2022-ci ildə Bakıda rabitə problemi: Dirəklər var, kabel yoxdur – ARAŞDIRMA + FOTO
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yaşayan bir qrup sakin “Kaspi” qəzetinin redaksiyasına müraciət edərək, şəxsi həyət evlərində rabitə əlaqəsinin, telefon xəttinin, internetin olmamasından şikayət ediblər. Sakinlərin iddialarına görə, bir neçə il bundan öncə məhəllələrdə rabitə xətti üçün dirəklər basdırılsa da, kabelləşmə işi həyata keçirilməyib.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663485519_2.jpg

Vətəndaşlar bununla bağlı Xəzər Rayon Telefon Qovşağına, “Azərpoçt” MMC-nin Mərdəkandakı müvafiq şöbəsinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xəzər Rayon İcra Hakimiyyətinə, Binə qəsəbə nümayəndəliyinə və Bələdiyyəyə ərizə ilə dəfələrlə müraciət etdiklərini, həmçinin şifahi şəkildə görüşüb problemi diqqətə çatdırdıqlarını söyləyiblər. Lakin illər keçsə də, Südçülük sovxozu ərazisində yaşayan sakinlərin qeyd olunan problemi həllini tapmayıb. Beləliklə də, internet əsri olan müasir dövrdə paytaxt Bakının inkişaf etmiş rayonunun bir qrup sakininin mənzili hələ də telefon xəttinə və internetə həsrət qalıb.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663485517_3.jpg

Südçülük sovxozu ərazisində yaşayan sakinlərin şikayətini araşdırmaq üçün ilk növbədə Xəzər rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı müraciətimizin səbəbini öyrəndikdən, suallarımızı dinlədikdən sonra əlaqə telefon nömrəmizi qeyd etdi, söz verdi ki, hazırda ərazidə olan şöbə müdiri gələn kimi bizimlə mütləq danışacaq, suallarımızı cavablandıracaq. Lakin verilən vədlər elə vəd olaraq qaldı, bizimlə heç kim əlaqə yaratmadı.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663485515_4.jpg

Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, qeyd olunan ərazi “Azeronline” MMC tərəfindən kabelləşdirilir. Nazirliyin rəsmi açıqlamasına görə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu “Məxməri” çay evi ərazisinin kabelləşməsi 2022-ci ilin noyabr ayında yekunlaşacaq. Ümumilikdə isə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisi tam şəkildə 2023-cü ilin birinci yarısı kabelləşəcək.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663485513_5.jpg

“Azeronline” MMC ilə də əlaqə saxlayıb kabelləşmənin gecikməsinin səbəbini soruşduq. Qurumun Müştəri xidmətlərinin Müştərilərlə əlaqələr bölümünün rəhbəri Hilal Mehdiyev bildirdi ki, adıçəkilən ərazidə rabitə xəttinin çəkilməsi üçün, yəni kabelləşmə məqsədilə dirəklər 8-9 ay bundan öncə basdırılıb. Onun sözlərinə görə, ərazinin kabelləşməsi üçün layihələndirmə “Azeronline” MMC-yə, tikinti işinin həyata keçirilməsi isə podratçı şirkətə məxsusdur: “Biz layihələndirir, sifariş veririk, podratçı şirkət də əraziyə gedərək layihədə nəzərdə tutulanı tikir, qurur. Hazırda proses layihə və cədvəl üzrə, nəzərdə tutulmuş vaxt çərçivəsində davam etdirilir, heç bir gecikmə halı yoxdur. Sadəcə nəzərə almaq lazımdır ki, Südçülük sovxozu ərazisi böyükdür. Bu qədər ərazini ən qısa zamanda kabelləşdirmək, işi yekunlaşdırmaq qeyri-mümkündür. Daxili prosedur qaydalarına uyğun olaraq ərazi hissələrə bölünüb və hissə-hissə iş görülür. Podratçı şirkət bu qanunauyğunluqla tikinti aparır”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663485511_6.jpg

H.Mehdiyev söylədi ki, əgər ərazidə dirəklər basdırılıbsa, kabelləşmə gedibsə, podratçı şirkət tərəfindən ən qısa zamanda iş sona çatdırılıb “Azeronline” MMC-yə təhvil veriləcək: “Bizim məqsədimiz vətəndaşları internetlə təmin etməkdir. Biz prosesin yubanmasında maraqlı tərəf deyilik. Çünki layihənin icrası strateji baxımdan insanları internetlə təmin etməkdirsə, digər tərəfdən bu, biznesdir. Vətəndaş internet xidmətindən yararlandıqca aylıq ödəniş edir. Belə olan halda biz hər hansı yubadılmada maraqlı ola bilmərik. Gecikdirmə istənilən biznesə böyük zərbədir. Amma bəzi reallıqlar var ki, bunu kimsə dana bilməz. Ola bilər ki, biz hansısa ərazidə kabelləşmə işi həyata keçiririk və paralel olaraq “X” qurum məhz həmin ərazidə digər bir iş görür. Misal üçün qazıntı, yol, su, qaz xətti çəkilişi və sair. Bax, bu zaman bizim xətlərlə o xətlərin toqquşması, azacıq da olsa, hər hansı qəza baş verməsi ehtimalı, riski yaranarsa, işlər müvəqqəti olaraq dayandırıla, layihədə müəyyən dəyişikliklər edilə bilər. Belə fors-major hallar istisna deyil. Tikinti işini əsassız şəkildə yubadan podratçı şirkətlə də biz təkrar əməkdaşlıq etmərik. Hazırda “Azeronline” MMC Azərbaycanın 20-dən artıq rayonunda 50-dən çox kəndə internet verir. Bu say hər keçən gün artmaqdadır”.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti