RealMedia.az xəbər verir ki, artıq bununla ikinci dəfədir ki, icra başçısı yaşadığı (kirayə qaldığı) evi dəyişir. Xatırladaq ki, icra başçısı son günlərə qədər Beyləqanlı iş adamı kimi tanınan Q. Qəhrəmanova məxsus evdə kirayə qalıb. Və iş adamı ilə də yaxın münasibətləri olub. RealMedia.az-ı məlumatlandıran mənbə iddia edir ki, bu dəfə icra başçısının evdən çıx(arıl)ması bir qədər sensasialıdır. Bildirilir ki, son vaxtlar Baş prokurorluq (KQMBİ) tərəfindən daxil olmuş şikayət əsasında Beyləqan rayonunda apardığı araşdırmalar və bu araşdırmalar zamanı aşkarlanmış korrupsiya cinayətləri ilə faktı ilə bağlı Beyləqan rayon icra hakimiyyətinin başçısına və ayrı-ayrı vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi ilə əlaqədardır. Belə ki, Baş prokurorluq tərəfindən icra başçısına və ayrı-ayrı vəzifəli şəxslər barəsində açılmış cinayət işindən sonra ev sahibi Q. Qəhrəmanov icra başçısını ona məxsus kirayə yaşadığı evdən qovub. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, sən demə, icra başçısı Asif Ağayev həm də qaldığı mənzilin kirayə haqqını da vermirmiş. Bunu isə icra başçısına yaxın şəxslər bildirirlər. Və qeyd olunur ki, bir aydan sonra Asif Ağayevin Beyləqana icra başçısı təyin olunmasının 4 ili tamam olacaq. İcra başçısı kirayə qaldığı müddətlərdə bir dəfə də olsun kirayə haqqını ödəməyib. İcra başçısının 23500 manat kirayə pulu borclu olduğu da bildirilir. Bilgilərə görə icra başçsı ayı 500 manata kirayə qalırmış. Mənbə iddia edir ki, hazırda icra başçısı köçmək istədiyi yeni evi təmir etdirir. Diqqətimizi çəkən məqam isə icra başçısının hansı məhləyə, məhz nə üçün o məhləyə köç etməsidir. Bu barədə isə eksklüziv olaraq növbəti günlərdə yazacağıq. RealMedia.az
Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.
Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.
1-ci qrup əlil və ağır miopatiya – əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: “Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində – müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, “qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!”
Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.
Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.
Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq. //tezadlar.az//
Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib.
DİA.AZ xəbər verir ki, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib.
Belə ki, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:
“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır.
DİA.AZ: - Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Möhtərəm cənab Prezidentimiz. Bizim yaşadığımız Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyu çatışmamazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhlələrimizdə meyvə ağaclarımız quruyub, əkinlərimizdə taxılımız batıb. Ulu Öndərimizin bizlərə hədiyyə etdiyi pay torpaqlarımızı susuzluqdan becərə bilmirik. Siz, hər il rayonumuza onlarla subartezian quyularının qazılması üçün Sərəncamlar imzalayırsız. Amma Sizin Sərəncamlarınız və dövlət vəsaiti hesabına qazılan həmin quyuları rayonumuzda İcra Başçısı və əlaltıları satır. Melorasiya və Su Təsərrüfatı ASC-dən gələn siyahını Başçı senzuradan keçirir və pul aldığı adamın adını təsdiqləyir, qalanlarını isə silir-təsdiqləmir.(hamıya açıqca məlumdur ki, hər quyunun qiyməti 12-15 min manatdır.) Bildiririk ki, biz də 2 il əvvəl kollektiv müraciət etmişdik və Meliorasiya və Su Təsərrüfatı ASC-dən nümayəndələr gəlib yerində baxış keçirdilər və 1 ədəd subartezian quyusunun qazılması üçün yer müəyyən edildi, kordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar bizə zəng vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə qazılacaq-adınız siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma Sistemləri idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında aprel-may aylarında qazılacaq. Ancaq bu yaz keçdi və gəlib qazmadılar. ASC-nə zəng vurduq dedilər ki, biz sizin adınızı qeydiyyata salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma Sistemləri idarəsinə zəng vurduq və bizə ordan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5 quyunun içərisində sizin də adınız vardı və Başçı sizin adınızı təsdiqləmədi, ona görə də sizə nəzərdə tutlmuş quyunu başqasına verdilər. Bu il üçün isə 31 quyu göndərilib və burada da rayon İcra Hakimiyyəti adınızı salmayıb. Hətta bununla bağlı, Meliorasiya və Su Təsərrüfatı ASC-dən (sədr müavini Z.Quliyevin imzası ilə) bizə göndərilən 05.08.2022-ci il tarixli rəsmi məktubda da qeyd edilir ki, “2021-ci ilinn sentyabr ayında Səfikürd sakini Hüseynov Nahid Fazil oğlunun yaşayış evinin yanında 1 ədəd subartezian quyusunun qazılması ASC tərəfindən təsdiq edilərək rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin Başçı təsdiq etməmiş və həmin quyunu siyahıdan çıxarmışdır. ( həmin məktubun surətini də əlavə edirik.) Əziz Prezidentimiz. Gördüyünüz kimi, Goranboyda İcra Başçısı Sizin biz vətəndaşlara verdiyiniz suyu-subartezian quyularını özü kimə istəyir satır-Yezidlik edir. Sizin Sərəncamınızdan sui istifadə edib pul qazanır, rüşvət yığır, korrupsiya ilə məşğul olur. Bu başçının marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə etdiyiniz, dövlətin büdcəsi hesabına qazılan və adımıza qeyddiyyata salınan, qazılması planlaşdırılan subartezian quyusunu başqa yerə saldırır.??? -Təbii ki, burda bir maraq var—o da rüşvət. Və bir də kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaqdır!!!" İddia olunanlarla bağlı dia.az olaraq bütün maaqlı tərəfləri dinləməyə hazırıq...
Tovuz rayonu, Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Prezident İlham Əliyevə şikayət ərizəsi yazıb.
DİA.AZ bildirir ki, bir surətini də Gununsesi.info-ya təqdim edən şəhid anası müraciətində tarixi abidə kompleksinin qanunsuz yolla satılmasından bəhs edir.
Həmin şikayəti olduğu kimi təqdim edirik:
Nəzərinizə çatdırıram ki,kəndimizin Qala Düzü adlanan ərazisində yerləşən abidə kompleksi Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır və inventar nömrəsi 6045, 6046 və 6050-dir. Orta əsrə aid olan həmin tarixi abidələr bir neçə ildir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən saxta yolla, rəhmətə getmiş bələdiyyə sədrinin imzasıyla əvvəlki tarixə rəsmləşdirilərək, saxta hərrac yolu ilə satılıb. Çünki hökumətin qərarı ilə dövlət qeydiyyatına alınmış tarixi abidə hərraca çıxarıla bilməz. Əslində RİH-nin başçısı Məmməd Məmmədov həm də burada şərikdir.
Bu ərazi Tovuzçay su anbarının kənarında yerləşdiyinə görə burada otel, pivnoy, qumarxana və s. inşası nəzərdə tutulub. Ərazidə hörgü məftillərlə çəpərləmə işləri aparılıb, ağır texnika ilə abidələrin əksər hissəsi məhv edilib. Eyni zamanda bildirirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları qeyd olunan ərazidə təkrar araşdırma aparmış və araşdırmanın ilk günündə orta əsrə aid yaşayış evi tapılmışdır.
Nəzərinizə çatdırıram ki, Şəhərgah adlı həmin tarixi abidələr əvvəlcə saxta cinayət yolu ilə Mirzəyey Həsən adlı şəxsə satılıb.
Belə ki, guya hərrac komissiyasında torpaq müsabiqəsi keçirilib və qərar qəbul olnub, bu barədə əlimizdə rəsmi, lakin saxta məzmunlu məktub da var. Çoxsaylı şikayətlərimizdən sonra, Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun təsiri altından çıxa bilməyən, başlarını itirən aidiyyəti qurumlar həmin tarixi abidələrin indi də Süleymanova Rasimə İsgəndər qızına məxsus olduğunu bildirirlər. Maraqlıdır ki, həmin şəxs Vahidli kənd sakini deyil.
Eyni zamanda bildirirəm ki, həmin ərazidə bizim qədim qəbiristanlığımız və məsçidimiz yerləşir. Mənim şəhid oğlum da həmin qəbiristanlıqda uyuyur. Həmin ərazini, taixi abidələrimizi və şəhid məzarının kənarını saxta hərraca çıxarıb satanların nə özləri, nə də yaxınları, nə vətən müharibəsində iştirak edib, nə də şəhid veriblər.
Əlavə olaraq bildirirəm ki, Tovuz rayon Vahidli kənd Bələdiyyəsinin sədri Sədi Rüstəmov Vahidli kəndi ərazisində bütün torpaqları öz yaxın qohumlarının hər birinə 200 manat pul verərək onların adına, rəhmətə getmiş bələdiyyə sədrinin saxta imzasıyla rəsmləşdirib, sonra isə kənar şəxslərə, rayonun imkanlı şəxslərinə satib ki, bu da ciddi qanun pozuntusudur. Bildirirəm ki həmin ərazi Tovuzçay su anbarının kənarıdır və həmin torpaqların bir başa kənar şəxslərə satılması mümkün olmadığına görə bu saxta əməliyyatlar aparılmışdır. Həmin torpaqlar saxta kadastr sənədləri ilə satılıb. Həmin alqı-satqıların Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Şöbəsinə hesabatı verilməyib. Çünki banka heç bir rüsum ödənilməyib. Sədi Rüstəmov isə bildirir ki, gedin prezidentinizə nə qər istəyirsiniz şikayət edin, mənim prezidentim Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdur, bizə tarixi abidə lazım deyil.
Mən bir vətəndaş olaraq yaxşı dərk edirəm ki, Mehriban xanım tarixi və mədəni irsimizin qorunması yolunda uzun illərdir ki, uğurlu fəaliyyət göstərərək xalqımızın qədim mədəniyyətə malik bir xalq olduğunu bütün dünyaya sübut etdi. Tovuz RİH-nin başçısı Məmməd isə taixi abidələrimizi yaxın adamlarının adina saxta cinayət yolu ilə rəsmləşdirərək mənimsəyıb və həmin ərazidən əl çəkmir, tarixi abidələrimizi qəsdən dağıdır və Qarabağda tarixi abidələrimizi dağıdan düşmənlərimizlə bunların heç bir fərqi yoxdur.
Cənab prezident!
Sizdən xahiş edirəm ki, mənim müraciətimin Respublika Baş prokurorluğunda araşdırılmasını,tamahkarlıq məqsədilə abidələrimizi məhv edən Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və Vahidli Bələdiyyəsinin sədri Sədi Rüstəmov haqqında tədbir görülməsini təmin etdirəsiniz.
Həsənova Ceyran Məhəmməd qızı Şəhid və Qarabağ veteranı anası
Ötən ilin sonlarında dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə imzaladığı sərəncam, cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində köklü dəyişikliklər olacağına inam yaratmışdı. Çünki bağçaların icra hakimiyyətlərinin tabeliyində olduğu bu on ildə məktəbəqədər təhsil müəssisələrində baş verən özbaşınalıqlar və qanunsuzluqlar sadalamaqla bitməzdi. Ancaq bir ilə yaxın zaman göstərdi ki, bu sahədə ciddi dəyişiklik yoxdur. Bir müddət öncə Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var. Rəsmi məlumata görə, bu müddət ərzində xeyli sayda bağça müdirləri işdən azad edilib, haqqında araşdırma aparılan şəxslər də var. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildiilir ki, monitorinq aparılan bağçalardan biri də Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi 53 ünvanında yerləşən 238 saylı körpələr evidir.
Məlumatlı mənbə bilirir ki, bağçada monitorinq zamanı ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub. Amma maraqlıdır ki, monitorinq keçirilən günlərdə bağça müdirəsi Rəfiqə xanlmın kabab qonağlığına tutulan nazirlik nümayəndələri bu məsələlərin üstündən sükutla keçiblər.
Məlumat üçün bildirək ki, 14 ildir 238 saylı bağçaya rəhbərlik edən İsgəndərova Rəfiqə Cəbrayıl qızı 1961-ci il təvəllüdlüdür və pensyia yaşına yaxınlaşır. Mənbənin bildirdiyinə görə, öz postunu yaxlnlarına təhvil vermək istəyən müdirə bağçada bir neçə ştata yaxın adamlarını yerləşdirib. Bu şəxslərin fəaliyyəti, bağçadakı ərzaq əməliyyatları ilə bağlı növbəti yazımızda. //cumhuriyyet.az//
Yevlaxda polis tərəfindən döyüldüyü iddia edilən azyaşlının valideynləri danışıblar.
Hadisə Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında baş verib.
Həmin təhsil müəssisəsində oxuyan 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verib.
4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.
Döyülən azyaşlının valideyni Rəqsanə Əliyeva Baku TV-yə bildirib ki, V.Hüseynov övladını iki əllə boğaraq, başını partaya vurub.
Daha ətraflı süjetdə:
19:43
Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi prokurorluqda araşdırılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.
17:48
Daxili İşlər Nazirliyindən Yevlax rayonunda iki məktəblinin dalaşması hadisəsinə münasibət bildirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata Oxu.Az-a bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:
“Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.
17:15
Yevlax rayonunda iki məktəbli dalaşıb.
Oxu.Az-ın məlumatına görə, rayonda birinci sinifdə təhsil alan iki uşaq mübahisə edib. Nəticədə onlar dalaşıblar.
Bundan sonra uşaqların valideynlərindən biri digər şagirdə şiddət göstərib.
Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur.
Quba sakini torpağının əlindən aldığını iddia edir.
DİA.AZ bildirir ki, Quba şəhər sakini Gülyaz Məmmədova Belediyye.net-ə müracət edərək torpaq sahəsinin əlindən alındığını, probleminin işıqlandırılmasını xahiş edir.
Şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan vətəndaş deyir ki, 1994-cü ildə o zaman mövcud olan Xalq Deputatlar Sovetinin qərarı ilə 100 kv-metr ərazi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ailəyə verilib.
Sözügedən torpaq sahəsi uzun illər onların istifadəsində olub. Şikayətçi burada mövcud olan yaşıllığı da özü saldığını, bir müddət öncə sözügedən ərazidə başqa bir vətəndaş tərəfindən tikinti işlərinə başlanıldığını deyir. Sakin iddia edir ki, torpaq sahəsi onun xəbəri olmadan bələdiyyə tərəfindən başqa vətəndaşa satılıb.
Gülyaz Məmmədova topağın həmin şəxsdən alınaraq yenidən onun ixtiyarına verilməsini istəyir.
Quba şəhər bələdiyyəsinə üz tutduq. Qurumdan bildirildi ki, torpaq sahəsi bu yaxınlarda deyil, düz 17 il öncə başqa bir vətəndaşın mülkiyyətinə verilib. Həmin vətəndaşın isə indi ərazisində tikinti işlərinə başlaması mübahisəyə səbəb olub.
Gəncə Dövlət Filarmoniyasına KİM rəhbərlik edir? – Mədəniyyət naziri ticarətçi bir şəxsi Filarmoniyaya niyə direktor təyin etdi?-İddia Hit
QALMAQAL 22 Sentyabr 2022 Spread the love Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə şəhərində fəaliyyət göstərən möhtəşəm mədəniyyət kompleksidir və bu filarmoniyanın binası 2012-2017-ci illərdə Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa olunub.
Qeyd edək ki, Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü əsasında qoyulur. 1949-cu ildə bu filarmoniyanın fəaliyyətinə xitam verilsə də, 1990-cı ildən yenidən fəaliyyətə başlayır.
1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır. Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı.
Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə “Göy-göl” mahnı və rəqs ansamblına dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyətə başladı və 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası yenidən yaradıldı.
Gəncə Dövlət Filarmoniyasına məxsus yeni binanın təməli 21 yanvar 2012-ci il tarixdə ölkə rəhbərinin Gəncə şəhərinə etdiyi səfər zamanı qoyulsa da, onun açılışı 10 noyabr 2017-ci ildə prezident İlham Əliyevin iştirakı ilə baş tutur. 90-larda Gəncə filarmoniyasına rəhbərlik etmiş Şahnaz Haşımova daha sonra isə, yəni yeni inşa olunmuş filarmoniyanın rəhbəri azərbaycanlı tenor, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov təyin olunur. Daha sonra isə ,yəni 11 avqust 2022-ci ilə qədər musiqi sahəsindən olan Elçin Elçiyev direktor vəzifəsini icra edir.
Bu ilin avqust ayının 11-də Mədəniyyət naziri cənab Anar Kərimovun müvafiq əmri ilə, hər hansı bir musiqi təhsili olmayan , özünün dediyinə görə, ADAU-da iqtisadiyyat fakultəsini bitirən Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunur.
O halda ortaya belə bir sual çıxır ki, görəsən görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan filarmoniyaya təyin olunan yeni direktor kimdir və yaxud indiki zamanda ənənəvi olan söz, kimlərdəndir?
Əldə etdiyimiz məlumatlara görə, Rəşad Yusifovun təqdimatında Gəncə Regional Musiqi İdarəsinin rəisi Vasif Cənnətov da iştirak edir. Elə ki, Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edən bu şəxsin həyat və fəaliyyəti ilə bağlı bir qədər araşdırma aparırsan, o halda məlum ki, Rəşad Yusifov əvvəllər Gəncədə tütün məhsullarının topdan satışı işləri ilə məşğul olur, hətta şəhərin mərkəzi ərazilərindən birində çayxana da işlədir.
O halda ortaya belə bir sual çıxır ki, görəsən nə oldu, nə baş verdi ki, Mədəniyyət naziri ticarətçi bir şəxsi Gəncə Dövlət Filarmoniyasına direktor təyin etdi? Ola bilərmi ki, bu adı gedən Rəşad Yusifov adlı şəxs sabiq baş prokuror Zakir Qaralovun 1-ci müavini olmuş Rüstəm Usubovun bacısının nəvəsi olduğuna görə belə bir təyinat verilir?
Əldə etdiyimiz başqa bir məlumata görə, Rəşad Yusifov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla yaxın qohumluq əlaqəsi olan vəzifə sahibidir. Ola bilər ki , hər sözü-söhbəti Mədəniyyət nazirliyində keçərli olan Vasif Cənnətov, bu şəxsin filarmoniyaya direktor təyin olunması üçün vargücü ilə çalışır, hətta “dəridən-qabıqdan da çıxır”. Qeyd edək ki, Cənnətov soyadını daşıyan bu şəxs illər öncə ADAU-nun iqtisadiyyat fakultəsində ali təhsil aldığından, onun nə musiqidən, nə də sənətşünaslıq elmindən heç bir xəbəri olmaması bu gün görkəmli bəstəkarın adını daşıyan filarmoniyaya incəsənətdən anlayışı olanı deyil sahibkarı təyin olunması üçün canfəşanlıq edib.
Yeri gəlmişkən qeyd edək ki, Vasif Cənnətov Mədəniyyət nazirinin 1-ci müavini Elnur Əliyevin də yaxın qohumudur. Yəqin ki, hər iki şəxs arasında olan qohumluq əlaqəsi Rəşad Yusifovun təyinatında olduqca təsirli və keçərli olur. Bütün bunlara baxmayaraq, ortaya fərqli nüaslar da çıxır ki, onlardan da biri nazir Anar Kərimovun, illər öncə XİN-də birgə çalışdığı həmkarı Elnur Əliyevin Gəncə Dövlət Filarmoniyası ilə bağlı verdiyi əmrə əhəmiyyət verməməsi olur. Bəli, bütün bunlar sabiq nazir Əbülfəs Qarayevin sələfi ilə bağlı səslənən ittihamlardır, giley-giley-güzarlardır.
Bir xatırlamanı yada salaq ki, hələ bir neçə il bundan öncə Gəncə Dövlət Filarmoniyasında korrupsiya faktı ortaya çıxdıqdan sonra, bəzi mədəniyyət işçiləri daşıdıqları vəzifələrinə “əlvida” dedilər, bəziləri isə bir-birini əvəzlədilər. Məsələn, Şahnaz Haşımova, Gülçin Mirzəyeva, Samir Cəfərov, Elçin Elçiyev və s. Adı çəkilən bu mədəniyyət işçilərindən sonra daha birisi, sahibkar Vasif Yusifov direktor təyinatı aldı.
Əziz oxucular! Bütün bunlar qəribə paradokslardır. Buradan bir haşiyə çıxıb demək istəyirik ki, Məşədi İbad demişkən “Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxusam da, amma heçnə anlamadım”. Bəs siz? Yəni ki, atasının , anasının oğlu Rəşad Yusifova 3 gün toy , bir gün kasıb toyu, bir gün varlılar üçün toy, bir gün dindarlar üçün nəzərdə tutulan toy oluna bilər bu mümkündür. Toy deyirlər ki, bir murazdır, amma bu günə qədər eşitmədiyimiz qalmadı, yəni ölkə başçısının Gəncə əhli üçün ərmağan olaraq tikintisinə diqqət yetirərək ərsəyə gətirdiyi Filarmoniyaya belə təyinat?
P.S. Belə bir təyinatdan sonra həm Elçin Elçiyevlə, həm də Vasif Yusifovla əlaqə saxlamağı özümüz üçün borc bildik. Elçin Elçiyevin verilmiş təyinatla bağlı fikri belə oldu ki, filarmoniyanın borcu var, Rəşad Yusifov onları tam şəkildə ödəyəcək. Rəşad Yusifov isə suallarımıza mədəniyyət sahəsindən deyil, məhz özünün qəbulundan, qəbul saatlarından və s. dəm vurdu. Bircə onu anlayıb dərk edə bilmədik ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa olunan və açılış tədbirində şəxsən möhtərəm Prezidentin də iştirak etdiyi filarmoniyanın hansısa məbləğdə borcu olsun, əgər borçu qalıbsa neçə olub ki, ölkə rəhbərliyinin məlumatı olmayıb bu borcdan? globall.az
Binə qəsəbəsi üfunət içində: bordürlərdə zibilin qalaqlanması adi hal alıb.
DİA.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, qəsəbədə zibil qutusu olmadığından, zibil yolun ortasında bordürlərə yığılır. Burada qalaqlanan məişət tullantıları elə olur ki, günlərlə yolun ortasında qalır. Sakinlərin sözlərinə görə, isti havada məişət tullantılarının pis qoxusu ətrafa yayılır.
Həmçinin bordürlərdə qalaqlanmış zibil insanların yolu keçməsinə mane olur. Sakin Nuranə Abbasova bildirir ki, onlar məsələ ilə bağlı dəfələrlə ərazi bələdiyyəsinə müraciət ediblər. Bələdiyyədən isə bildiriblər ki, məişət tullantıları ona görə yolun ortasındakı bordürlərə yığılır ki, zibil maşını onları rahat toplaya bilsin.
Sakinlər deyirlər ki, qəsəbə ərazisində məişət tullantıları konteynerləri yoxdur. Ona görə də məişət tullantıları bordürlərə yığılır, oradan daşınır. Bəzən isə günlərlə orada qalır. Sakinlərin əsas istəyi ərazidə məişət tullantıları konteynerlərinin qoyulmasıdır.
Sputnik Azərbaycan Binə Qəsəbə Bələdiyyəsi ilə əlaqə saxlayıb. Oradan bələdiyyə sədri Habil Həmidovun xəstə və məzuniyyətdə olduğu bildirilib. Digər məsul şəxslərin isə ərazidə olduqlarını söyləyiblər. Bildiriblər ki, problem araşdırma aparıldıqdan sonra aradan qaldırılacaq.
Xəzər rayon təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəsəbə ərazisində əvvəllər məişət tullantıları konteynerləri olub. Amma vətəndaşlar etiraz etdiyindən götürülüb. Bununla belə R.Rəsulov ərazi üzrə məsul şəxslərə problemin çatdırılacağını, tezliklə məişət tullantıları konteynerlərinin yerinə qoyulacağını söyləyib.