Ardını oxu...
"Mən Eldar Güləliyev Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük mexaniki işləyirdim. Mən tərəfdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Mən bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki kabel yoxdur. Halbuki dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunublar..." "DİA-AZ" xəbər verir ki, bu barədə hüquqları tapdanan ADY əməkdaşının etdiyi müraciətdə deyilir.
Müraciət müəllifi daha sonra bildirir: "İnsanların həyatı təhlükədə olduğu üçün mən məcbur qalıb bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov mənə kabellərlə təmin etdi. Lakin iclasda bildirdi ki, “nə olsun sən prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm”.
Bundan sonra şikayət etdiyim üçün məni işdən azad etdilər, mənə düşən əmək haqqımın 5 misli miqdarında kompensasiyanı da vermədilər. İnsan resursları departamentinin rəhbəri Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et. Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Mən 42 il stajlı dəmiryolçulayam, iş daimi işdir, lakin məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırıblar. Və işəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov bundan sui-istifadə edərək mənim müqaviləmə xitam verdi..."
Mən 31.01.2025 tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin Qusarda keçirilən qəbuluna getdim, ona hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu işi nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırıldı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Mən də dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyatı yoxdur, get məhkəməyə müraciət et. (Həmin məktubu da sizə təqdim edirəm). Mən ona zəng edib soruşdum ki, ay müəllim bu nə məktubdu mənə göndərmisiz, bəyəm nazir bilmir bunun kimə aidiyyatı var, axı o mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək. Renat Rüstəmov mənə cavab verdi ki, bəs o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək.
Qeyd edim ki, mən 03.02.2025 tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının Sədri Sahib Məmmədovun qəbulunda olmuşam, ona da müraciət etmişəm. O mənə söz verdi ki, biz tərəfədan sənə 42 il stajlı dəmiryolçu olduğun üçün 1000 manat ödəniləcək. 1000 manat mənə ödənildi və bildirildi ki, bu sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli ilə əlaqəsi yoxdur.
Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu sənə pul ödənildi? Dedim o pul 1000 manatdır AHİK tərəfindən ödənilib, onun sizə aidiyyatı yoxdur. Dedi ki, yox əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim ay müəllim, nazir özü mənə söz verib, siz adi işçisiz, siz necə qərar verə bilərsiz ? Həm də əgər düşmürsə, mənə göndərdiyiniz məktubda elə onu yazardız da, niyə yazırsız bizə aidiyyatı yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə bəs 1000 manat niyə verilib? O sualıma cavab verə bilmədi. Ondan sonra daha mənim zənglərimə də cavab vermir. Görünür, pulun qalan hissəsini öz aralarında bölüşdürüblər.
Görünür nazirin verdiyi sözə əhəmiyyət verən yoxdur, onun tapşırıqları yerinə yetirilmir..."
Ardını oxu...
Sumqayıt şəhərində sakinlərlə tikinti şirkəti arasında narazılıq yaranıb. Səbəb onların yaşadıqları binanın qarşısında “Sumqayıt” MMC tikinti şirkəti tərəfindən yeni binanın tikilməsi ilə bağlıdır.

XALQ.AZ-ın məlumatına görə, şikayətçilər bildiriblər ki, tikintinin aparılmasına “yox” deyən bir qadının ürəyi gedib. Hətta əraziyə təcili tibbi yardım da çağırılıb.

Sumqayıt şəhəri, 14-cü məhəllə, Ev 1a/3b-nin sakinləri ilə “Sumqayıt” MMC tikinti şirkətinin əməkdaşları arasındakı insidentə səbəb olan isə yaşayış binasının qarşısında yeni binanın tikilməsidir.

Sakinlər iddia edirlər ki, tikinti işləri üçün nəzərdə tutulan sahədə illərlə böyümüş ağaclar artıq kəsilib və ərazi qanunsuz şəkildə hasarlanır. Onların sözlərinə görə, bu tikinti reallaşarsa, yaşadıqları binaya günəş işığı düşməyəcək, həmçinin avtomobil dayanacağı və uşaqların oyun sahəsi zəbt ediləcək.

“Sumqayıt” MMC tikinti şirkətinin direktor müavini İsgəndər Abdullayev isə bildirib ki, hazırda ərazidə yalnız ilkin hazırlıq işləri aparılır və heç bir tikinti başlamayıb.

O, həmçinin ərazidə bütün işlərin qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən əraziyə artıq baxış keçirilib və tikinti işlərinin aparılmadığı müəyyən olunub. Digər iddialar isə araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

 
Ardını oxu...
TEREF yazır ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 09.08.2024-cü il tarixində yaşadığım ünvanda aparılan monitorinq zamanı istifadəmdə olan "Avtotəmizləmə xidmətləri" zərfi çərçivəsində nəzərdə tutulan əmlakdan müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyim iddia olunaraq barəmdə məhkəməyə müraciət edilmişdir. Əlbəttə bu, tamamilə əsassız, eyni zamanda qərəzlidir. Belə ki, sözügedən agentliklə mənim aramda 01.04.2022-ci il tarixli 2022/ÖM/00443 nömrəli müqavilə bağlanaq "Avtotəmizləmə xidmətləri" ilə təmin olunmuşam. Həmin əmlakdan bir neçə ay ərzində qaydalara uyğun şəkildə istifadə edərək maddi dolanışığımızı qarşılayırdıq.
"Özünüməşğulluğun təşkili Qaydası"nın 8.2.-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Yuxarıda qeyd etdiyim müddət ərzində aparılan monitorinq zamanı müqavilənin tələbini pozmağıma dair hər hansısa bir əsas qeydə alınmamışdır. 1 (bir) il ərzində Dünya Bankının Azərbaycan ofisi üzrə nümayəndəsi tərəfindən aparılmış monitorinqin nəticələri gizlədilmiş, bu haqda heç bir məlumat qeyd olunmamış. Deməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində bildirilən "Vəzifə saxtakarlığı"na yol verilmişdir. Yaşadığım ünvanda sonuncu monitorinqi 09.08.2024-cü il tarixində aparıldığını qeyd edir. Hansıki, müqavilə müddəti 01.04.2023-cü il tarixində başa çatmışdır. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətt nömrəsinə, Mərkəzi Aran Regional Məşğulluq Filialının Göyçay Rayon Xidmət Şöbəsinə məlumat verməyimizə baxmayaraq, müqavilə müddəti başa çatdığı zaman verilən aktivlərin sonuncu monitorinqi aparılmamışdır. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsinə əsasən verir.

Nəzərinizə çatdırım ki, özüm evdar qadınam. Böyük oğlum müddətli həqiqi hərbi xidmət dövründə sağlamlığını itirdiyi üçün hazırda 1-ci qrup hərbi əlildir, mən isə 1-ci qrup əlilə qulluq edirəm. Həyat yoldaşım ağır ürək-damar xəstəliyi səbəbilə 2-ci qrup əlildir. Balaca oğlum məhkumdur, 2016-cı ildə 12 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 1-ci qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsində "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır." qeyd olunub. Sizin göstərişinizlə bizim kimi kasıb və işsiz insanların özünüməşğulluğunu təmin etmək məqsədilə nəzərdə tutulan aktivlərin Dövlət Məşğulluq Agentliyi tərəfindən geri istənilməsinin arxasında vətəndaşlarda dövlətə qarşı narazılıq yaratmaq kimi məkirli planlar dayanır. Mən Sizə və dövlətimə güvənirəm. Barəmdə məhkəməyə müraciət edən Agentliyin bir çox əməkdaşlarının özləri barəsində araşdırma aparılsa, bizdən fərqli olaraq dəbdəbəli villaya, bahalı avtomobillərə, yüksək var-dövlətə sahib olduqları ortaya çıxacaqdır. Hesab edirəm ki, bu Agentliyin başına Sizin Dəmir Yumruğunuz dəymədikcə, onlar düzələn deyil.

Cənab Prezident, mətbuat vasitəsilə Sizdən artıq dərəcədə xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların obyektiv və hərtərəfli araşdırılması, ailə vəziyyətimizin nəzərə alınması, barəmdə məhkəməyə müraciət edən Dövlət Məşğulluq Agentliyinin əsassız iddiasının geri çəkilməsi və sözügedən Agentlik haqqında geniş araşdırılmalar aparılması üçün tapşırıq verəsiniz. Sizə öz adımdan və ailəmiz adından sonsuz təşəkkürlərimizi bildirirəm. Allah Sizdən razı olsun."
TEREF
 
 
 
Ardını oxu...
Bakı sakini Gülxanım Rəsulova yaşadığı evin Azərbaycan Dövlət Avtomobil Yolları tərəfindən plana salındığı, amma qarşılığında ona qəpik-quruş təklif olunduğunu deyir. "DİA-AZ"ın məlumatına görə, narazı vətəndaş Nərimanov rayonu İslam Abışov küçəsi 267 ünvanına 2 gündən bir gəlib onu təhdid edirlər.

"Gah deyirlər qazınızı kəsəcəyik, gah deyirlər suyunuzu, ışığınızı kəsəcəyik... O gün də internet çəkməyə gəliblər, qoymayıblar ki, burda guya yaşayış yoxdur... Necə yəni? Məgər mən insan deyiləm, məgər mən vətəndaş deyiləm, ay mənim dövlətim?" deyə narazılıq edən şikayətçi yerli icra hakimiyyətini də ittiham edərək bildirir ki, bir dəfə də olsun, onlarla maraqlanmayıblar və dinləmək belə istəmirlər.

Tənha ana olduğunu deyən Gülxanım Rəsulova qeyd edir ki, o, ya evinin yerində tikilən binadan ev istəyir, ya da həmin ərazidən ev ala biləcəyi məbləği: "Mənim maaşım 540 manatdır. Bundan sonra nə ev tikə bilərəm bu maaşla, nə də ev ala bilərəm. İllər ərzində bu evi qəpik-qəpik qənaət edib tikmişəm. İndi də evimi başıma yıxmaq istəyirlər".

Məsələ diqqətimizdədir...
Ardını oxu...
Yardımlı rayonu, Alar kənd sakini Fərəc Rəhmanov Alar kənd tam orta məktəbində 30 ildir ki, direktor vəzifəsini icra edən İlyas Əbilovdan şikayətçidir.

Patrul.az bildirir ki, məktəb direktoru qanunsuz fəaliyyətlə məşğuldur. Belə ki, 23.02.2023-cü il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən İlyas Əbilova şiddətli töhmət verilməsinə baxmayaraq, adıçəkilən şəxs bu günə qədər də qanunsuz əməllərini davam etdirir. Şikayətdə məktəb direktorunun məktəbdə çalışan təmizlik işçilərinin maaşlarını heç bir səbəb göstərilmədən kəsdiyi qeyd olunub.

Eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimi Almırzə Şahvərənovun 2024-cü ilin mart ayında 65 yaşının tamam olduğu halda, sertifikasiya imtahanında iştirak etmədən pedaqoji fəaliyyətini davam etdirdiyi bildirilib.

Həmçinin məktəbdə fizika müəllimi olmadığı halda, vakant yerlərin məktəb direktoru tərəfindən şəxsi maraqları naminə gizlədildiyi qeyd edilib.

Bildirilib ki, müəllim təyinatlarında baş verən qanunsuzluqlarla bağlı dəfələrlə müvafiq qurumlarla şikayət olunsa da, məsələ ört-basdır edilib.

Vətəndaş qeyd olunan qanunsuz halların araşdırılması və qanunauyğun tədbir görülməsini xahiş edir.

Patrul.az
 
 
 
Ardını oxu...
Dünən yayılan informasiyalardan aydın oldu ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad ediləcəyi gözlənilir.

TEREF "Qaynarinfo"ya istinadən xəbər verir ki, 67 yaşlı sədrin yaxın vaxtlarda təqaüdə göndəriləcəyi deyilir.

Artıq Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda təhfil-təslim işlərinə başlanıldığı, qurumun aparatında və tabeli müəsissələrində yoxlamalar keçirildiyi bildirilir.

Fevral ayında Agentliyin İdarə Heyətinin üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Fevralda həmçinin 1981-ci ildə Bakı şəhərində anadan olmuş Əli Sabir oğlu Hacıyev AAYDA İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. O, 2019-2024-cü illərdə İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri, 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Ehtimal edilir ki, yaxın vaxtlarda Saleh Məmmədovu sözügedən vəzifədə Əli Hacıyev əvəzləyəcək.

"DİA-AZ"ın əldə etdiyi məlumatda isə deyilir ki, AAYDA-nın rəhbərliyində nəzərdə tutulan bu dəyişikliklər heç də məxməri xarakterli olmayacaq.

Bu barədə danışan mənbə bildirir:

"AAYDA bu gün ən çox korrupsiyaya uğramış dövlət qurumlarından biri yox, lap elə birincisidir. Bir zamanlar Azərbaycan MDB məkanında ən yaxşı avtomobil yollarına malik ölkə idi. Yol çəkilməsi işi Saleh Məmmədov-Əvəz Qocayev cütlüyünə həvalə olunandan sonra ölkəmiz həm bu ünvanını, həm də milyonlarla pulunu itirdi. Əvəz Qocayev Saleh Məmmədovun müavini olmaqla yanaşı həm də onun QARA KASSASIdır. Bu cütlüyün ayağında təxminən 1 milyard manata yaxın büdcə pulunun YOXA ÇIXARILMASI faktı var.
Kimsə buna görə cavab verməli olacaq. Əgər Saleh Məmmədovun asanlıqla gedişi gözlənilirsə, eyni aqibət Əvəz Qocayevə aid olmaya bilər".

Mənbə iddia edir ki, Saleh Məmmədovun işdən çıxarılmasından belə öncə Əvəz Qocayevin həbsinə şahidlik edə bilərik.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin.
 
Ardını oxu...
"Uzun müddətdir Xırdalanı gəzmirdim. Şəhər tamamilə xarabalığa çevrilib!.." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış telejurnalist Arifə Əliyeva qeyd edib.
O daha sonra əlavə edib: "Heydər Əliyev prospektində isə yol tamamilə dağılıb. Hələ 2020-ci ildə Cənab Prezident mərkəzi yolların təmiri üçün 3 milyon vəsait ayırmışdı. Amma "Azərsu"nun apardığı qazıntı işləri nəticəsində yollar tamamilə sıradan çıxdı.
Bu arada, bəlkə çoxunuz bilmirsiniz, Xırdalanın bəzi yerlərində kanalizasiya sistemi yoxdur! Bəli, düz eşitdiniz!
Rayona Abidin Fərzəliyev icra başçısı təyin olunanda fikirləşdik ki, hər şey yaxşı olacaq, amma olmadı!
Rayona başçı təyin olunandan bu yana icra hakimiyyətinin yolların təmiri ilə bağlı keçirdiyi tenderlərdə korrupsiya halları ilə bağlı yazmışam.
Bəs nəticə? Yoxdur!
Eşitdiyimə görə, icra başçımız rayonda tapılmır. Amma hər yerdə qanunsuz tikintilərə adamları nəzarət edir.
Bu gün maşınım üç yerdə böyük çuxura düşdü.
Heç nə demirəm, qazanıb yediyin o pullar haramınız olsun!"
 
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, bir neçə gün əvvəl redaksiyamızın elektron poçt ünvanına Yardımlı rayon icra hakimiyyətinin bir neçə məsul şəxsləri barəsində ilginc məlumatlar daxil olmuşdur. Məktubda icra hakimiyyətində çalışan bir neçə şəxslərin qanunsuz və korrupsioner əməlləri barəsində iddialar yer alır.

Müəyyən texniki düzəlişlər etməklə sözügedən yazını təqdim edirik:

"Yardımlı rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərov, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Mirsəmid oğlu Səmədli, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Cəmaləddin qızı Məmmədova.

Yuxarıda adları qeyd olunan dövlət bu quluqçuları dövlətin verdiyi əmək haqqından və mükafatdan rüşvət istəyir. Belə ki, il ərzində 3 dəfə dövlət tərəfindən ərazi numayəndəndəliklərinə rübdə 1 dəfə mükafat verilir. Mükafatın əmrini almaq üçün ilk öncə Yardımlı rayon İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərovu "görmək" lazım gəlir. Mükafatın buraxılmas ilə bağlı Yardımlı rayon İcra Hakimiyyəti Başçısı cənab Ayaz Əsgərovun verdiyi əmri hər Ərazi Nümayəndəliyinə vermək üçün 20 manatdan pul yığılır. Yardımlı rayonu üzrə 30 ərazi nümayəndəlikləri var və hərəsindən 20 manatdan pul yığılır ki, bu da bir rübə 600 (altı yüz) manat edir. Mükafat da ildə 3 dəfə verilir deyə, bu da edir 1800 manat.

Bu məbləğin də hamısı gedir Namiq Vəli oğlu Səfərovun cibinə. Bundan əlavə Yardımlı rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov da hər ərazidən 10 manatdan pul yığır. O, ərazi işcilərinə tək-tək zəng edir ki, "mükafatı almısınız, gətirin rəbərinizin pulunu verin". Bunu da 10 manatdan hesabladıqda, 30 ərazi üzrə 300 manat, ildə isə 900 (doqquz yüz) manat edir.

Bu da Şücaət Zabi oğlu İbişov cibinə gedir. Sonra növbə gəlir Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Mirsəmid oğlu Səmədliyə. Yardımlı rayonunda İşqlandırma və Kommunal təsərrüfat İdarəsinin işcilərini saxta yolla işdən azad edir və sonda deyirlər ki, "Siz ixtisara düşürsünüz, işdən çıxmalısınız". Gözünü kamunal təsərrüfatdan aldığı məvacibə dikən, ailəsinə güclə bir tikə çörək pulu aparan vətəndaşı cağırlıar icra hakimiyyətinə birbaşa Miramil Mirsəmid oğlu Səmədli otağına. Orada onu "sıxma - boğmaya salırlar" ki, hökmən işdən çıxmalısan. Vətəndaş da işini ititməmək üçün məcbur Miramil Səmədlinin qoyduğu 1500 (min beş yüz) manat "tas"ı verir. Güya bundan sonra işi həll olunur və işdə qalır.

Bu oyun hər ay başqa-başqa işçilərin başlarına gətirilir. Hər ay 6 işçi belə aldadılaraq ümumilikdə onlardan (1500x6) 9000 (doqquz min) manat da Miramil Səmədli alır.

Qeyd edək ki, Miramil Səmədli əvəllər Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin
Yardımlı rayon şöbəsinin müavini olub və bu qurumdan da ünvanlı sosial yardımların düzəldilməsini saxtakarlığa yol verdiyi və rüşvət aldığı üçün sabiq Əmək və Əhalinin sosial müdafiəsi Nazri Sahil Babayev tərəfindən işdən azad olundu.

Daha bir pul yığan başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Cəmaləddin qızı Məmmədovadır. O, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərazi nümayəndəliklərindən ildə 2 dəfə 185 manatdan qəzet pulu yığır. 30 ərazi nümayəndəliyi üzrə bu da edir 5550 (beş min beş yüz əlli) manat, ildə iki dəfə yığıldığını nəzərə alsaq, həmin rəqəmi ikiyə vurub, 11100 (on bir min yüz) rəqəmini alırıq. Bunlara sual verən yoxdur ki, bu qanunsuz əməllər nədir?!

Birinci sual: Ərazi İcra Nümayəndələri hər il mükafat əmrinin alınması üçün niyə 30 manat pul verməlidir?

İkinci sual: Hər il qəzetpulu nə üçün yığılır qəzet oxuyan yoxudur axı, indi elə zamanədir ki hamı məlumatı sosial mediadan alır.

Bu sadəcə Yardımlı rayon İcra hakimiyyətinin pul yığma metodudur.

Əmək qanunvericiliyində ele bir qanun nəzərdə tutulubmu ki, əmək haqqından hər il qəzet pulu verilməlidir?

Üçüncü sual budur ki, kommunal təsərrüfat idarələrinin 400 (dörd yüz) manat əmək haqqı alan işçiləri Miramil Səmədlinin toruna niyə düşür, niyə buna şərait niyə yaradılır?

Burdan səslənirik Hörmətli Maliyyə Nazirimiz Cənab Sahil Babayevə.

Sizdən xahişimiz budur ki, Yardımlı rayonunu ciddi nəzarətinizə götürəsiniz. Bu qədər maliyyə pozuntusu yaşanır, bunun qarşısı alınsın. Yardımlı rayonuna ciddi yoxlama göndərilsin, vətəndaşların məvacibləri adları çəkilən məmurlar tərəfindən hədə-qorxu yolu ilə əllərindən alınır.

Cənab Nazir, əmək qanunvericiliyində ele bir qanun varmı ki, İcra Hakimiyyətinin işçilərinə mükafat ödəniləndən sonra əlindən alınmalıdır ?

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə səslənirik!

Respublika Endokrinoloji Mərkəzinində aparılan əməliyatdan Yardımlı rayonu İcra Hakimiyyətində də keçirilsin. Onlar xəstələrin dərmanlarını yeyiblər, Yardımlı rayon İcra Hakimiyyətinin adları çəkilən vəzifəliləri də dövlətimizin işçilərə verdiyi məvacibləri.

Onlar işçilərdən rüşvət tələb edir, verməyənləri də işdən azad ediləcəkləri ilə hədələyirlər.

İnanırıq ki, yaxın zamanda Yardımlı rayon İcra Hakimiyyətində ciddi yoxlamalar aparılacaq.

Xahiş ediirk bizə kömək edin."

P.S: Bildiririk ki, sözügedən məktubda qeyd olunan ciddi iddialarla bağlı Yardımlı rayon icra hakimiyyətinə rəsmi sorğu göndərdik. İcra hakimiyyəti cavab olaraq iddiaların əsassız olduğunu və şəxsin əlində bu iddialara dair faktı varsa məhkəməyə müraciət etməsini tösiyyə etdiklərini bildirib.
Ardını oxu...
Fərdi yaşayış evinin sökülməsinin arxasında Xətai Rayon İcra Hakimiyyətinin dayandığı bildirilir

Bakıda ev sökülməsi davam edir. Bu dəfə tavanı uçurulanlar paytaxtın Xətai rayonu, Ağ Şəhər, Süleyman Vəzirov 33 ünvanında yaşayanlardır.

Sakinlərin bildirdiyinə görə, 2025-ci il fevralın 20-dən 22-dək beş ailəyə məxsus fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülüb.
Ardını oxu...
Foto: Zərərçəkənlərin arxivindən
İcra Hakimiyyətindən onlara bildirilib ki, ərazi dövlət ehtiyacı üçün abadlaşdırılacaq.

Ərazidə yaşayan beş ailədən üçü qohumdur. Fərdi evlər ayrı-ayrılıqda Aida Maxsudova, Zariş Maxsudova, Fəxrəddin və Səadət Maxsudovlara aiddir. Evləri sökülənlərdən biri Bakı Dövlət Universitetinin (BDU) professoru, digəri isə Laçın rayonundan olan məcburi köçkündür.

Laçından olan məcburi köçkünə və BDU-nun professoruna ümumiyyətlə, təzminat ödənilməyib.

Maxsudovlara isə üç ayrı-ayrılıqda ev olduğu halda ümumilikdə 90 min manat verilib.

Evi sökülən Aida Maxsudova Meydan TV-yə bildirib ki, həmin ərazi atası, iş adamı Fəxrəddin Maxsudov tərəfindən “Nicat” Səhmdar Cəmiyyəti kimi qeydiyyatdan keçirilib.
Ardını oxu...
“Bu, 1990-ci illərdə baş verib. Müəssisənin nəzarət paketi atama aid olub. Biz 1993-cü ildə Rusiyadan qayıdıb, orada yaşamağa başlamışıq. Atam həmin yeri Xətai Rayon İcra Hakimiyyətinin təsdiqi ilə sərəncamlı şəkildə 2 milyon 200 min manat ödənişlə alıb. Əlimizdə rəsmi sənədlər və sərəncam var, dəfələrlə də göstərmişik. Bu ərazinin tək təsisçisi atam olmasa da, bütün məsuliyyət, nəzarət atamın üzərindədir, səlahiyyətli şəxs də atamdır”.

“Cəmiyyət fəaliyyətini 1998-ci ildə dayandırıb. Təxminən 30 il əvvəl bildirilib ki, müəssisəyə sadəcə, bir il müddətində məcburi köçkünlər yerləşdiriləcək. 30 ilə yaxın məcburi köçkünlər bu müəssisədə yaşadılar. Müxtəlif dövrlərdə onlara dövlət tərəfindən təzminat ödənilərək köçürüldülər. Onu da deyim ki, məcburi köçkünlərin heç birinin müəssisəyə aid hansısa sənədi yox idi. Sadəcə, orada müvəqqəti məskunlaşmışdılar. Müəssisəsinin fəaliyyəti dayandı və indi bizim müəssisəsini görməzdən gəlirlər. Əlimizdə rəsmi sənəd, sərəncam olmasına, qeydiyyatda olmağımıza baxmayaraq, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri evimizi bu cür zorakı şəkildə uçurub. Onların buna haqqı yoxdur. Biz evdə ola-ola, əşyalarımız olduğu halda bu hadisələri törədiblər”.

Zərərçəkənin sözlərinə görə, onlara deyilib ki, verilən məbləğlə razılaşmasalar, sənədləri imzalamasalar, evləri zorla söküləcək.

Ardını oxu...
Foto: Zərəçəkənlərin arxivindən
“Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri dəfələrlə bizə təzyiq göstərdi. Başçı Rafiq Quluyev üç dəfə valideynimlə danışmaq üçün evimizə gəldi, “sizə maksimum doxsan min manat təklif ediləcək”,- dedi. Aylarla qazı, işığı, suyu kəsdilər. İllərlə evimizin hər küncündə söküntü aparıb, maksimum yaşaya bilməyəcəyimiz həddə gətirmişdilər ki, axırda özümüz bezib çıxaq, onların təklif etdiyi minimal məbləğə sevinə-sevinə razılaşaq. Mənə və bacıma, həmçinin orada məskunlaşmış digər qonşularıma ümumiyyətlə, heç bir kompensasiya təklif edilmədi. Bizim adımızı çəkən olmadı”.

“Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədəli Aslanov atama zəng edib, dedi ki, doxsan min manata razılaşmasan, gəlib o imzanı atmasan, sabah qara maskalılarla gəlib sizi zorla evdən çıxaracağıq, sənədi də zorla imzalayacaqsan. Digər məhəllədə yaşayan sakinləri də evlərindən təzyiqlə çıxarmışdılar. Xətai Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Teymur Əzizovun başçılığı ilə, yəni özlərinin yaratdığı qara maskalı dəstə sakinlərə hücum etmişdi. Valideynim də bunları bildiyi üçün evdəki azyaşlı iki körpənin qorxacağını düşünüb, doxsan min məbləğə razı olduğunun imzasını çəkdi ki, vaxt qazansın. Çünki bizə bir gün belə vaxt vermədilər ki, imzanı çəkməlisiz. Valideynim Fəxrəddin Maxsudov imza atdıqdan sadəcə, bir gün sonra imtina etdi. Bununla bağlı sənədimiz də var və icra hakimiyyəti bu sənədi təsdiqləyib. Buna baxmayaraq atama fevralın 21-də 90 min manat verdilər. Fevralın 22-də isə evi tamamilə sökdülər”.

Vətəndaşın sözlərinə görə, məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə, Xətai Rayon Prokurorluğuna, Milli Məclisə, Ombudsmana və Prezident Administrasiyasına şikayət ünvanlasalar da nəticəsiz qalıb.

Sakinlər məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Meydan TV Xətai Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.
 
Ardını oxu...
Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir.

TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.

Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb:

"Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım dörd nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır".

Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir:

"Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər".

Məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.
Ardını oxu...
Fotoda Arifə Balakişiyeva
 
 
 

Dünyapress TV

Xəbər lenti