Ardını oxu...
Hindistan Ermənistanı silahlandırmağa davam edir.

Belə ki, bu ölkənin Ermənistana silah tədararükü edəcəyinə dair yeni məlumatlar yayılıb.

Qeyd olunur ki, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah satacaq.

Razılaşmaya “Pinaka” raket sistemləri və onların sursatları, eləcə də tank əleyhinə digər silahlar daxildir.

Bununla yanaşı, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon dollar olan "ATAGS" daşınan haubitsaları da tədarük ediləcək.

Maraqlıdır, Hindistanın Ermənistanı silahlandırmaqda məqsədi nədir? Erməniləri Qarabağda yeni müharibəyə hazırlaşdırırlar?

TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan son dövrlərdə Nikol Paşinyanın timsalında fərqli ritorika ilə çıxış edir:

“Faktiki olaraq, sülh danışıqlar masasından geri çəkiliblər. Paşinyan 2022-ci ilin oktyabrında Praqa və bu ilin mayında Brüsseldə ölkəmizin ərazi bütövlüyünü tanıdığını, eyni zamanda Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdi.

Amma Paşinyan bir neçə gün öncə qondarma rejimin “müstəqilliyini” təbrik etdi və Azərbaycana demədən ora “humatinar yardım” göndərməklə “şou” həyata keçirdi. Yəni atdığı hər iki addımla və son dövrlərdəki ritorikası ilə sülh masasından çəkildiyini, mövqeyini 180 dərəcə dəyişdiyini nümayiş etdirməkdədir.

Bu isə hərbi eskalasiyaya aparan yoldur. Təbii ki, bu vəziyyət sonsuza qədər davam edə bilməz və Azərbaycanın da səbri tükənə bilər”.

O vurğulayıb ki, Ermənistan da fərqindədir ki, sülh müqaviləsi imzalanmayacaqsa, hərbi qarşıdurma yaşana bilər:

“Üstəlik, Ermənistana dəstək verən güclər də onları silahlandırmağa davam edir. Təəssüflər olsun ki, Hindistan bu prosesdə aktiv rol oynayır.

Həmçinin, İran, Fransa, Kanada və digər dövlətlər də Ermənistanı silahladırmağa davam edir. Hindistan bu məsələdə erməni mövqelərindən çıxış edir. Hindistanın Ermənistanı silahlandırması, rəsmi Dehlinin burada iqtisadi maraqlarının olduğunu göstərir”.

Partiya sədri əlavə edib ki, Ermənistan çalışır ki, hər hansısa hərbi eskalasiya olarsa, Azərbaycana müqavimət göstərə bilmək üçün özünə mövqe formalaşdırsın:

“Lakin bu da mümkün ola məsələ deyil. Azərbaycan da hərbi sahəyə kifayət qədər ciddi diqqət ayırır. Hərb sənayesinə və orduya ayrılan vəsaitlərin də əvvəlkindən daha artıq olduğunu nəzərə almaq lazımdır. Belə bir deyim var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Azərbaycan regionun ən güclü ordusuna malikdir. Ermənistanın silahlanmasına rəğmən, ordusu 2 il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. İndi də Azərbaycan Ordusuna hərbi müqavimət göstərmək imkanlarına malik deyil.

Əslində, ermənilərin silahlanması bölgədə sülhün və sabitliyin mövcudluğuna təhdiddir”.
Ardını oxu...
İran vasitəsilə Ermənistana hərbi texnika və silah ötürülməsi davam edir
TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, bununla bağlı Telegram kanallarında görüntülər yayılıb.

Videodan aşkar görünür ki, İran üzərindən Ermənistana hərbi texnikalar və silahların göndərilməsi prosesi gecə saatlarında həyata keçirilir.

Bakı ilə İrəvan arasındakı gərginliyin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, İran rejimi Ermənistan ordusunu gücləndirmək üçün əlindən gələni edir.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı başlayandan 66 mindən çox insan və 7,6 min silah-sursat itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Şoyqu Kiyevi mülki hədəflərə hücum etməklə əks-hücumunun uğursuzluğunu gizlətməyə çalışmaqda ittiham edib:

“Əkshücum adlandırılan əməliyyatın əvvəlindən düşmən itkiləri 66 min nəfəri və 7,6 min silah-sursatı ötüb”.
Nazirin sözlərinə görə, bu müddət ərzində Rusiya qoşunları Ukrayna tərəfinin 159 HIMARS raketini, mindən çox pilotsuz uçuş aparatını, 13 qanadlı raketi vurub.
 
Ardını oxu...
DİA.AZ: - Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin xəbərində daha sonra deyilir:
Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.
Ardını oxu...
Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumatda qeyd olunub.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ardını oxu...
Küveyt Türkiyə ilə 18 ədəd “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatının (PUA) alınması üçün müqavilə bağlayıb.

Bu barədə qardaş ölkənin əmirlikdəki səfiri Tuba Nur Sönməz bildirib.

O, qeyd edib ki, Ankara PUA-ları istənilən zaman təhvil verməyə hazırdır.

Sönməzin sözlərinə görə, Türkiyə Küveytə tələb etdiyi bütün hərbi texnikaları tədarük etmək imkanına malikdir.
Qeyd edək ki, Küveyt Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə ilə “Bayraktar TB2” PUA-larının tədarükü ilə bağlı sazişin dəyəri 367 milyon dollardır.

Mənbə: TASS
Ardını oxu...
Rusiya İrana Yak-130 hərbi təlim təyyarəsi verib.

Cebhe.info xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.

Təyyarə İrana gətirildiyi və artıq İran Hərbi Hava Qüvvələrinin (HHQ) xidmətinə girdiyi iddia edilir.

İRNA-nın məlumatına görə, bu təlim təyyarələri İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək pilotların hazırlanması üçün istifadə olunacaq.

Rusiyanın İrana nə qədər Yak-130 apardığı hələlik məlum deyil.
 
Ardını oxu...
 

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.


Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Ardını oxu...
Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasında “Azərbaycan Ermənistana hücum edib” iddiasını gündəmə gətirəcək. Sərhəddə baş verənlərin əsas hədəfi budur.
BMT TŞ-nin son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi. Çünki Qarabağ Azərbayca ərazisi olduğu üçün Bakıya buna görə təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmalarında edilib, xüsusilə ötən ilin sentyabr döyüşlərində bunun şahidi olduq;
İndi yenidən sentyabr ssenarisi işə salınır. Və bu ssenaridə müxtəlif ölkələrin maraqları olmaqla yanaşı, əsas idarəedici kimi Fransa görünür.
- Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və Bakıya bu məsələ üzərindən təzyiq etməyə cəhd edəcəklər;
- Laçın yolu, ümumilikdə Qarabağla bağlı iddiaları “sərhəd toqquşması” fonunda gündəmə gətirəcəklər;
- Bununla danışıqlar masasındakı mövcud gündəliyi də arxa plana keçirmək istəyirlər: vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir;
Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək, lakin əsas hədəfləri itkilər hesabına olsa belə, siyasi məqsədlərinə nail olmaqdır.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Rusiya "Sarmat" strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Yuri Borisov jurnalistlərə açıqlaması zamanı bildirib.

""Sarmat" strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub", - deyə qeyd olunub.

Qeyd edək ki, "Sarmat" ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir.
 

Dünyapress TV

Xəbər lenti