabı da 2-3 ilə kreditlə bağlamışam. O maşını alsaydım, bir ildən sonra qiyməti geriyə gedəcəkdi, amma aldığım evlə 2 dəfə çox pul qazanmış oldum.

Əfsuslar olsun ki, yaşadığımız ölkədə insana sürdüyü maşına, onun nömrəsinə, telefonuna evinə və geyiminə görə qiymət verirlər. Biz də cəmiyyətin bu adəti ilə ayaqlaşmağa çalışırıq.

Maşın alan dostum deyir ki, sənin ağlın yoxdur, ev tikdirirsən, kreditə mənzil alırsan, maşının bahalısını al, sür. İnsan 300-500 minlik avtomobil sürə bilər, əsas onun içində kimin olmağıdır. Sən, 500 minlik maşın sür, mən 20 minlik "Hunday" sürüm. Sən, o maşından düş, mən də "Hunday"dan, gör kim hörmətli qarşılanacaq. Pulun varsa, ən yaxşı maşını al. Dostumun evi yoxdur, kirayədə qalır, ancaq aylığı 5-7 min krediti olan maşın götürüb. Bu hansı məntiqlə doğrudur?", - Kamil Zeynallı bildirib.

Bölmənin digər xəbərləri

05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video

Dünyapress TV

Xəbər lenti