Ardını oxu...
Bu ilin iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev işdən çıxarıldı. Avqustun 8-də isə ölkə mediasında S.Mehdiyevin idarə etdiyi avtomobilin yol polisi tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayıld. 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili saxlanılması zamanı sabiq gömrük generalının yol polisləri ilə kobud davrandığı görünürdü.

Maraqlıdır ki, 90AA978 dövlət qeydiyyat nişanlı avtomobil nə DGK-ya, nə də Səfər Mehdiyevə məxsus deyildi. Gundeminfo.az-a daxil olan məlumata əsasən sabiq sədr adətən özünə məxsus olan və ölkə gömrüyündə böyük imtiyazlara sahib olan şirkətlərə məxsus bahalı, lüks avtomobillərdən istifadə edir.

Elə 90AA978 qeydiyyat nişanlı avtomobil də S.Mehdiyevə məxsus, lakin rəsmi sənədlərdə başqa bir iş adamının adına olan həmin lüks avtomobillərdən biri idi.
Mənbə iddia edir ki, “Vadi MMC”yə məxsus olan bu avtomobil, əslində elə Səfər Mehdiyev tərəfindən yaradılmış və gömrükdə xüsusi imtiyazlara malik şirkətə məxsus olub.

Araşdırmalar zamanı məlum olub ki, həmin bahalı avtomobil "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. O isə Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və S.Mehdiyevin qohumudur.

Gömrük Komitəsinin sədri olduğu dönəmdə məhz vadi.az karqo daşımaçılıq şirkətinə böyük imtiyazlar verilibmiş. Məlumatlara əsasən bəyan edilən məhsullar digər karqo şirkətlərinin məhsullarından daha sürətlə gömrükdən keçə bilirmi. “Vadi” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çata və bir gün sonra müştəriyə verilirmiş. Rəqabət mühitində “Vadi” daha sürətlə çalışır və digər karqo şirkətləri ilə müqayisədə tarifləri çox aşağı olaraq təklif edib. “Qrama-qram” kampaniyası ilə bazarda aldığı xüsusi imtiyazlar hesabına bui karqo şirkəti ciddi uğurlar əldə edib.
Səfər Mehdiyev öz “Vadisi”ndə pusuya düşdü
Lakin Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən dərhal sonra adıçəkilən şirkətə verilmiş “imtiyazlar” ləğv edilib. Redaksiyamıza danışan “Vadi” müştəriləri bildirir ki, artıq onlar həmin şirkətin qiymətləri kəskin bahalaşdırması səbəbindən imtina edirlər. Artıq bir aydan da çoxdur ki, qeyd etdiyimiz və Səfər Mehdiyevə məxsus olduğu iddia edilən “Vadi”də karqo qiymətləri bahalaşıb. “Standrt tarif” olaraq tətbiq edilən qiymətlər isə kütləvi olaraq narazılıqlara, müştərilərin isə həmin şirkətdən üz döndərməsinə səbəb olub.

Bundan başqa saytımıza daxil olan informasiyaya əsasən qeyd edilən şirkətdə artıq gömrükdə bəyan etmə, çuvallara baxış keçirilməsi də ləngiyib. Bildirilir ki, son bir ayda bir neçə dəfə daxili anbarlara təslim alma prossedurunda problem olduğuna görə, həmin karqo şirkətinin işçilərinə gömrük məntəqələrinə dəvət ediblər.
Onu da əlavə edək ki, karqo bazarında inhisarçılıq olmasına dair yerli mediada dəfələrlə məlumatlar yayılıb. Əsasən də Səfər Mehdiyevin yaxın qohumları, dostları və həmkəndliləri tərəfindən bu sektorun inhisara alınması narazılıqlara səbəb olurdu. Hazırda DGK-nın yeni sədri Şahin Bağırovun bu sektorda hansı yenilikləri edəcəyi, bu sahədə normal rəqabət yaradıb-yaratmayacağı da bəlli deyil. Çünki DGK hər zaman olduğu kimi media üçün qapılarını bərk-bərk qıfıllayır.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //Gundeminfo.az//
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı keçən günlərdə ilginc faktları təqdim etdik. DİA.AZ olaraq ortaya çıxardığımız faktlardan belə aydın oldu ki, Anar Hüseynov dövlət büdcəsindən KTN xətti ilə təkcə suvarma adı altında 1 milyon manata yaxın vəsaiti mənimsəyir.

YAZISI BURADA: KTN-nin BOZ KARDİNAL: Anar Hüseynov... - SƏN DEMƏ...

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, açıqlanan məlumatlar həm faktdır və həm də YEGANƏ FAKT deyil. Mənbə iddia edir ki, hal-hazırda KTN-də əsas fiqurlardan biri kimi diqqətə gələn Anar Hüseynovun məlum yeyintisindən birbaşa olara nazir İnam Kərimov məlumatlıdır.

Mənbə dia.az-a bildirir:

"İnam Kərimov nəinki xəbərdardır, həm də şərikdir. Və bu yeganə fakt deyil. Anar Hüseynovun əli ilə nazirin şəxsi cibinə il ərzindəı 10 milyon manata yaxın vəsait yönləndirilir. Bu faktı hüquq-mühafizə orqanları asanlıqla müəyyən edə bilər. Bunun üçün Anar Hüseynovu bir saat dindirsələr, hər şey ortaya çıxacaq".

Mənbə bildirir ki, əslində Anar Hüseynov kimi fiqurlar "faizə oturmuş" hesab olunur: "Onlar nazirin qazanc gətirənləridir və ümumi qzancdan müəyyən faizi özlərinə götürürlər. Əvvəlki dönəmlərdə də KTN belə işləyib və yazıqlar olsun ki, İnam Kərimov ona olan ümidləri puça çıxararaq köhnə üsullara - TALANÇILIĞA davaç dedi..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Ardını oxu...
 
 

 
“Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov “Çilov” adasına gedir.

 
Bu arada həmin adada çalışan bir qrup neftçi hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı vasitəsilə Baş direktora bir sual ünvanlayıb.

Xalqxeber.az gununsesi.info-ya istinadla nefçtilərin qeydlərini təqdim edir:
Əvvəllər “Çilov” adasındakı yeməkxananı “Xəzər iaşə” işlədirdi. Yeməkxana (yəqin ki, bina nəzərdə tutulur-müəlliflər) 28 May NQÇİ-yə məxsusdur. Pandameya dövründə həmin yeməkxana bağlandı.
İndi həmin yeməkxananı 28 May adına NQÇİ-nin sosial məsələlər üzrə müavini Ələddin Mürsəlovun bacısı oğlu işlədir.
Bloklarda çalışan neftçilər üçün ayrılmış ərzağın müəyyən hissəsi həmin yeməkxanaya verilir. Sonra isə yenidən satılır.
Neftçilər Baş direktordan yuxarıda qeyd olunan problemə diqqət yetirməyi,və həmin yeməkxanaya göndərilən ərzağin hardan və kimin vasitəsilə təmin olunduğunu araşdırmağı xahiş edirlər.

 

XalqXeber.Az
Ardını oxu...
Binəqədi qəsəbəsində yerləşən 35 nömrəli poliklinikada çalışan Naidə Cavadova adlı tibb bacısının şok əməlləri üzə çıxıb.

TEREF.AZ bildirir ki, Axar.az-a daxil olan özəl məlumata görə, sözügedən poliklinika böyük rüşvət ocağına çevrilib.

Belə ki, hazırda həmin klinikada Fizioterapeya şöbəsində çalışan tibb bacısı Naidə Sovet qızı Cavadova ölkəmizdə koronavirusa qarşı vaksinasiyanın vacib oldu dönəmlərdən etibarən rüşvət qarşılığında COVİD paspostu satırmış.

Naidə adlı həmin tibb bacısı bu cinayəti həm də Sumqayıtda yaşayan Gülnarə adlı tələbə yoldaşı, Masazırda yaşayan “Gülü” ləqəbli bir qadınla və Vüsalə və Könül adlı digər tibb bacısı olan həmkarları ilə birgə törədib.

Naidə həmin “möhürlənmiş” pasportları həm də adıçəkilən qadınların vasitəsilə satırmış.



O, korona pasportları üçün poliklinikaya gəlmədən 200-250 manat, polinikaya gəlib, iynə vurulmadan isə 100-150 manat alırmış.

Naidə pasport satışı ilə həm də öz şəxsi evində də məşğul olub.

Qeyd edək ki, baş həkimi Hüseyn Həsən oğlu Qədimovdur.

Tibb bacısının rüşvət aldığına dair Vatsap yazışmalarını və səs qeydlərini təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Əhəd Əhədov: "Vətəndaşı hansısa məsələyə münasibətinə, şikayət yazdığına görə terrora məruz qoymaq nə qanunlara sığır, nə də insanlığa…”

Masallı sakini Əhəd Əhədov deyir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qohumları onunla ədavət aparır. Onun sözlərinə görə, əslən Masallıdan olan icra başçısının qohumları həm özünə, həm də qohumlarına müxtəlif formada təzyiq göstərir.

"Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”

"Əhəd Abıyevin qohumları bizə yaşamağa imkan vermir…”, – 70 yaşlı şikayətçi Meydan TV-yə belə deyib.
Ardını oxu...
Masallı sakininin sözlərinə görə, Azər və Spartak Nadirov qardaşlarının ona və ailə üzvlərinə qarşı törətdiyi hərəkətlərdə icra başçısından tutmuş, polis rəisinə qədər hamı xəbərdardır. Amma onların qarşısını alan yoxdur.

"Birinci qrup əlil olan oğlum – 1979-cu il təvəllüdlü Emin Əhədovu Azər və Spartak küçədə döyüb, qolunu, qabırğasını sındırıblar. Oğlum 1 ay Travmatologiya İnstitutunda yatdı. Hadisə olan yerdə çoxsaylı kameralar var. 49 gün heç bir iş görmədilər. Müstəntiq dəyişəndən sonra müəyyən qədər iş getdi. Təsəvvür elə, şahidlər təqdim edirdik, baxmırdılar, dindirmirdilər. Düzü, daxili işlər nazirinin qəbulunda olandan sonra irəliləyiş oldu, cinayət işi başlandı. Heç bu işin üstünü açıb, günahkarı cəzalandırmamış oğluma qarşı yenidən cinayət törədildi. Düz evimizin qarşısında onu döyüb burnunu sındırdılar…”.

"Aramızdakı ədavət şəhər sovetinin binasına görə başlayıb”
Ardını oxu...
Əhəd Əhədov iddia edir ki, Nadirov qardaşlarını rayonda vəzifədə çalışanlar arasında himayə edənlər var. Bu üzdən onlar məsuliyyətə cəlb olunmur.

Masallı sakinləri Nadirov qardaşlarıyla aralarındakı ədavətin səbəbindən də danışıb.

O bildirib ki, Masallıda vaxtilə şəhər sovetinin binası olmuş tikilinin bu ailəyə verilməsinə etiraz etdiyinə görə ona qarşı kin yaranıb: "Bunlar bir dəfə o binanı almışdılar. Qəzənfər Ağayev icra başçısı gələndən sonra o binanı qaytardı. Çünki qanunsuz verilmişdi. Şahin Məmmədov icra başçısı gələndən sonra Əmlak Komitəsi vasitəsilə yenidən o binanı aldılar. Əslində, qanunsuzluq eləmişdilər. Çünki dövlətin əmlakı hərracda satıla bilər. Hərrac keçirib-eləmədilər. Mən bu məsələ ilə əlaqədar Prezident Administrasiyasına teleqram göndərmişdim, qanunsuzluğa yol verildiyini demişdim. Ədavət də buradan başlayıb. Bu məsələdə mən haqlıyam, ya yox – məsələ bunda deyil. Vətəndaşı hansısa məsələyə münasibətinə, şikayət yazdığına görə terrora məruz qoymaq nə qanunlara sığır, nə də insanlığa. Bir ildir məni bezdiriblər. Əhəd Abıyevin qohumlarıdır deyə, qarşılarını alan da yoxdur”.

"Böhtan və təhqirə görə cəzalandırılsın!”
Ardını oxu...
Nadirovlar isə Əhəd Əhədovun onlara böhtan atdığını iddia edir. Azər Nadirov onun təhqir və böhtana görə cəzalandırılması üçün 2022-ci ilin iyulunda Masallı Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Amma bir müddət sonra məhkəməyə ərizə göndərib ki, şikayətini geri götürür, iddiasına baxılmasın. Məhkəmə də bunu nəzərə alaraq, avqustun 12-də şikayətin icraata götürülməsindən imtina qərarı çıxarıb.

Bir müddət sonra – sentyabrda o, yenidən eyni eyni məzmunlu iddia ərizəsilə Masallı Rayon Məhkəməsinə şikayət edib, Əhəd Əhədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. Bu dəfə də məhkəmə onun şikayətinə baxmaqdan imtina edib.

Cinayət işləri başlanıb
Ardını oxu...
Polis əməkdaşlarının Masallıda Nadirov qardaşlarının özbaşınalıqlarına göz yumması haqda Əhəd Əhədovun iddialarına Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən cavab verilib.

İdarənin rəisi Emil Usubov bildirib ki, Əhəd Əhədovun oğlu Eminin döyülüb xəsarət alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsində 13 iyun 2022-ci ildə Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

27 avqustda Spartak Nadirov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib: "Cinayət işi nəzarətə götürülməklə, hazırda şikayətdə göstərilən xüsusatlar və işin digər halları araşdırılmaqla, istintaq aparılır”.

Masallı Rayon Prokurorluğundan bildirilib ki, Emin Əhədovun sonradan bir daha döyülməsilə əlaqədar da ayrıca cinayət işi başlanıb: "Emin Əhədovun döyülüb, yüngül dərəcəli bədən xəsarəti alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində 15 sentyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanmaqla, istintaq aparılır”.

Qlobal.az
 
Ardını oxu...
CƏNAB PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ
SURƏTİ: TƏHSİL NAZİRİ CƏNAB EMİN ƏMRULLAYEVƏ
SURƏTİ: GƏNCƏ ŞƏHƏR PROKURORU AZAD QARAYEVƏ
SURƏTİ: GƏNCƏ ŞƏHƏR İCRA BAŞÇISI NİYAZİ BAYRAMOVA

CƏNAB PREZİDENTİN SƏRƏNCAMLARI
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NİYƏ YERİNƏ YETİRİLMİR?

Bütün Respublika Qarabağın bərpasına çalışdığı
halda, Gəncə Dövlət Universitetinin rəhbərliyi
talançılıqla məşğuldur.
Cənab Prezident, biz- Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir.
Məlumunuz edirik ki, Gəncə şəhərində yerləşən universitetlərin hamısında əmək haqqı Gəncə Dövlət Universitetindən xeyli yuxarıdır. Ancaq GDU-da tələbələrin sayı və ödəniş haqqı o biri universitetlərdən çoxdur. Rektor Yusif Yusibov əməkdaşlara deyir ki, nə vaxt nazir dövlət sifarişi ilə oxuyan tələbələrin ödəniş haqqını qaldırsa, onda biz bu məsələyə baxa bilərik. Universitetin büdcəsi rəhbərlik tərəfindən talan olunur. Keçən il alınmış stolları, stulları, lövhələri, partaları, mebelləri, nootbukları bu il çıxarıb təzəsini alırlar. Çıxarılan avadanlıqlar isə silinərək satılır. Heç bir avadanlığın qaimədəki qiymətlri ilə real qiymətləri uyğun gəlmir. Baha qiymət yazılır, ancaq bu qiymətdən 5-6 dəfə ucuz keyfiyyətsiz mallar alınır. On manata alınacaq avadanlıqları beş-altı dəfə baha qiymətə sənədləşdirib pulları silirlər. Bundan başqa universitetin pullarını təmir adı ilə silirlər, amma təmiri isə dekanlardan pul yığıb onlara etdirirlər.
Baş nazir Əli Əsədov Elm və Təhsil Nazirliyində olan 89 xidməti maşınların sayını 13-ə saldığı halda bizim universitetdə günü-gündən maşınların sayı artır, rektorun köməkçisinə, prorektorlara, müşavirinə, magistr təhsili belə olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə də xidməti maşın və sürücü ayırıblar (20 AA 522). Bu maşınlar üçün də qarşısına asfalt salmaq üçün hər dekandan 500 manat almaqla universitetin həyətində maşın dayanacağı düzəldilir. Azərbaycan Texnologiya Universitetində cəmi 2 maşın biri rektorun, biri isə prorektorun var. Amma GDU-da 8 xidməti maşın var. Söhbət maaş artımından düşəndə isə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pulumuz çatmır.
Elm və Təhsil nazirindən soruşmaq istəyirik ki, necə olur başqa universitelərdə əmək haqqı Gəncə Dövlət Universitetinən xeyli yüksəkdir? Prezident fərman verib minimum əmək haqqını 300 manat edəndə Gəncədəki universitetlər maaşları 20-40 % artırdı. Azərbaycan Texnologiya Universiteti 14 sentyabr 2022-ci ildə Elmi Şuranın qərarı ilə maaşları yenidən 20 % artırdı. Amma bunlar GDU-da baş vermədi. Minimum əmək haqqı 300 manat olsa da GDU-da tədris-köməkçi heyət hələ də 250-270 manat maaş alırlar. Bir ştat dosent vəzifəsini tutan şəxsin maaşı digər universitetlərə nisbətən GDU-da qat-qat aşağıdır. Azərbaycan İqtisad Universitetində dosent üçün saat hesabı dərsin 1 saatının ödəniş haqqı 27 manat, Azərbaycan Texnologiya Universitetində 12 manat, Gəncə Dövlət Universitetində isə 3 manat təşkil edir. Səbəb acınacaqlı olsa da yazmalıyıq. Rektor ailəsini dağıtdığı öz məşuqəsi Zəhra Əliyevaya, onun bacılarına, digər əqrəbalarına, aldığı müxtəlif obyektlərə, kartları ciblərdə olan ölü canlara olan xərclərdən artıra bilmir. Rektor həm də maşın həvəskarıdır. Onun kolleksiyasındakı bütün bahalı maşınların hamısının nömrəsi xidməti maşınına uyğundur (20 AA 082).
Bu kimi faktları çox göstərmək olar, bir sözlə GDU- da maliyyə vəsaiti düzgün xərclənmir.Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində işlədiyindən onun bu əməlləri ört-basdır edilir. Yusif Yusibov həmişə deyir ki, Mikayıl Cabbarov və Ceyhun Bayramov mənə dayı deyir.
Gəncə Dövlət Universitetində lazımsız xeyli şöbələr yaradılıb. Bu şöbələr öz funksiyasına uyğun olmayan işlərlə məşğuldur. Tələbələrin dərsə davamiyyətini yoxlamaq üçün qrup nümayəndəsi, fənn müəllimi, dekan, dekan müavini, tyutorlar var. Müxtəlif şöbələrin əməkdaşları, rektorun və prorektorun köməkçiləri, bütün günü onu-bunu güdüb kimin nə danışdığını tədris məsələləri üzrə prorektora çatdıran Məhərrəm adlı şəxs əlinə siyahı alıb dərsi pozaraq gün ərzində bir neçə dəfə bütün auditoriyalarda tələbələrin dərsə davamiyyətini yoxlayır. Maraqlıdır, onda adları yuxarıda çəkilən şəxslər nə üçündür?
İnnovasiyalar departamenti- bu şöbəni "pul silən" şöbə adlandırmaq daha düzgün olar. Bu şöbənin əksər əməkdaşları erməni əsilli olmaqla bir ailənin üzvləridir. Bu şəxslər layihə adı altında xarici ölkələrdə gəzirlər. Ortada bir şey olmasa da, universitetin pulları layihə adı altında silinərək rəhbərlik tərəfindən xərclənir. Bu pullar nə qədər şirindirsə, vaxtı ilə erməni əsilli bu qardaşlara nifrət edən indiki prorektor Şahin Xurşudov da deyir ki, nə professor, nə dosent, bütün universitet Vasif və Asif qardaşlarının çiyinləri üstündə dayanır. Amma Vasif Həsənov özü "İnformatika" kafedrasının müəllimidir, amma bu günə kimi bir saat belə dərs keçməyib. Bütün tədris ili boyunca layihə adı altında Fransada, Ruminiyada, Hollandiyada və s. gəzir. İndi bir neçə ay bundan qabaq rektorun birləşdirdiyi kafedrada inqilab yaratmaqla, müəllimləri kafedra müdirinin üstünə qaldırıb kafedranı yenidən parçalamaq və öz xalası Gülmirə Verdiyevanı müdir seçdirmək istəyir.
Universitetdə Elm və innovasiyalar üzrə prorektor vəzifəsi var və olmalıdır. Amma bu ştat ola-ola rektor əlavə "Elm şöbəsi" yaratmaq, ora bir 10000 manat alıb müdir və 5000-7000 manat alıb bir neçə də əlavə işçi götürmək istəyir. Maraqlıdır, bütün əlaqədar təşkilatlar da bu hoqqalara göz yumur.
Ümumiyyətlə, Gəncə Dövlət Universitetində işin təşkili dövrün tələblərinə çavab vermir. Qabiliyyətli kadrlara üstünlük vermək əvəzinə rektor öz dəstəsinə aid olan əməkdaşları müxtəlif vəzifələrə təyin edir. Hətta iş o yerə çatıb ki, heç bir iş qabiliyyəti olmayan, hətta yerimək imkanı olmayan, yataq xəstəsi olan əməkdaşlar - "Kimya" kafedrasında Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov və "Riyazi analiz" kafedrasında Əliqulu Quliyev ştat cədvəlində saxlanılır, onlara əmək haqqı verilir, dərslər isə bəzi adamlar tərəfindən guya əvəz olunur. Ancaq elmi dərəcəsi olan müəllimlərə əlavə olaraq 0,5 ştat əvəzçiliklə işləməyə icazə vermək istəmirlər. Əvəzində bu il hərəsindən 7000-10000 manat almaqla 18 nəfər yeni müəllim götürüblər. Müəllimlərin işə qəbul imtahanından keçə bilməyən şəxslər GDU-ya müəllim götürülür. Universitetin təsərrüfat şöbəsində çoxlu "ölü canlar" var. Bunların da maaş kartları Yusif Yusibov və Fəxrəddin Həsənovdadır.
Ümumiyyətlə, Gəncə Dövlət Universitetində kadrların işə qəbulu olduqca bərbad vəziyyətdədir. Guya ki, işə qəbul olunmaq üçün komissiya yaradılıbdır. Ancaq komissiyanın tərkibinə nə kafedra müdirləri, nə yaxşı metodist müəllimlər salınmayıb, elmdən bixəbər təsadüfü adamlar salınıblar, onların da fəaliyyəti göz qabağındadır. Kadrların vəzifəyə təyin olunması onların iş qabiliyyətinə görə deyil, başqa meyarlarla təyin olunur. Üniversitetdə işə düzəlmək üçün xüsusi preskurant təyin olunmuşdur.
Süpürgəçi 2-2,5 min manat
Laborant 3-5 min manat
Müəllim 8-10 min manat
Kafedra müdiri 5-10 min manat
Dekan 20-30 min manat və s.
Elm və Təhsil Nazirliyi universitetlərə guya müstəqillik verib, onlar da özlərinə uyğun şəkildə universitetləri idarə edir. Niyə Azərbaycan Texnologiya Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında əmək haqları ardıcıl olaraq iki dəfə qalxdığı halda Gəncə Dövlət Universitetində əmək haqqı qaldırılmır??? Ona görə də biz GDU əməkdaşları bütün günahları Elm və Təhsil Nazirliyində görürük.
Bütün universitetlərdə vahid qaydalar olmalıdır. Amma, hər bir universitet özü üçün qaydalar tətbiq edir. Bu isə təhsildə yolverilməzdir. Tələbələrin imtahan sessiyaında hansı özbaşınalıqlar olur, onları da valideyn və ictimaiyyət yaxşı bilir.
Gəncə Dövlət Universitetində elə iş şəraiti yaradıblar ki, universitetin yaxşı müəllimləri işdən çıxıb başqa universitetlərə gedirlər. Bu il Gəncə Dövlət Universitetindən iki nəfər gənc istedadlı alimlər, kafedra müdirləri "Sosial fənlər" kafedrasının müdiri Asim Məmmədov, habelə "Qrammatika və ingilis dilinin tədrisi" kafedrasının müdiri Mehdi Rəhimov öz ərizələri ilə işdən azad olaraq Mingəçevir Dövlət Universitetinə kafedra müdiri vəzifəsinə getmişlər. Soruşan yoxdur ki, onlar universitetdən niyə işdən çıxıblar? Asim Məmmədov işdən çıxma ərizəsini yazanda rektor ona "niyə etibarsızsan, bizi atıb gedirsən" deyib. Asim Məmmədov isə universitetdə yaratdığı biabırçı şəraitə görə rektoru otağında biabır etmişdir.
Qeyd: Maraqlıdır, Gəncə Dövlət Universitetinin saytında "Sosial fənlər" kafedrasına aid səhifədə hələ də kafedra müdiri kimi Tağıyev Cavad Oqtay oğlu göstərilmişdir. Halbuki, Tağıyev Cavad Oqtay oğlu 10 ilə yaxındır ki, rəhmətə gedib. Ling: http://tcf.gdu.edu.az/?page_id=250
Universitetin bütün saytı bu gündədir, işdən çıxan, on il bundan qabaq rəhmətə gedən şəxslərin adları və şəkilləri hələ də müəllim siyahısındadır, hətta onlarla əlaqə nömrələri belə göstərilib. Zatən, rektorun "sevimli oğlanları" adlanan və sayta bir başa nəzarət edən Vasif və Asif Həsənov qardaşlarının gördüyü iş bundan artıq olası deyil ki... Amma Yusif Yusibovun təbirincə desək, bunlar Atilla kimi çiyinlərini GDU-nun altına veriblər.
Təhsil nazirinin göstərişi ilə ali məktəblərdə yenidən hazırlanma və əlavə təhsil fakültəsi ləğv olunsa da onun müdiri Zakir Zeynalov ictimai əsaslarla ştatda saxlanılır (Zakir Zeynalov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin müavini, dələduzluğuna və vətəndaşı döydüyünə görə vəzifəsindən qovulan Mikayıl Zeynalovun atasıdır). Zakir Zeynalov ikinci təhsil almaq üçün müxtəlif şəxsləri tapır, onlardan 1500 – 2000 manat aralığında pul alır, həmin tələbələr isə heç bir müsahibə belə keçirilmədən birbaşa ikinci kursa qəbul edilir. Əslində isə ikinci təhsil almaq üçün ali təhsilli şəxslər rektorun adına ərizə yazmalı, tələb olunan sənədləri təqdim etdikdən sonra müsahibə əsasında istədikləri ixtisasa qəbul olunmalıdır. Bu işi isə müvafiq dekanlıqlar və tədris departamenti həyata keçirməlidir. Zakir Zeynalov təkcə bu ilin avqust-sentyabr ayında 82 nəfər tələbədən 1500-2000 manat arasında rüşvət alıb. Bu pulların bir tələbədən 500 manatı Zakir Zeynalova, qalan hissəsi isə rektor Yusif Yusibova çatır.
Yusif Yusibov universitetdə heç bir gəlir gələn yeri əlindən buraxmaq istəmir. Universitetin tələbə yataqxanasında olan tələbə yeməkxanasını rektorun köməkçisi Elsevər Nağıyev və Tələbə Həmkarlar Təşkilatının Sədri Pərviz Adıgözəlov işlədir. Tələbə yeməkxanasının aşpazı isə elə həmin Elsevər Nağıyevin anasıdır. Digər tədris korpuslarında olan yeməkxanalara isə "kafelər kralı" ləqəbli tədris məsələləri üzrə prorektor Şahin Xurşudov rəhbərlik edir.
Rektor 8 milyon manata Sovet dövründən qalma 3 yataqxananı kosmetik təmir etdirdi. Halbuki bu qədər pula böyük bir kompleks tikmək olardı.
Cənab Prezident, rektor Yusif Yusibov Sizin Gəncəyə səfəriniz müddətində həmin yataqxananın açılışına gəlməyinizi təbliğ edirdi. Lakin Siz Gəncədə olarkən bu yataqxanaların açılışına qatılmadız. Rektoru həmin an universitetdən evinə təcili yardım maşını apardı. Daha sonra pandemiya başladı, pandemiyadan sonra Emin Əmrullayev yataqxananın açılışını etdi, keçən il bir nəfər tələbə yataqxanaya gəlmədi. Çünki, orada tələbələrin yemək bişirməsi üçün, adi çay qaynatması üçün heç bir şərait yoxdur. Hər mərtəbədə cəmi bir hamam, 1 tualet var. Bir nəfər tələbənin qalması üçün bir ayda əvvəllər 70, indi isə 60 manat tələb edirlər. Ona görə də 8 milyon pul ayrılaraq xərclənən yataqxanada tələbələr qalmaqdan imtina edirlər. 750 yerlik yataqxanada hədə-qorxu ilə 4-ü bir otaqda qalmaq şərti ilə 200-ə kimi tələbə yığıblar. Onlaın da hardasa 50 nəfəri qalmaqdan imtina edir və pullarını tələb edirlər.
Rektor heç kimi qəbul etmir, hətta əvvəllər təyin olunmuş qəbul saatlarını belə ləğv edib, əksər hallarda şəhid dəfninə belə getmir, bütün işləri prorektor Şahin Xurşudova tapşırıb. Yusif Yusibov heç kimi qəbul etməsə də, tədrislə maraqlanmağa vaxt tapmasa da aptek işinə rəhbərlik etməyə vaxt tapır. Belə ki, yığılan rüşvətin hesabına Yusif Yusibovun diğər obyektləri, mağazaları azmış kimi, bir neçə aptek də alıb. Gəncə Beynəlxalq Xəstəxanasının yaxınlığında yerləşən apteklər də cənab rektora məxsusdur.
Universitetin büdcəsi təmir və layihələr adı altında talan edilir. Bu təmir isə sövet dövründən qalma otaqların divarlarının kosmetik təmiridir.
Universitetdə 90 və 100 nəfərlik patoklar var. Belə otaqlar isə yox dərəcəsindədir. Ona görə də dərsdə tələbələr oturmağa yer tap bilmir, 10-15 tələbə ayaq üstə qalır. Bu tələbənin valideyni deyə blər ki, mən təhsil haqqı ödəyirəm, mənim uşağım niyə ayaq üstdə qalmalıdır? 90 nəfərlik qrupların bölünməsinə isə Tədris departamenti icazə vermir, deyir maliyyə pozğunluğudur.
Maraqlıdır, otağa 90-100 nəfər sığışmırsa, qrupların bölünməsinə niyə icazə verilmir. Qrupda 10-15 nəfər niyə ayaq üstə dayanmalıdır?
Cənab Prezident, Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq burada rüşvət, təhqir, hədə-qorxu, dava-dalaş adi gündəlik bir hala çevrillib. Dəfələrlə şikayət edilməsinə baxmayaraq əlaqədar təşkilatlar heç bir tədbir görmür.
Cənab Prezident, Sizdən çox xahiş edirik ki, Universitetin Yusif Yusibovun rektorluq müddətinə düşən 2013-2022-ci illərdəki fəaliyyətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və ya Milli Məclisin Hesablama Palatası tərəfindən yoxlanılmasına göstəriş verəsiniz. Rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində işlədiyindən bütün cinayətlər ört-basdır edilir.
Hörmətlə,
Gəncə Dövlət Universitetinin
bir qrup professor-müəllim heyəti
adından Maqbet Mütülü oğlu
Əhmədov
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
DİA.AZ: - Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA,AZ-a daxil olan müraciətdə deyilir:
"Nəzərinizə çatdırıram ki, özü hərbi xidmətdə olmayan, Kənd Təsərrüfatı naziri İnam Kərimov şəhid və Qarabağ veteranı qardaşını, təcrübəli, ixtisasca alim-aqronom və Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmiş, üç körpə uşaq atası, oğlum Həsənov Naməddin Tofiq oğlunu işdən çıxarıb və bir ildir ki, etdiyimiz minlərlə şikayət və müraciətlərə məhəl qoymur.Halbuki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. İnam Kərimova bir daha xatirladıram ki, Nazirlər Kabinetinin qərarında yazılanlara istisnasız əməl edilməlidir. Oğlumun işlədiyi təşkilatda isə heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib, ən maraqlısı isə budur ki, həmin idarədə respublika üzrə yeganə şəhid və Qarabağ veteran qardaşı mənim oğlumdur və o da işdən azad olunub. İnam Kərimov işlədiyi dövrdə nazirliyin kadr korpusunu məhv edərək, qeyri-ixtisas sahibi olan öz yaxın qohum və yerlilərini işlə təmin edərək xor və ailə ansamblı yaradıb. İnam Kərimovun ailə ansanblı isə dövlətə külli miqdarda ziyan vuraraq büdcəni qarət edib. Belə ki, onun yaxın qohumlarından biri Ağstafa rayonunda həm atçılıq , həm də qoyunçuluq təsərrüfatının rəhbəri, digər qohumu tarix müəllimi Tərəvəzçilik institutunun direktoru, müavin və idarə rəisləri isə hüquqşünas, regionşünas, politoloq, neftçi, riyaziyyat, coğrafiya və əlifba müəllimləridir. Öz həmyerlisi və yaxını, qeyri-ixtisas sahibi olan bir şəxsi isə Aqrar Universitetə rektor əvəzi təyin etdirib və belə faktlar sadalamaqla qurtaran deyil. Bir sözlə Kənd Təsərrüfatı nazirliyində bir nəfər də olsa kənd təsərrüfatı mütəxəssisi qalmayıb və İnam Kərimov kənd təsərrüfatı mütəxəssislərinə qənim kəsilib.
Bildirirəm ki, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara kassası, oğlu Bakı şəhərində 100 min manatlıq maşında gəzən, Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri Rəfail Quliyevin bir il ərzində bizə ünvanladığı saxta və sərsəri cavab məktubları bizi intihar həddinə çatdırıb.
Onu qeyd edirəm ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Rəşad Vahabzadənin oğlumdan 25000, Tərtər rayonunda toxumçuluq təsərrüfatının rəhbərindən 58000 manat rüşvət tələb etməsi barədə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Hətta Baş prokurorluğa müraciət edərək bildirmişəm ki, Tərtər rayonundan fermer 4 iyul 2022-ci il tarixdə saat 9 radələrində 0504592000 telefon nömrəsi ilə oğlumun 0502443499 nömrəsinə zəng edərək bildirib ki, Rəşad Vahabzadə məndən də 58000 manat tələb edir və bildirir ki, pulun 10000 mataı mənimdir, qalan hissəsi yuxarınındər, gəlin birləşək şikayət edək. Mən həmin telefon danışıgının araşdırilmasını tələb etsəm də heç bir tədbir görülmədi. Bundan əlavə bildirirəm ki, Rəşad Vahabzadə tabeliyində olan Ağdam Dövlət Sort Sınaq Məntəqəsində 2021-ci ildə yetişdirilmiş 76 ton təmiz pambıq məhsulunun subsidiyasını, həmin məhsulun əkin subsidiyasını və digər aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitləri özü mənimsəyib. 2022-ci ildə isə yenə Ağdam Dövlət Sort Sınaq Məntəqəsində yetişdirilmiş 70 ton buğda məhsulunu, Zaqatala DSSM-dən isə tonlarla fındıq məhsulunu heç bir sənədləşmə aparılmadan Bakı şəhərinə aparıb satdıraraq pulunu mənimsəyib. Halbuki həmin vəsaitlər Sort Sınaq məntəqələrinin hesabına köçürülməli və oradan da təyinatı üzrə xərclənməlidir. Bu cinayəti araşdırmaq üçün peşəkar hüquqşünas olmağa ehtiyac yoxdur və sənədlər qaldırılarsa hər şey güzgü kimi görünər. Rəşad Vahabzadə 30 sentyabr 2022-ci il tarixdə respublika üzrə video-formatda iclas keçirib, iclasda sona qədər çayxana söhbətləri edib və qanuna zidd olaraq işçilərə bildirib ki, sizə Sort Sınaq Məntəqələrində başqa işlərə qarışmağa icazə vermirəm, siz yalnız qruntda morfoloji xassələri müəyyən edə bilərsiniz. Mən isə İnam Kərimovdan xahiş edirəm çıxıb efir-televiziya vasitəsilə bizə izah etsin görək QRUNTDA MORFOLOJİ XASSƏ nə deməkdir və bu nə biabırçılıqdır. Qruntda morfoloji xassə yəqin İnam Kərimovun əziz və istəkli, lakin qeyri-ixtisas sahibi Rəşadın yeni ixtirasıdır. Əbləh, özünü idarə edə bilməyən, savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadəyə izah edirəm ki, qrunt nəzarətində sort əsilliyi müəyyən edilir.
Özünü fars dilinin mükəmməl bilicisi sayan İnam Kərimov fars atalar sözü olan "üzümün yaxşısını çaqqal yeyər" prinsipini əldə rəhbər tutaraq savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadənin arxasında möhtəşəm dağ kimi dayanmışdır və hal-hazırda da talançılıq davam edir. Korrupsiya və rüşvətxorluğun başında dayanan, ölkənin kənd təsərrüfatını məhv edən,ölkə büdcəsini maxinasiya və transfer yolu ilə qarət edən İnam Kərimov təcili həbs olunmalıdır, yoxsa ölkəni aclıq və fəlakətdən xilas etmək mümkün olmayacaq. Beş il nazir işləyən İnam Kərimov və onun komandası savadsız olaraq mənim oğlumun qarşısında günahkar mədrəsə uşaqları kimi görünür. Heç bir savadı olmayan qeyri-peşəkar kadr korpusu televiziya və mətbuatda öz savadsız çıxişları ilə özlərini biabır edirlər. Təkrar olunan belə hallar isə təəssüf hissi doğurur.
Cənab prezident!
Kənd Təsərrüfatından heç bir anlayışı olmayan, quzunu qucağına basaraq şəkil çəkdirib görüntü yaradan, Şəhid və Vətən məvhumuna hörmət qoymayan İnam Kərimov haqqında tədbir görməyinizi Sizdən xahiş edirəm. Əks təqdirdə ölkəni ərzaq böhranından xilas etmək mümkün olmayacaq".
Müraciətlə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Mən Göyçay rayon Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu matbuat vasitəsi ilə TƏBİB-ə Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun və polikilinika şöbəsinin müdri Arzu Burcalıyevin qanunsuz əmələri baredə məlumat verirəm.

Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun həyat yoldaşı 1-ci qrup əlil təyin etdirib 10 ildir ki, dövlətdən pul alır.Həmçinin 1-ci qrup əlilə qulluq etdiyinə gğrə özü hər ay 50 manat pul alıb.Hazırda həmin məbləğ 80 manat edilib.
Yaşar Əhmədovun həyat yoldaşı əlil olsada onu Qızılağac kənd Tibb Məntəqəsinə xadimə vəzifəsinə təyin etdirib hər ay maaş alır.Hansı ki, bu adam 10 ildir ki, 1-ci qrup əlildir.

Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyevin həyat yoldaşı isə 10 ildir ki, saxta xəstəlik sənədləri ilə 1-ci qrup əlildir.Hansı ki, 10 əvvəl ona diaqnoz kimi xərçəng xəstəliyi qoyulub.Ancaq onda heç bir onkoloji xəstəlik olmayıb.
Prezidentin xüsusi göstərişi əsasında hazırda ilk olaraq işə şəhid ailələri və qazilər işə qəbul olunur.Ancaq Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev 5000 manat müqabilində Yusif adlı həmkəndlsini direktor Yaşar Əhmədova köməkçi vəzifəsinə təyin etdirib. Yaşar Əhmədov iş ortağı olan Arzu Burcalıyevin göstərişindən çıxa bilmir həmdə maddi marağı güc gəldiyi üçün şəhid ailələri və qaziləri unudub bu qanunsuzluğu etmişdir.

Arzu Burcaliyev rüşvət müqabilində ruhi xəstələrə gözdən əlillərə sürücülük vəsiqəsi almaq üçün saxta sağlamlıq arayışları verir.Arzu Burcalıyev özünü bu işdə belə sığortalayır ki, burada mənim haqqı-payım yoxdur çünki sağlamlıq arayışını həmin sahə üzrə həkimlər yazır məndə təsdiq edirəm.Ancaq həmin saölamlıq arayışlarını yazmaq üçün Arzu Burcalıyev həkimləri məcbur edir.

Həmçinin Göyçay rayon xəstəxanasında qanunsuz bülletenlər satılır.Hansı ki, yoxlanılarsa bülleten verilmiş həmin adamlar bir gündə olsun Göyçay xəstəxanasında qalmayıblar stasionar və ya ambulator müalicə almayıblar.Buna görə isə dövlətin ayırdığı vəsaitləri Yaşar Əhmədov mənimsəyir.
Sizdən xahiş edirəm bu şikayətimdə göstərilən faktları yerində obyektiv araşdırıb korrupsiya şəbəkəsi yaratmış vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 

Ardını oxu...
Bu günlərdə saytların birində “Zaur Həmzəyev rəhbərliyin sadiq adamlarındandır” başlıqlı bəy tərifinə rast gəldik. Və maraqalndıq ki, doğrudanmı, Z.Həmzəyev adlı AAYDA məmuru yazıldığı kimi, yəni, korifeylərimiz hesab olunan Nizamidən, Fizulidən də artıq tərifə layiqdirmi? Qısa araşdırmalrımızdan sonra bəlli oldu ki, xeyr, Z.Həmzəyev nəinki tərifə, heç tənqdə də layiq birisi deyilmiş. Məlum oldu ki, bu adamı şöhrətləndirən AAYDA ASC-də nüfzuna, imkanına və malik oduğu kapitala görə 2-ci şəxs hesab olunan doğma əmisi, əslən Ermənistanın Qafan rayonundan olan Müseyib Həmzəyevdir. O Müseyib ki, mətbuatda “şeyx övladı” kimi tanınsa da, əslində Avtomobil Yolları strukturunu tabeçiliyndə olan bütün MMC və təşkilatlar sözün əsl mənasnda onun ələbaxımıdırlar. Yəni, tabe təşkilatlar iş icra etmək istəyirlərsə, gərək AAYDA-nın baş Maliyyə İdarəsi postunu tutan Müseyib Həmzəyevin qılıncının altından keçməyə məcburdurlar. Onu da xatırlatmaq yerinə düşərdi ki, Müseyib Həmzəyev barəsində də pressxeber.info saytının 05.02.2021 tarixli sayında da “Müseyib Həmzəyevin uğurlaına kölgə salmaq mükün olmayacaq” başlıqlı təriflər yazılıb.
Ardını oxu...
Müseyib Həmzəyev

Əvvəlcə yazılanlara qısa nəzər salaq:

“Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin – gözəl insan, xeyriyyəçi “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Həmzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevdir.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zaur Həmzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zaur Həmzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Zaur Həmzəyevdan danışdılar yaxşı ki, Zaur Həmzəyev “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktorudur… Zaur Həmzəyev öz isguzarlığı ilə tanınır və seçilir….
Zaur Həmzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Zaur Həmzəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Zaur Həmzəyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Zaur Həmzəyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Zaur Həmzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Zaur Həmzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Zaur Həmzəyev özünü doğruldub. Bizdə hörmətli Zaur Həmzəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.”

BƏS “BƏY TƏRİFİ”ndən FƏRQLİ OLARAQ REALLIQLAR NECƏDİR?

Orta məktəbi birtəhər başa vuran Zaur Həmzəyev Bakıda xırda-para işlərlə məşğul olur. 2015-ci ildən əmsi M.Həmzəyevin “Azəravtoyol” ASC-yə Maliyyə İdarəsinə rəis təyin olunduqdan sonra Zaurun da “ulduzu” parlayır. Əvvəlcə onu Siyəzən rayonu üzrə Yol İstismar İdarəsinə rəis təyin edirlər ki, bir az təcrübə toplasın. Çünki bu adam reallıqda ali savada malik olmayıb, heç orta məktəbin 7-ci sinif səviyysində adi kvadrat tənlyi belə həll etmək üçün qabiliyyəti çatmayıb və indi də çatmır. Yol təsərüfatından isə ümumiyyətlə anlayşı olmayıb. İş yoldaşlarıın dedyinə görə yol infrastrukturunda istfadə edilən ağır və yüngül tonajlı texnikaları belə bir birindən fərqləndirmə bacarığı olmayıb. Amma əmisi Müseyibin onun mmc-nə tez tez ayırdığı milyonlarla vəsaiti malik olduğu “savad və qabiliyətlə” necə gəldi xərcləyib və yaxşıca dolanıb. Onun haqqıda yazlıan “bəy tərifi” yazısında da qeyd edilir ki, “…“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Həmzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.”

Bu yerdə sual olunur: Axı hardandır Zaur Həmzəyevə bu qədər var-dövlət ki, o qazilərə, şəhid ailələrinə, veteranlara hər cür köməklik göstərir? Və yaxud karantn dövründə rayonda ( Siyəzən rayonu nəzərdə tutulur) yaşayan sakinərin evlərinə aylıq ərzaq bağlamaları göndərir? Cavab isə sadədir: Zaur aylıq aldığı 590 manat əməkhaqqı ilə təbii ki, nə şəhd və qazi ailələinə, nə də rayon camaatına 2 illik müddətdə ərzaq bağlamalrı göndərə bilməzdi. Deməli, yalnız dövlətdən çırpışdırdığı milyonların bir hissəsini “səxavətlik” göstərərək “xeyriyyəçilik” etmişdir. Vəssəlam. Sağ olsun Müseyib əmisi ki, Zaurun “dəyirmanının üyünməsi” üçün onun idarəsinə vaxtı vaxtında vəsaitlər ayırır.

Bu səxavətliliyinə görə Zaur 2022-ci ilin fevralın 5-dən daha yüksək vəzifyə təyin olunur. Xaırladaq ki, Zaur Həmzəyvə qədər bu postda AAYDA sədri cənab Saleh Məmmədovun xalası oğlu Şahin Süleymanov 1 saylı Yol İstismar İdarəsinə rəhbərlik edirdi.
Onu Bakı 1 N-li Yol İstismarı” MMC-yə direktor təyin edirlər. Çünki, Siyəzən rayonundan fərqli olaraq Bakı şəhərinin yolları daha çoxdur və bu məqsədlə yolların təmiri və yenidən qurulması, saxlanması üçün AAYDA Maiyyə İdarəsi tərəfindən külli-miqdarda vəsait hazırda sel kimi ayrılır. Onuda xatırladaq ki, bu günlərdə teref.az saytıda Bakı 1 N-li Yol İstismarı” MMC tərəfindən paytaxtın Tbilisi prospektində salınan yeni asfalt örtüyündə baş vermiş çoxsaylı çatışmamazlıqlar barəsində araşdırma yazı dərc edilmişdir. Yəni, piyada zolaqlarının yaddan çıxması, səkilərə qanmadan asfalt örtük çəkilərək yola qatılması və s. çatışmazlıqlardan sonra ictimaiyyətdə belə bir təəsürat yarandı ki, Tibilisi prospktindəki belə keyfiyyətsiz asfaltı, yalnız və yalnız dünənə qədər naxırçı işləmiş brisi tərəfindən çəkilə bilərdi.
Gələn saymızda AAYDA Maliyyə İdarəsinin müdiri barəsində pressxeber.info saytında gedən “Müseyib Həmzəyevin uğurlarına kölgə salmaq mümkün olmayacaq!” https://pressxeber.info/gundem/14638-museyib-hmzyevin-ugurlarina-kolg-salmaq-mumkun-olmayacaq.html
başlıqlı yazıya münasibət bildirməyə çalışacağıq.
realmedia.az
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti