Ardını oxu...
Kassada dayanıb adi sualı eşidəndə: “Sizə qəbz lazımdırmı?”, yəqin ki, keçici bir şübhə yaranır. Cəmi bir neçə il əvvəl heç kim çek tələb etməzdi; Bəs niyə bu seçim indi alıcıya verilir?

Marketlərdə bu sual niyə verilir? Moderator.az bu mövzunu araşdırıb.

1. Resurslara qənaət və avadanlıqların yükünün azaldılması

Çeklər üçün kağızın qiyməti artır, kassa aparatları isə köhnəlməyə məruz qalır. Hər çap edilmiş çek əlavə yük yaradır. Pərakəndə satıcılar tez başa düşdülər ki, elektron qəbzlər nəinki daha ucuz, həm də daha sərfəlidir. Biz daha az lent istifadə edirik - printer daha az xarab olur və xərclər azalır. Bu, satış həcminin böyük olduğu Lenta və ya Pyaterochka kimi böyük zəncirlər üçün xüsusilə faydalıdır.

2. Xidmət sürəti rahatlığın açarıdır
Kassadakı növbə çox vaxt səbir sınağına çevrilir. Hər bir müştəriyə qənaət edilən bir neçə saniyə belə əhəmiyyətli üstünlük verir.

3. Ekoloji tendensiyalar
Kağız qəbzlərdən imtina ətraf mühitə qayğı kimi təqdim olunur. Məsələn, sizə izah edəcəklər ki, qəbul edilməmiş çek meşələrin qorunmasına töhfədir. "Elektron qəbz seçin və bizə təbiəti qorumağa kömək edin" deyə əlavə edəcəklər.

Lakin, bütün sahibkarlar ekoloji mülahizələri rəhbər tutmurlar. Bəziləri real gəliri gizlətmək və vergi ödəməmək üçün kassa sistemi ilə satışları ümumiyyətlə qeydiyyata almır. Bəzən müştərilərə vergi idarəsinin etibarlı hesab etmədiyi saxta çeklər verilir.

Çek sizin müdafiənizdir.

- Keyfiyyətsiz məhsulu geri qaytara bilməyəcəksiniz;
- Zəmanət xidməti hüququnuzu itirəcəksiniz;
- Satıcı ilə mübahisədə alış faktını sübut edə bilməyəcəksiniz.
 
Ardını oxu...
Ölkədə ən çox şikayət olunan sahələrdən biri də təhsildir. İbtidai təhsildən ail təhsil sisteminə qədər bütün zamanlarda bu sahə müzakirə predmentidir.

Son zamanlar yaranan bir deyim-“diplomlu işsizlər ordusu” da əslində təhsil sisteminin vəziyyətini göstərir. Dərsliklərin keyfiyyətsiz olması, dərs yükünün ağırlığı, məktəblərdə tədrisin keyfiyyətizliyi hələ də həllini tapmayıb. Digər tərəfdən, orta ixtisas təhsili müəssisələrində də ciddi narazılıqlar var. Maddi-texniki bazanın zəifliyi və ya olmaması, ancaq nəzəriyyənin tədris olunduğu bir çox orta ixtisas təhsili müəssisələri (kolleclər) yalnız diplom paylamaqla məşğuldur.

Əlavə olaraq qeyd edək ki, bu gün ölkə üzrə 51 kollec fəaliyyət göstərir. Ümumi olaraq orta ixtisas təhsili müəssisələrinə maraq oranı bitirən tələbələrin imtahansız ali məktəblərə qəbul olma imkanı yarandıqdan sonra artmağa başladı. Bu da orta ixtisas təhsili müəssisələrində bir çox problemlərin daha qabarıq formada üzə çıxardı. Bu gün bu sahədə problemlər çoxdur.

Məsələn, ötən ilin iyun ayında 35 orta ixtisas təhsili müəssisələrində ilkin monitorinq keçirildi və bunun nəticəsində 6 direktor və 4 direktor müavini işdən çıxarıldı. Bu faktın özü orta ixtisas təhsili müəssisələrində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Məhz bu problemlərə görə kolleclərin ləğvi məsələsi zaman-zaman gündəmə gəlir.

Amma hələlik bu təhsil müəssisələri fəaliyyətini artan şikayətlər fonunda davam edir. Şikayətçilər biri də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədovadır.

Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək kollecin direktoru Sevinc Həmzəyevadan şikayətçi olduğunu bildirib:

“Təhsil ilinin başladığı gün elə problemlər də başladı. Qida Sənayesi Kollecinin binası çox bərbad vəziyyətdə idi, natəmizlik baş alıb gedirdi. Yağış yağanda su divarlardan sinif otaqlarına tökülürdü. Mən də çəkib sosial şəbəkədə paylaşdım. Bununla da derektor Sevinc Həmzəyeva mənimlə düşmənçilik etməyə başladı. Məni otağına çağırıb konkret olaraq kollecdən qovmaqla hədələdi.

Sevinc Həmzəyeva mənə açıq şəkildə dedi ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaqla mənə heç nə edə bilməzsən. Mənə bu kreslonu sən verməmisən ki, sən də alasan. Mən bu kolleci təmir etmək üçün öz “LEXUS” markalı maşınımı satmışam. Doğrudur, sonradan kosmetik təmir işləri görüldü, amma bu sadəcə gözə kül üfürmək məqsədi daşıdı”.

Almaz Məmmədova iddia edir ki, Sevinc Həmzəyeva direktoru olduğu kolleci şəxsi mülkü kimi istifadə edir:

“Əks halda niyə yağış sularına qərq olmuş təhsil müəssisəsini öz şəxsi vəsaiti hesabına və hətda məcbur olub “LEXSUS” markalı avtomobilini satıb təmir etdirdiyini desin? Çünki bu məsələnin yayılması əslində onun işinə yaramalı idi, aidiyyəti qurumlar, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi problemi görüb təmir üçün vəsait ayıra bilərdi.

Amma Sevinc Həmzəyeva fərqli münasibət göstərərək bunun ona qarşı yönələn addım olduğunu bildirdi və yağış sularının təhsil müəssisəsinin divarlarından içəriyə axmasını çəkib paylaşan tələbəni təhdid edərək təhsil müəssisəsindən qovacağı ilə hədələdi. Görünür, dövlət büdcəsindən təmir üçün ayrılan vəsait aidiyyəti üzrə xərclənməyib, hansısa formada yoxa çıxıb və ya çıxarılıb. Mən Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən kollec direktorlarına belə bir səlahiyyətin verildiyi ilə bağlı hər hansı bir cavab istəyirəm”.

Şikayət olunan kolleclə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin şöbə müdiri Tahirə İsmayılova şikayətdən məlumatsız olduğunu bildirdi.

“Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma belə bir halın yaşandığına da inanmıram”,-deyə şöbə müdiri “Cebheinfo.az”-a deyib.

“Cebheinfo.az”
 
Ardını oxu...
"Cənab Prezident, mənim sizə müraciətim Cəlilabad rayonunda gedən özbaşınalıqlarla əlaqədardır. Mən Sizdən bir Qarabağ qazisi olaraq xahiş edirəm ki, Cəlilabadda yaşanılan özbaşınalıqlar, Cəlilabadda icra başçısından qaynaqlanan problemlərlə bağlı rayon qazilərinin 5 nəfərlik nümayəndə heyətini qəbul edəsiniz".
Ardını oxu...
"DİA-AZ" bildirir ki, bu müraciətin müəllifi olan Cəlilabad rayon sakini, Qarabağ Qazisi Asəf İsmayılov sosial şəbəkədə video-aylaşım edərək, ölkə başçısının diqqətini yaşadığı rayondakı problemlərə cəlb etmək istəyib.

Rayondakı Qarabağ qaziləri adından etdiyi müraciətində Asəf İsmayılov daha sonra əlavə edir: "Rafiq CƏlilov bu gün tamamilə sizin iradənizin əksinə gedir, verdiyiniz təlimat və göstərişləri icra etmir..."

"Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..." deyən A.İsmayılov bildirir ki, əgər hansısa işi görmək istəyirsənsə, bu tayfadan olmalısan... əks halda həbs olunacaqsan, ya da başını götürüb qaçmalı olacaqsan...

 
Ardını oxu...
Məşhur PR menecer Ayan Nəcəf "Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.

TEREF Pravda.az-a istinadla xəbər verir ki, rəhbərlik ona imtina cavabı verib.

Məsələ ilə bağlı A.Nəcəfdən münasibət öyrənmək cəhdi olsa da, onun telefonuna zəng çatmayıb.
Ardını oxu...
AYAN NƏCƏF

Qeyd edək ki, A.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.

Bir neçə gün əvvəl isə Aybəniz İsmaylovanın haqqında maraqlı iddialar ortaya çıxıb.

Qlobal.az Demokrat.az-a istinadla xəbər verir ki, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini "Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.
Ardını oxu...
Aybəniz İsmayılova

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova "Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və "Bakı Metropoliteni" QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, bu gün "Pravda.az” saytı Aybəniz İsmaylovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir.

İddialarda bu da bildirilir ki, departament müdiri "Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib: "Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”.

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev saytımıza açıqlamasında iddiaları təkzib edib: "Aybəniz xanım hazırda əmək məzuniyyətindədir. Yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə iddianı təkzib edirik. Yeni məlumat olsa, ictimaiyyətə bu barədə məlumat verəcəyik”.

Onu da qeyd edək ki, Aybəniz İsmayılovanın ADY-nin İnsan resurslar departamentinin rəhbəri Ceyhun Nağıyevin qohumu olduğu bildirilir.

Xatrladaq ki, "Azərbaycan Dəmir Yolları”nın rəhbəri Rövşən Rüstəmovdur...

Ardını oxu...
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz etməyə başlayıblar.

Bu barədə məlumatı MİA.az saytı yayıb.

Sakinlər iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib: "Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb".

Sayta fotolar da göndərən sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas "adamı" Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: "Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın.

Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da "haqqı"nı verib "ədaləti" satın alırlar?

Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar..."

Sakinlər bir neçə gün əvvə dövlət başçısının Balı və ətraf ərazilərin inşikafı ilə baş planın qəbulu ərəfəsində Nizami İcra Hakimiyyətinin bu özbaşınalıqlarını anlaya bilmədikərini deyir: "Bu, cənəb Prezidentə meydan oxumaqdırmı?".


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
NewsCenter.az xəbər portalının redaksiyasına şikayət daxıl olub.
Müraciət edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Bədəlova Arzu Ənvər qızıdır.
Həkim haqsızlığa məruz qaldığını bildirir, əlaqədar təşkilatlardan, ictimaiyyətdən, mediadan, dövlət rəhbərliyindən kömək istəyir.
Abşeron səhiyyəsi dedikdə nədənsə göz önünə Mehriban Qaralova gəlir. Çünki bu qadın işlədiyi müddətdə rayonda səhiyyəni elə günə salıb ki, tibbi dildə desək, hələ də fəsadları bilinir.
Elə gümanımız bizi yanıltmadı. Arzu Bədəlovanın şikayətinin əsas "qəhrəmanı" da Abşeron Rayon Səhiyyə şöbəsinin sabiq müdiri Mehriban Qaralovadır.
Arzu xanımın dediklərindən bu qənaətə gəlinir ki, o sözün əsl mənasında şərə salınıb. Bu işin başında da Mehriban Qaralova durur.
Məsələ budur ki, 2022-ci ildə bir doğuş zamanı uşaq ölümü hadisəsi baş verib. Arzu həkim deyir ki,həmin an uşağın valideynlərinə doğuşla bağlı bir problem görmədiyi üçün, ölümün səbəbini tam müəyyənləşdirmək üçün təşrih, yəni meyitin yarılmasını təklif edib.Əvvəl valideynlər razı olmasalar da sonradan razılaşlblar.
Bundan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru və həmin dövr Abşeron Səhiyyə şöbəsinin müdiri olan Mehriban Qaralovaya məlumat verib.
Mehriban xanım göstəriş verib ki dərhal hadisə haqqında prokurorluğa məlumat verin və təşrihi onların iştirakı ilə aparılmalıdı. Abşeron Rayon Prokurorluğuna hadisə haqqında informasiya çatdırılıb. Lakin oradan bildirilib ki, onlara bu hadisəyə dair şikayət daxil olmayıb.
Bunun ardından, təxminən 10-15 dəqiqə sonra necə oldusa da müstəntiq Faiq Sultanov zəng edərək hazırlaşıb xəstəxanaya gələcəklərini bildiriblər. Xəstəxanaya gəlib, körpənin meyitini Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə aparıblar.
Valideyn icazəsi də alınmaqla meyitə baxış keçirilib, yəni otopsiya (meyityarma) əməliyyatı keçirilib. Prokurorluqda faktla bağlı müstəntiq Faiq Sultanovun icraatında araşdırma başlanıb.
Hadisə günü və sonrakı günlər valideynlər şikayət etməsələr də sonradan nədənsə fikirlərini dəyişərək şikayət ərizəsi yazıblar. Məlum məsələdir ki, bunu da təşkil edən Mehriban Qaralova olub. Çünki Mehriban Qaralova bu cür işlərin içində bir növ bişib, püxtələşib.
Prokurorluqla münasibətlərinin əla olması heç kimə sirr deyil. Xanımın soyadına fikir verin. Bilməyənlər üçün deyək ki, Mehriban xanım keçmiş Baş Prokuror Zakir Qaralovun doğmaca əmisi qızıdır.
Zakir Qaralovun vaxtında Abşeron rayonununda əsas fiqurlardan idi. Baxmayaraq ki, hazırda vəzifəsi xeyli kiçilib, amma indi də bəzi adamlara, sahələrə təsir edə bilir. Bu da sadə insanların, sıravi işçilərin həyatına təsirsiz ötüşmür...Qayıdaq bəhs etdiyimiz məsələyə.
Müstəntiq məhkəmə-tibbi ekspertizası təyin edib, müəmmalı günlər də bu vaxtdan başlayıb. Ekspert rəylərinə baxdıqda görürük ki, ekspertlər hazır mətnin surətini köçürdüb imza atıblar. Nöqtə-vergülünə qədər də bir-birini təkrarlayırlar.
Ekspertlər olmayan bir şeyi-ölümün göbək ciyəsinin uşağının boyun ətrafına dolanmasından baş verdiyini yazırlar, halbuki doğuş prosesində iştirak etmiş bütün tibbi heyət göbək ciyəsi dolanmasının,o cümlədən,uşağın anasının özü belə göbək ciyəsi dolanmasının olmadığı barədə dəfələrlə deyib, ifadə veriblər.
Bundan başqa,göbək ciyəsi dolanmasının qeysəriyyə əməliyyatına göstəriş olmadığı bütün tibbi ədəbiyyatlardan və protokollardan məlumdur.Lakin Arzu xanımı hadisədən iki həftə aparılmış ultrasəs müayinəsinin nəticəsində göstərilmiş göbək ciyəsinin birqat dolanması diaqnozuna əsasən qeysəriyyə əməliyyatı aparmamaqda günahlandırırlar.
Arzu Bədəlova iddia edir ki, Mehriban Xanlarova işi "yoluna qoymaq" üçün ondan rüşvət tələb etdiyi üçün və o buna razı olmadığı üçün Mehriban Qaralova ekspert rəylərini saxtalaşdırıb.
Arzu xanımın söylədiyinə görə ekspertizanın başdansovdu rəyləri əsasında müstəntiq Faiq Sultanov həkimin barəsində cinayət işinin başlanılması haqqında tələm-tələsik qərar verərək işi məhkəməyə göndərib.
Halbuki qanuna əsasən hərtərəfli, tam, obyektiv araşdırma aparılmalı idi. Tək ekspertizanın rəyinə əsaslanmaq nə dərəcə düzgündür?
Halbuki vəfat etmiş körpənin valideyni,yəni anası A.Bədəlovanı bu məsələdə günahkar hesab etmir və məhkəməyə də rəsmi şəkildə müraciət edərək ona bəraət verilməsini xahiş edib.
Bundan başqa, iş materiallarında körpənin valideynlərinin Daxili İşlər Nazirliyinə göndərdiyi, müvafiq olaraq TƏBİB-ə göndərilən müraciətlər var. Bu qurumun təqdim etdiyi məktub var.
Orada da bildirilir ki, doğuş zamanı düzgün taktika seçilib. Körpənin ana bətnində xroniki xəstə olduğu da təsdiq olunub. Arzu Bədəlova qeyd edir ki,bütün bunlara əsaslanaraq bildirirəm ki, bu işdə bir qərəz hiss edirəm və bunun arxasında Mehriban Qaralova durur.
Şikayətçi Arzu Ənvər qızı Bədəlova redaksiyamıza bir səs yazısı təqdim edib. Bu Mehriban Qaralovanın səsidir. Səs M.Qaralova Abşeron Səhiyyə şöbəsinin müdiri işləyərkən qeydə alınıb.
Səs yazısından görünür ki, Mehriban Qaralova hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə, müəyyən qurumlarla necə deyərlər,daim "işbirliyi"ndə olub.
Qeyd edək ki, iş davam edir, artıq Arzu Bədəlovanın kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmədə baxış günü təyin edilib. Şikayətçi həkim xanım Ali orqandan ali ədalət istəyir.

 

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərin əksəriyyəti qeyri-qanuni həyata keçrilir. Belə ki, institutun ərazisində yeraltı "yod brom" quyularının mövcud olması həmin xəstəxananın tikilməsinə səbəb olub. Sovetlər dönəmində yeraltı sərvətin üzərində tikilən xəstəxana "S. M. Kirov adına Elmi-Tədqiqat İnstitutu" kimi bərpa olunaraq fəaliyyətə başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu kimi fəaliyyətini davam etdirir. Amma buna baxmayaraq, xəstəxananın fəaliyyət göstərməsinə səbəb olan "yod brom" yeraltı quyularının üzərində qanunsuz bina tikintisi aparıldığına görə müalicəvi su mənbəyi batırılmışdır.

Apardığımız araşdırmalardanməlum oldu ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun ərazisində aparılan qanunsuz bina tikintisini işbazlara həvalə edən vəzifə sahibləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural Babayev və İnstitutun publik hüquqi şəxsi Mətanət Əfəndiyevadır. Araşdırmalar zamanı o da bəlli olub ki, Mətanət Əfəndiyeva İnstituta direktor gətiriləndən sonra, rəhbərlik etdiyi bir il ərzində İnstitutda bir nəfər də olsun elmi dərəcəsi olan şəxslər qalmayıb. Hal-hazırda xəstəxana Fövqəladə Hallar Nazirliyinin siyahısında qəzalı bina kimi göstərilməsinə baxmayaraq, xəstələrin qəbulu davam etdirilir. Etibarlı mənbənin məlumatına görə, xəstələrə müalicə məqsədilə təyin olunan dərman preparatları və şprislər pul ilə satılır. Baxmayaraq ki, müalicə məqsədilə qəbul olunan xəstələrə pul ilə deyil, Tibbi Sığorta hesabına qarşılanmalıdır. Təəssüflər olsun ki, direktor gələndən hər şey pulludur. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun yeməkxanasında bişirilən yeməklər Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən 6 xəstəxananın xəstələrinin yeməyini təmin edir və yeməklər xəstələrin xəstəliyinə uyğun əvvəlcədən tutulmuş menyu əsasında bişirilməlidir. Lakin xəstəxananın yeməkxanasında qaydalara riayət olunmur və yeməklər necə gəldi bişirilib paylanılır.
Qeyd edək ki Mətanət Əfəndiyeva tibb elmi ictimaiyyətində Rusiya alimi kimi tanınır. Bütün elmi dərəcələrini, professor adını da Rusiyada alıb. Onun elmi tədqiqatlarının nəticələri, ixtiraları Moskvanın və Rusiyanın digər şəhərlərinin müalicə-profilaktika müəssisələrində tətbiq olunub. Ancaq görünən odur ki, Mətanət xanımın öz vətənində tətbiq etdikləri heç də elmin və tibbin inkişafına xidmət etmir. Yəqin, onu idarəetmə işində saxlayan havadarlarının da arxası Rusiyaya bağlıdır.

GundemXeber.Az
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərin əksəriyyəti qeyri-qanuni həyata keçrilir. Belə ki, institutun ərazisində yeraltı "yod brom" quyularının mövcud olması həmin xəstəxananın tikilməsinə səbəb olub. Sovetlər dönəmində yeraltı sərvətin üzərində tikilən xəstəxana "S. M. Kirov adına Elmi-Tədqiqat İnstitutu" kimi bərpa olunaraq fəaliyyətə başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu kimi fəaliyyətini davam etdirir. Amma buna baxmayaraq, xəstəxananın fəaliyyət göstərməsinə səbəb olan "yod brom" yeraltı quyularının üzərində qanunsuz bina tikintisi aparıldığına görə müalicəvi su mənbəyi batırılmışdır.

Apardığımız araşdırmalardanməlum oldu ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun ərazisində aparılan qanunsuz bina tikintisini işbazlara həvalə edən vəzifə sahibləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural Babayev və İnstitutun publik hüquqi şəxsi Mətanət Əfəndiyevadır. Araşdırmalar zamanı o da bəlli olub ki, Mətanət Əfəndiyeva İnstituta direktor gətiriləndən sonra, rəhbərlik etdiyi bir il ərzində İnstitutda bir nəfər də olsun elmi dərəcəsi olan şəxslər qalmayıb. Hal-hazırda xəstəxana Fövqəladə Hallar Nazirliyinin siyahısında qəzalı bina kimi göstərilməsinə baxmayaraq, xəstələrin qəbulu davam etdirilir. Etibarlı mənbənin məlumatına görə, xəstələrə müalicə məqsədilə təyin olunan dərman preparatları və şprislər pul ilə satılır. Baxmayaraq ki, müalicə məqsədilə qəbul olunan xəstələrə pul ilə deyil, Tibbi Sığorta hesabına qarşılanmalıdır. Təəssüflər olsun ki, direktor gələndən hər şey pulludur. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun yeməkxanasında bişirilən yeməklər Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən 6 xəstəxananın xəstələrinin yeməyini təmin edir və yeməklər xəstələrin xəstəliyinə uyğun əvvəlcədən tutulmuş menyu əsasında bişirilməlidir. Lakin xəstəxananın yeməkxanasında qaydalara riayət olunmur və yeməklər necə gəldi bişirilib paylanılır.
Qeyd edək ki Mətanət Əfəndiyeva tibb elmi ictimaiyyətində Rusiya alimi kimi tanınır. Bütün elmi dərəcələrini, professor adını da Rusiyada alıb. Onun elmi tədqiqatlarının nəticələri, ixtiraları Moskvanın və Rusiyanın digər şəhərlərinin müalicə-profilaktika müəssisələrində tətbiq olunub. Ancaq görünən odur ki, Mətanət xanımın öz vətənində tətbiq etdikləri heç də elmin və tibbin inkişafına xidmət etmir. Yəqin, onu idarəetmə işində saxlayan havadarlarının da arxası Rusiyaya bağlıdır.

GundemXeber.Az
 
Ardını oxu...
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası, təqaüdçü, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən, Azərbaycan Respublikasının Gömrük Komitəsi və digər Dövlət məmurlarının qanunsuz hərəkətlərindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan şikayət məktubunda deyilir:
Hörmətli cənab Prezident! Sizin daxili və xarici siyasətinizi hər zaman bəyənərək, daima dəstəkləməyə hahırıq. Siz hər zaman vətəndaşlara tövsiyyə edirsiniz ki, üzləşdiyiniz məmur özbaşınalığından, vətəndaşların qanunla qorunan Konstitusiya hüquqlarını bilərəkdən kobudca pozan, vətəndaşlara aşağıdan yuxarı baxan vəzifəli şəxslərin, Dövlət məmurların qanunsuz əməllərindən signal verin ki, həmin dövlət məmurları barəsində Azərbaycan Respublikasının qanunvericilik tələblərinə əsaslanmaqla tədbir görüm.
Tövsiyyələrinizi nəzərə alaraq üzləşdiyim məmur özbaşınalığından Sizə signal verirəm :
31 yanvar 2025-cü il tarixdə Azərbaycan Respublikasının Gömrük Komitəsinin naməlum vəzifəli şəxsin xahişi əsasında Qusar RİH-nə dəvət olunmuşam. 31 01.2025-ci il tarixdə saat 15:00-da Qusar RİH-nə gələndə məlum oldu ki, Gömrük Komitəsinin bir grup vəzifəli şəxsləri Qusar RİH-nə gəlmiş, Qusar rayonun Samur sərhəd buraxılış məntəqəsi ətrafında fəaliyyət göstərən obyektlərin mülkiyyətçiləri ilə görüşü planlaşdırılmışdır.
31.01.2025-cü il tarixdə saat 15:00-da Qusar RİH-in binasında ( akt zalında ) Qusar RİHB-sı Sahir Məmmədxanov cənablarının rəhbərliy, Gömrük Komitəsi sədrinin müavini ( Azərterminallar üzrə ) Kənan Aşurlu, komitə sədrinin müşaviri Anar Bayramov, komitənin digər vəzifəli şəxsləri və 4 nəfər sahibkarla görüşü keçirilir.
Qusar RİHB-sı Sahir Məmmədxanov cənabları həmin görüşdə məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı əsasında, Samur sərhəd buraxılış məntəqəsi ətrafında yenidənqurma və abadlıq işlərinin görülməsinə zərurət yarandığına görə, həmin ərazidə fəaliyyət göstərən sahibkarlara məxsus obyektlərin və torpaq sahələrin Dövlət ehtiyacları üçün vətəndaşlara ədalətli kompensasiya ödənilməklə onlardan alınması zərurəti yaranmışdır.
Belə ki, biz 4 nəfər sahibkar Qusar RİHB-sı Sahir Məmmədxanov cənablarının məlumatını nəzərə alaraq, mülkiyyətimizdə olan torpaq sahələrin və əmlakların Dövlət ehtiyacları üçün alınmasını bəyənərək, dəstəməklə, ilk növbədə razılıq versək də, ədalətli kompensasiya verilmədiyi üçün, sonradan sahibkarlarla Gömrük Komitəsi əməkdaşları arasında haqlı və əsaslı narazılıq yaranmışdır.
Qusar RİH-nin hüquq şöbəsinin müdiri Telman Kazımov cənabları İH-in 27.08.2024-cü il tarixli bildirişini mənə təqdim edərək bildidi ki, Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, sərhəd buraxılış məntəqəsinin ətrafında olan, qanuni əsaslarla Dövlət Əmlak Komitəsindən satın alınmış Sizə məxsus Üzüm Emalı məntəqəsi, məntəqənin fəaliyyət göstərdiyi 02, Samur Bəllədiyyəsindən satın aldığınız 0, 94 hektar( cəmi 2, 94 hektar ) torpaq sahənin Dövlət ehtiyacları üçün Sizdən alınması nəzərdə tutulmuşdur.
Gömrük Komitənin vəzifəli şəxsləri, qanuni əsaslarla, külli miqdarda vəsait ödəməklə Dövlət Əmlak Komitəsindən satın aldığım Üzüm Emalı məntəqəsinə, onun fəaliyyət göstərdiyi 02 və Samur Bələdiyyəsindən satın aldığım 0,94 hektar ( cəmi 2, 94 hektar ) torpaq sahənin dövlət ehtiyacları üçün alınmasına 64 min manat vəsait ( altımış dörd min ) təklif etmiş, lakin həmin təkif edilən vəsait məni qane etmədiyinə görə Gömrük Komitəsinin əməkdaşları ilə heç bir razılıq əldə edilməmişdir.
Tərəfimdən araşdırma vaxtı məlum olmuşdur ki, Gömrük Komitəsi ilə ikitərəfli müqavilə bağlayaraq, Samur sərhəd buraxılış məntəqəsinin ətrafında olan sahibkarlara məxsux əmlakl və torpaq sahələrini qiymətləndirən müstəqil qiymətləndirici ekspert, Bakı şəhər sakini Qasımzadə Ramil Çingiz oğlu Samur sərhəd buraxılış məhtəqəsi ətrafında fəaliyyət göstərən 30-dan çox sahibkarın, o cümlədən mənim mülkiyyətimdə olan Üzüm Emalı məntəqəsininin bazar qiymətini qanunsuz müəyyən etsə də, onun sahibkarlara məxsus əmlak və torpaq sahələrin qiymətləndirilməsinə dair icazə verən heç bir sənədi və qanununamüvafiq sertifikatı olmamışdır.
Qusar RİHB-sı Sahir Məmmədxanov cənabları, İH-in səlahiyyətli vəzifəli şəxsləri Qusar rayonun Samur sərhəd buraxılış məntəqəsi ətrafında fəaliyyət göstərən sahibkarların əmlakları, torpaq sahələrini qanunsuz qiymətləndirilərkən, Gömrük Komitəsi tərəfindən təqdim edilmiş müstəqil qiymətləndirici ekspert, Bakı şəhər sakini Qasımzadə Ramil Çingiz oğluna belə bir hüququn, səlahiyyətin və sertifikatın verilib-verilməməsini araşdırmayaraq, sahibkarların qanunla qorunan Konstitusiya hüquqlarının, əmlak, mülkiyyət hüquqlarının kobudca pozulmasına şərait yaradılmala, sahibkarlara külli miqdarda maddi və mənəvi zərərin vurulmasına şərait yaradılmışdır.
Tərəfimdən araşdırma vaxtı məlum olmuşdur ki, Samur sərhəd buraxılış məntəqəsi ətrafında fəaliyyət göstərən sahibkarların əmlaklarının və torpaq sahələrinin Dövlət ehtiyacları üçün alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetin müvafiq qərarı olmamışdır.
Belə ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında 20.04.2010-cu il tarixli 987 İİİQ saylı Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yalnız aşağıdakı hallarda torpaqlar dövlət ehtiyacları üçün alına bilər :
Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları.
3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır :
3.1.1. dövlət əhəmiyyətliyolların və digər kommunikasiya xətlərinin ( magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların ) çəkilməsi və quraşdırılması;
3.1.2. sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi ;
3.1.3. mühafizə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi ;
3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tilkilməsi ;
3.1.5. dəniz limanın ərazisinin artırılması ;
3. 2. torpaqların dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.
Maddə 2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik.
2.1. Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlardan və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Bu Qanunun müddəaları Ələt azad iqtisadi zonasına şamil edilmir.
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında 20.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunun 80.1-ci maddəsinin tələblərinə görə, « Dövlət organlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi )
şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda kompensasiya ödənildikdən sonra müvafiq icra hakimiyyəti organı yuxarıda göstərilən sənədlərin qəbul edilməsi ( tərtib edilməsi ) zamanı qanunvericiliyin tələblərinin pozulmasında təqsirli olan vəzifəli şəxsə qarşı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə müvafiq məhkəməyə iddia ilə müraciət edir.
Azərbaycan Respublikasının Gömrük Komitəsi 2002-ci il tarixdə Dövlət Əmlak Komitəsindən külli miqdarda vəsait ödəməklə satın aldığım Üzüm emalı məntəqəsini, torpağa mülkiyyət hüququna dair Dövlət aktları əsasında mülkiyyətimdə olan 02, 0, 94 hektar ( cəmi 2, 94 ) hektar torpaq sahəyə cəmi 64 min manat kompensasiya təklif etməklə, müllkiyyətçiyə ədalətli şəkildə, ağlabatan kompensasiya ödənilmədən, qanunsuz olaraq əmlakımı və torpaq sahəmi əlimdən almaq istəyir. Belə qanunsuz hərəkətlər vətəndaların qanunla qorunan hüquqları vəzifəli şəxslər, dövlət məmurları tərəfindən kobudca pozulmaqla, mülkiyyətçiyə həm də, Dövlətin immicinə xələl gətirir.
Hörmətli cənab Prezdent !
Yuxarıda qeyd etdiklərimi, şikayətimə əlavə etdiyim sənədlər nəzərə alınmaqla, vətəndaşların qanunla qorunan mülkiyyət hüquqlarını pozan vəzifəli şəxslər, Dövlət məmurlarının qanunsuz hərəkətlərinin araşdırılması, hüquqi cəhətdən qiymətləndirilməklə, barələrində tədbir görülməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən xahiş edirəm."
 

 

Ardını oxu...
Daşıdığı yükü girov saxlayıb.

Xezerxeber.az-ın xəbərinə görə, Sabirabadın Qaragünə kənd sakini İsmayıl İbrahimov özünə məxsus olan yük maşını ilə Sumqayıtdan Kəlbəcərə dəmir boruların daşınmasını həyata keçirir.

O qeyd edir ki, 6 aya yaxın müddətdir işləsə də, onunla hər hansı bir müqavilə bağlanmayıb və əməkhaqqını da ala bilmir.

Ona hər ay əməkhaqqını alacağı ilə bağlı vədlər verilsə də, 6 aydır buna nail ola bilmir. İsmayıl İbrahimov deyir ki, o, bu işə Qobustan rayonundan olan Ağa adlı vasitəçi tərəfindən götürülüb.

İsmayıl İbrahimov qeyd edir ki, neçə aydır əmək haqqı ala bilmədiyi üçün daşıdığı yükü həyətində girov kimi saxlamaq qərarına gəlib.

İsmayıl İbrahimov şikayətçi olduğu Ağa adlı şəxslə də əlaqə saxladıq. O, sürücülərdən heç birinin müqavilə əsasında işləmədiklərini və vətəndaşın pulunun yaxın günlərdə ödəniləcəyini bildirdi.
Ardını oxu...
"Son dövrlərdə AMEA Tarix və Etnologiya İnstitutunda yarımştat əməkdaşlarla bağlı qeyri-şəffaf və müəmmalı qərarların qəbul edilməsi İnstitut əməkdaşları arasında ciddi narahatlıq doğurur. Görkəmli alimlərin və tanınmış tarixçilərin “öz istəyi ilə” işdən uzaqlaşdırılması, artıq zəif elmi potensiala malik olduğu (bu sözlər institutun direktoru Kərim Şükürovun öz ifadəsidir MƏNBƏ BURADA) iddia edilən bir mühitin daha da zəiflədilməsi kimi qiymətləndirilir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu qərarların arxasında şəxsi rəqabət zəminində hərəkət edən rəhbərliyin öz mövqeyini möhkəmləndirmək niyyətinin dayandığı ehtimal edilir. Belə görünür ki, institut rəhbərliyi elmi potensialı və nüfuzu olan alimlərə yalnız əməkdaş kimi deyil, həm də rəqib kimi baxır. Bunun nəticəsi olaraq, elmə əhəmiyyətli töhfələr verən şəxslər uzaqlaşdırılır, elmi fəaliyyətlə zəif bağlılığı olan, yalnız formal olaraq institutda mövcudluğunu qoruyan əməkdaşlar isə saxlanılır. Bu cür hallar şəxsi əlaqələr, qohumluq və ya xüsusi tapşırıqlarla əlaqələndirilir.

Bundan başqa, qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “xüsusi təyinat” çərçivəsində göndərdiyi və mühüm vəzifələrin icrası gözlənilən bir şəxsin də yarımştat mövqedə saxlanıldığı məlum olub. Belə faktlar, kadr siyasətində “şəffaflıq” və “ədalət” prinsiplərinin gözardı edildiyi təəssüratını yaradır.

Elmi inkişaf üçün kadr siyasəti strateji əhəmiyyət daşıyır və bu səbəbdən, yarımştat mövqeləri ilə bağlı qərarların elmə xidmət etməsi vacibdir. Alimlərin uzaqlaşdırılması və şəxsi maraqlara əsaslanan idarəçilik yanaşmaları institutda sağlam rəqabət mühitini pozaraq elmi tənəzzülə səbəb olur. Elmi institutların əsas məqsədi bilik istehsalını artırmaq, fərqli yanaşmaları dəstəkləmək və müstəqil araşdırmaları təşviq etməkdir. Ancaq mövcud vəziyyət göstərir ki, rəhbərlik alimləri rəqib kimi qəbul edir və onları elmi mühitdən uzaqlaşdırmaqla öz şəxsi nüfuzunu gücləndirmək məqsədi güdür. Bu yanaşma institutun daxili mühitinə və Azərbaycan elminin ümumi inkişafına ciddi zərbə vurur.

Belə idarəçilik modeli, elmə xidmət etməkdən daha çox şəxsi maraqları təmin etməyə yönəlmiş kimi görünür. AMEA Tarix və Etnologiya İnstitutunda kadr siyasətinin yenidən nəzərdən keçirilməsi, qərarların obyektivliyinin təmin edilməsi və alimlərin bir-birinə rəqib deyil, elmi prosesin birgə iştirakçıları kimi qəbul edilməsi zəruridir. Bu, yalnız institutun deyil, həm də Azərbaycan elminin dayanıqlı inkişafının təminatı olacaqdır..."
 

Dünyapress TV

Xəbər lenti