Ardını oxu...
 
 

Xalqxeber.az-ın məlumatına görə, Şəmkir rayonunun Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu Hurriyyet.az-a müraciət edərək bildirib ki, kənd camaatı iki ildir susuzluqdan əziyyət çəkir:

 

“Bu kəndin sakinlərinin problemləri danışmaqla qurtarmır, zavallı əhali problemlərini sadalamaqda da çətinlik çəkir. Kənddə su problemi o qədər ciddidir ki, əhali artıq üsyan həddinə çatıb”.

Şikayətçi deyir ki, aidiyyəti qurumların hər birinə müraciət etsələr də, şikayətlərinə əhəmiyyət verilmir:

"Bütün kənd camaatı ayağa qalxıb. Müraciət etiyimiz orqanların heç biri gəlib subartezian quyusunu təmir etdirmir. Həmin subartezian quyusundan 120 ev, 40-50 hektara yaxın əkin sahəsi və bir çox həyətyanı məhlələr istifadə edirdilər. Parniklərdə əkdiyimiz məhsullar zay olur. İki ildir bu zülmlə qarşı-qarşıyayıq. 20-gündür ki, subartezian quyusu bir damcı su vermir. Adi çirkli suyu belə əldə edə bilmirik, təmiz dəyanıb".

Şikayətçi onu da deyir ki, kənd əhalisi suvarma idarəsinin rəisi Tahir Xəlilovun vədlərinə inanaraq, aylardır gözləyir: "Rayonun suvarma idarəsinin müdiri Tahir Xəlilova müraciət ünvanlamışıq. O bildirdi ki, narahat olmayın, bir aya kimi şikayətinizi təmin edəcəm. Aylardır gözləyirik, heç bir tədbir görülmür. Biz müraciət etdiyimiz vaxtlarda subartezian quyusu təmir olunsaydı, bu gün tamamilə dayanmazdı. Subartezianın gözünü gil tutub, təmizlənməsə, dəyişilməsə mümkün deyil. Bütün kənd adından müraciət edirəm, şikayətimi işıqlandırın”.

Şəmkir rayon Düzqışlaq kəndinin suvarma idarəsinin Müdiri T.Xəlilovla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi. Mövzunu diqqətdə saxlayacağıq. 

 

XalqXeber.Az
Ardını oxu...
Avqustun 2-də Qida Təhlükəsizliyi Agentliyi “Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri”nin satın alınması üzrə keçirdiyi tenderdə “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti ilə 4 268 884.59 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Qeyd edək ki, “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti artıq Azərbaycan Cəmiyyətinə tanış şirkətdir. Şirkətin məşhurlaşması heç də gördüyü işlərlə bağlı deyil. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mərhum sədri Vidadi Muradovun ətrafında yaşananlar olmasıydı “EL-SEYM İNŞAAT” adlı şirkətin mövcudluğu barədə heç kimi təsəvvürü belə olmazdı.

Belə ki, şirkət regionlarda yeni iş yerlərinin yaradılması məqsədi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ildən başlayaraq rayonlarda xalça istehsalı emalatxanalarının tikinti işlərini həyata keçirib. Şirkətin Qobustan şəhərində, Lənkəranda və Ağstafada yaradılan xalça istehsalı emalatxanalarını neçəyə tikdiyi bəlli deyil. Çünki “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu məqsədlə keçirilən tenderin nəticələri və ayrılan vəsaitlər barədə ictimaiyyətə məlumamt verməyib.

Amma “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialı üçün Prezident İlham Əliyevin 2018-ci ilin may ayında imzaladığı Sərəncamla isə Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.

Bu isə o deməkdir ki, digər rayonlardakı xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün minimum 2 milyon manat vəsait ayrılıb. Amma dəmir konstruksiyalarla quraşdırılmış bu emalatxanaların real qiymətləri bəlli deyil. Bəlli olan odur ki, regionlarda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılmasına 10 milyonlarla dövlət vəsaiti xərclənib və bunun da çoxu “EL-SEYM İnşaat” Qapalı Səhmdar Cəmiyyəti qanuni təmsilçisi, sədri Yaşar Ələkbərov vasitəsi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mərhum sədri Vidadi Muradova qaytarılıb.

Bunu Yaşar Ələkbərovun özü Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində ifadə verərkən etiraf edib. Şirkətin direktoru məhkəmədə etiraf edib ki, 4.2 milyonluq tenderi udub. Lakin bu tender necə keçirilib ki, bununla bağlı dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdu.

Məsələn “EL-SEYM İnşaat” QSC-nin Ədliyyə Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə Nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi olması barədə məlumatlar var. Amma “Azərxalça” ASC-nin keçirdiyi tenderlərin qallibi olması barədə heç bir məlumat yoxdur. Yəni, “EL-SEYM İnşaat” QSC-nin direktoru Yaşar Ələkbərovun dediyi 4.2 milyon absurd bir rəqəmdir. Bu söylədiyindən qat-qat çoxdur.

Qeyd edək ki, şirkətin icraçı direktoru Yaşar Ələkbərov Vidadi Muradovun həbsindən sonra məhkəmədə şahid qismində ifadə verərkən deyib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərcləyiblər. Belə çıxır ki, “EL-SEYM İnşaat” QSC rayonlarda xalça istehsalı emalatxanasının tikintisi və təchizatı üçün udduğu 4.2 milyonluq tenderin 800 mindən çoxunu “otkat” kimi Vidadi Muradovun evinin təmirinə sərf edib.Yəni, xalça istehsalı emalatxanalarının tikinti işlərinə cəmi 3,2 milyon manat vəsit xərclənib.

Maraqlıdır “EL-SEYM İnşaat” Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə “otkatı” hansı şəkildə və qədər qaytaracaq? Elə 4,2 milyon da Qida Təhlükəsizliyi Agentliyindən udub axı…
 

Ardını oxu...
 
 

 
 "Şəmkirin millət vəkili üçün şəhid maraqlı deyil". DİA.AZ bildirir ki, bu barədə Şəmkirdən göndərilən müraciətdə deyilir.

 

Müraciət müəllifləri daha sonra etirazlarını belə ifadə edirlər: "Son günlər dövlət sərhəddində yaşanan gərginlik, bu günə olan rəsmi rəqəmə əsasən 71 şəhidimizin olması hər bir Azərbaycanlını dərin matəm hisslərinə qərq etməkdədir.
Lakin 99 saylı Şəmkir kənd seçki dairəsindən millət vəkili "təyin olunmuş", Şəmkir əhalisi arasında heç bir nüfuzu olmayan Nurlan Həsənov çox sevincək halda Almaniyadan gələn qonağımıza öz milli məclisini, öz iş otağını təqdim edir, bununla qürrələnir. Görəsən Nurlan Həsənov bilir Şəmkirin ümumilikdə nə qədər ŞƏHİDİ VAR ?! Bilməz, çünki ona maraqlı olan yayda sərin, qışda isti otağıdır. Nurlan Həsənovu 2 il ərzində bir şəhid dəfnində görmədik. Sonradan gizlin gizlin gəlib şəkil çəkdirib qaçdı".

Vətəndaşlarda qıcıq yaradan olayın görüntülərini təqdim edirik:

DİA.AZ
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


 

XalqXeber.Az
Ardını oxu...
Çox təəssüflə deməliyik ki, hər dəfə hansı bir mövzu barəsində material hazırlayarkən, "ötən yayımımızda filan mövzu barəsində məlumat dərc etmişdik", yaxud "bir neçə gün (ay) əvvəl bu mövzu barəsində məlumat yayımlamışdıq" sözləri ilə giriş vermək məcburiyyətində qalırıq. Çünki, nə qədər yazsaq, nə qədər desək də əksər problemlər dəyişməz olaraq qalır. Bu da ondan irəli gəlir ki, hər problemi aidiyyatı qurum (müəssisə, idarə) görməzdən gəlir. Belə olan halda, adamın ağlına "zatən nədənsə, kimdənsə çəkinəcək, qorxacaq olsaydılar ən başdan bu problemi özləri yaratmazdılar, yaxud özləri bizdən əvvəl gördükdə dərhal həll edərdilər" kimi fikirlər gəlir.

Və budur, Xətai rayonundan da bəhs edərkən, ilk ağlımıza gələn ifadə belədir :

"DogruXeber.az" informasiya portalında ötən yayımlarımızda Xətai rayonunda İzzət Orucova küçəsindəki baxımsız qalmış ərazi, həmçinin "8 noyabr" (keçmiş Nobel) prospektində açıq qalmış kanalizasiya quyuları və 59 nömrəli tam orta məktəbin yaxınlığındakı küçənin məişət tullantıları və yabanı bitkilərlə "zəngin" olduğunu qeyd etmişdik.

Xətai rayonunda problemlər bitmir - VİDEO // FOTO

Allah var, sözügedən küçə yabanı bitkilərdən elə ertəsi günü təmizləndi. Düzdür, məişət tullantılarından təmizlənməsə də qamışlıq, tikan kolları təmizləndi. Amma, onu deyək ki, yalnız şəkillərdə görünən hissəsi. Elə həmin küçə ilə, üzü Kazımağa Kərimov istiqamətində cəmi bir neçə metr irəliləsəydilər, qalan tikan kolları və yabanı bitkiləri də görüb təmizləyərdilər bəlkə də...

Ardını oxu...

Ardını oxu...

Material yayımlandığı günün səhəri Xətai rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi şərh bölməsində açıq qalmış kanalizasiya quyuların yeni qapaqlarla təmin edildiyin və küçənin təmizləndiyi barəsində bizə də məlumat verdi.

Bəli, həqiqətən də quyulara yeni qapaqlar örtülüb, küçənin, dediyimiz kimi, şəkildə olan hissəsi təmizlənib. Lakin, İzzət Orucova küçəsindəki Ukrayna səfirliyinə bağışlandığı deyilən kiçik ərazinin də tezliklə tərəflərindən təmizlənəcəyi bildirilsə də hələlik dəyişən bir şey yoxdur. Güman edirik yaxın günlərdə digər problemlər də həllini tapacaqdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
DİA.AZ: - "Biz Qəzənfər Ağayevdən yorulduq... Bakıda oturanlar yorulmadı?" Bu sualla bir qrup Astara rayon sakini DİA.AZ vasitəsilə "yuxarılara" sual ünvanlayırlar.

Sakinlər dia.az-a yazır: "Qəzənfər Ağayev 10 ildən artıqdır ki, Astaranın icra başçısıdır. Rayonu necə idarə edir... bunu hər kəs bilir. Bakıda oturanlar daha yaxşı bilir. elə gün yoxdur ki, Astaradan şikayət getməsin... Amma bizi eşidən yoxdur. Etdiyimiz şikayətlər geriyə - elə başçının üstünə qayıdır".

Sakinlər iddia edir ki, kimsə Qəzənfər Ağayevi ciddi şəkildə himayə edir: "Əgər belə olmasaydı Qəzənfər Ağayev ən azından etdiklərinə görə, vəzifəsindən alınardı. Onunla bağlı ağır ittihamlar var. Zamanında mətbuatda səslənib. Amma kimsə araşdırmır. Görünür ki, onu himayə edənlər çox ciddi dairələrdir".

Daha sonra müraciət müəllifləri ölkə rəhbərliyindən Astara rayonuna yeni başçının göndərilməsini xahiş edirlər: "Biz hansısa rayona gənc rəhbər gətiriləndə paxıllıq edirik... Nədən Astaraya da gün doğmasın ki?"

***

DİA.AZ qeyd edir ki, Ağayev Qəzənfər Arif oğlu Astara Rayon İcra Hakimiyyətinin Başçısısı postunu on ildən artıqdır ki, tutmaqdadır.

2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.
Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində Tikinti trestində, 1987-1990-cı illərdə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.
2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində işləyən Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlı rayon İcra hakimiyyəti başçısının Sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.

***

Sakinlərin müraciətilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
 
 

 
Hər zaman "DogruXeber.az" informasiya portalı olaraq, istər qurumların, istər məmurların, istərsə də sahibkarların qanunlarımıza zidd əməllərindən, yaxud davranışlarından yazırıq.

 

Bu dəfə toxunduğumuz məsələ isə həm qanunlarımıza ziddir, həm də əxlaq normalarına (milli mentalitetimizə) zidd fəaliyyəti ilə "şöhrət" qazanan "Miracle" Ailəvi istirahət mərkəzidir.

Əslində, biz təqribən bir ay əvvəl də bu barədə məlumat yayımlamışdıq. Həmçinin, Məkan Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşdiyindən, Sabunçu rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamışdıq və oradan 10-15 dəqiqəyə geri - bizə zəng edəcəkləri bildirilmişdi. Lakin, az qala bir aydır ki, nəinki redaksiyamıza zəng, heç məsələyə hər hansı bir müdaxilə, yaxud reaksiya belə yoxdur.

Eyni zamanda biz bu barədə Daxili İşlər Nazirliyinin də elektron ünvanına rəsmi müraciət göndərmişdik və cavab olaraq, araşdırma aparılacağı bildirilmişdi.

Burda söhbət nədən gedir?
Ardını oxu...

Təqribən bir ay yarım bundan əvvəl istirahət etmək üçün sözügedən məkanda olan və adının çəkilməsini istəməyən bir vətəndaş tərəfindən "DogruXeber.az"a bildirildiyinə görə "Türk abinin məkanı" adı ilə tanınan "Miracle" ailəvi istirahət mərkəzində Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik edilir. Belə ki, elə məkanın girişində asılmış cırıq və rəngləri solmuş bayraqlar məkana gələnlərin diqqətini ilk baxışdan cəlb etsə də məkanı işlədən türk abinin bununla bağlı heç "tükü də tərpənmir".

Özünün də başı qarışıb yataq otaqlarından istifadə edən cütlüklərdən hər saata görə 40 (qırx) manatdan pul yığmağa.

Məkanın adındakı "Ailəvi" sözü hara - saata görə 40 (qırx) manatdan yataq otaqları kirayə vermək hara.

Türk abimiz də özünə belə haqq qazandırır ki, "Abi, gəlib havuzda çimirlər, sonra deyirlər "mənə otaq ver, istirahət edim", mən o zaman nə etməliyəm?!"
Hələ üstəlik, türk abimiz onu da vurğuladı ki, "Gələn -gedən çox olur, hamısını da necə lazımdır yola salıram, şəkillərini də çəkib göndərirəm konsolluğa"...
Abimiz gələn-gedən deyərkən, aidiyyatı qurumların əməkdaşlarını nəzərdə tutur.

Burdan da belə aydın olur ki, Azərbaycanda "ailəvi istirahət mərkəzi" adı altında "əxlaqsızlıq yuvası" fəaliyyəti göstərən "Miracle"ın işlətməçisi olan türk abimizin arxasında elə Türkiyə səfirliyi dayanır, özü də "sapı özümüzdən olan baltalar"la əlbir olaraq.

Bu əməlinə də "Mən sizin ölkənizdə məkan işlədirəm və filan qədər işçi işlədirəm, filan qədər adam burdan evinə çörəkpulu aparır " deyə söhbətdə "üstün tərəf " olmağa çalışması da arxalandıqlarına arxayın olaraq əməlindən nə qədər razı olduğunun göstəricisi idi. Necə deyərlər, elə özləri demişkən "həm suçlu, həm güclü"...

Azərbaycanda azərbaycanlılardan pul qazanıb, ölkəsinə ailəsinə göndərən, burda işçilərinə öz əməyi qarşılığında verdiyi 3-5 manatı üzümüzə çəkir türk abimiz.

Qazansıne, halal xoşu olsun, sözümüz onda deyil. Deyirik ki, madam çörəyi burdan çıxır, buranın da milli dəyərlərinə hörmət etsin.

Amma, bir acı həqiqət də var ki, abimizin bu cür qanuna və əxlaq normalarına zidd fəaliyyətində biraz da özümüzün - aidiyyatı qurumların payı var.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - "Kamil Əhmədov Şirvan rayon Mərkəzi xəstəxanasına baş həkim təyin olunandan sonra burda özbaşınalıq, rüşvətxorluq pik həddə çatıb". DİA.Z bildirir ki, bu barədə narazılığını bildirən Füzuli rayon sakini, hazırda Şirvan şəhərində məskunlaşmış Baxış Əliyev giley edir.

Ardını oxu...

Şikayətçi iddia edir ki, Xəstəxananın direktoru Kamil Əhmədov kənar şəhər və rayonlardan işçi gətirir və bu zaman rüşvətxorluğa yol verir.

Vətəndaş ölkə başçısından bu məsələyə operativ müdaxilə edilməsini də xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
 

 
Sumqayıt şəhəri Sülh küçəsi, 30-cu məhəllədə yerləşən kosmetoloji xidmət göstərən “Sənubər Studio” ilə bağlı şikayət var.

 

Bu haqda "Sherg.az"a Azad İstehlakçılar Birliyinin ( AİB ) sədri Eyyub Hüseynov məlumat verib.

Redaksiyamıza daxil olan xəbərə görə, vətəndaş “pleksr” aparatı ilə gülərkən gözün altında yaranan qırış və burunkiçiltmə proseduru üçün salona müraciət edib.

Sözügedən prosedurun qiymətinin 250 manat olduğu bildirilib. Lakin ödədiyi məbləğ əsasında vətəndaşa qəbz təqdim edilməyib. Prosedurun faydasız olduğunu görən zərərçəkmiş ödədiyi məbləğin geri qaytarılmasını tələb edib.

Bundan başqa, şikayətçi öz şəklinin İnstaqram səhifəsində (senuber_plexr_kosmetoloq) paylaşılmasına icazə vemədiyi halda, foto sosial şəbəkəyə yerləşdirilib. Zərərçəkən iddia edir ki, "Sənubər Studio" instaqram səhifəsi insanları aldatmaq məqsədilə yalan şəkillər paylaşır.

Vətəndaş İnstaqram səhifəsində paylaşılan fotolarının silinməsini və 250 manat pulunun geri qaytarılmasını istəyir.
Qeyd edək ki, "Sənubər Studio"nun xidmət göstərməsi üçün lisenziyasının olub-olmadığı məlum deyil.

"Sherg.az"

 

XalqXeber.Az

Ardını oxu...
 

 

Ardını oxu...
 

Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəhbərliyi su biznesinə girişiblər. Hər halda, bununla bağlı dia.az-a edilən vətəndaş şikayətlərindən belə anlaşılır.

Salyanın Xıdırlı kəndindən sakinlər dia.az-a yazırlar ki, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə aid maşınlarla onlarla su satılır:

"Sürücünün adı Nasirdir. Xahiş edirik, dövlətimizdən ki, Xıdırlı kəndinin su ilə təminatına köməklik etsin və bu adamın su satmasının qarşısını alsın..."

Şikayətçilər deyir ki, SOCAR Nəqliyyat idarəsinin Qobustan qarajının sürücüsü Salyanın Xıdırlı kəndinin bulaq suyunu bu kəndin əhalisinə satmaqla məşğuldur: "Bu sürücünün bu biznesi etməyə, yəni kəndin bulaq suyunu, öz əhalisinə satmağa ixtiyarı varmı? Yəqin sürücü "kiçik sahibkarlıqla" məşğuldur..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti