Tovuzda Şəhid ailəsini DİNLƏYƏN YOXDUR... - GİLEY

Anar Əliyev: “Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”

Hörmətli çoxsaylı oxucular! Yəqin ki, bir neçə gün bundan öncə “Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır” başlıqlı yayımladığımız məqalədə qeyd etdiklərimizlə tanışsınız. Yəni, yayımladığımız məqalədə qeyd etmişdik ki, redaksiyamıza Tovuz rayonu, Çatax kənd inzibati ərazi dairəsinin Pələkli kənd sakini Əliyev Anar Faiq oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində bildirir ki, “Qardaşım Vətən müharibəsi şəhidi Əliyev Aqil Faiq oğlu müddətdən artıq hərbi xidmət qulluqçu (MAXE) idi. O, Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si olaraq həm Tovuz döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində iştirak etdi. Bildirim ki, qardaşım Aqil Əliyev Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirdi və o, pulemyotçu idi. Bundan əlavə, qardaşım rabitə komandiri vəzifəsini də daşıyırdı və 44 gün davam edən Vətən müharibəsinin şiddətli vaxtlarında, daha dəqiq desəm 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid oldu və onu Pələkli kənd qəbristanlığında dəfn etdik. Bəli, qardaşım Aqil Əliyev qanını, canını bu Vətən yolunda qurban verdi və o, ölümü ilə ən uca zirvəyə, məhz Şəhidlik zirvəsinə ucaldı.
Bu gün biz şəhid ailəsi olsaq da, nə Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdan, nə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədovdan, nə də ki, RİH başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən lazımi diqqət və qayğını görə bilmirik. Sizə təqdim etdiyim, hansı ki, uçuq-sökük vəziyyətdə olan yaşayış evində, hal-hazırda mən, xəstə anam, əlil bacım, əqli cəhətdən ciddi problemi olan xəstə qardaşım, həyat yoldaşım və qızım yaşayır. Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”. Qeyd edim ki, bu gün mən fəhlə işləyirəm, anam pensiyaçıdır və dövlətdən şəhid ailəsi olduğumuza görə təqaüd alırıq. Bütün bunlara baxmayaraq, ailə üzvlərimizin sayı çox olduğundan dolanışığımızı gücbəla ilə təmin edə bilirik. Yəni, maddi imkansızlığımız yaşayış şəraitimizi yaxşılaşdırmağa heç cür imkan vermir.

Bundan əlavə, bizim yaşadığımız evdən kənd qəbristanlığına, hansı ki, qardaşım Vətən müharibəsi şəhidi Aqil Əliyevin də dəfn olunduğu qəbristanlığa təqribən 7-8 km aralı məsafə var. Həmin yol elə bərbad haldadır ki, nəinki yağmurlu günlərdə, heç yağmursuz günlərdə də ora getmək olur. Belə bir vəziyyətlə əlaqədar bir neçə dəfə Tovuz RİH Aparatında olmuşam, həmin qəbristanlığa gedən yolun müəyyən qədər qaydaya salınmasını xahiş etmişəm. Təəssüflər olsun ki, bu yöndə etdiyim xahişlərin heç birinə məhəl qoyan olmayıb. Yəni, açıq-aşkar şəkildə hər dəfə məni “yola veriblər” və bu cür qayğısızlıq, belə bir diqqətsizlik bir şəhid ailəsinin üzvü olaraq bizi sızıldadır. Bizim ailəyə bəslənilən “xor münasibət” təkcə bunlarla yekunlaşmır.WhatsApp Image 2022 09 19 at 15.33.15 1Məsələn, xeyli müddət bundan öncə Tovuz rayon məşğulluq idarəsinin əməkdaşları bizə xəstə, olduqca arıq iki iribuynuzlu heyvan verdilər. Elə ki, verilən heyvanların durumu bizi şoka saldı, o halda məcbur olub onları başqa iribuynuzlu heyvanla dəyişdirdik. İkinci dəfə bir az fərqli durumda heyvan versələr də, bu gün də onları iynə-dərmanla yaşadırıq. Həmin vaxt anam məşğulluq idarəsində çalışan Sənan adlı əməkdaşa “Mənim övladıma niyə belə fərq qoyursunuz” deyə sual verdi, o halda o, bizə “Nazirlik belə təsdiqləyib” cavabını verdi.

Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və rayondakı digər vəzifə sahibləri Vətən müharibəsi şəhidi Aqil Əliyevin ruhuna hörmətsizlik etməkdən başqa, şəhidin ailə üzvlərinə qarşı da “xor münasibət”lərini sərgiləməkdə davam edirlər. Bütün bunlar da onu sübut edir ki, yaxın vaxtlarda Tovuzda Məmmədov “erası”na son qoyulmasa, o halda Tovuzda fəlakət baş verəcək? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az
Tovuzda Şəhid ailəsini DİNLƏYƏN YOXDUR... - GİLEY
 
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti