Ardını oxu...
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin həbsinə hazırlıq getdiyi barədə müfəssəl məlumatlar var.
Bu barədə məlumat qaynağımız iddia edir ki, yaxın günlərdə icra başçısının işdən çıxarılması barədə qərar veriləcək. Və bu qərarın ardınca isə Asif Ağayev həbs ediləcək.
RealMedia.az xəbər verir ki, mənbənin iddiasına görə, Asif Ağayevin həbs edilməsinə səbəb onun Beyləqan rayonuna ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi və barəsində cinayət işinin açılması faktı ilə bağlıdır.
Bildirilir ki, Asif Ağayevlə yanaşı icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Rauf Abbasov və ayrı-ayrı vəzifəli şəxslərin həbs ediləcəyi gözlənilir.
Qeyd edək ki, bir neçə ay əvvəl Baş Prokurorluq tərəfindən Beyləqan rayon icra hakimiyyətinin başçısı və ayrı-ayrı vəzifəli şəxsləri barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət açılaraq istintaqı aparılır. Hətta xatırlayırsınızsa, bir müddət əvvəl cinayət işi ilə əlaqədar olaraq icra başçısının istintaqa çağırılaraq sorğulandığı və ölkəni tərk etməmək haqda barəsində qətimkan tədbiri haqda qərar çıxarıldığı xəbəri də yayılmışdır.
Artıq görünür ki, Asif Ağayevin çibanı yetişib, icra başçısı barədə yaxın günlərdə konkret qərar veriləcək.
RealMedia.az
 
 
 
Ardını oxu...
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandanın uğurlu fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə gündən-günə inkişaf edərək dünya ölkələri arasında öz mövqeyini daha da gücləndirir. Bunun nəticəsidir ki, Cənubi Qafqazda lider ölkəyə çevrilmişik. Zamanla güclənən iqtisadiyyatımız düşmənə bütün istiqamətlərdə qalib gəlməyə səbəb oldu. Möhtərəm cənab Prezidentin yürütdüyü siyasətlə, ölkə olaraq bir çox beynəlxalq layihələri uğurla idarə etdik və beynəlxalq təşkilatlarda söz sahibi olduq". DİA.AZ bildirir ki, bunu Kənan İsmayılov adlı vətəndaş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciətində qeyd edir.

Daha sonra narazı vətəndaş bildirir: "Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmən üzərində əldə olunan qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın gücünü bütün dünyaya bir daha göstərildi. Bu qələbə ilə Azərbaycan xalqının illərdir qəlbində bəslədiyi arzusunu həyata keçirilmişdir.

Cənab Prezidentimiz 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini yaradıb. Bu o deməkdir ki, Cənab Prezidentimiz ölkə vətəndaşları olan hər bir kəsin səhhəti ilə bağlı maraqlanır. Hər il müassir xəstəxanalar tikilir, və bu proses hər bir vətəndaşın gözü qabağındadır. Buna görə bir vətəndaş olaraq Cənab Prezidentimizə təşəkkür bildirirəm.

Hörmətli Zaur müəllim. Mənim Sizə ünvanladığım müraciətim şikayət xarakterli deyil, sadəcə bir xəstəxananın fəaliyyəti haqqında olacaq. Nərimanov Tibb Mərkəzinin poliklinika şöbəsinin müdiri Nailə Bağırovanın səhiyyə ocağında olan öz fəaliyyəti ilə bağlıdır. Nərimanov Tibb mərkəzini -Səhiyyə ocağını özününküləşdirib. Xahiş edirəm həmin şəxsin iş fəaliyyətini dərindən araşdırılmasına göstəriş verəsiniz.

İnanıram ki Sizin kimi alicənab bir insan bu məsələni kənara buraxmaz. Sizin fəaliyyətinizdə uğurlar arzu edirəm və təşəkkürümü bildirirəm".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ xəbər verir ki, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Abdullayeva Vəfa Əmiraslan qızı Gununsesi.info-nun elektron ünvanına üzləşdikləri qanunsuzluqla bağlı şikayət ərizəsi yazıb.

Vəkilin müraciətini olduğu kimi təqdim edirik:

16.05.1959-cu il təvəllüdlü atam, Abdullayev Əmiraslan Əmrah oğlu, 28.04.2022-ci il tarixdə saat təxminən 11:15 radələrində Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində səkidə 99JP576 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını hərəkətə başlayarkən, səkidə üzü arxaya dayanmış vəziyyətində kürəyindən vurulmuş, nəticədə atam zərbədən yerə çırpılmış, müxtəlif bədən xəsarətləri almışdır.

Hadisəni törədən “Avrora” MMC-yə məxsus 99JP576 dqn yük maşınının sürücüsü Əsədov Coşqun Fuad oğlu yük maşınında olan bir nəfər şəxslə birlikdə atama heç bir köməklik göstərmədən hadisə yerindən qaçmışlar.

Həmin gün özüm atamı həkimə apardıqdan, həkim bədəninin bərk ağrı olan nahiyələrinin rentgen etdikdən sonra, Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti Ədalət Quliyevin şəxsən müayinəsindən keçirmişəm.

Bakı şəhəri Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti Ədalət Quliyev rəy tərtib edərkən həkim sənədlərini, üzərinə baxış keçirərək müayinə etdiyi atam Abdullayev Əmiraslan Əmrah oğlunun ağır vəziyyətini, bərk ağrılardan şikayət etdiyini, hadisə günü ekspertə bildirdiyi ifadələrini belə nəzərə almadan öz rəyində tamamilə olanların əksinə olaraq, rəyində bilərəkdən və qəsdən saxta xəsarətlər qeyd etmişdir.

Səbəb kimi, məndən 700 (yeddi yüz) manat pul istəməsini qeyd edə bilərəm. Mən isə öz növbəmdə, həmin ekspertə atamın müvafiq həkim sənədlərinin olduğunu, həmin sənədlərdə 3-cü qabırğanın sınığının və sol dizində hemortrozun olduğunu, özünün müayinəsi zamanı atamın bərk ağrılardan şikayət etdiyini, məhz bu səbəblərdən ilkin olaraq rentgenlərdən keçdiyini, ekspertin özünün göndərişinə əsasən müqayisəli ekspertizanın da nəticəsinin eyni olduğunu bildirdim. Məhkəmə-tibbi eksperti isə, bunların ona aidiyyətinin olmadığını və sənədləri konsultantlara göndərəcəyini bildirdi. Halbuki, həmin kosultantın nə adı, soyadı, nə də barəsində heç bir məlumat qeyd edilməmişdir.

Ekspert Ədalət Quliyev atama ilkin tibbi yardım göstərən və müalicə edən cərrahla da telefon vasitəsilə söhbət etmiş, atamın ümumi vəziyyətini cərrahdan öyrənmiş, lakin bütün bunlara baxmayaraq, həkimə sorğu göndərmək əvəzinə dəfələrlə (bir dəfə göndərişlə, daha sonra şifahi olaraq) atamı rentgen müayinələrinə göndərmiş, istədiyi 700 (yeddi yüz) manat məbləği vermədiyimizə görə özünün istədiyi rəyi istədiyi formada tərtib etmişdir.

İlk növbədə, Ekspert Ədalət Quliyevin tərtib etdiyi rəyin Xətai RPİ-nin Təhqiqat Şöbəsinə ünvanlanması barədə heç bir məktubu yoxdur, tamamilə yalanlarla və cəfəngiyatlarla dolu rəydir, rəydə məhkəmə-tibbi eksperti Ədalət Quliyevin ali təhsili və ixtisas və elmi dərəcəsi barədə heç bir məlumat yoxdur, həmçinin, atam həmin ekspertə həmin günü rentgendən keçdiyi sağ kürək və sol diz nahiyələrindən bərk ağrılardan şikayət etmiş, lakin ekspert öz rəyində cüzi ağrılardan, sol diz oynağında bərk ağrılardan deyil, sol baldır nahiyəsində sıyrıqların olduğunu şikayət etdiyini, sağ dizindən rentgendən keçmədiyi halda sağ dizinin rentgenoqrafiyasını radioloqa göndərdiyini qeyd edir, daha sonra həkimin sol diz nahiyəsindəki hemortrozla bağlı arayışında göstərilənlərlə bağlı faktı əks etdirən halı ümumiyyətlə araşdırmamışdır, nəticə hissəsində guya heç bir xəsarətin aşkar edilmədiyini bildirmişdir, eyni zamanda, rəyin özü düzgün səhifələnməmiş, rəyin belə desək 3-cü səhifəsində sənədlərin adı çəkilməyən radioloqa göndərildiyi, axırıncı 4-cü səhifəsində isə ( ekspert özü 3-cü səhifə qeyd edib, halbuki o, 4-cü səhifə hesab edilir) yenə də adı çəkilməyən rentgenolqun müayinəsindən keçdiyini qeyd etmişdir. Beləliklə, tərəfimdən niyyəti və maddi marağının təmin edilmədiyinə görə məhkəmə-tibbi eksperti Ədalət Quliyev qərəzlilik nümayiş etdirmiş, qeyri-obyektiv rəy tərtib edərək, tamamilə yalan rəy vermişdir! Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 97-ci maddəsində göstərilən hüquq və vəzifələrinin ekspertə izah olunmasına baxmayaraq, məhkəmə-tibbi eksperti Ədalət Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş və bilə-bilə tamamilə yalan rəy vermişdir. Məhkəmə-tibbi ekspertinin məndən pul əldə etməsi niyyətinin baş tutmaması səbəbindən onun tərtib etdiyi ekspert rəyi qərəzlidir, qeyri-obyektivdir, yalanlarla, cəfəngiyatlarla doludur və tərəfkeşli olmaqla tədqiqatı birtərəfli qaydada aparmışdır. Bu səbəbdən, məhkəmə-tibbi ekspertinin tərtib etdiyi rəy təhqiqat və istintaq üçün əsas ola bilməz!

Məhkəmə-tibbi eksperti Ədalət Quliyevin həmin rəyindən narazı qalaraq, komission məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə təhqiqat şöbəsinə ərizəmlə müraciət etdim. Bundan sonra baş təhqiqatçı Teymur Ağamirov tərəfindən həkim və rentgen sənədlərinin təhqiqat şöbəsinə göndərilməsi ilə bağlı Xətai rayonu üzrə Məhkəmə-Tibbi ekspertizası və pataloji anatomiya birliyinə məktubla sorğu göndərmiş, sorğuya əsasən həmin birlik tərəfindən yalnız və yalnız 3 ədəd qara rəngdə rentgen görüntüsü geri qaytarılmış, digər həkim sənədləri (7 nömrəli şəhər poliklinikasının baş həkminin arayışı, ekspert Ədalət Quliyevin 28.04.2022-ci il tarixli, 405 saylı göndərişinə əsasən 23 saylı şəhər poliknikasının rentgen həkimi tərəfindən verilmiş flüoqrafiya sənədi (həmin sənəddə 3-cü qabırğanın sınığının olması göstərilir) və sol diz oynağının rentgenoqrafiya sənədinə əsasən verilmiş həkim kağızı (həmin sənəddə isə sol diz oynağının hemortrozunun olduğu qeyd olunur) məhkəmə-tibbi eksperti Ədalət Quliyev tərəfindən bilərəkdən gizlədilərək, ortaya çıxmamışdır.

Komission məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə ərizəm Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyində olmasına baxmayaraq, bir neçə ay, demək olar ki, 3 ay keçməsinə baxmayaraq, müvafiq həkim sənədlərimiz bilərəkdən və qəsdən ekspert Ədalət Quliyevdən tələb edilmədi və bütün bunlar həmin birliyə 14.06.2022-ci il tarixdə 0125948394 nömrəli telefon vasitəsilə zəng etdiyim zaman mənə aydın oldu. Bundan sonra komission məhkəmə-tibbi ekspertizasının da obyektiv rəy verməsinə əsaslı şübhələrim yarandı və şübhələrim nəticədə öz təsdiqini tapdı. Eyni zamanda, komission məhkəmə-tibbi ekspertizası zamanı atam rəyi imzalayan ekspertlər, ümumiyyətlə heç bir ekspert tərəfindən tərəfindən müayinədən keçirilməyibdir. Ədalət Quliyevin cəfəngiyatlarla dolu rəyi, olduğu kimi, eynən komission-tibbi ekspertiza rəyinə köçürülmüşdür.

Ədalət Quliyev atama məxsus həkim sənədlərini bu günə qədər qaytarmamışdır.

Bununla bağlı Hüquq-mühafizə orqanlarına və Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinə şikayətlər etsəm də, həmin ekspertin barəsində, eyni zamanda hadisəni törədən sürücü Əsədov Coşqun Fuad oğlunun barəsində artıq beş aya yaxındır ki, heç bir hüquqi tədbir görülməmişdir.

Şikayətlə bağlı Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin telefonlarına etdiyimiz zənglər cavabsız qaldı.
 
Ardını oxu...
Binə rayonunun Atçılıq yaşayış massivində uzaqdan möhtəşəm görünən bir təhsil ocağı var - 292 saylı orta məktəb. Məktəb Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Çox gözəl binası, həyətində quraşdırılmış günəş panelləri və külək turbinləri var. Bu isə o deməkdir ki, məktəbdə təhsil alan şagirdlə təkcə yeni texnologiyalarla işıqlandırılan siniflərdə oxumayacaqlar, həm də bir sıra dəqiq elmlərdə öyrəndiklərinin necə işlədiyini əyani şəkildə öz həyatlarında görəcəklər. Təbii ki, bu ortamda böyüyən yeni nəslin gələcəyin ən böyük dühaları olmaması üçün heç bir səbəb yoxdur.

Ardını oxu...
Yəqin ki, bu şəkilləri görüncə siz də mənim kimi düşündünüz. Amma sevinməyə, xoşbəxtlikdən göyə hoppanıb düşməyə tələsməyin. Sən demə, bütün bu görünənlər məktəbin zahiri görünüşüdür. Daxili görünüşünə gəlincə, qısaca olaraq bunu deyə bilərəm: bu məktəbə çox bel bağlamayın. Burda nəinki XXI əsrin Eynşteyni, Keplepi, Fərabisi, İbn Sinası, heç bizim məhəllənin JEK müdiri də çıxa bilməz. Səbəbinimi soruşursunuz? Bu dəqiqə ərz edim: çünki bizim məhəllənin JEK müdiri də pis-yaxşı hansısa donqili məktəbdə dərs keçib. Eynilə Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov kimi, heç olmasa Ali Diplomatiya kolleci kimi adı böyük, özü kiçik bir məktəb qurtarıb. 292 saylı orta məktəbin şagirdləri isə ümumiyyətlə dərs keçmirlər.

Ardını oxu...

Bəli, bəli, düz eşitdiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin redaksiyamıza göndərdiyi məktubda belə deyilir. Valideynlərin iddiasına görə, bu məktəbdə yalnız ibtidai sinif müəllimləri var. Onlar da təbii ki, uşaqlara uzaqbaşı hərfləri yazmağı, rəqəmləri üst-üstə gəlməyi və bir-birinə vurmağı öyrədirlər. 5-cü sinifdən yuxarılar üçün isə əməlli-başlı müəllim qıtlığı yaşanır. Məhz bu səbəbdən uşaqlar dərsə gedib yarım saatdan sonra evə qayıdırlar. Məktəb rəhbərliyi onlara bu gün dərs olmayacağını deyib evə göndərir. Məntiqlə,292 saylı orta məktəbdə yaşanan bu biabırçılıq davam etdikcə, onun şagirdlərinin bilgi dağarcığının ibtidai sinif səviyyəsini keçə bilməsi də mümkün görünmür. Bu bilgi dağarcığı ilə isə XXI əsrin Eynşteyni olmağa ümid bağlaya bilməzsən.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Maraqlıdır ki, bu il açılan məktəbin uzaqdan möhtəşəm görünüşü yerli sakinlərin də diqqətini cəlb etmiş və onlar gələcəyin dühaları arasında öz övladlarını da görmək üçün əməlli-başlı yarışa başlamışdılar. Məktəbə tələbat o qədər böyük olmuşdu ki, müdiriyyət müraciət edənlərin hamısını qeydiyyata almağa macal tapa bilməmiş və problem Respublika mediasının da diqqət ayırdığı ən mühüm məsələyə çevrilmişdi. Xəzər TV-nin 1 ay bundan əvvəl hazırladığı reportajda bildirilir: «Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.

Ardını oxu...
Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən isə bildirilir ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022–2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır».



Deyəsən, Azərbaycan Elm və Təhsil Nazirliyi məktəb deyəndə sadəcə içi boş sinif otaqları nəzərdə tutur. Məktəblərin yetərli müəllim kollektivi yoxdursa və şagirdlər məhz bu səbəbdən dərsə belə getmirlərsə, yeni komplekslərin tikilməsinə nə ehtiyac var? Görünür, mətbuata verdiyi müsahibələrdə «Səmimi olaraq qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır» deyən Elm və Təhsil naziri Emin Əmrullayev problemin həlli yolunu tapıb. İndi onun həyata keçirdiyi siyasət «aşağı təhsildənsə ümumiyyətlə dərslərin keçirilməməsi daha yaxşıdır» məntiqinə əsaslanır və bu prinsip ilk öncə Heydər Əliyev Fondunun hesabına tikilən məktəblərdə sınaqdan çıxarılır.

Bərəkallah, Emin müəllim, siz bu məntiqinizlə hələ çox uzaqlara gedəcəksiniz. Nə bəlli olar, bəlkə günlərin birində İqtisadiyyat naziri də ola bilərsiniz.

Heydər Oğuz,
Ovqat.com
 
 
 
Ardını oxu...
DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri məhkəmədən “war” sistemi incələməsi tələb edir

Dövlət Xidmətinin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Alim Cənnətovun anası, II qrup əlil Rəqsanə Cənnətovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarından şikayətini dərc etmişdik.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi.

Hələ apellyasiya məhkəməsi prosesindən əvvəl Alimin valideynləri rəsmi məktubla Apellyasiya Məhkəməsinin sədrinə müraciət edərək, işə ədalətli baxılmasını xahiş edibmnişlər. Sanki valideynlərin ürəklərinə damıbmış ki, Azər Hüseynov Ali Məhkəmədə tutduğu vəzifədən endirilərək Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləndən sonra ədalət hissini tamamilə itirə bilər.

Rəqsanə Cənnətova redaksiyamıza təkrar müraciət edərək xatırlayır ki, məlum apellyasiya məhkəməsi prosesində Azər Hüseynovun köməkçiləri haqqın Alim Cənnətovun tərəfində olduğunu özlərinin bütün hərəkətləri ilə göstərir, hətta istehza ilə qarşı tərəfin nümayəndələri olan Rövşən Bayramovun və Ceyhun adlı şəxsin Alimin vəkilinin sualları qarşısında aciz qalıb tutarlı arqumentlərlə cavab verə bilməmələrinə istehza ilə gülümsünürdülər. Amma nə Rövşən Bayremov, nə də onun tərəf müqabili Ceyhun bəy bundan heç bir narahatçılıq hissi keçirməyib. Onların bu arxayınçılığı, özgüvənli davranışları Alimin atası Cənnət Cənnətovda şübhə oyatmışdır ki, yəqin Rövşən Bayramov məhkəmə çəkişməsinin öz xeyirlərinə həll olunmasını hakimlə qeyri-prosessaul sövdələşmələrində təmin edib. Odur ki, valideynlər Azər Hüseynovun sədrliyi ilə aparılmış hər iki prosesin qeydə alınmış video-görüntülərinin futbolda “war” sisteminin tətbiq olunduğu kimi mütləq şəkildə üzə çıxarılmasını və Ali Məhkəmədə incələnməsini istəyirlər və hesab edirlər ki, bu halda çəkişmənin ədalətli həllinə nail olmaq mümkündür.

Rəqsanə Cənnətova bildirir ki, Rövşən Bayramovun özü hələ araşdırma zamanı Alim Cənnətovun ərizəsində DSX-nin daxili təhlükəsizlik idarəsinin rəhbəri Namiq Cəlilovun ondan 7000 manat rüşvət tələb edib 1000 manatda dayanması, həmçinin Alimə qarşı təhqiramiz davranışları, təzyiq göstərərək izahat alması barədə ifadələrə rast gələndə, ərizəçidən və valideynlərindən bu xüsusatlara toxunmamağı xahiş etmişdir. Ancaq valideyn Cənnət Cənnətov yalnız oğlu Alim Cənnətov işinə bərpa olunacağı təqdirdə N.Cəlilovdan şikayət etməyəcəyini demişdir.

Cənnətovlar R.Bayramovun təmsil etdiyi qurumun mənafeyinə xidmət etməsini, hətta haqqı-ədaləti belə korporativ maraqlara qurban verməsini hardasa anlaşıqlı qəbul edirlər. Cənnət Cənnətov prosesin gedişində bir ara R.Bayramovdan hətta o qədər “səmimiyyət” duymuşdur ki, ondan yaşının 30-u çoxdan keçməsinə baxmayaraq niyə evlənmədiyini də soruşmuşdur. R.Bayramovun nə qədər maskalanmağı bacarsa da, məyuscasına başını yelləməyindən, üzündəki pərişan ifadədən “hansı günümə evlənim” sualını oxumuşdur. Cənnət Cənnətov sonradan o qənaətə gəlmişdir ki, doğrudan da R.Bayramov kimi işlədiyi qurumun zabitinin (bizim misalda N.Cəlilovun) gizirə (bizim misalda Alim Cənnətova) məhkəmədə uduzmaması üçün hər cür ədalətsizliyə getməyə və özünə nifrət qazanmağa razı olan bir şəxs elə təqaüdə çıxanadək ailə qurmasa yaxşıdır. Axı, ailə qurmaq həm də gələcəkdə valideyn olmaq, övlad yolunda çətinliklərə sinə gərmək, maneələri aşmağa hazır olmaq deməkdir. Heç cür ola bilməz ki, insan elə maneələrlə rastlaşanda özünün elədiyi ədalətsizliklər yadına düşməsin.

Cənnətovlar bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir. Onlar Ali Məhkəmənin sədrinə həm məktubla, həm də KİV üzərindən müraciətlə xahiş edirlər ki, Ali Məhkəmədəki proses ədalət ilahəsi Femidanın tərəzisinə barmaq basan Azər Hüseynov kimisinə deyil, haqqı nahaqqa qurban verməyən peşəkar hüquqşünasa etibar edilsin. Valideynlər arxayındırlar ki, oğulları Alim hətta bu çəkişməni uduzsa da belə, daş daşıyan fəhlə işləsə belə, ömrünü N.Cəlilovdan, R.Bayramovdan, A.Hüseynovdan fərqli olaraq həm cəmiyyət içində, xalqın gözündə, həm də əlbəttə ki, mizan – tərəzisi düz olan Allahın nəzərində alnıaçıq, üzüağ yaşayacaq, ailəsinə, uşaqlarına haram tikə yedirtməyəcək, qarğış qabı olmayacaqdır.

Ali Məhkəmənin qərarından (tərəflərin hansının xeyrinə çıxarılacağındans asılı olmayaraq) sonra mövzuya qayıdacağıq.

Deryaz.az
 
Ardını oxu...
N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında redaksiyamıza şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, redaksiyamıza edilən şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Direktorun səs yazısını təqdim edirik:


Ardını oxu...
 
 

 Sumqayıtda məktəb direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

 

Xalqxeber.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. Orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. İddia olunur ki, direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib. 

Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək: “Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.

15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
VİDEO BURADA My Webpage

 

XalqXeber.Az
 

Ardını oxu...
 
 

 
Göyçay rayonu, Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

 

“Hörmətli Prezident!

Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov məndən 4000 (dörd min) manat möbləğində rüşvət almışdır. Belə ki, bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının işlə təmin edilməsi üçün direktor Yaşar Əhmədovun qəbuluna getdim. Ona "Bacımgilin ailə vəziyyəti yaxşı deyil, xəstəxanada işlə təmin olunmasını xahiş edirəm", - dedim. O isə mənə bildirdi ki, "Hazırda vakansiyalar yoxdur, bir tərəfdən də şəhid ailələri və qazilər bizdən iş tələb edir, rəhbərliyin göstərişinə əsasən ilk növbədə onları işə götürməliyik".

Beləliklə, onunla biraz həmsöhbət olandan sonra, "Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm?", - dedim. Nəhayət, mövzu pul məsələsinə gələn zaman “aşı görüb, oxuduğu Quranı” unudan molla sayağı birdən-birə dəyişməyə başladı. Halbuki bayaqdan özünü şəhid ailələrinin, qazilərin işlə təmin olunması uğrunda fədakarlıq edən məmur qismində göstərməyə çalışırdı. Dərhal mənə "İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq", - dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən qəbuluna getdim.

İlk öncə 6000 (altı min) manat lazım olduğunu söyləsə də, axırda 4000 (dörd min) manatla razılığa gəldik və mən istədiyi məbləği ona təqdim etdim. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi. Lakin vəd etdiyi müddət başa çatsa da o, sözünü tutmadı. Bu, minvalla iş uzanmağa başladı. Hətta Yaşar Əhmədov 19 avqust 2022-ci il tarixdə Göyçay RMX-da vətəndaş qəbulu keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna girməyimə belə mane oldu. "Sənə deyirəm 2 günə həll edəcəm, məgər mənə inanmırsanmı?", - deyərək avqust ayının 21-nə, 21-də isə 28-nə, gah da ondan 3 gün sonraya söz verdi. Bir də gedib maraqlandım ki, məzuniyyətə çıxıb. 15 sentyabrda isə məzuniyyətdən qayıtdığını eşidib yenidən onun qəbuluna getdim. Sonuncu variant olaraq "Ştatı yoxlamalar aparıb, səbrli ol, hər şey düzələcək" deməkdən başqa söz tapa bilmədi. Mənə bəlli oldu ki, o, yalan danışır. Məhz ona görə də verdiyim 4000 (dörd min) manat pulu özümə geri qaytarmasını tələb etdim. Bu zaman direktor Yaşar Əhmədov məni DTX əməkdaşı olan Vüsal Hümbətovla hədələməyə başladı. "Vüsal müəllimə bircə kəlimə xəbər verərəm, səni itirər", - dedi.

Hörmətli Prezident!

Nəzərinizə çatdırım ki, bacım 1982-ci il təvəllüdlü Şəfiyeva Könül Vidadi qızı 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Direktor Yaşar Əhmədov bacarmadığı və ya etmək istəmədiyi işə görə yalandan vəd verərək məndən rüşvət almışdır. Bildiyiniz kimi, bu əməl Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsinə (Rüşvət alma), eyni zamanda həmin Qanunun 178.2.3.-cü maddəsində qeyd olunmuş "Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə" əsas verir. Mənimlə kobud danışması, haqsız olduğu halda özünü haqlı çıxarmağa çalışması və məni hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmuru ilə hədələməsi CM-nin 182-ci maddəsinə, onun vəzifə səlahiyyətlərini aşması CM-nin 309-cu maddəsinə əsas verir.

Sizdən çox xahiş edirəm, şikayətim obyektiv araşdırılsın, məndən mənimsənmiş 4000 (dörd min) manat pul (rüşvət) özümə geri qaytarılsın, direktor Yaşar Əhmədov isə qanunun müvafiq maddələri ilə məsuliyyətə cəlb olunsun. Sizə öncədən öz minnətdarlığımı bildirirəm”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

XalqXeber.Az
Ardını oxu...
Paytaxtın Yasamal rayonundakı bəzi küçə və məhəllələrdə yaşayan sakinlərin mətbuata etdiyi əsas şikayətləri son zamanlar zibilliklərin çoxalması ilə bağlıdır. Nabat Aşurbəyova küçəsinin sakinləri bir tərəfi park, digər tərəfi isə zibillik olan ərazidə antisanitariyanın hökm sürdüyünü bildirir, “Axşam tamam başqa cür mənzərə yaranır. Elə bil meşədən keçirsən. Daim küçə itləri buralarda olur,” – deyə şikayət edirlər. Yasamal rayonu ərazisində olan Qanlı gölün ətrafında zibilliyin yaratdığı mənzərəyə söz tapmaq olmur. Abbas Mirzə Şərifzadə küçəsində yaşayan sakinlərin əsas şikayəti isə məhəllərində olan zibil qablarının vaxtında daşınmaması səbəbindən küçənin zibillərin qoxusuna qərq olduğundan şikayətçidirlər.

Elektron media resurslarında Yasamal rayonundan olan bu tip şikayətlərə çox rast gəlinir və zibilliyə qərq olmuş küçələrin siyahısını uzatmaq da olar. Lakin bizim əsas məqsədimiz o deyil. Fikrimiz bu sahəyə birbaşa cavabdeh olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinə qısa bir nəzər salmaqdır.

Sözügedən təsərrüfat Birliyinin fəaliyyəti hələ 2006–2017-ci illərdə İbrahim Mehdiyevin Yasamal rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dövrlərdə də bərbad olub. Həmin dövrlərdə İbrahim Mehdiyevin Mənzil Kommunal Təsərrüfatı Birliyinə yerləşdirdiyi adamı vasitəsi ilə rayon əraisində qarış-qarış torpaq satdığı heç kimə sirr deyil. Onun paytaxtın“Sovetski” adlanan ərazisindəki Hacı Cavad məscidinin sökülməsi ilə bağlı işdən çıxarılmasından sonra rayona Əziz Əzizov başçılıq etməyə başladı. Əziz Əziovun da ilk işi Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə öz adamını yerləşdirmək oldu. Əziz Əzizovun dövründə də Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin işi rayonunun abadlaşdırılmasından,təmizlik işlərindən daha çox “Sovetski”dəki söküntü işlərinə nəzarət etmək olmuşdu. Məlumatlara görə Əziz Əzizov “Sovetski”dəki tək söküntü işlərindən qısa zaman içində milyonlarla manat qazanmışdır.

Məlum olduğu kimi 2019-cu ilin noyabrından Yasamal rayon İcra Hakimiyyətinə Elşad Həsənov başçılıq edir. Sələflərindən fərqli olaraq Elşad Həsənov Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə öz adamını təyin edə bilməyib. Nə qədər qəribə olsa da, hazırda Bakı şəhər İçra Hakimiyyətinə tabeli Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Zaman Novruzovun adamı, qohumu Ədalət Bağırov rəhbərlik edir.

Məlumat üçün qeyd edək ki, Ədalət Bağırov təqribən on il, “Azərsu” ASC-nin struktur vahidlərindən olan Magistral Su Kəmərləri İdarəsinin rəisi işləyib. Bu Oqtay Əsədovun “Azərsu”ya rəhbərlik etdiyi dövrlərdə olub. Onda Zaman Novruzov da həmin strukturda tikinti sahəsinə rəhbərlik edirdi. Qorxmaz Hüseynov “Azərsu” rəhbərliyinə gələndən bir müddət sonra Ədalət Bağırov həmin vəzifədən uzaqlaşdırılıb. Ancaq Ədalət Bağırov “fenomenal” bacarıqlarına görə Bakı – Tbilisi – Qars dəmiryol xəttinin çəkilişini reallaşdıran idarələrdən birinə rəis gedir və hətta həmin sahədə səmərəli xidmətlərinə görə 2017-ci ildə “Tərəqqi” medalı da alır. Zaman Novruzovun hələ də ADDY-də mühüm vəzifə tutmasına baxmayaraq, Ədalət Bağırov artıq iki ildir ki, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə gətirilib. Burada onun ADDY-dən uzaqlaşdırılmasının səbəbi maraqlıdır. Nədən dəmir yollarından birdən-birə kommunal təsərrüfatı birliyinə? Bir müddət əvvəl Bakı – Tbilisi – Qars dəmiryol xəttinin çəkilişi zamanı külli miqdarda dövlət vəsaititnin təyinatından kənarlaşdırılması ilə bağlı dövrü mətbuatda məlumatlar yayılmışdı. Bəlkə Ədalət Bağırov məhz bu məsələyə görə ADDY-dən uzaqlaşdırılıb? Burada üstünə aydınlıq gətiriləsi məsələlər çoxdu.

Mətbuatın yazdığına görə Ədalət Bağırov son 20 ildə üç müxtəlif sahəyə rəhbərlik edib ki, bunların heç biri, bir-birilə uzlaşmır. Yəni, Ədalət Bağırov o qədərmi hərtərəfli biliyə malik, universal bir kadrdır? Əslində isə o, heç də universal kadr deyil. Demək olar ki, hazırda “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olan Zaman Novruzov harada olubsa, Ədalət Bağırov da orada olub. Yəni, hər yerdə Zaman Novruzova arxalanıb. İndi bu universal kadr Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə normal rəhbərlik edə bilmədiyi halda, daha böyük vəzifələrə can atır. İştahası da balaca deyil.

Məlum olduğu kimi, indi dövrü mətbuatın gündəmində”Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hələ boş olan sədri vəzifəsinə namizədlərdir. Onların arasında sədr müavini Zaman Novruzovun da adı hallanır. Zaman Novruzov ADDY-nın sədri olacağı təqdirdə Ədalət Bağırovu nələr gözləyir? Yox, o ADDY-də sədr müavini və yaxud idarə rəisi olmaq istəmir. Redaksiyamıza verilən ilginc məlumatlara görə Ədalət Bağırov Bakı şəhər İçra Hakimiyitənə tabeli Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri olmaq istəyir. Yəni, hazırki sədri Rəfail Mehralıyevin yerinə göz dikib. O, Rəfail Mehralıyevin ki, Bakı şəhər İçra Hakimiyyətinin başçısı Eldar Əzizov onunla bacarmadı. Görəsən Zaman Novruzov “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olarsa, onu yerindən tərpədə biləcəkmi?

Hadisələrin sonrakı inkişafını izləmək üçün bizə qalır, durub gözləmək. Ədalət Bağırova isə ulduzunun parlaması üçün Zaman Novruzovun ADDY-yə sədr təyin olunması üçün dua etmək.

Aktualinfo.org
 
Ardını oxu...
"Gənc Tamaşaçılar Teatrının direktoru müharibədə iştirak etsəm də mənə iş verməyib"
“Müharibədən qayıdandan sonra 4-5 ay psixologiyamı toparlamaq üçün çox əziyyətlər çəkdim. O dönəmdə də heç bir yerdə çalışmırdım. Nə öz sahəmdə, nə də digər sahələrdə. Yanvar ayından sonra qərara gəldim ki, öz sahəm üzrə fəaliyyətimi davam etdirim. Mənim ilk müraciət etmək istədiyim teatr Gənc Tamaşaçılar Teatrı oldu. Niyə görə?! Oranın kollektivində tanıdığım dostlarım var idi, onlarla birlikdə çalışmaq istəyirdim. Bu həm mənim psixologiyamın toparlanmağına kömək edəcəkdi, həm də öz işimlə, bitirdiyim ixtisasla məşğul olacaqdım”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a aktyor, Qarabağ müharibəsi veteranı Cavidan Kəsəmənli deyib. O, daha sonra Gənc Tamaşaçılar Teatrına nə qədər müraciət etsə də, müraciətlərinin cavabsız qaldığını bildirib.

“Bu teatra ilk müraciətim təxminən yanvar ayının ortalarında oldu. Teatrın direktoru Naidə İsmayılzadənin nömrəsini tapmışdım, müraciət etdim. Dedilər ki, “hə, gəlin görüşək”. Siz təsəvvür edin ki, mən həmin teatra 4 dəfə gedib-gəldim. İndi sual verə bilərsiniz ki, müraciət bir dəfə olur, niyə 4 dəfə gedib-gəlmisiniz?! Mənə konkret tarix deyilmişdi ki, “filan vaxtda gələrsiniz”. Mən yola çıxmışam ki, gedim görüşüm, görüş vaxtına 5-10 dəqiqə qalmış mənə zəng edib deyirlər ki, “rəhbərimiz Naidə İsmayılzadə işdə deyil”. Daha sonra dedilər ki, “filan vaxt gəl”! O gün də görüşə 5-10 dəqiqə qalmış dedilər ki, “başqa vaxt gələrsiniz”. Bu vəziyyət daha sonra bir dəfə də təkrarlandı. Müharibə iştirakçısının görüşünə gəlməməyin özü böyük bir qəbahətdir. 4-cü dəfə nəhayət ki, direktor işdə idi. Oturub danışdıq. Dedi ki, “biz istərdik sizinlə əməkdaşlıq edək, təəssüflər olsun ki, bizdə yer yoxdur, ştatımızda yer olanda özümüz sizə müraciət edəcəyik”. Onlarla normal sağollaşdım, heç bir problem yaratmadım, hansı ki, mən burada haqlı tərəf idim. Üstündən bir az keçdi. Gənc Tamaşaçılar Teatrının işə iki aktyor qəbul etdiyini öyrəndim. Bu dəqiq məlumatdır. Hansı ki, mənə deyilmişdi ki, “hal-hazırda ştatda boş yer yoxdur, sizə teatrımızda aktyor kimi iş verə bilmərik”. Onların işə götürdüyü həmin oğlanlar nə təhsil səviyyəsi üzrə məndən üstündürlər, nə də istedad cəhətdən! İkisi də bakalavr bitirmiş, hərbi xidmətdən yayınmış aktyor dostlarımızdır. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə onları işə götürüb, məni bir bəhanə ilə geri göndərdi. Gənc Tamaşaçılar Teatrı mənim çox qəlbimi qırdı! Mən bilirəm ki, onlar istəsəydilər bunu edə bilərdilər. Mənim kifayət qədər o teatrda çalışmağa haqqım var axı! Niyə bəhanə edirsiniz?! Ən azından gedib Mədəniyyət Nazirliyinə müraciət edə bilərdiniz, yer olmasaydı belə bir nəfərlik ştat açıb, məni o ştata qəbul edə bilərdiniz! Əgər o müraciət olsaydı bilirəm ki, məni işlə təmin edəcəkdilər. Yerin olmamağı sadəcə olaraq bir bəhanə idi. Mən bilirəm ki, teatrlara Mədəniyyət Nazirliyi tərəfindən Qarabağ veteranları və qazilərinin işlə bağlı göstərişi var. Bu göstəriş verildiyi halda məni qapıdan göndərirlərsə, bu artıq vəzifədən sui-istifadədir. Bunun başqa bir açıqlaması yoxdur. Bir neçə yerə müraciət etsəm də mənim şikayətlərimə, müraciətlərimə baxılmadığına görə, onlardan heç bir müsbət cavab ala bilmədiyim üçün indi məcbur oldum ki, bunu mətbuatda işıqlandırım. Görünür ki, bəzi qurumları Qarabağ veteranlarının, qazilərinin problemləri maraqlandırmır. Mənim sənətə sevgim sonsuzdur, öz sənətimi sevirəm. Bu qədər tərs məqamlara, haqsızlıqlara, məni teatr mühitindən uzaqlaşdırmaq istəyən insanlara baxmayaraq mən hələ də sənətimdə var olmaq, nələrəsə nail olmaq istəyirəm. Ümumiyyətlə Azərbaycan incəsənətinə töhfə vermək istəyirəm. Amma təəssüflər olsun ki, bunların qarşısını alan, problem çıxaran insanlar var. Mənim tələbim odur ki, bu insanları mədəniyyət sahəsindən uzaqlaşdırsınlar. Və yaxud da hansısa tədbirlər görülsün, onlar işlərini obyektiv görsünlər. Nəzərə alsınlar ki, mən bu torpağın azadlığı uğrunda döyüşmüşəm. Ondan əlavə, mən kənar ixtisas üzrə özümə iş tələb etmirəm! Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı aktyoru fakültəsinin həm bakalavr, həm magistr pilləsini bitirmiş bir tələbə kimi haqqım olan teatrda işlə təmin olunmağıma dəstək olan insanlar yoxdur! Nəinki dəstək olmaq, hətta bunun qarşısını alan məlum şəxs var! Çox istərdim ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılsın! Buna da kifayət qədər haqqımın olduğunu düşünürəm və sona qədər də mən bu tələbimi edəcəyəm. Çünki mənə qarşı çox ciddi haqsızlıq var və bunun hər hansısa bir nəticəsi olmalıdır. Dediyim hər bir sözümün də arxasındayam, çünki mən həqiqətləri sizə danışdım” deyə müsahibimiz bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq!

Onu da qeyd edək ki, Cavidan Kəsəmənli böyük şairimiz Nüsrət Kəsəmənlinin nəvəsidir.
 
 

Dünyapress TV

Xəbər lenti