Ardını oxu...
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yaşayan bir qrup sakin “Kaspi” qəzetinin redaksiyasına müraciət edərək, şəxsi həyət evlərində rabitə əlaqəsinin, telefon xəttinin, internetin olmamasından şikayət ediblər. Sakinlərin iddialarına görə, bir neçə il bundan öncə məhəllələrdə rabitə xətti üçün dirəklər basdırılsa da, kabelləşmə işi həyata keçirilməyib.

Ardını oxu...

Vətəndaşlar bununla bağlı Xəzər Rayon Telefon Qovşağına, “Azərpoçt” MMC-nin Mərdəkandakı müvafiq şöbəsinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xəzər Rayon İcra Hakimiyyətinə, Binə qəsəbə nümayəndəliyinə və Bələdiyyəyə ərizə ilə dəfələrlə müraciət etdiklərini, həmçinin şifahi şəkildə görüşüb problemi diqqətə çatdırdıqlarını söyləyiblər. Lakin illər keçsə də, Südçülük sovxozu ərazisində yaşayan sakinlərin qeyd olunan problemi həllini tapmayıb. Beləliklə də, internet əsri olan müasir dövrdə paytaxt Bakının inkişaf etmiş rayonunun bir qrup sakininin mənzili hələ də telefon xəttinə və internetə həsrət qalıb.

Ardını oxu...

Südçülük sovxozu ərazisində yaşayan sakinlərin şikayətini araşdırmaq üçün ilk növbədə Xəzər rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı müraciətimizin səbəbini öyrəndikdən, suallarımızı dinlədikdən sonra əlaqə telefon nömrəmizi qeyd etdi, söz verdi ki, hazırda ərazidə olan şöbə müdiri gələn kimi bizimlə mütləq danışacaq, suallarımızı cavablandıracaq. Lakin verilən vədlər elə vəd olaraq qaldı, bizimlə heç kim əlaqə yaratmadı.

Ardını oxu...

Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, qeyd olunan ərazi “Azeronline” MMC tərəfindən kabelləşdirilir. Nazirliyin rəsmi açıqlamasına görə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu “Məxməri” çay evi ərazisinin kabelləşməsi 2022-ci ilin noyabr ayında yekunlaşacaq. Ümumilikdə isə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisi tam şəkildə 2023-cü ilin birinci yarısı kabelləşəcək.

Ardını oxu...

“Azeronline” MMC ilə də əlaqə saxlayıb kabelləşmənin gecikməsinin səbəbini soruşduq. Qurumun Müştəri xidmətlərinin Müştərilərlə əlaqələr bölümünün rəhbəri Hilal Mehdiyev bildirdi ki, adıçəkilən ərazidə rabitə xəttinin çəkilməsi üçün, yəni kabelləşmə məqsədilə dirəklər 8-9 ay bundan öncə basdırılıb. Onun sözlərinə görə, ərazinin kabelləşməsi üçün layihələndirmə “Azeronline” MMC-yə, tikinti işinin həyata keçirilməsi isə podratçı şirkətə məxsusdur: “Biz layihələndirir, sifariş veririk, podratçı şirkət də əraziyə gedərək layihədə nəzərdə tutulanı tikir, qurur. Hazırda proses layihə və cədvəl üzrə, nəzərdə tutulmuş vaxt çərçivəsində davam etdirilir, heç bir gecikmə halı yoxdur. Sadəcə nəzərə almaq lazımdır ki, Südçülük sovxozu ərazisi böyükdür. Bu qədər ərazini ən qısa zamanda kabelləşdirmək, işi yekunlaşdırmaq qeyri-mümkündür. Daxili prosedur qaydalarına uyğun olaraq ərazi hissələrə bölünüb və hissə-hissə iş görülür. Podratçı şirkət bu qanunauyğunluqla tikinti aparır”.

Ardını oxu...

H.Mehdiyev söylədi ki, əgər ərazidə dirəklər basdırılıbsa, kabelləşmə gedibsə, podratçı şirkət tərəfindən ən qısa zamanda iş sona çatdırılıb “Azeronline” MMC-yə təhvil veriləcək: “Bizim məqsədimiz vətəndaşları internetlə təmin etməkdir. Biz prosesin yubanmasında maraqlı tərəf deyilik. Çünki layihənin icrası strateji baxımdan insanları internetlə təmin etməkdirsə, digər tərəfdən bu, biznesdir. Vətəndaş internet xidmətindən yararlandıqca aylıq ödəniş edir. Belə olan halda biz hər hansı yubadılmada maraqlı ola bilmərik. Gecikdirmə istənilən biznesə böyük zərbədir. Amma bəzi reallıqlar var ki, bunu kimsə dana bilməz. Ola bilər ki, biz hansısa ərazidə kabelləşmə işi həyata keçiririk və paralel olaraq “X” qurum məhz həmin ərazidə digər bir iş görür. Misal üçün qazıntı, yol, su, qaz xətti çəkilişi və sair. Bax, bu zaman bizim xətlərlə o xətlərin toqquşması, azacıq da olsa, hər hansı qəza baş verməsi ehtimalı, riski yaranarsa, işlər müvəqqəti olaraq dayandırıla, layihədə müəyyən dəyişikliklər edilə bilər. Belə fors-major hallar istisna deyil. Tikinti işini əsassız şəkildə yubadan podratçı şirkətlə də biz təkrar əməkdaşlıq etmərik. Hazırda “Azeronline” MMC Azərbaycanın 20-dən artıq rayonunda 50-dən çox kəndə internet verir. Bu say hər keçən gün artmaqdadır”.
 
Ardını oxu...
Gündəlik-Bakının “Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib” başlıqlı ötən yazısında Şəki Rayon Mərkəzi Xəstəxanasının ( RMX) Baş həkiminin qanunsuz əməllərindən bəhs etmişdik.
Qısa məlumat üçün qeyd edək ki, Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinika şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. İndi gördünüzmü, Məcid Əliyevin tabeçiliyində böyük bir səhiyyə şəbəkəsi yerləşir. Məcid Əliyev 2010-2017-ci illərdə Şəki RMX-nin baş həkimi olduğu zaman yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsaitini mənimsəməyə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Məcid Əliyev Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Məcid Əliyevin həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev yüksək vəzifəli məmurun vasitəsilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada xəstəxanaya direktor vəzifəsinə də təyinat alıb.
Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun bu vəzifəyə təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da rolu olub. Görəsən az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda “ölü canların” maaşını yeyən, korrupsioner birisi kimi tanınıb. Rayon ziyalıları mediaya müraciətində qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, Məcid Əliyevə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da kimlərsə bu məsələni yoxlamaq istəyirsə, buyurun yoxlayın. Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..?
Məcid Əliyev elektrik generatotu almaq, hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayırdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb.
Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı qiymətini müəyyən edib. Qeysəriyyə üsulu ilə doğmaq 600 manatdır. Deyilənə görə, Məcid Əliyev tibbi stansiyaların müdirlərindən hər ay 1500 alır.
Təsəvvür edirsinizmi, Məcid Əliyev tibbi məntəqələrə lazım olandan çox sanitar-xadimələr götürür və onların da maaşına şərikdir. İndi isə oxucularımıza və TƏBİB-in rəhbərliyinə Məcid Əliyevlə bağlı redaksiyamıza daxil olan yeni məlumatları təqdim edirik.
Daxil olan məlumatlara görə, Məcid doktorun qudası, Dəhnə klanının böyüyü, Moskvada tanınmış mafiya babası, Lotu Qulinin sağ əli kimi tanınan Elçindir.
Bəli, guya humanist həkim peşəsinin sahibi olan Məcid Əliyev adamlara mafiya babası Elçinin adı ilə hədə-qorxu gəlir. Məcid Əliyevin dostlarından biri də Şəkidə Qanköçürmənin sabiq müdiridir. Bu adam qan satdığına görə, vəzifəsindən uzaqlaşdırılıb. Və hazırda qiymətli ağacları kəsərək “ağac kömürü” biznesi ilə məşğul olur. Məcid Əliyev hazırda Qorxmaz adlı şəxsi Ümumi şöbəyə müdir təyin etmək üçün onun sənədlərini TƏBİB-ə göndərib. Ancaq Qorxmaz savadsız olduğu üçün imtahan verə bilmir.
Şəki səhiyyəsində kadr təyinatı məsələsində 113-də işləyən Arzu həkimin də rolu böyükdür. Onun da Məcid doktora təsir imkanları az deyil. Onun da sənədləri baş həkim təyin edilmək üçün TƏBİB-ə göndərilib. Məcid doktorun sürücüsü İlkin də özünə çox yaxın olan xanımı Arxiv şöbəsinə müdir təyin etdirib.
Onu da qeyd edək ki, Mərkəzi Xəstəxanada bir Göynük şəbəkəsi var. Belə ki, Ümumi şöbənin müdiri Göynüklü, müavini Göynüklü, oğlu da Təcili Yardımda işləyir. Baş həkimin müavini Vüqar isə Regional Maliyyə İdarəsinin sabiq müdiri çox hörmətli Həsən müəllimin qaynıdır. Bizim Həsən müəllimlə heç bir işimiz yoxdur, çünki o...
İndi isə keçək Məcid doktorun oğlunun macəralarına. İçki düşkünü olan, oğul 2 gündən bir avtomobilini içkili idarə etdiyi üçün QAİ-yə düşür və...sonda MTN-də çalışdığı vəzifəsindən uzaqlaşdırılıb. Məcid doktorun oğlu atasının pullarını otaqda səpələyərək fotosessiya göstərib və sosial şəbəkədə paylaşıb. Və nəticədə vəzifəsini itirib.
Yeri gəlmişkən, doktorun oğlu Dəhnə mafiyasının başçısı Elçinin kürəkənidir. Məcid Əliyevin bir qohumu Elnarə də Ailə Sağlamlıq Mərkəzində baş tibb bacısıdır. O isə ölülərə sağlamlıq kağızı verdiyi üçün onun barəsində prokurorluq cinayət işi açıb. Və əvvəlki baş həkimin vaxtında vəzifəsindən uzaqlaşdırılıb. Sonradan Məcid Əliyevin köməkliyi ilə məhkəmə yolu ilə işinə bərpa olunub. Məcid Əliyevin biznes şəbəkəsinə, obyektlərinə gəldikdə isə, onun Londonda evləri, Şəkidə “moyka”ları, inkubator fabriki və daha nələri... İşçilərə isə deyir ki, gətirin işdə saxlayaq...
Bir sözlə, Məcid Əliyev Şəkidə əməlli-başlı səhiyyə bazarı açıb.
gundelikbaki.com
 
 
 
Ardını oxu...
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru

PROBLEM EVİMDƏN İDİSƏ EVİMDƏN NECƏ PAYLAŞIRAM BU YAZINI?!

Əvvəlcə Sizə, özüm haqqında deyim: Aliməm! Elmlər doktoruyam. 37 ildir xalqın elminin inkişafına xidmət edirəm. Başda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş 2 monoqrafiya olmaqla 7 tədqiqatt əsərinin, yenə , Ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi məqalələrimdən ibarət 1 Toplu olmaqla 5 elmi kitabın, ümumilikdə 20 kitab və 200-dən çox elmi məqalənin müəllifiyəm. Azərbaycan alimləri arasında xaricdə - ABŞ, ÇİN, Avropa ölkələri, Pakistan və digər ölkələrdə ən çox çap olunan alimlərdən biriyəm.
Bundan başqa ABŞ, Türkiyənin elmi jurnal rerdaksiyası üzvü, həmçinin “Cahanplus.com” (“Cahan.tv” saytını yaratmışam və Cahan.tv internet televiziyasını qurmaqdayam) saytının rəhbəriyəm. Bu sadalananlar əminəm ki, Sizə sözsüz olaraq mənim üçün internetin nə qədər mühüm olduğunu aydın ifadə edir.
İndisə, Sizə ondəfələrlə etdiyim Şikayətlərin media təsvirinə keçirəm. Belə ki, Sizə neçə illərdir hörmətli “həci” titulundan istifadə edən, əslində isə, “həci xasiyyətində”- ədalətli, dürüst olmayan, dövlət rəhbərimizin çox gözəl təbiricə bəzi “quldur” məmurlardan fərqlənməyən, hətta onları dalda qoyan” Maştağa ATS –nin rəisi Mübariz adlı şəxsdən şikayət edirəm. Amma səbəbi məntiqlə bu gün həbsxanaları doldurmuş məmurların iş prinsipi olan, ancaq faktiki “nəyə görəsə” qorunan bu həci rəisinizdən mənim tutarlı faktlarla olan Şikayətlərim saya salınmır! Bəs Prezidentimiz kimə deyir ki, vətəndaşların şikayətini diqqətə alın, bəs Prezidentimiz təsadüfi deyir ki, “təəssüf ki, təyin etdiyimiz bəzi məmurlar etimadı doğrultmurlar”?!
Yoxsa Prezident bunları Sizlərin ecazkar kreslolarınıza oturan kimi yaranan potoloji unutqanlığınızdan, laqeydliyinizdən əziyyət çəkən Xalqa toxtalıq üçün deyir?! Hər halda vəziyyət göz qabağındadır. Minlərlə şikayətçinin olması məmur biganəliyinin nişanəsidir. Ona görə də mən çox-çox mühüm əhəmiyyətli (məsələn, beynəlxalq elmi nəşrlər üçün ölkəmizin bugünki, haqq mübarizəsindən 1-2 tutarlı məqalə yazardım!..) işlərimi bir kənara qoyub media üzərindən Sizə müraciət edirəm.
Nədir mənim problemim?!

Sizin səlahiyyətlər verdiyiniz BTRİB-in, Sabunçu rayon ATS qovşağının yüksək vəzifəli məmurlarının “həci ”, “həci ” – deyib, Maştağa ATS –nin rəisi Mübariz Vəliyevin mənim Halal haqqımın taptalamasına imkan vermələridir mənim problemim! Hələ ola da bilər ki, Sizin o yüksək vəzifəlilər Prezidenti “xalqın xidmətçisi olan” ölkənin bu “həci ağa, xan, şah, padşahla” çox “qaranlıq maraqlarda” ortaqdılar həmin yüksək vəzifələrdə milyonçu olan məmurlarınız! İllər öncə kütləvi həbs olunan rabitə işçilərinin milyonçuluğuna o qədər təəccüblənmişdik ki!.. İndi belə “həci rəislər”-in varlığında, dalğasında da “o qasırğaların təkrarı çox təbii və gözləniləndi!.. Ot kökü üstündə bitir” axı...
Yoxsa bu qədər haqlı şikayətə, bu qədər əsaslı faktlara bir reaksiya verib, “həci”-yə “gözünün üstündə qaşın var, deyənlər”-olmalıydı axı!..
Cənab Rəşad Nəbiyev, bu müraciətlə diqqətinizə çatdırıram ki, adıma olan 0124553339 telefonu mənim və yaxın ailə üzvlərimin bağ evinə aiddir. Bu telefon və ona qoşulu internet üçün 12 ay pul ödəyib yalnız pandemiyadan əvvəl xaricə, rayonlarımıza getdiyimiz günləri çıxmaqla təxminən 1 ay istifadə edirik. Lakin hər yay bağımıza köçdükdən sonra 1 həftə, 10 gün dəhşət əsəbiliklə telefon və internet xəttimizi bərpa edirik. Niyə?! Maştağa ATS-in rəisi, - “həci” bizim bu ödənişini etdiyimiz xidməti böyük ehtimallarla başqasına verir. Dəfələrlə telefon zəng çalıb, eyni adamları soruşublar. Telefon hər dəfə mənim şikayətlərimdən sonra “düzəlib. Eləcə də ”İnternet mənim “mübarizələrimdən” sonra zəif də olsa verilib.
Rəhbərlik etdiyiniz nazirliyə 10 dəfələrlə etdiyim şikayətlərdən sonra keçən il 7 nəfərdən ibarət komisiya gəldi. Dedilər, “ATS-dən qapınıza qədər diqqətlə yoxlamışıq, son olaraq gəlib evdən nizamlayırıq və 1 daha problem yaşamayacaqsız”! Gəldlilər, Maştağa ATS-in “həci” tituluna qəti layiq olmayan saxtakar rəisi də gəlmişdi. Onu xeyli danladılar, ona xüsusi tapşırıqlarını verdilər, getdilər. Həmin yay bağda olduğumuz müddətdə telefon da, internet də çox yaxşı işlədi.
Bu yay köçdük bağa. Yenə internet işləmir!.. Həqiqətən 10 dəfələrlə Sizin rəhbərlik etdiyiniz nazirliyə şikayət etdim. YENƏ eyni ssenari… “Həci” ağa, şah, padşah rəis hökm etdi ki, bayırda hər yeri dəqiq yoxlamışış, problem yalnız evinizdədir. Nazirlik, “həcini” göz bəbəyi kimi qoruyan BİTRİB səlahiyyətliləri mənə zəng edib bildirdilər ki, problemin həll olunmağını istəyirsizsə, ATS montyorlarını evə buraxmalısız. Problemin evimdən olmadığını dəqiq bildiyim halda məcbur olub gələn montyoru evə buraxdım. Cavan rəhmətə getmiş 1 müəllimə qadının oğlu Əli gəldi. Evimə girən dəqiqədə “həci” ona zəng etdi. Dediyi bu cümləni nəinki “həci”, heç mənəviyyatı olan alkoqolik də deməz: “Aldat başını Akta qol çəkdir!”… Əlinin yanında dayandığım üçün bu sözləri öz qulaqlarımla eşitdim. Təbii, mən də “həci”-nin eşidəcəyi səslə “ mən başı aldadılanlardan deyiləm”- dedim.
… Əli modemə yaxınlaşdı, çox gülməli tərzdə “arxasında çıqqılı knopka var aa, ondandı, düzəltdim, baxın indi işləyəcək”-dedi və internetin işlədiyini sübut etmək üçün mənim yataq otaımda olan notbooka baxmağa gəldikdə, mən pəncərəmdən Əli ilə birlikdə gəlmiş montyorlardan birinin qonşunun həyətində olan şalbana çıxıb nə isə etdiyini gördüm. Əliyə də göstərdim. Hətta şəklini də çəkdim. Sizə şikayətlərimdən birində bu şəkli də göndərmişəm. BURADACA SİZ HÖRMƏTLİ NAZİRƏ “HƏCİ” TİTULLU SAXTAKAR RƏİSİNİZİN NAZİRLİYƏ, BİTRİB-ə dediyi yalanı XATIRLADIRAM : PROBLEM EVİNDƏDİR, QOYMUR, EVƏ GİRƏK! BƏS PROBLEM YALNIZ EVİMDƏ İDİ?! BƏS Evimə kimi HƏR QARIŞ YOXLANMIŞDI?! NƏ OLDU, BƏS İŞÇİSİ ŞALBANA NİYƏ ÇIXMIŞDI?!
Deməli, mənim mənzilimdən deyildi internetin işləməməsi. “Həci”-nin bildiyi məsələ idi. Mənim küçəyə çıxıb, şalbandakı montyoru “aşağı düşürməyim” “Həci”-nin bildiyi işi yarımçıq qoydu. Yəni, şalbandakı düşdü, internet düzəlmədi. Əlinin adoptorun arxasıbdakı çıqqılı knopka fırıldağı bununla fiaskoya uğradı. Bundan sona Əli “həci”-yə olanları məlumat verdi və “Həci” hökm etdi ki, bu “işin” ustasını göndərmişəm, buraxsın evə, o sübut edəcək və əsas məsələ, - internet işləyəcək.
Yenə məcbur olub üzündən xalis narkomana oxşayan, qəti məmur görkəmində olmayan bir kişini işçini buraxdım evə. Ona, mən də, Əli də mənim yataq-iş otağımda olan notbooku götürüb modemin olduğu digər otağa keçməsini bildirsək də, bu ümumi görkəmindən heç normal təəssürat oyatmayan şəxs Əliyə “mən məzuniyyətdəyəm, vaxtım yoxdur”- deyib, sürətlə çarpayımın üstündə olan notbooka baxmaq üçün çarpayımın önündə oturdu. Nə qədər sərt tələb etsəm də o yataq otağımdan çıxmadan notbookuma baxdı. Guya çox savadlı imiş kimi əvvəl notbookumun FORMATLANMASININ, sonra internetin işləməsi üçün notbookun şunurunun olmasının vacib olduğunu bildirdi (bəhanə gətirdi). Mən ona “bu günə kimi şunursuz işləyirdi, bağa gəldi, şunursuz işləmədi?” – deyib, onlara mənim internet problemimin evimdən deyil, “həci”-nin şalbana montyoru çıxarması səbəbindən olduğunu dönə-dönə bildirdim və evimi tərk etmələrini tələb etdim.
Onlar küçədə “həci” rəisə nə dedilər, bilmirəm. Birdən təkrar qeyd edirəm ki, görkəmcə sözün hərfi mənasında qətiyyən hökumət məmuruna oxşamayan və məzuniyyətdə olduğu halda xidmətə göndərildiyindən narazılığəını gizlətməyəmn şəxs sürətlə mənim telefon xəttimin evimə daxil olduğu yerə qaçdı. Fikrimcə, problemin nə olur-olsun mənim boynuma qalması üçün qırmaq istəyirdi. Görünür “həci” əmr etmişdi. Mən ondan divarımdan kənarlaşmasını tələb etdim. Geri qayıtdı. Bu vaxt şalbana çıxmış montyor da bizə yaxınlaşdı. Onlar – Əli, şunur olmasa internet işləməyəcək deyən, “hacı” –nın sağ əli və heç normal adam təəsüratı yaratmayan işçi və şalbana çıxmış işçi mənə acizanə surətdə, - “biz qara fəhlələrik. Bizə rəis nə əmr edir, yerinə yetiririk. Tapşırığı yerinə yetirməyək, işsiz qalaq?! “- dedilər . Yeri gəlmişkən, dünən öyrəndim ki, “həci” şalbana çıxardığı, deməli, sirri bilən işçini Ramanaya keçirtdirib…
Doğurdan da "dəvədən böyük fillər" bu “həci” saxtakar, işini yarıtmaz rəisi “nəyə görəsə” yaxud “kimə görəsə” 80-90 min əhalisi olan Maştağa qəsəbəsinə vəzifəyə qoyub, qoruyurlarsa bu “qara fəhlələr”-in nə günahı var, onlar neyləyə bilərlər?! Baxın, şalbana çıxartdırdığını uzaqlaşdırdı…

Hörmətli nazir, cənab Rəşad Nəbiyev! Bu “qara fəhlələr” sözlərini deyib getdilər. … Mən əsəbiliklə “vörddə” yazı yazıram, təxminən 17 radələrində internet açıldı. BƏS “HƏCİ” PADŞAHIN ƏSABƏLƏRİ, HƏLƏ ÖZÜ (VOTSAPDA YAZIB MƏNƏ!) DEYİRDİ Kİ, ŞUNUR OLMADIĞI ÜÇÜN İNTERNET İŞLƏMİR!.. NƏ OLDU, BƏS ŞUNURSUZ NECƏ İŞLƏDİ?! Mən deməmiş də peşəkarlar anlayar, yaxud “həci” –nin şalbana çıxardığı “qara qul” bilər, necə oldu işlədi… Üstəlik BƏS “HƏCİ” PADŞAH deyirdi MƏNZİLDƏNDİ?! “HƏCİ” leksionunda deyim, “and olsun o müqəddəs məqama ki, mənim mənzilimdən deyildi, ikincisi, mənim interneti notbook-kompyuter üzərində düzəltmək bacarığım yoxdur və Allah lənət eləsin, internet xəttimi kiməsə satana, Allah lənət eləsin “hacı” kimi hörmətli – nüfuzlu titulu ilə belə saxtakarlıq edənlərə!”.
Hörmətli nazir, mən iunternetim işləyəndən dərhal sonra notbookun şunursuz vəziyyətdə işlədiyini sübut edən şəkilləri çəkib rəhbərlik etdiyiniz nazirliyə göndərdim. ANCAQ görünür “həci”-nin daşdan keçən “hörmət” vasitələri haqlı vətəndaşdan, 12 ay pulunu ödədiyi ancaq maksimum 2 ay istifadə edə bilməyən abunəçidən, nəhayət xalqın alimindən daha dəyərli oldu ki, ona bu sübutlarla lazımı cəzanı vermədilər!

Hörmətli nazir, cənab Rəşad Nəbiyev! Bu hadisə yayın əvvəlində oldu. İyil ayının 4-ü, 7 –si tarixlərində. O vaxtdan Sentyabr ayının 14-ünə, axşam saat 20-yə kimi internet normal işlədi.
Böyük ehtimallarla “həci” artıq məzuniyyət dövrünün bitdiyini, mənim də işə çıxacağımı düşünərək şalbana 1 “qara fəhləsini” çıxardıb, internetimi bağlatdırdı… Mən gərək axı bu “həci” padşaha ona ciddi bir məsələ ilə bsğlı şəhərdəki mənzilimi kirayə verib bağda daimi ysşamağa qərar verdiyimi bildirəydim… Xülasə, ATS-dən tanıdığım montyor Əliyə zəng edib yenə internetimin kəsildiyini deyib, kömək istədim. İş vaxtı deyildi və telefondan məclis səsləri gəlirdi. Hiss olunurdu ki, bu “qara qul” məşğuldu. Amma buna baxmayaraq mənə ATS-in əlaqədar şöbəsinin telefonunu göndərdi 0124552199. Ev telefonundan Zəng etdim, cavab verən “səhv düşdüyümü” bildirdi. Təkrar Əliyə zəng edib, dəqiqləşdirdim. Səhv deyildi nömrə. Bu dəfə əl telefonumdan yığdım və eyni səs cavab verib, ATS OLDUĞUNU, İNTERNETƏ cavabdeh olmadığını, 155 çağrı mərkəzinə zəng etməli olduğumu söylədi. 155-i yığdım. Növbədə 9-cu adam oldum. Xeyli sakitləşdirici milli melodiyanı dinlədikdən sonra həqiqətən çox mədəni, mehriban səsli bir qız özünü təqdim etdi: Aysel. Ona vəziyyəti nəql etdim. Diqqətlə qulaq asdı və çox ciddi səslə, “Sizə qulaq asdıqca baxırdım. Sizin modem normal işləyir. Mən Sizin şikayətinizi qeydə aldım”- dedi. Bundan sonra tam arxayın oldum ki, “hacı rəisin” işidir və rəhbərlik etdiyiniz nazirliyə şikayət ünvanladım.

Hörmətli nazir, cənab Rəşad Nəbiyev! Qeyd etdiyim kimi 14 sentyabrda birdən-birə dayandı internetim. Bu qeydi xüsusi olaraq vurğulayıram. Çünki, məlumunuz olduğu kimi 15 sentyabrda MİDA-nın mənzil satışı günü idi. Mən evə ehtiyacı olan vətəndaş kimi illərdir çoxlarının qəti inanmadığı bu “yarışmaya” ALLAHA TƏVƏKKÜL qatılıram. İndi 14 sentyabr, son “sınaq” və 15 sentyabr SATIŞ günü mənim internetimin işləməməsinin İkinci qrup əlil, şəkər xəstəsi bir yaşlı adam üçün nə demək olduğunu xahiş edirəm ki, bir anlıq təsəvvür edin!.. Səhərə qədər əsəbi oldum! Bəlkə, 1-2 saat yata bildim.
Səhər notbookumu götürüb bağın yerləşdiyi ərazidən keçən M8 avtobusunun birinci reysi ilə ilk dərs günü olduğu üçün dəhşət sıxlıq, basa-bas vəziyyətdə şəhərə gəldim. Avtobusda sərnişinlər danışarkən eşitdim ki, “dünəndən Tik-Tok və s. şəbəkələr” bağlanıb. Elmlər Akademiyasında gəldiyim evdə təbii ilk işim, notbooku açıb internetin olub-olmadığını yoxlamaq oldu. Hətta notbook açılana kimi ev telefonundan 155-ə də zəng vurdum (xoşbəxtlikdən növbəm 1-ci oldu) soruşdum. “Heç bir problem yoxdu”- cavabını aldıqda həyəcandan, yuxusuzluqdan halım elə pisləşdi ki, evdəkilər təcili yardım çağırdılar. Həkimin müayinəsinin nəticələri məndə yazılı qalır… 2 elementar nəticəni diqqətinizə çatdırım ki, daimi yüksək şəkərli adamın şəkəri 86 idi… Qan təzyiqim də həmişə olduğundan yüksək – 170!.. Mənə sakitləşdirici iynələr vuruldu. Yaşasın Sizin “Həci” rəis!.. Yaşasın vətəndaşı belə ölüm həddinə gətirib çıxarana arxa-dayaq olan məmurlarınız!
Bu halımda MİDA-nın Satış sisteminə qoşuldum. Düzü mən e-gov.az sistemi ilə qoşuldum və ev seçdim də… Amma təsdiqləmə yazısını hey axtardım, tapılmadı. Seçdiyim mənzilin və ümumilikdə bütün prosesin səhifələrinin şəklini çəkdim. Əlaqədar bir neçə adama yazdım, göndərdim. 1-indən aldığım cavab məni təəccübləndirmədi: Yasamal Yaşayış Massivi səhifəsində əməliyyat aparmısız!.. Əlbəttə səhhəti belə kritik olan adam bundan da artıq səhv edər… Xoşbəxtlikdən axşam xəbərlərdən öyrəndim ki, MİDA-da Satış təxirə salınıb.
Onu da xüsusi olaraq diqqətinizə çatdırıram ki, mən mənə maraqlı olan və son dərəcə gərgin bu işi işləyərkən saat 10.09-da 0555727101 telefonundan Maştağa ATS-inin əməkdaşı olduğunu bildirən (adı Vüsal, soyadı Mütəllimzadədir) bir şəxs zəng edib, İNTERNETİMİ düzəltmək üçün EVİMƏ gəlməli olduğunu dedi. Bu adama problemin evimdə olmadığını, dünən 155 çağrı mərkəzinin əməkdaşının da bunu bildirdiyini, həmçinin daimi olaraq modemin üzərində sol tərəfdə yanan 4, sağ tərəfdə yanan 1 İŞIQ-ın problemin evimdə olmadığını təsdiqlədiyini dedim. Əvvəl MƏNZİLİMƏ GƏLMƏYİ TƏKİD ETDİ! ƏSƏBİ HALIMDA ONA QƏLƏT EDİRSİZ, - DEDİM. İndi normal halımda da deyirəm: HEÇ KƏSİN KİMİNSƏ MÜLKİYYƏTİNƏ ONUN ÇAĞIRIŞI OLMADAN GƏLMƏYƏ, GİRMƏYƏ İXTİRA YOXDUR! XÜSUSİ SANKSİYA OLMADAN BAŞ PROKURORUN BELƏ MÜLKİYYƏT SAHİBİNİ NARAHAT ETMƏYƏ HÜQUQU YOXDUR! 0555727101 telefonunun sahibi MƏNİM bu sərt cavabımdan sonra məni açıq surətdə ŞANTAJ və TƏHDİD etməyə başladı: “PROBLEM ÖZ EVİNİZDƏDİR! BİZİ TƏHQİR EDİRSİZ! ATK TƏRTİB EDİB, POLİSƏ VERƏCƏYİK SİZİ! Ona “əllərindən gələni beş qaba çəkməyi” tövsiyyə etdim, bu öz yerində. Həmçinin ona onlardan məhkəməyə şikayət edəcəyimi dedim.
Onunla danışdığımdan 6-7 saat sonra isə yığışıb gəldim qaldığım bağ evinə. Dəqiq, 18.12-də notbookumu açdım, BUDUR! İNTERNET İŞLƏYİR!!! BƏS EVİMDƏN İDİ?! PROBLEM EVİMDƏN İDİSƏ, NƏ OLDU, NECƏ OLDU, MƏN EVDƏ OLMADAN, O “HƏCİ” RƏİSİN AĞZI İLƏ MƏNİ TƏHDİD EDƏN MONTYOR EVİMƏ GİRMƏDƏN DÜZƏLDİ ?! BAXIN iyul ayında da beləcə “həcinin” montyorları (həmçinin ÖZÜ!) şunur yoxdu, ona görə İNTERNET İŞLƏMƏYƏCƏK – DEDİKLƏRİ HALDA AXŞAM İŞLƏMİŞDİ… İndi də mən heç evdə olmadığım halda işlədi…
Hörmətli nazir!.. Mən bilirəm, “müxənnətdən bəhanə əskik olmaz!” – “həci” rəisiniz deyə bilər ki, “hökumət bağlayıb, internet zəif olub”… Belə halda EVİMƏ NİYƏ MONTYOR GÖNDƏRİRDİ?! NƏ HAQLA MONTYOR EVİMƏ GƏLMƏYİ TƏKİD EDİRDİ, SONRA DA MƏNİ TƏHDİD EDİRDİ?! İkincisi, mənim rəsmi çağırışım olmadan niyə EVİMƏ GƏLMƏYƏ təkid edirlər?! Mən şəhərdə idim. Yəqin ki, ev telefonuma dəfələrlə zəng vurublar gəlmək üçün.
… BİTRİB – lə əlbirdirlər!. Evdə olsaydıb, İyul ayındakı kimi BİTRİB zəng edəcəkdi ki, YOLLAR YOXLANILIB, YALNIZ EVİNİZDƏDİR, NİYƏ BURAXMIRSIZ, MƏN DƏ MƏCBUR OLUB, BURAXACAQDIM EVİMƏ, GƏLİB YATAĞIMIN QARŞISINDA OTURUB SAVADSIZLIQLARINI SƏRGİLƏYƏCƏKDİLƏR! “Həci” Əliyə verdiyi “ALDAT BAŞINI AKT-a QOL ÇƏKDİR”- TAPŞIRIĞINI verəcəkdi, bu MƏNİ HƏDƏLƏYƏN DƏ ALLAH BİLƏ, NƏ ÜSULLA MƏNƏ AKT-I imzaladacaqdı!.. Titulu cəlbedici, üzdən “çayın lal axanı” Maştağa ATS-nin rəisi Mübariz Rafiq oğlu Vəliyevin budur İŞ ÜSULU! Neçə illərdir mən 12 ay telefon, internet pulu ödəyib 2 ay belə normal faydalana bilmirəm! O MƏNƏ MADDİ VƏ MƏNƏVİ ZİYAN vurur! Amma nazirliyinizdə, BİTRİBdə onu qoruyurlar! Demək ki, o, çox məmurları türməyə aparmış, aparan “sehirli” açara malikdir və Telefon-Rabitə səlahiyyətlilərinin ürəyinə gözəl yol tapıb!..
Təkrar edirəm: Qələt edib evimə çağırışım olmadan gəlirlər! Qələt edib evimə görkəmindən qətiyyən məmura oxşamayan, əksinə narkomana oxşayan, vətəndaşın tələbinə zidd gedib, yatağının qarşısında outran mədəniyyətsiz, ədəbsiz, üstəlik savadsız, səviyyəsiz adamı göndərirlər! Qələt edib, məni POLİSLƏ hədələyirlər! Qələt edib məni TƏHDİD edirlər! TƏKİD etmirdilər ki, evimdəndi? Bəs mən evdə olmadan, onlar evimə gəlmədən necə işlədi intetrnetim?! CAVAB VERSİNLƏR!

Hörmətli nazir!.. Unudulmasın bu hadisələr 21-ci əsrin 20-ci illəri kimi elektron inkişafın ən yüksək mərhələsində, paytaxtın 20-30 km.liyində baş verir. Unudulmasın ki, alimə qarşı bunlatr baş verərsə, gör sadə vətəndaşlarla necə davranılır?! Bütün sahələrdə gəncləşmə prosesi gedir. Doğrudanmı Rəqəmsal İbkişaf və Nəqliyyat nazirliyinin insan – kadr resursları gəncləri əhatə etmir?! Doğrudanmı bu adından modernlik ucalan qurumda “həci”-lik gəncləşmə, səviyyə tələblərindən üstündür. Yəni doğurdan layiqli gənc kadrlarınız yoxdur?! Amma neçə universitet bititrmiş yüksək ixtisaslı, intellektual səviyyəli, yüksək peşəkarlığa malik gənclərimiz işsizlikdən şikayət edirlər!

Bütün bunları yazaraq Sizdən xahiş edirəm, MÜRACİƏTİMİ nəzərə alıb, Maştağa ATS-nin rəisi Mübariz Vəliyev, məni dünən TƏHDİD EDƏN. POLİSLƏ HƏDƏLƏYƏN VÜSAL MÜTƏLLİMZADƏ, mənim haqlı şikayətlərimi saymayan və bu qaraguruhu ciddi-səhdlə müdafiə edən əməkdaşlarınız barədə ölçü götürəsiz! Onlar cəzalanmalıdırlar!..Nəzərə alınsın ki, mən yaradıcı adamam, mənə internet “su-hava” kimi lazımdır. İkincisi, 1 gün ödənişi gecikdirənlərə xidmət dayandırılırsa, internetim işləməyən günlərin mənə ödənişlərini kim verməlidir?!


PS. Dinə ehtiramlı nəslin övladıyam. Atamın babası Maştağada məscid, minarə tikən Usta Hacıquludur. Atamın əmisi və babam Bakıda qəbirlərin üstündəki xaç işarələrini gülabpuçla əvəz ediblər. Ana Babam isə Məşədi Bağur Məşədə atla gedib, öz dövrünün savadlı Mollası - Quran hafizi olub. Çiçək xəstəliyi yayılanda gözləri tutulub. Quranı əzbər bildiyi onda aşkarlanıb. Onlarla Həcə, Kərbalaya, - müqəddəs yerlərə gedənim var və ümumiyyətlə? çox dindar, mömin tanıyıram. Özüm də inanclı, ibadət adamıyam. Dinimizə də, saf dindartlarımıza da hörmətim sonsuzdur. Elə həmin qədər də “hacı” adını daşıyıb saxtakar, cinayətkar olanlara nifrət edirəm. “Aldat onu Akt-a qol çəkdir”- deyəcək” həcilər öz qələtlərini “oğru elə bağırdı ki, ..”; “qara məni basınca, mən qaranı basım” misallarındakı kimi başqasının üstünə atarkən qul haqqı yediklərinin fərqində deyillərsə, mən hər sözümə cavabdeh adamam! Ona görə - Mübariz Vəliyevə görə deyirəm: Olmaz olsun belə həci rəislər! Şəhərtipli Maştağa qəsəbəsini əyalət, sakinləri cəngəllik varlıqları, tabeliyində olan məmurları qula-kölə kimi görməyə onun haqqı da, hüququ da yoxdur!

 
 
 
Ardını oxu...
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız təkrar məktuba uzun çəkçevirdən, günlərlə etdiyimiz telefon zənglərimizdən sonra sentyabr ayının əvvəllərində cavab əldə edə bildik

Hörmətli çoxsaylı oxucular! Artıq bir neçə dəfədir ki, Şamaxı rayonunun Muğanlı kəndində yaşayan və 2014-cü ildən üz-üzə qaldıqları ədalətsizliyə, hər cür haqsızlığa, özbaşınalığa tab gətirə bilmədiyi üçün, bu ilin avqust ayında dünyasını dəyişən mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi ölkə gündəminə çıxartmışıq. Təəssüflər olsun ki, bugünə kimi nə qədər tənqidi məqalələr yazsaq da, problemlərin mahiyyətini qabartsaq da, tərəfimizdən aidiyyatı dövlət qurumlarına sorğu məktubları ünvanlasaq da, qeyd olunan problem həll olunmur ki, olunmur. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarında, ələlxüsus Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, nəzarətsizlik, xaos, hərcmərclik və s. hökm sürməkdədir. Əgər bu belə olmasaydı, o halda deryaz.az saytının redaksiyasından göndərilən məktublara vaxtlı-vaxtında cavab verilərdi, ünvanladığımız suallar doğru-düzgün cavablandırılardı. Qeyd edək ki, Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı bu ilin aprel ayında FHN-nə ünvanladığımız məktuba, 01 iyul 2022-ci il tarixdə Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş cavab verilib. Yaşanan problemlə bağlı 08 iyulda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız təkrar məktuba isə, uzun çəkçevirdən, günlərlə etdiyimiz telefon zənglərimizdən, müəyyən giley-güzardan sonra sentyabr ayının əvvəllərində cavab əldə edə bildik. Qeyd edək ki, istər aprel ayında, istərsə də 08 iyulda ünvanladığımız məktublara, bu Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş eyni məzmunlu cavablar verilib. Hər iki məktubun məzmunu eynidir, sadəcə olaraq tarix və nömrələr dəyişdirilib. Hansı ki, iyul ayının əvvəlində göndərdiyimiz məktubda bir neçə sual yazıb, baş verən problemlərlə bağlı konkret cavab əldə etmək istəyimizi qarşı tərəfə bildirmişdik. Çox təəssüflər olsun ki, geniş ictimaiyyət arasında kifayət qədər nüfuz sahibi olan Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarından birində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bu cür idarəçilik, bu cür yanaşma mövcuddur. Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, bu Nazirliyin tabeli qurumunda çəkilişi həyata keçirilmiş və bir neçə gün bundan öncə yayımlanmış intim olaylarına adi baxmaq gərəkdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, hərcmərclik, nəzarətsizlik, xaos və s. hökm sürməkdədir. Ona görə də, Nazirliyin tabeli qurumlarında baş verən qanunsuzluqları, özbaşınalıqları və s., bir növ adi məişət məsələlərindən biri hesab etmək qənaətinə də gəlmək olar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

İndi isə yaşanan olayların xronikasını hər kəsin diqqətinə çatdıraq. Əvvəla onu qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşür. Hadisədən sonra bu kəndin ərazisinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailədə yaşayanların sayı barədə məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Qeyd edək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaasına başlanılır və büdcə vəsaitiləri hesabına tikilən evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH əməkdaşları bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə təhfil verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış ailə, son 10-15 gündür ki, hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilib.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Verilmiş belə bir cavabdan sonra ortaya düşündürücü sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verib? Həmin vaxtlarda hansı səbəbdən Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilib akt tərtib olunur, amma bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixə saxlanılır? Deməli, bu cür cavabın verilməsinin arxasında hansısa “qaranlıq məqamlar” var.

Ünvanlanladığımız məktublara FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən yuxarıda qeyd olunan məzmunda cavablar verildiyindən, biz məsələnin mahiyyətini araşdırmağa və əsl həqiqətləri üzə çıxarmağa çalışdıq. Bu məqsədlə bir neçə suallar tərtib edib FHN-nə rəsmi məktub ünvanlasaq da, yenə də lazım olan cavabı əldə edə bilmədik. Bu da onu söyləməyə əsas verir ki, əgər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ünvanladığımız suallara doğru-düzgün cavab verərsə, o halda qol qoyulan fırıldaq əməllərini aşkara çıxarmış olar. Onu da qeyd edək ki, FHN-nin bu tabeli qurumudan lazımi cavabı əldə etməyi heç cür bacara bilmədiyimizdən, son anda məcbur olub problemin həllinə köməklik göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə məktubla müraciət etməli olduq. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, ən azından cənab

Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq. Bizi izləyin.

Deryaz.az
 
Ardını oxu...
Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbin 5-F sinfinin valideynləri məktəb direktorunun laqeydliyindən şikayətçidir.
DİA.AZ-ın məlumatına görə, valideynlər Yeniavaz.com-a bildiriblər ki, sinif otağında partalar çatışmadığından 1 partada 3 şagird oturmağa məcbur edilir:
“Məsələ ilə bağlı, dəfələrlə məktəb direktoruna müraciət etmişik ki, sinfə əlavə partalar verilsin. Direktor isə partaların yalnız sinif təmir ediləndən sonra yerləşdirilə biləcəyini bildirdi. Dedik ki, ya sinfi təmir etdirin, ya da biz təmir edək. Lakin direktor bununla razılaşmadı və “Mən nə vaxt istəsəm təmir etdirərəm, onda da parta yerləşdirərəm”, - dedi. Sinfin sinif rəhbəri də yoxdur ki, bu məsələlərlə məşğul olsun. Bununla bağlı da direktora bir neçə dəfə müraciət etmişik. O isə bildirib ki, məktəbdə sinif rəhbəri olmaq üçün müəllim yoxdur. Bəs bu 40 uşağa kim nəzarət edəcək?! Biz anlamırıq ki, məktəb rəhbərliyi 3 ay ərzində niyə yeni tədris ili üçün tədbirlər görməyib”.
Qeyd edək ki, valideynlər sinfin bəzi xırda hissələrini sentyabrın 13-14-ü ərəfələrində təmir etdirdiklərini bildiriblər.

 
Ardını oxu...
Yeni 2022/2023-cü tədris ili başlar-başlamaz məktəblərdə şagirdlərin valideynlərindən müxtəlif adlarla qanunsuz pul yığımına start verilib. Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbdə də həmçinin.

Redaksiyamıza daxil olmuş məlumata görə, 3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir.
Ardını oxu...
Yeni 2022/2023-cü tədris ili başlar-başlamaz məktəblərdə şagirdlərin valideynlərindən müxtəlif adlarla qanunsuz pul yığımına start verilib. Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbdə də həmçinin.

Redaksiyamıza daxil olmuş məlumata görə, 3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir.
Ardını oxu...
Etibarlı mənbə bildirir: “Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Kitabxana müdiri Vəfa xanım kitabları pulla satır. Deyir “mən yetim uşaq böyüdürəm, əcəb eyləyirəm”. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 (bir yüz) manat verməlidir. Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Heç nədən utanmadan, cəkinmədən məktəbi bazara döndərib. Kitabxanaçıya, laboranta, bir necə texniki işcilərə də sinif rəhbərliyi verilib, müəllimlərin adına yazılır. Qeyri-qanuni pulları Fəxrənisə yıgır, imtiyazları, vəzifələri paylayır. Bütün dərslər pulla satılıb. Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə laborant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib. Hələ də işi məhkəmədə olan direktor müavini var. Bəzi texniki işcilər evdə oturub, maaş kartları Xəyalə xanımdadır. Nəzarətsiz məktəb kimi ətrafda Masazır 3 nömrəli məktəbin reytinqi çox aşagı düşüb. Direktor yalnız direktor müavinləri ilə kabinetində cay icməklə məşguldur. 15 sentyabrda nazirin əmri ilə “Əlifba bayramı” tədbirləri yasaqlansa da, bu məktəbdə birinci siniflərin sinif rəhbərlərinə süfrə açdırıb yeyib — içiblər, direktor başda olmaqla. Heç şəhidlərimizin ruhundan utanmayıblar, bütöv Azərbaycan ağlayır, bunlar isə məktəbdə qonaqlıq edir, tort yeyirlər”.
Redaksiyamıza həmçinin direktor müavini Fəxrənsə Əhmədovanın direktorun müəllimlərdən 50 manat pul tələbini çatdırdığı vatsap səs yazısı da təqdim olunub.

P.S. Bu yerdə xatırlatmağa dəyər ki, bundan əvvəl Masazırdakı 4 saylı tam orta məktəbdəki qanunsuzluqlar barədə də tənqidi məqalələr dərc etmişdik. Həmin məktəbdəki korrupsiya halları, eləcə də narkotik maddələrin istifadəsinə göz yumulması, şərait yaradılması barədə Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına rəsmi məktublarla müraciət etmişdik. Təhsil Nazirliyi məqalələrimizdə ehtiva olunan məsələlərin araşdırılmasını Sumqayıt Regional Təhsil İdarəsinə tapşırsa da, görünür, 4 saylı məktəbdə qalanan narkotikin tüstüsü araşdırmaçı məmurların vicdanını susdurdu, görən gözlərini kor elədi.

Məqalədə adları keçən şəxslərin də mövqeyini öyrənmək üçün dəfələrlə 3 nömrəli məktəbə zəng etsək də, telefonu götürən olmadı.

P.S. Mənbə onu da, bildirir ki, direktorun ad günü və müxtəlif tədbirlərdə öz əlaltıları vasitəsilə özünə bahalı zinət əşyaları aldırır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 
Ardını oxu...
"Avqust ayında atamın və özümün səhhətimdə yaranan problemlərlə məşğul olduğum üçün övladımın məktəbini dəyişdrə bilmədim. Sistemə müraciət edə bilmədik və yalnız bu günlərdə övladımın təhsil alması üçün Bakı şəhərində yerləşən 227 saylı tam orta məktəbə müraciət etdim. Amma məktəb direktoru Sevinc Hüseynovanın qeyri-adekvat reaksiyasından çox məyus oldum. Vətəndaşla belə rəftar etmək olmaz".

Bu sözləri "AzPolitika.info"ya keçmiş hərbçi, ehtiyatda olan polkovnik-leytenant, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan tərəfindən medallarla təltif edilmiş Elşən Umarov deyib.

O döyüşlər zamanı bir neçə dəfə yaralanıb, bu səbəbdən ordu sıralarından təxris olunub, hazırda müalicəsi davam etdirilir.

Şikayətçi bildirir ki, məkəb direktoruna özünü təqdim edib, övladının məktəb problemini vaxtında həll edə bilməməsinin səbəbini izah etməyə çalışıb: "Təəssüf ki, müharibə iştirakçısı olduğumu deyəndə mənə "burada şou göstərmək lazım deyil" kimi yersiz, təhqiredici ifadə işlətdi. Bu, münasibət zabit heysiyyatıma toxundu. Ümumiyyətlə, təhsil müəssisəsində vətəndaşlarla bu cür rəftar yolverilməzdir".

Ardını oxu...

E.Umarov bildirir ki, hərbi xidməti ilə bağlı övladı Gəncə şəhərindəki orta məktəblərdən birində təhsil alıb: "Ümumiyyətlə müdafiə və Təhsil nazirlikləri arasında belə bir razılaşma var ki, hərbçilərin yerdəyişməsi ilə bağlı onların övladlarının təhsil məsələləri növbədənkənar qaydada həll edilməlidir. O cümlədən müharibə iştirakçılarının, qazilərinin də bu sahədə ortaya çıxan məsələlərinin operativ qaydada həll olunması ilə bağlı dövlət qurumlarına mütəmadi olaraq tapşırıqlar verilir. Təəssüf ki, 227 nömrəli məktəbə rəhbərlik edən direkotrlar kimi məmurlar dövlətin bu iradəsini sabotaj edirlər".

Polkovnik-leytenant bildirib ki, üzləşdiyi hörmətsiz davranışla bağlı Təhsil Nazirliyinin "Qaynar xətt"inə müraciət edib.

"Mənim övladım artıq başqa məktəbdə oxuyur, Sevinc Hüseynovadan fərqli olaraq həmin təhsil müəssisəsində müraciətim dərhal yerindəcə həll edildi və mən bu münasibətdən məmnun qaldım. Şikayətdə məqsədim odur ki, vətəndaşlarla pis, qanunsuz, etik qaydalardan kənar hərəkət edən vəzifəli şəxslər cəzalandırılsın ki, başqalarına da dərs olsun"- deyə, E.Umarov vurğulayıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Sahil-R” MTK Qanunvericiliyi pozaraq payçılara məxsus əmlakı istismar edir” başlıqlı ötən yazımızda “Sahil-R” MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin şikayətindən bəhs etmişdik.
Hətta MTK-larla bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinin maddələrini yazaraq vətəndaşlarımızı qanunla tanış etmişik ki, onlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bu bir media olaraq bizim vəzifə borcumuzdur.
Məlumat üçün qeyd edək ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur. Qanunvericiliyə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir.
Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür.
Yenə Qanunvericiliyə uyğun olaraq MMMC yaradılmadığı təqdirdə, MTK binanın idarəçiliyini ərazi üzrə bələdiyyə orqanına verməlidir. Amma... Əmması odur ki, haqqında bəhs etdiyimiz ünvandakı binanın istismara verilməsindən ( 2016-cı il ) 6 ilə yaxın vaxt keçsə də, MTK nəinki idarəçiliyi bələdiyyə vermir, əksinə qanunsuz olaraq sakinlərdən pul toplayır. Və sakinlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, MTK yığılan vəsaitlə bağlı hesabat vermir.
Bundan əlavə Qanunvericilikdə müəyyən edilib ki, binanın zirzəmisi birmərtəbəli olarsa, ancaq sığınacaq kimi istifadə oluna bilər. Yəni avtomobil dayanacağı-qaraj kimi istifadə oluna bilməz. MTK rəhbərliyi isə Qanunvericiliyi pozmaqla binanın zirzəmisindən qaraj kimi istifadə edir və…üstəlik hər avtomobilə görə ayda avtomobil sahibindən 150 manat alır. Heç bir vergi ödəmədən, 150 manatın hamısını, yəni 100-dən çox kirayəyə verilən qarajların pullarını həzm-rabedən keçirir.
Təsəvvür edirsiniz, yuxarıda qeyd etdiyimiz kimi, bina bütövlükdə, zirzəmisi də daxil olmaqla payçıların əmlakıdır. MTK isə payçıların əmlakını onların özünə qanunsuz olaraq hər ay 150 manata icarəyə verir.
Təkrar etməyə məcburuq ki, Qanunvericiliyə görə, bina və ətrafı payçılara məxsusdur. “Sahil-R” MTK-nın rəhbərliyi isə payçıların razılığı olmadan binanın ətrafını müxtəlif obyektlərə icarəyə vermişdir və bununla da obyektlərə giriş-çıxışı təmin edərək sakinlərin hərəkəti üçün lazım olan səkiləri zəbt etmişdir. Binanın həyətindən digər binanın ərazisində yerləşən uşaq bağçasına gedən yol da sakinlərə problem yaradır. Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir.
Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir.
Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verdi. Amma bu günədək problem aradan qaldırılmayıb.
Sakinlərin qeyd etdiyi ən böyük problemin biri isə müqavilədə və çıxarışda göstərilən sahənin xeyli fərqlənməsidir. Belə ki, müqavilədəki rəqəmlə çıxarışdakı rəqəm arasında 8, 10, bəzən 12 kv.m sahə fərqi yaranır. Bu artıq cinayət əməlidir.
Bütün bunlar azmış kimi MTK rəhbərliyi binanın altında “Bazar Store” və “SunLab”a böyük ərazini icarəyə verib. Bir daha qeyd edirik Qanunvericiliyə görə, həmin sahələr binanın payçıları olan sakinlərə məxsusdur. MTK-nın bu əməlləri Qanunvericiliyə ziddir. Amma MTK nəinki həmin sahəni icarəyə verib pul alır, hətta bununla binaın sakinlərinə ciddi problemlər yaradır.
Birincisi, həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib.
Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib. İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Hazırda binaın sakinləri yuxarıda qeyd olunan narazılıqlarla bağlı Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Hazırda həmin qurumlar tərəfindən araşdırılma aparılır. Yeri gəlmişkən, sakinlər onu da qeyd edir ki, BazarStore-yə məhsul gətirən şirkətlərə məxsus iri yük maşınları mütəmadi olaraq binaya gələn yolda tıxac yaradır və sakinlərin gediş-gəlişinə mane olur, dözülməz səs-küyə səbəb olurlar, sakinlərin istirahət hüququnu pozurlar.
Eyni zamanda binada yerləşən SunLAB tibbi müayinə obyektinin də 5 yerdən girişi var.
Eyni zamanda Laboratoriyanın kuryerlərinin istifadə etdiyi motosikletlər də ciddi problem yaradır. Onu da qeyd edək ki, MTK-nın rəhbərliyi layihədən kənara çıxaraq binada əlavə artırma edib. Bir sözlə, MTK rəhbərliyi payçıların hüquqlarını, ölkə qanunvericliyi kobud şəkildə pozur.
Ümid edirik ki, dövlət qurumlarının araşdırması və Apelyasiya Məhkəməsi bütün bunlara son qoyacaq.
Bütün bunları dəfələrlə yazaraq müvafiq dövlət qurumlarına müraciət etmişik ki, konkret tədbirlər görsünlər. Amma, daşdan səs çıxır, müvafiq qurumlardan səs çıxmır.
Hətta MTK rəhbərliyi şikayət edənlərə deyir ki, yuxarı ilə məsələni həll etmişik, hara istəyirsiniz şikayət edin.
Sözün qısası, SAHİL-R MTK-nın rəhbərliyi heç bir dövlət qurumunu saymır, özünü istədiyi kimi aparır.
gundelik baki.com
 
Ardını oxu...
Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən

Hörmətli cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov məndən 4000 (dörd min) manat möbləğində rüşvət almışdır. Belə ki, bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının işlə təmin edilməsi üçün direktor Yaşar Əhmədovun qəbuluna getdim. Ona "Bacımgilin ailə vəziyyəti yaxşı deyil, xəstəxanada işlə təmin olunmasını xahiş edirəm" dedim. O, isə mənə bildirdi ki, "Hazırda vakansiyalar yoxdur, bir tərəfdən də şəhid ailələri və qazilər bizdən iş tələb edir, rəhbərliyin göstərişinə əsasən ilk növbədə onları işə götürməliyik". Beləliklə onunla biraz həmsöhbət olandan sonra, "Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm" dedim. Nəhayət mövzu pul məsələsinə gələn zaman aşı görüb oxuduğu Quranı unudan molla sayağı birdən-birə dəyişməyə başladı. Halbuki bayaqdan özünü şəhid ailələrinin, qazilərin işlə təmin olunması uğrunda fədakarlıq edən məmur qismində göstərməyə çalışırdı. Dərhal mənə "İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq" dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən qəbuluna getdim. İlk öncə 6000 (altı min) manat lazım olduğunu söyləsə də, axırda 4000 (dörd min) manatla razılığa gəldik və mənim istədiyi həmin məbləği ona təqdim etdim. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi, lakin vəd etdiyi müddət başa çatsa da o, sözünü tutmadı. Bu, minvalla iş uzanmağa başladı. Hətta Yaşar Əhmədov 19 avqust 2022-ci il tarixdə Göyçay RMX-da vətəndaş qəbulu keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna girməyimə belə mane oldu. "Sənə deyirəm 2 günə həll edəcəm, məgər mənə inanmırsanmı?" deyərək avqust ayının 21-inə, 21-də isə 28-inə, gah da ondan 3 gün sonraya söz verdi, bir də gedib maraqlandım ki, məzuniyyətə çıxıb. 15 sentyabrda isə məzuniyyətdən qayıtdığını eşidib yenidən onun qəbuluna getdim. Sonuncu variant olaraq "Ştatı yoxlamalar aparıb, səbirli ol, hər şey düzələcək" deməkdən başqa söz tapa bilmədi. Mənə bəlli oldu ki, o yalan danışır. Məhz ona görə də verdiyim 4000 (dörd min) manat pulu özümə geri qaytarmasını tələb etdim. Bu zaman direktor Yaşar Əhmədov məni DTX əməkdaşı olan Vüsal Hümbətovla hədələməyə başladı. "Vüsal müəllimə bircə kəlimə xəbər verərəm, səni itirər" dedi.
Hörmətli cənab Prezident! Nəzərinizə çatdırım ki, bacım 1982-ci il təvəllüdlü Şəfiyeva Könül Vidadi qızı 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Direktor Yaşar Əhmədov bacarmadığı və ya etmək istəmədiyi işə görə yalandan vəd verərək məndən rüşvət almışdır. Bildiyiniz kimi bu, əməl Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsinə (Rüşvət alma), eyni zamanda həmin Qanunun 178.2.3.-cü maddəsində qeyd olunmuş "Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə" əsas verir. Mənimlə kobud danışması, haqsız olduğu halda özünü haqlı çıxarmağa çalışması və məni hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmuru ilə hədələməsi CM-nin 182-ci maddəsinə, onun vəzifə səlahiyyətlərini aşması CM-nin 309-cu maddəsinə əsas verir.
Sizdən çox xahiş edirəm, şikayətim obyektiv araşdırılsın, məndən mənimsənmiş 4000 (dörd min) manat pul (rüşvət) özümə geri qaytarılsın, direktor Yaşar Əhmədov isə qanunun müvafiq maddələri ilə məsuliyyətə cəlb olunsun. Sizə öncədən öz minnətdarlığımı bildirirəm.
Teref.az
 
 
 
Ardını oxu...
Yayılan xəbərdən bəlli olur ki, MİDA yenə üzərinə düşən işi yerinə yetirməyi bacarmayıb və quruma məxsus sistem çöküb. Hadisə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarılan zaman baş verib. Belə ki, yayılan xəbərdən bəlli olur ki, MİDA rəsmisinin məlumatına görə, satış hüquq-mühafizə orqanlarının nəzarəti altında olub.
Birincisi, MİDA mənzillərin satışında o qədər saxtakarlığa, maxinasiyalara yol verib ki, artıq hüquq-mühafizə orqanları müdaxilə etməyə məcbur olublar.
Yeri gəlmişkən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ( indiki DİM ) da hüquq-mühafizə orqanları nəzarət edib. Amma DİM-də baş verən neqativ hallar barədə mediada xeyli yazılıb.
Bəzi çoxbilmişlər cəmiyyətimizi sadəlövh yerinə qoyub deyirlər ki, kompüterin qohumu yox, dostu yox, kompüter rüşvət almır-filan... Az-çox bu sahəni bilənlər bilir ki, kompüterin arxasında insan oturub və orada hər cürə maxinasiyaları həyata keçirmək mümkündür.
Nə isə əsas mövzudan yayınmayaq. Bəli, bu gün MİDA 815 güzəştli mənzili satışa çıxarmalı idi. Oxcucular üçün aydın olsun deyə GÜZƏŞTLİ mənzil satışına...bir az aydınlıq gətirək. Bəzilər izi itirmək üçün qəsdən bu layihəni məcburi köçkün, qaçqın, müharibə veteranı və s kateqoriyaya aid etməyə çalışırlar. Məqsəd bulanıq suda balıq tutmaq məsələsidir.
Biz bir media orqanı olaraq birmənalı şəkildə qeyd edirik ki, GÜZƏŞTLİ MƏNZİL məsələsi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının SOSİAL EVLƏR LAYİHƏSİDİR.
Bir az da aydınlıq gətirək. Sovet dövləti dağılandan sonra, yaranan bütün müstəqil respublikalarda olduğu kimi Azərbaycanda da ciddi mənzil problemi yarandı, mənzil növbələri ləğv olundu.
Minlərlə gənc evi olmadığı üçün ailə qura bilmədi. Bütün bunları nəzərə alan cənab Prezidentimiz İlham Əliyev imkansız, az təminatlı insanların mənzil problemini həll etmək üçün Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaratdı. Və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC yaradıldı. Direktoru da Fərhad Təhməzov oldu. Lap loru, sadə dildə desək, digər MTK-lar özləri şəxsi pulu ilə torpaq sahəsi alır, özü pul qoyaraq bina tikirlər və mənzillər baha başa gəlir, az təminatlı ailələr ev ala bilmir.
Ancaq cənab Prezidentin sosial evlər layihəsində isə MİDA-ya torpaq sahəsini dövlət pulsuz verir, hələ üstəlik tikinti üçün büdcədən külli miqdarda vəsaiti ayırır. Ki, mənzilləri az təminatlı ailələrə ucuz, güzəştli qiymətə satmaq mümkün olsun.
Hətta MİDA-nın ilk binasının açılışında Prezident İlham Əliyev və Birinci Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etdilər. Bütün bu işlərdə məqsəd az təminatlı insanların mənzillə təminatı idi. Etiraf edək ki, digər MTK-lardan icra başçıları, digər məmurlar xeyli miqdarda rüşvət tələb edirlər, bu da mənzillərin qiymətinə təsir edir.
Amma, MİDA-ya bir məmur yaxın düşə bilməz, üstəlik torpaq da dövlət hesabına verilir, özü də 20-30 hektar... Bəs belə olan halda niyə hər dəfə mənzillərin satışı zamanı MİDA çökür, daha doğrusu MİDA-nın kompüter sistemi çökür, vətəndaşlar arasında ciddi narazılıq yaranır, ortaya hakerlər söhbəti çıxır və daha nələr.
Əsas səbəblərdən biri odur ki, bəzi məmurlar villaları, mülkləri olmasına baxmayaraq, hətta sosial mənzillərə də tamah salırlar. Əlbəttə, məmurun tamahı dibsiz quyu kimidir və üstəlik UCUZ aldığı mənzilləri kirayə verib pul qazanır.
Nə isə, son nəticə odur ki, Fərhad Təhməzov və onun “komandası” Perzidentin xoşməramlı layihəsini gözdən salır, insanlarda inamsızlıq yaradır.
Təsəvvür edirsiniz MİDA-ya məxsus sistemin başına nə oyun açırlarsa, vətəndaşlar girə bilmir, seçim edə bilmirlər. Adını da qoyurlar ki, guya kənardan haker hücumu olub.
Bütün bunlar hamısı boş əfsanədir, bütün bu əməlləri törədən MİDA-nın rəhbərliyidir.
Bir neçə ay əvvəl MİDA-nın mənzil satışı prosesində 500 mənzil 5-6 saniyəyə satılmışdı və sonra sistem bloklanmışdı. Bu sahə üzrə mütəxəssislər açıqlama verdilər ki, 5-6 saniyədə 500 mənzili satmaq mümkün deyil. Oxşar proseslər yenidən təkrarlanır.
Görünən odur ki, MİDA-nı, Fərhad Təhməzovu düzəltmək mümkün deyil. Yeri gəlmişkən, Fərhad Təhməzov eyni maxinasiya və korrupsiya hallarını “Qaçqınkom”da da tətbiq etmişdi. Belə ki, vaxtilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan Fərhad Təhməzov dövlətin ayırdığı pulların hesabına milyonçuya çevrildi. Və yığdığı milyonları qardaşı Qoşqara ( hazırda QİDA-nın rəhbəridir) və Ataş Təhməzova verərək Dubaya qədər uzanan biznes imperiyası yaratdı. Bu gün MİDA-ya rəhbərlik edən şəxs məhz həmin Fərhad Təhməzovdur.
Uzun illər məcburi köçkünlərin başına açdığı oyunları indi imkansız vətəndaşların başına açır. Sosial evlər layihəsinə görə, vətəndaşlar müəyyən məbləğ pul ödəyir, mənzil sahibi olur və sonradan qalan pulu hissə-hissə ödəyirlər.
Yeri gəlmişkən, MİDA haqqında bu qədər yazırlar, amma MİDA-nın İdarə Heyətinin sədri Sadıq Sadıqovun adını çəkən də yoxdur.
Ümumiyyətlə, növbəti yazıların birində MİDA rəhbərliyinin cinayətkar tikinti maklerləri əlaqəsindən, hətta xarici biznesmeni aldatmasından bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
 

Dünyapress TV

Xəbər lenti