Ardını oxu...

Tovuz rayonu Qovlar şəhəri M.Hüseyn küçəsi ev 40-da yaşayan İsmayılova Solmaz Abbasəli qızını redaksiyamıza müraciət edərək bildirir ki, Gəncə Apelyasiya Məhkəməsində hakim öz marağı naminə iddiaçını bezdirərək qarşı tərəfin xeyrinə qərar çıxarmaq niyyəti ilə proseslər təxirə salınır. Şikayətçi qanunsuzluğun qarşısının alınması üçün Gəncə Apelyasiya Məhkəməsinin sədri cənab Hüseynov Mirbahəddin Mirdamət oğluna saytımız vasitəsilə ilə müraciət edib. O iddia edir ki, Gəncə Apelyasiya Məhkəməsinə Əlizamin Abdullayev öz maraqları naminə məhkəmə proseslərini təxirə salır. Solmaz İsmayılova onu da deyir ki, göstərilən tələblərin yerinə yetirilməsi üçün  hazırkı inzibati iş üzrə hakimə, məhkəmə tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə edilmiş etirazlara və apelyasiya şikayətinin mümkünsüz sayılmasına dair ərizəmiz əsasında qəbul edilmiş qərardadların surəti qanunvericiliyin tələb və prinsiplərinə görə və yaxud da şərhinə görə mənə təqdim edilməlidir:

 

"Bildirirəm ki, Gəncə İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-1(114)-60/2021 saylı qərarından üçüncü şəxs İbrahimov Aydın Qasım oğlu apelyasiya şikayəti vermişdir. Həmin apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun icraatında olmaqla məhkəmənin ilkin baxışı 17 yanvar 2022-ci il tarixə saat 14:30-a təyin edilmişdir. 

 

Həmin tarixdə hər hansı bir əsaslı səbəb olmadan hakim Əlizamin Abdullayev inzibati işin məhkəmə baxışını 21 fevral 2022-ci il tarixə saat 15:00-a təxirə aldı. Mən İsmayılova Solmaz Abbasəli qızının və qızım İsmayılova Məhəbbət Ziyad qızının etibarnamə üzrə səlahiyyətli və qanuni nümayəndəmiz oğlum İsmayılov Mübariz Ziyat oğlu bizim adımızdan hələ ilkin baxışa, yəni 17 yanvar 2022-ci il tarixdən əvvəl 15 dekabr 2021-ci il tarixdə qanunvericiliyə və prossesual hüquq normalarına cavab verən qanunvericiliyə uyğun qaydada apelyasiya şikayətinin mümkün sayılmamasına dair müvafiq poçt vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə rəsmi ərizə ünvanlamış və həmin ərizədə qeyd etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət 3 gün ötdükdən sonra verilmişdir. Yəni inzibati iş materiallarında olan qərarın çatdırılmasına dair müvafiq poçt arayışından da aydın görünür ki, üçüncü şəxs İbrahimov Aydım Qasım oğlu Gəncə İnzibati Məhkəməsinin qərarını 23 oktyabr 2021-ci il tarixdə saat 09:43-də şəxsən almışdır və apelyasiya şikayətini 25 noyabr 2021-ci il tarixdə vermişdir. Yəni oktyabr ayı 31 gündən ibarət olmaqla qanunla müəyyən edilmiş prosessual müddəti 3 gün ötürmüşdür. Bu barədə nümayəndəm doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu dəfələrlə vəsatət və ərizələr versə də hakim öz marağı naminə nə ərizələrə nə də vəsatətlərə məhəl qoymamışdır. Bundan sonra nümayəndəm və doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu qanunsuz və əsassız 21 fevral 2022-ci il tarixə saat 15:00-a təxirə salınan məhkəmə iclasında məcbur olaraq hakimə etiraz vermişdir. Həmin vaxt məhkəmə tərkibində Azər Bayramov və Şamil Rzaquliyev də iştirak etmişdir. Edilmiş etiraz qanunsuz və əsassız olaraq təmin edilməmiş, həmin vaxt hakim Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağına getmiş və qayıdaraq etirazın təmin edilməməsinə dair qərardadı elan etmişdir və inzibati işi yenə də qanunsuz və əsassız olaraq heç bir əsaslı və qanuna uyğun səbəb olmadan 18 mart 2022-ci il tarixə saat 11:30-a təxirə almışdır. Bundan əlavə həmin gün hakim Azər Bayramov tərkibdən kənarlaşdırılaraq, yerinə hakim Afiq Hüseynzadə gətirilmişdir. 

 

Bundan sonra nümayəndəm, doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu hakim Əlizamin Abdullayevin inzibati iş üçün nə qədər maraqlı olduğunu (öz marağı naminə) və bizə qarşı qərəzli mövqedə olduğuna tam və qətiyyətli şəkildə əmin olduqdan sonra Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə etiraz vermişdir. (Bu barədə nümayəndəm və doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu etdiyi kassasiya şikayətində də inzibati iş üzrə Əlizamin Abdullayevin nə qədər marağı olduğunu qeyd etmiş və kassasiya şikayəti təmin edilmişdir. Görünür ki, Əlizamin Abdullayevin maraqlarından Gəncə Apelyasiya Məhkəməsinin sədri kimi Sizə də nəsə çatmışdır. Belə olmasaydı Qanunvericiliyin tələblərinə görə kassasiya şikayəti vermək üçün order naminə tutduğumuz vəkilin barəsində intizam icraatı açılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həqiqətə uyğun olmayan və təsdiqini tapmayan təqdimat ünvanlamazdınız). Eyni vaxta qarşı tərəfin vəkili Yolçu Abbasov da vəsatət verərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. 

 

Nümayəndəm İsmayılov Mübariz Ziyat oğlu vəsatətin qanunsuz və əsassız, qanunazidd, yəni lüzumsuz vaxt uzatma məqsədi güdməsini sübut edərək qarşı tərəfin vəkili Yolçu  Abbasov tərəfindən verilmiş vəsatətə rəsmi, yazılı qaydada etirazını hakimə təqdim etmişdir. Nümayəndəmin bu etirazı da hüquqi qiymət verilmədən cavabsız qalmışdır. Yəni, qarşı tərəfin vəkili Yolçu Abbasovun inzibati işin icraatını dayandırılmasına dair verdiyi vəsatət əsasında Nümayəndəm Mübariz İsmayılovun yazılı, rəsmi qaydada verdiyi etiraza dair qəbul edilmiş qərardadın necə əsaslandırıldığı bizə məlum deyil (əgər əsaslı etiraza hüquqi qiymət verilibsə və ayrıca akt şəklində qərardad qəbul edilibsə) və yaxud hələ də nümayəndəmin verdiyi etiraza dair qərardad bizə təqdim edilməmişdir. 

 

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 18-19-cu maddələrində məhkəməyə və tərkibə edilmiş etiraz öz əksini tapmadığından bu mübahisə İPM-nin 1.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddüaları tətbiq olunmaqla həll edilməlidir. Məhkəməyə edilmiş etiraz isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19-22-ci maddələri ilə tənzimlənməlidir. Həmin maddələrdə də tərkibə məhkəməyə edilmiş etirazlar kimin tərəfindən baxılmalı olduğu öz əksini tapmışdır. Bundan başqa Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikadı Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli Plenum Qərarının 5.3, 5.4 və 5.5-ci bəndlərində də öz əksini tapmışdır. Göründüyü kimi Əlizamin Abdullayev və tərkibdə olan digər hakimlər Azərbaycan Respublikasının İPM-nin 18-19, Azərbaycan Respublikasının MPM-nin 19-22-ci və Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikadı Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli Plenum Qərarının 5.3, 5.4 və 5.5-ci bəndlərini də kobud və qanuna zidd şəkildə pozaraq, hakim Əlizamin Abdullayev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 22.3-cü maddəsinin tələblərinə zidd olaraq hər zaman sübüt edə biləcəyimiz haqlı və qanuni etirazı məhkəmə sədri tərəfindən həll edilməli olduğu halda müşavirə otağına gedərək, özü müzakirə edib və təmin edilməməsinə dair qərardadı elan etmişdir. Bundan sonra nümayəndəm Mübariz İsmayılov məhkəmə iclas zalını tərk etmişdir. Çünki, nümayəndəmin əsaslı etirazının təmin edilməməsindən sonra hakim Əlizamin Abdullayevin və tərkibdə olan digər hakimlərin qəbul edəcəyi qərar (öz maraqları naminı) bizə bəlli idi. Buna baxmayaraq, nümayəndəm İsmayılov Mübariz Ziyat oğlu zalı tərk etdikdən sonra qarşı tərəfin vəkili Yolçu Abbasovun qanunsuz, əsassız, qanunazidd və süni surətdə məhkəmənin vaxtını uzatmaq məqsədi güdən vəsatəti hakim Əlizamin Abdullayevin və tərkibdə olan digər hakimlərin 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qanunsuz və əsassız, qanuna zidd  qərardadı ilə təmin edilərək, iş üzrə inzibati işin icraat dayandırılmışdır. 

 

Qeyd olunan qərardaddan verdiyimiz haqlı və qanuni, qanuna uyğun kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Nigar Rəsulbəyovanın icraatına qəbul edilərək, inzibati iş üzrə 29 iyun 2022-ci il tarixli 2-1(102)-1126/2022 saylı qərar qəbul edilmiş, bizim kassasiya şikayətimiz təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-99/2022 nömrəli 18 mart 2022-ci il tarixli qərardadı qanunsuz və əsassız, qanuna zidd olduğu üçün, yəni qəbul edilmiş qərardad hakimin, tərkibin və məhkəmə sədrinin şəxsi maraqlarına məkrli niyyətlərinə xidmət etdiyi üçün ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bununla da biz hakim Əlizamin Abdullayevin inzibati iş üzrə öz maraqları naminə, qanunsuz, əsassız, qanunazidd mövqedə olmasını ifaşa (sübüt) etmiş olduq. Yəni əsassız vaxt uzatmalarla süründürməçiliyə yol verib bizi bezdirərək, öz şəxsi  maraqlarını, məkrli niyyətini həyata keçirmək naminə qarşı tərəfin xeyrinə qərar qəbul etmək niyyətini bir daha sübut etmiş olduq və ya öz-özlüyümüzdə bir daha dəqiq əmin olduq.

 

İnzibati iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsindən Gəncə Apelyasiya Məhkəməsinə qayıtdıqdan sonra yenə də inzibati iş qanunsuz olaraq, qanunazidd şəkildə Əlizamin Abdullayevin icraatına verildi. Nümayəndəm Mübariz İsmayılov bu hala isə etiraz etdikdə dəqiq mənbələrdən aldığımız məlumata görə proses zamanı hakim Əlizamin Abdullayev özü özünə etiraz edəcəyini bizə bildirildi. Lakin Əlizamin Abdullayevin nəfsi və tamahı Qanunvericiliyə qalib gəldiyindən o bu addımı da atmadı, yəni bir sözlə hakim Əlizamin Abdullayev bizim hüquqi, demokratik və dünyəvi Dövlətdə yaşadığımızı unudaraq, Qanunu şah deyil Şahı Qanun hesab etdi və inzibati işin məhkəmə baxışını 15 avqust 2022-ci il tarixə saat 14:30-a təyin etdi. Həmin gün nümayəndəm İsmayılov Mübariz Ziyat oğlu məhkəmə iclasında olarkən Gəncə Apelyasiya Məhkəməsində hakim işləyən 15 nəfər hakimdən 1 nəfər hakim tapıb qeyd olunan işə baxmaq üçün tərkibə dəvət edə bilmədilər. Bəhanə isə hakim Şamil Rzaquliyevin məzuniyyətdə olması idi. Necə olur ki, hakim Əlizamin Abdullayev öz marağı naminə Azər Bayramovu qanunsuz qəbul edəcəyi qərarda Azər Bayramovun xüsusi rəydə qalacağı təhlükəsi ilə özünü tam və hər tərəfli sığortalayaraq  işini daha rahat görməsi üçün (öz məkrli niyyətini, öz şəxsi marağını həyata keçirmək üçün) Azər Bayramovu tərkibdən kənarlaşdırır, lakin Şamil Rzaquliyevi əvəz etmək üçün Gəncə Apelyasiya Məhkəməsində 15 hakimdən 1 nəfər hakim tapılmadı. Bu bəhanə ilə də hakim Əlizamin Abdullayev inzibati işin məhkəmə baxışını 14 sentyabr 2022-ci il tarixə saat 15:00-a təxirə salmış və məhkəmə iclası bağlı elan edilmişdir. Həmin gün məhkəmə iclas zalında hakimlər Afiq Hüseynzadə, Əlizamin Abdullayev və nümayəndəm Mübariz İsmayılov olarkən hakim Əlizamin Abdullayev nümayəndəmə isteza ilə bildirmişdir ki, "kişi kişinin qərarından şikayət edər, rüşvət almasından deyil". Həmin vaxt Afiq Hüseynzadə nümayəndəmə bildirmişdir ki, "Siz hardan bildiniz ki, biz rüşvət almışıq" buna cavab olaraq nümayəndəm Mübariz İsmayılov bildirmişdir ki, bu faktı sizin hərəkətləriniz göstərir. Bu zaman Afiq Hüseynzadə nümayəndəmə bildirib ki, "Sən onu burada bizə deməlisənmi və yaxud da bütün şikayətlərində işıqlandırmalısanmı". Bu zaman Əlizamin Abdullayev nümayəndəmə bu hərəkətlərimin onun üçün ağır nəticələr verəcəyini bildirib onu prokurorluq orqanlarına verəcəyi hədəsi ilə hədələmiş və sözlərindən belə nəticəyə gəlmək olar ki, nümayəndəm Mübariz İsmayılovu həbs etdirəcək. Əlizamin Abdullayevin bu hədəsi isə 17 sentyabr 2022-ci il tarixdə öz təsdiqini tapdı. Belə ki, doğma oğlum və etibarnamə üzrə səlahiyyətli nümayəndəm törətmədiyi inzibati xətaya görə 10 gün müddətinə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qanunsuz və əsassız, qanuna zidd olaraq təqsirli bilinərək həbs edilmişdir. doğma oğlum və etibarnamə üzrə səlahiyyətli nümayəndəm Mübariz İsmayılovun bu həbsi də bir-başa Siz Mirbahəddin Hüseynovun göstərişi ilə keçmiş köməkçiniz, hazırda isə Tovuz rayon Məhkəməsinin hakimi olan Zaur Hünmətovun sifarişi əsasında olmuşdur. Bununla da onsuz da bağlı olan məhkəmə iclası bağlı elan edilmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islhatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanında göstərilmişdir ki, Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir və ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

 

Bundan başqa Azərbaycan Respublikası Konstitutsiyasında ədalət mühakiməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinə görə Konstitutsiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 

 Göründüyü kimi həm Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islhatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanı, həm də Azərbaycan Respublikasının Qanununvericilik sisteminin əsası olan Azərbaycan Respublikası Konstitutsiyasında göstərilən hüquq və azadlıqlar Gəncə Apelyasiya Məhkəməsində keçərli deyildir və Gəncə Apelyasiya Məhkəməsinin fəaliyyətində öz əksini tapmır. Belə ki, özünün fikir, söz azadlığı və müdafiə hüquqlarını həyata keçirən və sizin qanina zidd, məkirli niyyətlərinizi həyata keçirməyinizin qarşısını qanuna uyğun qaydada almağa çalışan nümayəndəm və doğma oğlum sizin bir-başa sifarişinizlə törətmədiyi əmələ görə 10 gün müddətinə inzibati qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə həbs olunur, bunun davamı olaraq isə sizin tabeliyinizdə və əmrinizdə olan hakimlər tərəfindən cinayət məsuliyyətinə cəlb etdiriləcəyi hədəsi ilə hədələnir.

 

14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da nümayəndəm məhkəmə iclasında olarkən, məhkəmənin tərkibinə və Gəncə Apelyasiya məhkəməsinə qanuni və əsaslandırılmış etirazını hakimə təqdim etmiş və etirzını şifahi olaraq da əsaslandırmışdır. Bu zaman qarşı tərəfin vəkili hesab edirəm ki, öz vicdanı ilə etirazın əsaslı olduğunu düşünərək bunu məhkəmənin mülahizəsinə buraxmışdır. Yəni etirazın təmin olunmamasına dair heç bir fikir söyləməmişdir. Etirazın müzakirəsi üçün tərkib müşavirə otağına getmiş və təxminən 25 dəqiqədən sonra müşavirədən qayıdaraq ilk öncə nümayəndəmin bütün Konstitutsiya və Mülki Qanunvericiliklə qorunan məhkəmədə özünü müdafiə hüquqlarını qanuna zidd şəkildə məhdudlaşdırmağa başlamışlar. Belə ki, hakimlər Əlizamin Abdullayev və Afiq Hüseynzadə nümayəndəm Mübariz İsmayılovun barəsində cinayət işi başladıb onu həbs etdirəcəkləri hədəsi ilə hədələmişlər və nümayəndəmin mülkiyyət hüquqlarımı müdafiə etmək hüququnu məhdudlaşdırmaq bir yana, hətta onun azadlıq hüququnu qanunsuz olaraq əlindən alacaqlarını, yəni bundan əvvəlki ssenari üzrə törətmədiyi əməli rəsmiləşdirərək inzibati qaydada deyil cinayət məsuliyyəti qaydasında həbs etdirəcəklərini bir daha bildirmişlər. Bundan sonra nümayəndəm Mübariz İsmayılov öz təhlükəsizliyini təmin etmək üçün prosessual qaydalara uyğun olaraq, icazə alıb zalı tərk etmişdir. Sonradan qeyri rəsmi olaraq bizə məlum oldu ki, inzibati işin məhkəmə baxışı növbəti dəfə təxirə salınaraq, 31 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Bu bizi təəccübləndirmir, çünki Əlizamin Abdullayevin ssenarisi (oyunu) davam edir. Düşünürəm ki, bu cür təxirə salmalar hələ çox olacaq. 

    Ona görə də bütün təxirə salmalar və süründürməçiliklərin qanuna ziddi hərəkətlərin və Gəncə Apelyasiya Məhkəməsində gedən qanunsuzluğun qarşısını Qanunvericiliklə müəyyən edilmiş və Qanunvericiliyə uyğun qaydada almaq üçün yəni, Azərbaycan Respublikası Konstitutsiyasının mənə Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün vermiş olduğu hüquqlarımdan o cümlədən Konstitutsiyanın 12, 13, 24, 25, 26, 28, 29, 31, 32, 47, 50, 57, 60, 71, 125, 127, 128-ci maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 28-ci maddələrinin və "Məhkəmələr və Hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100, 101, 111, 112, 113 və 114-cü maddələrində göstərilən tələblərin yerinə yetirilməsi üçün  hazırkı inzibati iş üzrə hakimə, məhkəmə tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə edilmiş etirazlara və apelyasiya şikayətinin mümkünsüz sayılmasına dair ərizəmiz əsasında qəbul edilmiş qərardadların surəti hesab edirəm ki, yuxarıda qeyd etdiyim Qanunvericiliyin tələb və prinsiplərinə görə və yaxıd da şərhinə görə mənə təqdim edilməlidir. 

    Odur ki, yuxarıda qeyd olunanları, sadalanan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1, 20.2, 1.2-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən

                  

XAHİŞ EDİRƏM

 

1.     2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş 15 dekabr 2021-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyim apelyasiya şikayətinin mümkün sayılmamasına dair ərizəmlə bağlı qəbul edilmiş qəradadın surətinin.

2.      2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş hakim Əlizamin Abdullayevə etdiyim etiraza dair 21 fevral 2022-ci il tarixli qərardadın surətinin.

3.    2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş hakim Əlizamin Abdullayevə və məhkəmənin tərkibinə etdiyim etiraza dair 18 mart 2022-ci il tarixli qərardadın surətinin.

4.    2-1(104)-99/2022 saylı inzibati iş üzrə qarşı tərəfin vəkili Yolçu Abbasovun icraatın dayandırılmasına dair vəsatətinə verdiyim əsaslı etiraz barədə qəbul edilmiş qərardadın surətinin.     

5.    2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş hakim Əlizamin Abdullayevə, məhkəmənin tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə etdiyim etiraza dair 14 sentyabr 2022-ci il tarixli qərardadın surətinin mənə verilməsinə dair aidiyyəti hakimə göstəriş verəsiniz".

 
 
Ardını oxu...
 
 

 
Ölkəmizin müxtəlif ərazilərində, daha çox dağlıq rayonlarda, bəzi şəhərlərin ərazilərində fəaliyyət göstərən sanatoriyaların, ayrı-ayrı müalicə müəssisələrinin və s. olduqca böyük əhəmiyyətə malik olmaları hər kəsə bəlli olan həqiqətlərdir.

 

Bu sırada respublikamızın qərb bölgəsində yerləşən və dünya əhəmiyyətli unikal müalicəvi kurortlarının, yeganə müalicəvi naftalan neftinin varlığı ilə adı dillər əzbəri olan Naftalan şəhəri, bu gün də nəinki ölkəmizin hüdudlarında, hətta onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Düzdür, bu şəhərin əhatə etdiyi ərazilərdə bir neçə sanatoriyalar fəaliyyət göstərir və onlardan biri də “Sehrli Naftalan” sanatoriyasıdır. Unutmaq olmaz ki, bu sanatoriyanın fəaliyyəti ilə bağlı gecə-gündüz geninə-boluna təbliğat işləri aparılsa da, reklam lövhələrində “bəy tərifləri” yazılsa da, əslində bu burada ab-hava tamam fərqli formadadır. Çünki, belə bir atalar məsəli var: “Yüz eşitməkdən bir görmək yaxşıdır”. Bəli, bu sanatoriyada gözlərimizlə gördüklərimizə, qulaqlarımızla eşitdiklərimizə mat-məəttəl qaldıqdan sonra o halda dərk etdik ki, səndemə “Sehrli Naftalan” müalicə müəssisəsi “sehrli əməllərə” qol qoyulan bir ünvandır. Məsələn, bu sanatoriyada heç bir mühafizə xidməti yoxdur, sanatoriyaya hansı şəxsin gəldiyini, hansı şəxsin getdiyini və s. dəqiqləşdirmək üçün heç bir kamera quraşdırılmayıb. Belə bir səbəbdən də, bu müalicə müəssisəsində əxlaqsızlıq əməlləri baş alıb gedir. Yəni, bu cür çirkin işlərə həvəsi olan kişilər sanatoriyanın həyət-bacasında “yallı gedib” dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxt qaldıqları otaqlara aparır və həmin qadınlarla minbir hoqqalardan çıxırlar. Söz yox ki, belə bir hoqqalar müəyyən məbləğ pul vəsaitlərinin qarşılığında həllini tapır. Yəni, bu sanatoriyada bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, hardan gəlib, hara gedir? Bir sözlə, “Sehrli Naftalan” müalicə müəssisəsi, əslində müalicə müəssisəsi deyil, ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.
Bundan əlavə, “Sehrli Naftalan”da yaşanan biabırçılıqlardan biri də, burada çalışan qadın işçilərdən tam əksəriyyətinin heç bir tibbi təhsilə malik olmamalarıdır. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə sanatoriyaya rəhbərlik edən şəxsin yaxın qohumu (Fərqanə xanım, ad şərtidir) bu ünvanda xəstələrə fizioterapiya xidməti göstərir və həmin xanım Gəncə şəhərindəki təhsil müəssisələrindən birində müəllimə də işləyir. Sual oluna bilər ki, axı dövlət və ya qeyri-dövlət qurumlarında çalışan şəxslər bu sanatoriyaya müayinə və müalicə olunmaq məqsədilə üz tuturlar və bu ünvanda çalışanlardan tam əksəriyyətinin heç bir tibbi təhsilləri yoxdursa, o halda onlar xəstələri necə müalicə edə bilərlər? Diqqəti cəlb edən hallardan biri də, “Sehrli Naftalan”da ödənilən ödənişlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsidir. Daha bir biabırçılıq isə, bu ünvanda xəstələr xüsusi vannalarda naftalan neftini qəbul edərkən, bir xəstənin qəbul etdiyi nefti digər xəstənin də qəbul etməsi olur. Belə bir addımın atılması, bu sanatoriyada müayinə və müalicə olunan xəstələr arasında daha çox dəri və keçici xəstəliklərin yayılmasına yollar açır. Elə ki, “Sehrli Naftalan”a müayinə və müalicə olunmaq məqsədilə xəstələr üz tuturlar və onlar rəhbərlikdən normal şəraiti olan otaq istəyirlər, o halda “Heç də darıxmayın, sizə bir-iki günə lazımi şəraiti olan otaq verəcəyik” deyə vəd versələr də, son anda rəhbərlikdə olanlar verdikləri vədlərinə “fıs çıxırlar”. Yaşlı insanların əllərində “padnos” ayaqüstə durub yemək götürmələri, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi sənədinin olmaması, sanatoriyanın otaqlarında antisanitariyanın tüğyan etməsi və s. kimi problemlərin varlığı da başqa bir söhbətin mövzusudur.
Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, isti yay günlərində ölkəmizin ərazisində fəaliyyət göstərən bir çox sanatoriyalara, o cümlədən “Sehrli Naftalan” sanatoriyasına da həm yerli, həm də əcnəbi vətəndaşlar üz tuturlar və onlar bu ünvanda yaşanan hər cür biabırçılığı, məhz öz gözləri ilə görürlər. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər bu ünvanda baş verənləri görüb eşitdikcə bizim ölkəmiz haqda nə düşünürlər? Deməli “Sehrli Naftalan” sanatoriyasında vəziyyətin belə iyrənc, dözülməz həddə gəlib çatmasında bir çox vəzifə sahiblərinin, ələlxüsus yerli hüquq-mühafizə orqanları əməkdaşlarının da üzərinə böyük məsuliyyət yükü düşür. Odur ki, bu müalicə müəssisəsində baş verən “sehrli əməllər”i təhlil edib belə qənaətə də gəlmək olar ki, bu cür çirkin işlərə, qanunsuzluqlara cavabdehlik daşıyanlar ya üzərinə düşən vəzifələrini yerinə yetirmək istəmirlər, ya da ki, yerinə yetirə bilmirlər. Deməli, ...
Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az

 

XalqXeber.Az

Ardını oxu...


Milli Elmlər Akademiyası (AMEA) Təhsil şöbəsinin müdiri Ələddin Məikovun öz fəaaliyyətində yol verdiyi saxtakarlıqlara davam etdiyi bildirilir.

İlk ondan başlayaq ki, Məlikovun start saxtakarlığı onun özü üçün müəyyənləşdirdiyi təqdimatdan başlayır. Nə qədər gülünc görünsə də, o hər yerdə özünü “fəlsəfə elmləri doktoru” kimi təqdim edən şöbə müdiri hətta AMEA-nın saytında da adını bu statusla rəsmiləşdirib.

Ümumiyyətlə, AMEA-nın cəmiyyətdə nüfuzunu davamlı şəkildə itirməsinin əsas səbəblərindən biri olaraq bu qurumda psevdoalimlərin at oynatmalarıdır. İctimaiyyətdə aramsız iradlara baxmayaraq, Ələddin Məlikov ölkə elminə və gerçək alimlərə vurduğu zərbələrə ara vermir. Maraqlıdır, Məlikov bu vərdişlərinə harada və necə yiyələnib? Cavab məlumdur: Azərbaycana düşmən kəsilən, hər fürsətdə Ermənistanla həmrəylik göstərən İran İslam Respublikasında (İRİ).

Məlumata görə, AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun bu elm ocağında kütləvi ixtisarlar aparması əməkdaşlar tərəfindən böyük narazılıqla qarşılanıb. Uzun müddət AMEA-da işləyən, həyatlarını elmə həsr edən əməkdaşlara əsassız xəbərdarlıqlar edilir, bu da azmış kimi həmin qərarlar onlardan gizlədilir.

Konkret Ələddin Məlikova gəldikdə, onun fəaliyyətində saxtakarlığa yol verdiyi dəfələrlə aşkar olunsa da, buna görə güldən ağır söz eşitmir. Əvəzində isə öz işinə vicdanla yanaşan alimlər və elmi əməkdaşlar min bir bəhanə ilə AMEA-dan uzaqlaşdırılır. Bununla da İran təhsilli saxta “elmlər doktoru” Ələddin Məlikov AMEA-nın rəhbəri Arif Həşimovun qərarlarına təsir edərək öz meydanını daha da genişləndirir.

İddia olunur ki, artıq bir neçə aydır AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova ilə bağlı ciddi olaylar yaşanır. Təsəvvür edin ki, ciddi pozuntuları təsdiqləyən rəsmi aktlar təqdim olunsa da, sözügedən baş direktorun çoxsaylı şikayətlərinə məhəl qoyulmur. Yeri gəlmişkən, həmin institut prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərmanı ilə Elm və Təhsil Nazirliyinin nəzdinə keçirilib. Lakin Arif Həşimov baş direktorun müraciətlərinə əhəmiyyət vermir.

Göründüyü qədər, Arif Həşimov “elmlər doktoru” olan Ələddin Məlikovun istəyi ilə layiqli insanların gələcəyi və karyerası ilə oynayır. Bu himayədarlığın və bağlılığın səbəbi hələ də aydın deyil. Ola bilər, Ələddin Məlikovun üzə çıxmayan başqa və daha güclü himayədarları olduğu üçün Arif Həşimov onun iradəsinə qarşı çıxa bilmir?

Bəlkə də, elə o hamilərin dəstəyi sayəsində Mehdiyevin şəxsi guşəsi AMEA Rəyasət Heyəri binasının 3-cü mərtəbəsində, AMEA Prezidentinin otağının qarşısında hələ də qorunub saxlanılır. Ancaq dəfələrlə qeyd olunduğu kimi, o binada nə Ümummilli lider Heydər Əliyev, nə də İlham Əliyev üçün xüsusi guşə qurulmayıb. Niyə?

Yəqin ki, bunun səbəbini AMEA-ya rəhbərlik edənlər daha yaxşı bilir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

www.yenicag.az
 
Ardını oxu...
DİA.AZ: - Ucarrayonunda Şəhidlər Xiyabanının ərazisi qanunsuz olaraq satışa çıxarılıb. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar tərəfindən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov Şəhidlər Xiyabanının böyük bir hissəsini qanunsuz olaraq yaxın qohumunun adına sənədləşdirərək satışa çıxarıb.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...

Anar Əliyev: “Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”

Hörmətli çoxsaylı oxucular! Yəqin ki, bir neçə gün bundan öncə “Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır” başlıqlı yayımladığımız məqalədə qeyd etdiklərimizlə tanışsınız. Yəni, yayımladığımız məqalədə qeyd etmişdik ki, redaksiyamıza Tovuz rayonu, Çatax kənd inzibati ərazi dairəsinin Pələkli kənd sakini Əliyev Anar Faiq oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində bildirir ki, “Qardaşım Vətən müharibəsi şəhidi Əliyev Aqil Faiq oğlu müddətdən artıq hərbi xidmət qulluqçu (MAXE) idi. O, Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si olaraq həm Tovuz döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində iştirak etdi. Bildirim ki, qardaşım Aqil Əliyev Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirdi və o, pulemyotçu idi. Bundan əlavə, qardaşım rabitə komandiri vəzifəsini də daşıyırdı və 44 gün davam edən Vətən müharibəsinin şiddətli vaxtlarında, daha dəqiq desəm 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid oldu və onu Pələkli kənd qəbristanlığında dəfn etdik. Bəli, qardaşım Aqil Əliyev qanını, canını bu Vətən yolunda qurban verdi və o, ölümü ilə ən uca zirvəyə, məhz Şəhidlik zirvəsinə ucaldı.
Bu gün biz şəhid ailəsi olsaq da, nə Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdan, nə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədovdan, nə də ki, RİH başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən lazımi diqqət və qayğını görə bilmirik. Sizə təqdim etdiyim, hansı ki, uçuq-sökük vəziyyətdə olan yaşayış evində, hal-hazırda mən, xəstə anam, əlil bacım, əqli cəhətdən ciddi problemi olan xəstə qardaşım, həyat yoldaşım və qızım yaşayır. Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”. Qeyd edim ki, bu gün mən fəhlə işləyirəm, anam pensiyaçıdır və dövlətdən şəhid ailəsi olduğumuza görə təqaüd alırıq. Bütün bunlara baxmayaraq, ailə üzvlərimizin sayı çox olduğundan dolanışığımızı gücbəla ilə təmin edə bilirik. Yəni, maddi imkansızlığımız yaşayış şəraitimizi yaxşılaşdırmağa heç cür imkan vermir.

Bundan əlavə, bizim yaşadığımız evdən kənd qəbristanlığına, hansı ki, qardaşım Vətən müharibəsi şəhidi Aqil Əliyevin də dəfn olunduğu qəbristanlığa təqribən 7-8 km aralı məsafə var. Həmin yol elə bərbad haldadır ki, nəinki yağmurlu günlərdə, heç yağmursuz günlərdə də ora getmək olur. Belə bir vəziyyətlə əlaqədar bir neçə dəfə Tovuz RİH Aparatında olmuşam, həmin qəbristanlığa gedən yolun müəyyən qədər qaydaya salınmasını xahiş etmişəm. Təəssüflər olsun ki, bu yöndə etdiyim xahişlərin heç birinə məhəl qoyan olmayıb. Yəni, açıq-aşkar şəkildə hər dəfə məni “yola veriblər” və bu cür qayğısızlıq, belə bir diqqətsizlik bir şəhid ailəsinin üzvü olaraq bizi sızıldadır. Bizim ailəyə bəslənilən “xor münasibət” təkcə bunlarla yekunlaşmır.WhatsApp Image 2022 09 19 at 15.33.15 1Məsələn, xeyli müddət bundan öncə Tovuz rayon məşğulluq idarəsinin əməkdaşları bizə xəstə, olduqca arıq iki iribuynuzlu heyvan verdilər. Elə ki, verilən heyvanların durumu bizi şoka saldı, o halda məcbur olub onları başqa iribuynuzlu heyvanla dəyişdirdik. İkinci dəfə bir az fərqli durumda heyvan versələr də, bu gün də onları iynə-dərmanla yaşadırıq. Həmin vaxt anam məşğulluq idarəsində çalışan Sənan adlı əməkdaşa “Mənim övladıma niyə belə fərq qoyursunuz” deyə sual verdi, o halda o, bizə “Nazirlik belə təsdiqləyib” cavabını verdi.

Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və rayondakı digər vəzifə sahibləri Vətən müharibəsi şəhidi Aqil Əliyevin ruhuna hörmətsizlik etməkdən başqa, şəhidin ailə üzvlərinə qarşı da “xor münasibət”lərini sərgiləməkdə davam edirlər. Bütün bunlar da onu sübut edir ki, yaxın vaxtlarda Tovuzda Məmmədov “erası”na son qoyulmasa, o halda Tovuzda fəlakət baş verəcək? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az
Ardını oxu...
 
 

Ardını oxu...
Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindın alınıb Elm və Təhsil Nazirliyinin balansına verilməsindən sonra uşaq bağçalarında maddi-texniki bazanın vəziyyətinin nisbətən yaxşılaşması barədə fikirlər səslənirdi. Amma hələ də uşaqların təlim-tərbiyə, təhsilinin keyfiyyəti problemləri aktual olaraq qalır. Üstəlik bura əksər bağça müdirləri ilə bağlı yeyinti və qanunsuz əməllərini də əlavə etmək lazlmdır.
Ötən müddət ərzində xeyli sayda baöça müdirləri işdən azad edilib,haqqında araşdırma aparılan şəxslər də var. Belə ki,  bağçalarda monitorinq keçirlib və monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub.
Bakı şəhər 153 saylı körpələr evi-uşaq bağçası ilə bağlı da maraqlı məlumatlar yayılır. Binəqi rayonunda yerləşən bu bağça ilə bağlı sosial şəbəkədə yayılan bir məlumat diqüətimizi çəkdi. Məlumatda deyilir:”Binəqədi rayonu ərazisində yerləşən 153 saylı körpələr evi uşaq baxçasının direktoru Musayeva Şölə xanım, işlədiyi baxçada direktor vəzifəsini davam etdirməsi üçün məhkəmə vasitəsilə yaşını azaltdırıb. Bu azmış kimi, qeyri-qanuni şəkildə baxçaya gələn suyu, baxçanın yanındakı binaya (Satır) yönləndirib. Hətta qohumbazlıq edərək dərs saatlarını belə ədalətli şəkildə bölməyib, qohumlarına ürəyi istəyən kimi dərs saatı ayırıb”. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı öyrəndik ki, sözügedən bağçanın müdiri Musayeva Şölə Tapdıq qızı 1958 təvəllüdlüdür və 30 ilə yaxındır müdirə işləyən bu xanlmın təqaüd yaşı artıq keçib. Bağçanın suyunun kənar obyektə satılmasını sübut edən faktura səədləri və bağçaya uşaq qəbulundakı qanunsuzluqlar haqqında növbəti yazımızda… //cumhuriyyet.az//
Ardını oxu...
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) “Qara Qaya” MMC ilə üç satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri maliyyə dəyəri 160 032.31 AZN təşkil edən müqavilədə mənzil fondunun təmiri ilə əlaqədar mal-materialların satın alınması, maliyyə dəyəri 62 440.41 AZN təşkil edən müqavilədə abadlaşdırma işləri ilə əlaqədar mal-materialların satın alınması və maliyyə dəyəri 68 869.52 AZN təşkil edən müqavilədə isə abadlaşdırma xidmətləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Şirkətin 16 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Aydın Əliyarovun haqqında da heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı bəlli olub ki, şirkət əsasən inşaat materialları və geyim satışı ilə məşğuldur. Qaradağ MKTİB-nin bağladığı müqavilələrin şərtləri də bu faktı təsdiq edir.

Yeri gəlmişkən, MKTİB ilə bağlanan160 032 manatlıq müqavilədə azbes şifer, şuşərüberoid, emulsiya, taxta, M-300 markalı sement, yapışqanlı sement, qum, üzlük daş (aqlay, 3sm), mastika bitum, şüşə, taxta mıxı, dəmir qapı və şifer mıxının, 62 440 manatlıq müqavilədə bel (ucu iti), bel çalov (böyük), dırmıx (sapı ilə birgə), vedrə (dəmir, 8lt), xəkandaz (dəmir, sapı ilə), süpürüntü üçün əl arabası və küçə süpürgəsinin, 68 minlik müqavilədə isə 419 cüt qaloş, 6000 cüt əlcək, 500 ədəd fəhlə xalatı, botinka və digər geyimlərin satın alınması nəzərdə tutulur.

Maraqlıdır ki, şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
 
 
 
Ardını oxu...
Şəki Pedaqoji Texnikimu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Rn Corp 22” MMC (VÖEN- 1102636981) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikimunun sifarişi əsasında əsaslı və cari təmir işləri görəcək və qarşılığında 56 min 152 manat 24 qəpik alacaq.

Məlumat üçün bildirək ki, tender müsabiqəsi 25.08.2022-ci il tarixində elan olunub. "Rn Corp 22” MMC təxminən 2 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, "Rn Corp 22” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 2 ay əvvəl yaranan və 56 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.

Onu da qeyd edək ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun qanuni təmsilçi olduğu və Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatda olan daha bir şirkət – "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
 
 
 
Ardını oxu...
Şəki Pedaqoji Texnikimu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Rn Corp 22” MMC (VÖEN- 1102636981) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikimunun sifarişi əsasında əsaslı və cari təmir işləri görəcək və qarşılığında 56 min 152 manat 24 qəpik alacaq.

Məlumat üçün bildirək ki, tender müsabiqəsi 25.08.2022-ci il tarixində elan olunub. "Rn Corp 22” MMC təxminən 2 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, "Rn Corp 22” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 2 ay əvvəl yaranan və 56 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.

Onu da qeyd edək ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun qanuni təmsilçi olduğu və Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatda olan daha bir şirkət – "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
 
 
 

Dünyapress TV

Xəbər lenti