Ardını oxu...
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunmaqdadır. Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlar da bu QARƏTDƏ rəsmi iştiraklarını gizlətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

DİA.AZ-a verilən məlumata görə, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.

Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:

"Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bu hələ hamısı deyil. DİA.AZ-a danışan mənbə bildirir ki, ümumiyyətlə, KTN şefi İnam Kərimovun sevimli kadrı hesab olunan Anar Hüseynov bu gün nazirliyi əsas yönəldən fiqur kimi də diqqətə gəlməkdədir.

Məlumatı verən qaynağın iddialarına görə, İnam Kərimov Anar Hüseynovu heç də "sağlam əllərdən" təhvil almayıb. Bildirildiyinə görə, Anar Hüseynov Türkiyədə dövlət çevrilişinə cəhd etmiş və hərbi qiyamı xalq müqaviməti nəticəsində yatırılmış FETO qruplaşmasının üzvüdür. Onun hətta bir zamanlar FETO-nun Azərbaycan uzantısına rəhbərlik etmiş Elnur Aslanovun ən etibarlı kadrı olduğu bildirilir. 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla eyni idarədə işləyən Anar Hüseynov daha sonra "ASAN Xidmət”ə transfer olunur və İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra onunla bərabər eyni nazirliyə mətbuat katibi gətirilir. Bu vəzifədə qısa müddətli fəaliyyətdən sonra Anar Hüseynovun daha yağlı vəzifəyə təyin olunduğu bildirilir.

İlk baxışdan, bu transferlər İnam Kərimovun barəsində də müəmmalı suallara yol açsa da, informasiya qaynaqlarımız nazirin FETO ilə əlaqələrini istisna edir. Bildirildiyinə görə, Anar Hüseynovun arxasında daha güclü qüvvələr dayanır və o, öz fəaliyyətində yeri gələndə naziri belə saymır. Faktiki olaraq KTN-də İnam Kərimovdan daha çox, Anar Hüseynovun şələsinin fırlandığını deyən mənbəmizin bu iddiaları Azərbaycanda hələ də FETO-nun öz yenilməzliyini qoruduğunu təsdiqləyir.

Məsələ ilə əlaqədar bütün aidiyyatı qurum və şəxslərin mövqelərini dia.az olaraq işıqlandırmağa hazırıq...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin

Ardını oxu...
Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasında zibillik tüğyan edir... Belə ki, əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə yeni xəstəliklər yarada bilər.

DİA.AZ Hürriyyət-ə istinadən bildirir ki, Ölkəmizdə və digər dövlətlər də, Koronavirus və zərərli təsir göstərən digər xəstəliklər mövcuddur. Bunların hər biri sanitariya qaydalarını gobud şəkildə pozulmasından irəli gəlir. Mövzunun girişin də, xatırlatdığım sanitariya qaydalarına əməl etməyən "Dövlət" müəssisələrindən biri də, Gəncə Şəhər İstintaq Təcritxanasıdır. Adı çəkilən təcritxananın qəbul otağında və təcritxananın daxilində sanitariya qaydaları gobud şəkil də pozulması açıq - aydın görünür. Cəza cəkmə məntəqələrində, mütəmadi olaraq sanitariya qaydaları aidiyyəti qurumlar tərəfindən nəzarət olunmalıdır. Cəza cəkən dustaqların hansı şəraitdə saxlanması, onlara mənəvi işgəncələrin verilməsi yolverilməzdir. Mövzuya qayıdacayıq... Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..


Ardını oxu...
DİA.AZ: - Həkim Tağıyeva Pərvanə şikayət edir ki, Bakıda iki aydı işləyəndən sonra onu işdən çıxarıblar.

DİA.AZ bildirir ki, bu barədə şikayətçi olan narazı vəəndaşın başına açılmayan oyun qalmayıb...

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin təyinatından sonra DGK-da heç nə dəyişməyib! Şahin Bağırov da Səfər Mehdiyevin yolunu gedir. Əvvəlki kimi rüşvət və korrupsiya. Necə də olmalı idi ki... Səfər Mehdiyev başda olmaqla, özündən əvvəlki DGK sədrlərini cəzasız görən Şahin Bağırov anlamaq çox asandır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Əvvəli BURADA: Şahin Bağırov köhnə üsulla işləyir: BAKI GÖMRÜYÜ RÜŞVƏT İÇİNDƏ... - BİR-BİR FAKTLAR AÇIQLANIR...

Daha sonra məqalədə deyilir: "Eyni situasiyanın Sumqayıt gömrüyündə də mövcud olduğu deyilir. Gömrük əməkdaşları əllərindən gələni edirlər ki, həmin anbarlar boş qalmasın. Hətta bir çox sahibkarlar inspektorların bunu könülsüz etdiklərini, “anbar boş qalan kimi, yuxarıdan zəng gəlir” deyərək, gileyləndiklərini bildirir, sözügedən anbarların daim yük dolu avtomobillərlə təmin olunmasına çalışdıldığını vurğulayırlar. Bu da təsadüfi deyil.

Belə ki, anbara daxil olan hər bir yük maşını boşaldılır, təbii ki, tam böyük əksəriyyətindən heç bir qaçaq mal – filan çıxmır. Sonradan həmin mallar yenidən “tırlara” yüklənilir. Bu “xidmət haqqı” isə yükün miqdarı və ölçüsündən asılı olaraq, 800 manatdan başlayır ki, onu da sahibkarın “belindən çıxarırlar”. Və heç kim də izahat vermir ki, malın çeşidinin çox olması onun qaçaq mal olduğuna necə dəlalət edə bilər? Yaxud qaçaq mal nədən elə 1 çeşiddə malın içində ola bilməz?

Yaxşı, deyək ki, əməkdaşlar doğrudan da nədənsə şübhələndilər və yükü boşaltdırdılar.Birincisi, bu soyğunçu “xidmət haqları”nı kim müəyyənləşdirib, hansı rəsmi sənədlə həmin məbləğlər əsaslandırılıb? İkincisi və ən əsası, nədən həmin “xidmət” üçün alınan vəsaitə görə sahibkara heç bir ciddi vergi sənədi, çek verilmir? Bəli, bir çox sahibkarlar iddia edirlər ki, anbarlarda yükün boşaldılıb, yenidən yığılmasına görə ödənilən pulun çeki verilmir(!). Eyni zamanda, sahibkar hər yük maşınının gömrüyə giriş-çıxışına görə, yükün çəkisindən asılı olaraq, təqribən 160-200 manat aralığında vəsait ödəyir ki, bu pula görə də ciddi vergi sənədinin təqdim olunmadığı bildirilir. Və sahibkarlar vergi hesabatı zamanı həmin məbləği özlərinin xərc maddələrində göstərə bilmirlər – kolxozdur yəni! Gün ərzində yüzlərlə belə avtomobilin boşaldıldığını təxmin etsək, rəsmiləşdirmədən, həm də vergidən yayındırılan və kimlərin cibinə axdığı məlum olmayan vəsaitin ayda bir neçə milyon manat olduğu qənaətinə gəlmək olar. Bəs bu, rüşvət deyil də, nədir?

İPƏK YOLU TERMİNALINDA tüğyan edən "RAMAL TRANS" KİMƏ MƏXSUSDUR?"

DAVAMI OLACAQ... Bizi izləməyə davam edin...

Yazı ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
“Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun baş məsləhətçi kimi çalışırdım. Amma cəmi 3 ay işləyə bildim. Hüseyn Abdullazadə regional bölməyə rəis təyin olunandan sonra mənə dedi ki, işçilərlə bağlı ona tez-tez məlumatlar verim. Razılaşmadığıma görə də əmək müqaviləmə xitam verildi”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə idarənin əməkdaşı olmuş Kamran Famil oğlu İlyasov bildirib. Onun sözlərinə görə, o, işə qəbul ediləndən sonra Hüseyn Abdullazadə rəis təyin olunub. Təyin olunan kimi də əksər işçilər kimi ona da problemlər yaranıb:

Ardını oxu...
Əmr. Foto: Meydan TV

“Mənə deyirdi ki, işçilərdən xəbər aparım, rüşvət aldığına dair sözlər deyim. Halbuki mənim əlimdə hər hansı bir işçinin rüşvət alması ilə bağlı məlumat olmayıb. Müqaviləmə xitam veriləndən sonra da təklif etdi ki, işçilərlə bağlı onun tələb etdiyi kimi danışsam, məni işə qaytaracaq. Mənimlə bərabər işə girənlərin hamısının əmək müqaviləsi uzadıldı. Bunu təsdiq edən sübutlarım da var”.

Şikayətçi deyib ki, bununla bağlı agentliyin rəhbərliyinə, eləcə də Ombudsman Aparatına müraciət edib:

“Avqustun 4-də əmək müqaviləmə xitam verilib. Konkret iki nəfərin əleyhinə danışmağımı istəyirdi. Hansı ki, həmin işçilər də işdən uzaqlaşdırılıb.

Ardını oxu...

Başıma gələnlərdən sonra mənə olan haqsızlığa görə şikayətimə baxılmasını istəyirəm. Təqdim etdiyim səs yazılarına belə qulaq asmırlar. Xahiş edirəm ki, məsələ hərtərəfli və ciddi araşdırılsın”.

Hüseyin Abdullazadə isə şikayətlə bağlı danışmaq istəməyib. Bildirib ki, heç kimi işdən azad etmir. Bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi baxır.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsuz Piriyev rəsmi sorğu göndərilməsini tələb etsə də, göndərilən suallar cavablandırılmayıb.
Ardını oxu...
“Bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının Göyçay Rayon Mərkəzi Xəstəxanasında işlə təmin edilməsi üçün, sözügedən tibb müəssisəsinin direktoru Yaşar Əhmədovun qəbuluna getdim. Ondan bacımın xəstəxanada işlə təmin olunmasını xahiş etdim. O, isə mənə bildirdi ki, “Hazırda xəstəxanada mövcud vakansiya yoxdur”. Onunla biraz həmsöhbət olduqdan sonra “Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm?” dedim. Dərhal mənə “İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq” dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən onun qəbuluna getdim. İlk öncə mənə 6 000 manat lazım olduğunu söyləsə də, sonda 4 000 manatla razılığa gəldik və bankdan kredit götürərək istədiyi həmin məbləği ona təqdim etdim”.

Bunları Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu “AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda bildirib.

Şikayətçi Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun ondan 4 000 manat aldığını, lakin bacısının işlə təmin edilmədiyini bildirir:“Y. Əhmədov 10 gün müddətində bacımı işlə təmin edəcəyini bildirsə də, o, sözünü tutmadı. Hər dəfə müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışdı. Bu, minvalla iş uzanmağa başladı. Sonuncu dəfə setyabrın 15-də yenidən Y. Əhmədovun qəbuluna getdim və o, mənə bildirdi ki, “Ştatı yoxlamalar aparıb, səbirli ol, hər şey düzələcək””.

Şikayətçi sözügedən vəsaitin həmin xəstəxananın həkimi Arzu Burcaliyevin vasitəçiliyi ilə Y. Əhmədova verdiyini iddia edir: “Hazırda A.Burcaliyev və Y. Əhmədov mənimlə aralarında heç bir pul haqq-hesabının olmadığını bildirirlər. Bir sözlə, bu işdən boyun qaçırmağa çalışırlar.Həmin otaqda olmasa da, girişdə müşahidə kameraları hər şeyi lentə alıb. 5 gündən bir Y. Əhmədovun qəbulunda olmuşam və hər dəfə o, eyni sözləri təkrarlayıb ki, “Sənin işin həll olacaq, səbrli ol””.

Şikayətçi ödədiyi vəsaiti Y. Əhmədovudan geri tələb etdiyini, lakin qarşılığında hüquq-mühafizə orqanlarıyla hədələndiyini bildirir: “Mənə bəlli oldu ki, Y. Əhmədov yalan danışır. Məhz ona görə də, verdiyim 4000 manat pulu özümə geri qaytarmasını tələb etdim. O, isə bildirdi ki, “Pul Baş İdarəyə çatıb. Artıq geri ödəmə mümkün deyil. Biz ancaq bacını işlə təmin edə bilərik. Bakıdan əmr gəlib, səbrli ol”. Onun sözləri ilə razılaşmadığımı bildirdiyim zaman isə məni hüquq-mühafizə orqanlarını birinin əməkdaşı ilə (adını yazır-red.) hədələməyə başladı”.

“Bacım 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Bu barədə Prokurorluğa da yazılı müraciət etmişəm. Hələ ki, heç bir cavab gəlməyib. Ancaq ümid edirəm ki, bu iş şəffaf şəkildə araşıdırılacaq və lazımi şəxslər öz cəzalarını alacaqlar”,-deyə şikayətçi bildirir.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı, Göyçay Rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.

Xəstəxananın direktoru Yaşar Əhmədovla əlaqə yaratsaq da, o, bu barədə heç bir fikir bildirməyib və bizmlə daha sonra əlaqə saxlanılaraq, lazımi məlumatların veriləcəyini deyib.

Ardınca xəstəxananın İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı məsələyə münasibət bildirib və bütün deyilənləri şər-böhtan adlandırıb.

Daha sonra ətraflı məlumat üçün yazılı sorğu göndərməyimiz tələb olunsa da, səsləndiirlən iddialarla bağlı məlumat almaq mümkün olmayıb.

Bununla belə, Göyçay Rayon Mərkəzi Xəstəxanasın və Yaşar Əhmədovun fikirlərini işıqlandırmağa hazırıq.
 

      
Ardını oxu...
Azərbaycanda özünü "Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri kimi qələmə verən Firutan Məmmədov torpaq satmaq adı ilə 44 günlük Vətən müharibəsi qazisinin, eləcə də fiziki qüsurlu şəxsin pullarını mənimsəyib.


Sonxeber.az-a müraciət edən Vətən müharibəsi qazisinin həyat yoldaşı Şölə Qasımova Firutan Məmmədovdan ev tikmək üçün 2 sot torpaq aldıqlarını deyib.

Onun sözlərinə görə, şirkət həmin torpaqda ev tikiləcəyini bildirsə də, uzun müddətdir ki, heç bir tikinti işi aparılmır:

"2 sot torpaq üçün ona 9000-dən çox pul ödəsəm də, hələ də heç bir tikinti işi aparılmayıb. Dəfələrlə Firutan Məmmədovdan pulumu geri qaytarmasını istəmişəm. Aldadılmağımla bağlı polisə və hüquq mühafizə orqanlarına müraciət etmişəm. Sentyabrın 15-də məhkəməmiz oldu. F. Məmmədov məhkəməyə gəlmədi.

Mənə səsli məsaj göndədərək məhkəməyə gəlməyəcəyini və pulu geri qaytrarmaycağını bildirərək məni təhqir də edib. Firutan Məmmədov dildə özünü hərbçilərin, qazilərin və şəhid ailələrin dostu kimi göstərir. Hətta mənim həyat yoldaşımın şəklini ofisinə vuraraq və sosial şəbəkələrdə paylaşaraq özünü reklam edirdi. Lakin pulumu tələb edəndə həyat yoldaşımı və məni təhqir etdi, hətta onun şəkilini cırdı.

Oktyabrın 3-də növbəti məhkəmə iclası keçiriləcək. Həyat yoldaşım Aprel döyüşlərinin də iştirakçısıdır. Hazırda 3 övladımla kirayədə yaşayıram. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə həyat yoldaşım medalla təltif olunub. Səlahiyyətli qurumlardan mənə kömək etmələrini, Firutan Məmmədovun cəzalandırılmasını xahiş edirəm. Bu adam nə qanunları, nə də məhkəməni sayır. Firutan Məmmədovun qurbanı tək biz deyilik. Bizim kimi, onlarla insanı belə aldadıb. Sonradan bilmişik ki, bizə ev tikəcəyini söylədiyi torpağı bir neçə nəfərə də satıb.

Min zəhmətlə ev üçün yığdığımız pulu ondan almağımızda Ali Baş Komandandan cənab İlham Əliyevdən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan bizə kömək etmələrini xahiş edirəm".

İkinci şikayətçi Sevil Xəlilova söyləyib ki, sosial şəbəkədə "Günəşli İnşaat" tikinti şirkətinin elanını görərək onlara zəng edib:

"Əraziyə gəlib torpaqla tanış oldum. İlkin ödəniş kimi 6500 manat pul ödədim. Mənə söylədilər ki, 7 aya ev tikib bizə təhvil verəcəklər. Razılaşdırdığımız ödənişi hər ay etmişəm. Bu günə kimi 10700 manat ödəmişəm. Bir ilə yaxın vaxt keçsə də, hələ də heç bir tikinti işi aparılayıb. Həyat yoldaşım II qrup əlildir. Firutan Məmmədova verdiyimiz 10700 manat yoldaşımın fəhləlik edib yığdığı və bizə edilən yardım puludur. Hazırda 3 azyaşlı övladım və fiziki qüsurlu həyat yoldaşımla kirayədə yaşayıram. Firutan Məmmədovdan hər dəfə pulumu geri istəyəndə məni təhqir edib, söyür. Sonradan eşitdim ki, mənim torpağımı, bizdən başqa, daha bir neçə nəfərə satıb. Hazırda Firutan Məmmədov "at oynadaraq" insanları aldadıb, pullarını mənimsəyir. Müvafiq orqanlardan bu şəxsin cəzalandırılmasını və pulumun geri qaytarılmasını xahiş edirəm". //xalqxeber.az//
 
Ardını oxu...
“Elşad Zeynalovun qanunsuz əməllərini himayə edən və bu binanın sahibi dövlət rəsmisi, Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalovdur”.

PİA.az xəbər verir ki, bu ifadələr bir qrup vətəndaşın redaksiyamıza ünvanlanan şikayətində yer alıb.

Binəqədi sakini Bağırlı Zahir Eldəniz oğlu və bina sakinləri üzləşdikləri problemlərlə bağlı saytımıza müraciət ediblər.

Sakinlər bildirirlər ki, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 F ünvanında fiziki şəxs Zeynalov Elşad Nadir oğlu tərəfindən çoxmənzilli yaşayış binası tikilib. Sakinlər həmin binadan mənzil alarkən bunada kommunal xəttlər işləməyib və onlara bildiriblər ki, 1-2 ay ərzində bütün kommunal xidmətlərin çəkiləcək. Verilən sözün üstündən 4 il keçib, amma binaya hələ də kommunal xidmətlərin qoşulması rəsmiləşməyib. İndi həmin binada kommunal xidmətlər qeyri-qanunidir. Binanın sahibi Zeynalov Elşad Nadir oğluna bina sakinləri dəfələrlə müraciət etsələr də, o, edilən müraciətlərə biganə yanaşıb və öhdəliyini yerinə yetirmir. Sakinlər bildirirlər ki, əslində Elşad Zeynalovun qanunsuz əməllərini himayə edən bu binanın faktiki sahibi dövlət rəsmisi, Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovdur.

Sakinlər onlara məxsus mənzilə işıq, su və qaz xəttlərinin çəkilməsi üçün aidiyyatı qurumlara dəfələrlə müraciət edib və müraciətlərinə aşağıdakı cavablar alınıb:

- 102 qaynar xəttinə bu şəxslərin dələduzluğu ilə bağlı müraciət ediblər, lakin polisdən bildiriblər ki, kommunal xidmətləri olmayan mənzilin satışının dələduzluq deyil;

- Əmlak məsələləri üzrə dövlət xidmətinə aid çıxarışa və texniki pasporta (su, işıq, qazın olması qeyd olunmuşdur) əsasən mənzili alınsa da, xidmət sonradan kommunal xidmət xəttlərinin qanunsuz olduğunu müəyyənləşdirib;

- Kommunal xidmətlərin qanuniləşdirilməsi üçün şikayətçilər məhkəməyə müraciət edib. Məhkəmə də öhdəliyi Zeynalov Elşad Nadir oğlunun üzərinə qoyub. Lakin Sumqayıt icra və probasiya şöbəsi tərəfindən məhkəmə qərarının icra olunması ilə bağlı heç bir tədbir görülməyib.

Eyni zamanda şikayətçilər Azəriqaz İB-yə, Azərişıq ASC-yə və Azərsu ASC-yə müraciət ediblər. Amma həmin qurumlar da həmin binaya qaz, işıq və su xəttlərinin çəkilməsinin imkan xaricində olmasını bildirblər. Bütün binaya kommunalın çəkilməsi üçün isə sahibkara bildirdikdə gedin hara istəyirsiz şikayət edin cavabı deyilir.

Bir sözlə binadan ev alanların sevinci ürəklərində qalıb və bir məmurun dələduzluğuna görə çəkmədikləri zülm qalmayıb. Binada qaz olmadığına görə məcbur evlər qanunsuz çəkilən elektrik enerjisi ilə isidilir və işıq da qeyri-qanuni olduğuna görə yerli işıq pulu toplayanlar da onlardan artıq pul alır. Elektri enerjisinin onlara baha başa gəlməsi bir yana, evlər də isinmir.

Amma bina sakini təbii ki, məmur olaraq oturub rahat villasında və sakinlərin zənglərinə də çox vaxt cavab vermir. Cavab verəndə də sakinləri günahkar çıxarır ki, 4 ildir dözürsünüz bir az da dözün...

Bina sahibi Vüqar Zeynalov sakinlərə deyib ki, Azəriqaz-a müraciət ediblər və onların razılığını gözləyirlər. Amma bina sakinlərindən biri Azəriqaz-la əlaqə saxlayıb və ona sənəd göndəriblər ki, o binaya qaz çəkilməsinə imtina cavabı gəlib. Göründüyü kimi bina sahibi ancaq sakinləri aldatmaqla məşğuldur.

Binada yaşayan sakinlər olaraq bütün aidiyyatı qurumlardan kömək istəyirik.

Ardını oxu...
Abşeronda təhsil müəssisəsindəki vəziyyət valideynləri narahat edir.

DİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a valideynlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, söhbət rayonun Xırdalan şəhərində yerləşən 2 nömrəli orta məktəbdən gedir.

Məktəbin sinif otaqları, dəhlizi təmirsiz və bərbad haldadır. Şagirdlər bu vəziyyətdə olan məktəbdə təhsil alırlar, həmçinin məktəbdə iki növbəli yox, 3 növbəli tədris prosesi həyata keçirilir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ diqqətdə saxlanılır:

“Zərurət olan təhsil müəssisələrində sistemli şəkildə bütün qovşaqlar düzəldiləcək”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bu günlərdə sosial şəbəkələrdə əsas ofisi Naxçıvanda yerləşən “Cahan Holdinq”lə bağlı bəzi məlumatlar yayıldı. Həmin məlumatların nə qədər doğru olduğunu dəqiqləşdirmək üçün araşdırma apardıq, holdinqin saytına nəzərə yetirdik. Holdinqin cahan.az saytında axtarış apararkən çox ciddi bir məlumatla rastlaşdıq. Açığı elə bilirdik, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçildikdən sonra formal da olsa holdinqdəki vəzifəsini dondurub. Amma ora Naxçıvandır axı. Muxtar respublikada hansı qanun işləyir ki, bu da işləsin. Deməli, Vüqar Abbasov hələ də “Cahan Holdinq”in prezidentidir. Halbuki, bu, qanunla qadağandır. Vüqar Abbasov nəinki holdinq prezidentidir, hətta Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının da İdarə Heyətinin sədridir. Yəni sahibkar olmalısan ki, bu konfederasiyada təmsil olunasan və ora rəhbərlik etməyə də hüququn yarana. Bu da Vüqar Abbasovun sahibkarlıqla məşğul olduğunu təsdiqləyən faktlardan biridir.

Qeyd edək ki, Vüqar Abbasov 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 24 saylı seçki dairəsindən Ali Məclisə deputat seçilib.

Doğrudur, Vüqar Abbasov illərdir ki, sahibkarlıqla məşğul olur. “Cahan Holdinq”in prezidentinin bacarıqlı bir sahibkar olduğu, şirkətini qısa müddət ərzində sürətlə böyütdüyü çoxlarına bəllidir. Amma Azərbaycan qanunları deputatın sahibkarlıqla məşğul olmasına yol vermir. Vüqar Abbasov deputat seçildikdən sonra sahibkarlıqla məşğul olmamalı idi. Əgər söhbət Naxçıvandan gedirsə, bu, mümkündür.

Bu məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə TNS-ə açıqlamasında Konstitusiyanın maddələrini xatırladıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə bir sıra tələblər irəli sürülüb. Həmin maddədə göstərilib ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Əgər namizədlər belə fəaliyyətlə məşğuldurlarsa, deputat seçildikdən sonra bu fəaliyyətlərini dayandırmalıdırlar. Konstitusiyanın 89-cu maddəsində isə Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi halları sadalanıb. Bu maddədə də konkret olaraq göstərilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətləri istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat mandatından məhrum edilir. Hər bir millət vəkili qanunun tələblərinə əməl etməlidir”, - partiya sədri bildirib.

Arzuxan Əlizadə deyib ki, eyni tələblər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da nəzərdə tutulub.

“Bu məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 15-ci və 19-cu maddələri ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Deputatlar Konstitusiyanın irəli sürdüyü tələblərə əməl etməlidirlər. Əks təqdirdə onların deputat səlahiyyətlərinə xitam verilməlidir. Əgər belə bir fakt varsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər hansısa bir deputatı biznes fəaliyyəti ilə məşğuldursa, hansısa şirkətin rəhbəridirsə, Konstitusiyanın müvafiq maddələrinə uyğun olaraq, o, səlahiyyətlərini itirmiş hesab edilməli və onun deputat səlahiyyətlərinə xitam verilməlidir”, - partiya sədri qeyd edib.

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə açıqlamasında bildirib ki, Azərbaycanda dövlət vəzifəsi daşıyan, hətta deputat olan şəxslər arasında bizneslə məşğul olanlar az deyil. Mövcud müvafiq qanunvericilik vəzifə sahibləri və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, buna ciddi nəzarətin olmadığını müşahidə edirik.

“Belə çıxır ki, dövlət idarəetməsində və qanunvericilik bazasında bu kimi hallara qarşı sərt cəzalandırma mexanizmlərinin hələ də mövcud olmaması bir çoxlarının əl-qolunu açmasına səbəb olur. Dövlət vəzifəsi tutan və deputat olan şəxslərin niyə bizneslə məşğul olmasının qadağan edilməsinin isə prinsipial səbəbləri var. Məsələ burasındadır ki, yüksək post tutan, yaxud deputat olan şəxslər daşıdıqları statusun onlara verdiyi geniş inzibati imkanlardan sui-istifadə etməklə özlərinə geniş biznes şəbəkəsi yaratmaq, ədalətli rəqabət mühitini zədələmək, eyni zamanda müxtəlif biznes sahələri üzrə inhisarçı şirkətlər formalaşdırmaq fürsətləri əldə edir. Azərbaycanda uzun illərdir, oliqarxik məmur burjuaziyası təşəkkül tapıb deyəndə məhz bunu nəzərdə tuturuq ki, dövlət vəzifəsində təmsil olunanlar, parlamentdə mandat alıb siyasətlə məşğul olanlar da yaxşı qazanmaq üçün sahibkarlıq fəaliyyətinə üz tuturlar. Belə bir vəziyyət qanunvericiliyə, azad bazar iqtisadiyyatına, sərbəst ticarətə ziddir. Ən ciddi problem də budur ki, ölkəmizdəki varlı adamlar biznesmenlərdən daha çox qanunsuz şəkildə sahibkarlıqla məşğul olan vəzifəli şəxslər və millət vəkilləridir. Bu hal Azərbaycanda korrupsiyanın yüksək həddə çatmasında da mənfi rol oynayır. Hesab edirik ki, Cinayət Məcəlləsində vəzifəli şəxslərin bizneslə məşğul olmalarına görə məsuliyyəti nəzərdə tutan maddələr, normalar daha aydın və dəqiq müəyyənləşdirilməli, qanunların və normaların tətbiqi, onlara nəzarət mexanizmləri sərtləşdirilməlidir”, - partiya başqanı bildirib.

Onu sözlərinə görə, bir çox qanunla həqiqətən də deputatın, məmurun kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır: “Deputatların statusu haqqında qanunda bu, kifayət qədər aydın ifadə olunub, konstitusiyada da müvafiq maddə mövcuddur. Məsələnin ən təhlükəli tərəfi isə belə deputatların müəyyən lobbiçilik maraqlarından çıxış edərək, kimlərinsə kommersiya maraqlarını təmin etmək kimi zərərli işlərlə məşğul olmasının adiləşməsidir. Milli Məclisin spikeri, müavinləri, o cümlədən dövlətin hüquq-mühafizə orqanları bu kimi hallara göz yummamalı, qanun hər kəsə sərt formada tətbiq olunmalıdır”.

Anar Əsədli də Konstitusiyanın 89-cu maddəsini xatırladıb.

“Həmin maddənin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilir. Ancaq görünən odur ki, ölkəmizdə bir çox vəzifəli şəxsləri və millət vəkillərini bizneslə məşğul olmaqdan çəkindirmək üçün Konstitusiyanın müvafiq maddələri, Cinayət Məcəlləsində müvafiq qadağanedici və xəbərdaredici normalar kifayət etmir. Birdəfəlik anlamaq lazımdır ki, əgər qanun qadağan edirsə, deməli, deputat bizneslə məşğul ola bilməz. Hər kəs qanunun bu tələbinə əməl etməlidir, dövlət isə müvafiq qanunun işləməsini təmin etməlidir. Sahibkarlıq fəaliyyəti azad təşəbbüskarlıqdır və kimsə bunu qadağan etmir, lakin həm siyasətlə məşğul olub eyni zamanda kommersiya fəaliyyəti göstərmək yanlışdır. Bir sözlə, millət vəkilinin bizneslə məşğul olması doğru deyil və bu kimi hallar seçkili orqan olan qanunvericilik institutunun imicinə də böyük zərbə vurur, cəmiyyətin gözündən düşməyə əsaslar yaradır. Ona görə də, hesab edirik ki, qanunlara riayət olunmalıdır”, - Anar Əsədli əlavə edib.

Göründüyü kimi, Vüqar Abbasovun bizneslə məşğul olması Azərbaycan qanunlarına ziddir. Vüqar Abbasov seçki dövründə də bu fəaliyyətini dayandırmadığından o, deputatlığa namizəd ola bilməzdi. 2020-ci ildə deputat seçilən “Cahan Holdinq”in prezidenti bu vəzifəsini davam etdirdiyindən deputat mandatından məhrum edilməlidir. Bunu biz demirik. Bunu Azərbaycan qanunları və Vüqar Abbasovun rəhbəri olduğu holdinqin saytında yerləşdirilən məlumatlar deyir. //TNS//
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti