Ardını oxu...
Səhiyyə sistemində hökm sürən qanunsuzluqlar barəsində dəfələrlə yazılmasına baxmayaraq hələ də xəstələrə potensial qazanc mənbəyi kimi yanaşan “ağ xalatlılar” çoxdur. İnsan talelərinə, həyatına biganə olan, pulsuz xəstələrə gözünün ucuyla belə baxmayan tibb işçiləri hətta puldan ötrü xəstə talelərini təhlükə altında da qoyurlar. Dövlətin səhiyyə xidmətlərinin yüksəldilməsi istiqamətində fasizləsiz tədbirlər görməsinə rəğmən belə “ağ xalatlı qara qüvvələr” öz əməlləriylə bu siyasətə zərbə vururlar.

Redaksiyamıza müraciət edən Sədaqət Verdiyeva (ad şərtidir.) adlı xəstənin yaxınları M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verən qanunsuzluqlardan şikayət edir. Onun bildirdiyinə görə burada hər şey pulun iradəsinə tabedir. Pullu xəstələrin başına pərvanə kimi dolanan həkimlər nədənsə pulsuz xəstələrə baxmaq belə istəmir. Hətta kasıblarla danışanda Mərkəzin həkimlərinin səs tonu da dəyişr. Pululara qarşı şəfqət, nəzakət dolu intonasiyada danışan tibb personalı bütün mənfi enerjilərini pulsuz xəstələrin üzərinə tökürlər. Böyük Sabirin sözlərinə bir az düzəliş etsək M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi üçün fəaliyyət devizi kimi istifadə etmək olar:

“Kasıb, özünü sən də bir insanmı sanırsan,

Pulsuz xəstə, xəstəliyi asanmı sanırsan?”

Redaksiyamiza müraciət edən xəstənin yaxınları bildirir ki, xəstə Sədaqət Verdiyeva (ad şərtidir.) M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə alır. Mərkəzə müraciət etdikləri ilk gündən addım başı onlardan pul tələb edilib. Xəstənin ağır vəziyyətdə olmasından istifadə edən Mərkəzin tibb personalı onun yaxınlarını kifayət qədər “soyublar” . Şikayətçi bildirir ki, artıq verməyə pulları qalmayıb. Bütün qohum-əqraba səfərbər olaraq indiyə qədər köməklik etsə də artıq gündən-günə artan məbləği ödəməyə kimsənin gücü qalmayıb. Xəstə yaxınlarından pul ala bilməyən ECM həkimləri isə artıq xəstənin çıxarılmasını tələb edirlər. Onun vəziyyətinin ağır olması, həyatının təhlükə qarşısında qalması isə həkimləri qətiyyən maraqlandırmır. Tələb qətidir: “Xəstəni çıxarın!” Xəstə yaxınları onun həyatının təhlükədə olduğunu bildirsələr də Mərkəzin əməkdaşlarının tələbi dəyişməyib.

Şikayəti araşdırmaq üçün M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq. 4321830 nömrəli telefona zəng edərək Mərkəzin direktoru Rauf Ağayevlə danışmaq istədiyimiz bildirdik. Telefona cavab verən direktorun katibəsi bizimlə elə bir tonda danışdı ki, orda olan xəstələrə yazığımız gəldi. Katibə kobud şəkildə bildirdi ki, direktor danışmaq istəmir. Kiçik dialoqumuzdan ECM-də nəinki xəstələrə, hətta medya mənsublarına olan münasibət bizə tam aydın oldu. Görünür R. Ağayevin medyaya münasibətini yaxşı bilən katibəsi bizimlə bu tonda danışdı. Necə deyərlər uzaqdan görünən şəhərə bələdçi nə lazımdır?

Bu dəfə problemi araşdırmaq üçün Səhiyyə nazirliyi ilə əlaqə yaratmağa çalışdıq. Bizə cavab verən nazirliyin mətbuat xidmətinin Elvin adlı əməkdaşı bildirdi ki, onlar yalnız xəstə yaxınlarının, yaxud xəstənin özünün nazirliyin qaynar xəttinə şikayətindən sonra məsələni araşdıra bilərlər. Bu məntiqlə həyatı təhlükə qarşısında olan xəstənin yaxınlar işini-gücünü atıb, xəstələrini taleyin ümidinə buraxıb nazirliyin qaynar xətti ilə əlaqə saxlamalıdırlar. Həm də bu məntiqlə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yolu düşən xəstələr özləri üçün bir nəfəri mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin etməlidirlər. Bu nə məntiqdir? Bir insanın həyatı təhlükə qarşısındadır, pulu olmadığına görə reanimasiya şöbəsindən, xəstəxanadan qovulur, Səhiyyə nazirliyi qaynar xəttə şikayət tələb edir. Görünür mərkəzin əməkdaşları bütün qanunsuzluqları elə bu münasibətə arxayın olaraq törədirlər. “Kəndxudanı gör kəndi çap” məsəli adamın yadına düşür.

/Azerbaycanreallığı
 
Ardını oxu...
DogruXeber.az: - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayevanın 6 mart 2025-ci il tarixində “Azərtac”a müsahibəsində bildirmişdir ki, “Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir”.
Ancaq təssüf ki, QHT Agentliyinin qrant müsabiqəsinin nəticələri elan olunduqdan sonra siyahıya diqqətlə baxdıqda görürük ki, əksinə QHT Agentliyi qrant müsabiqələrində QHT layihələri deyil, şəxslər qiymətləndirir.

Ardını oxu...

Belə olmasaydı QHT Agentliyi əvvəllər olduğu kimi bu ildə müsabiqənin nəticələri olan siyahıda təşkilat sədrlərinin adlarını da yazardılar. Belə ki, Millət vəkili Tənzilə Rüstəmxanlının “Azər-Türk Qadınlar Birliyi” (25.000 AZN), Millət vəkili Naqif Həmzəyevin “Dünya Azərbaycanlıları Gəncləri İB” (18.000 AZN), Millət vəkili Vüqar İsgəndərovun “Qeyd-Sosial Maarifləndirmə İB” (8000 AZN), Millət vəkili Mehriban Vəliyevanın “İnsan Alverinə Qarşı mübarizə Təşkilatı İB” (10.000 AZN), Millət vəkili Məlahət Həsənovanın “İnnovativ təşəbbüslərə Dəstək” İB (10.000 AZN), YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun “Sosial-İctimai Marrifləndirmə” İB (9.000 AZN), Sosial Tədqiqatlar Mərkəzinin Aparat rəhbəri Sahib Məmmədovun “Vətəndaşların Əmək hüquqları Müdafiəsi” İB (19.000 AZN), Efiopiyanın fəxri konsulu Səfiri Ceyhun Ələkbərov “Soyqrım həqiqətlərinin tanıdılması” İB, Mədəniyyət nazirliyinin şobə müdiri (Gənclər Fondunun keçmiş şöbə müdiri) Seymur Hüseynovun “Qlobal sahibkarlıq Şəbəkəsi Azərbaycan” İB, Millət vəkili, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovun bir neçə QHT- si, Pedeqoji Kollecin direktoru, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, İsrail İsgəndərovun “Ümid” Sosial İnkişafa Yardım İctimai Birliyi, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Nürədidin Mehdiyevin bir neçə QHT-si (“Virtual Qarabağ İnformasiya KommunikasiyaTexnologiyaları Gənclər” İB, “Üfiq” Gənclərin İnkişafı naminə İB) və.s Ən paradoksalı isə bu yaxınlarda özünü buraxan, ləğv edən, Dövlət Turizm Agentliyində casus şəbəkəsi quran “İnternational Transperance” Təşkilatının icraçı direktoru Əliməmməd Nuriyevə QHT Agentliyinin ən yüksək məbləğini 31.000 AZN verilib.

Ardını oxu...

Ardını oxu...

QHT Agentliyinin direktoru Aygün Əliyeva öz rəfiqələrinə (Məsələn, Firuzə Cəlilova və.s) qrantlar ayırır. Agentliyin aparatına Prezident Administrasiyasının sektor müdiri Tural Əliyevin qohumları (Məsələn, Nilufər Əhmədova və.s) və Aygün Əliyevanın rəfiqələri qanunsuz formada işə götürülüblər./gundemxeber.az
Ardını oxu...
Balakəndə biznesmen qardaşlar saxlanılıblar.
TEREF Qaynarinfo-a istinadən məlumat verir ki, görə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Telman Əhmədov, qardaşı Elçin Əhmədov və qardaşı oğlu Nurlan Əhmədov Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polisə tabesizlik olub.

Belə ki, Nurlan Əhmədov və əmiləri Balakən şəhərində restoranların birində yeyib-içiblər. Gecə saatlarında Nurlan Əhmədov idarə etdiyi “Rang Rover” markalı avtomobillə Balakən şəhərindən Talalar kəndi ərazisinə qaydarkən yol polisi tərəfindən saxlanılıb. Avtomobildə Telman Əhmədov da olub.
Ardını oxu...
O, əmisi Elçin Əhmədova zəng vuraraq bildirib ki, yol polisi xidməti onları Talalar kəndi ərazisində qayda pozuntusuna görə saxlayıb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, təhlükəsizlik kəmərindən istifadə etmədiyini, eyni zamanda spirtli içki qəbul etdiyini bildiriblər.
Nurlan Əhmədov və əmisi Telman Əhmədov polislə mübahisə edib, “yaxşı edirik qayda pozuruq” deyiblər.
Ardını oxu...
Nurlan Əhmədovun digər əmisi Elçin Əhmədov da içkili halda idarə etdiyi “Lexus” markalı, “TT” dövlət qeydiyyat nişanlı maşınla hadisə yerinə gəlib. O da polislə mübahisə edib, niyə görə onun qohumlarını saxladıqlarını soruşaraq, etirazını bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneəçilik törətməyə başlayıb.
Kömək məqsədi ilə hadisə yerinə polis əməkdaşları çağrılıb. Nəticədə hər üç şəxs saxlanılıb.
Məhkəmənin qərarı ilə Elçin Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 gün müddətinə həbs edilib. Nurlan Əhmədov və əmisi Telman Əhmədov müvafiq maddə ilə cərimə edilib.

Qeyd edək ki, Nurlan Əhmədovun Balakən rayonu, Talalar bələdiyyəsinin sədri, əmiləri Telman və Elçin əhmədovların Azərbaycanda və Rusiyada bizneslə məşğul olduqları deyilir.
 
Ardını oxu...
Yasamal rayonunda qanunsuz tikintilər davam edir.

Rayonun Əsəd İbrahimov küçəsi, hündür mərtəbəli binalara yaxın ərazidə daha bir qanunsuz tikintinin aşkarlandığı barədə redaksiyamıza məlumat daxil oldu. Belə ki, göstərilən ərazidə tikintinin hansı məqsədlə aparıldığı məlum olmasada, bir faktı əldə edə bildik. Yəni, tikintiyə aid heç bir rəsmi sənəd yoxdur.

Belə olan halda məsüliyyət bir başa Yasamal RİH başçısı Elşad Həsənovuin və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin üzərində qalır. Doğrudanmı adı hallanan hər iki dövlət qrumun məlumatı yoxdur?

Əslində, cavab olduqca sadə və konkretdir. Əlbətdə ki, onların razılığı əsasında istənilən tikinti şirkəti və yaxud digər sahibkarlar sərbəst şəkildə qanunsuz tikintini həyata keçirə bilir. Videodan da aşkar görünür ki, işçi qrupu dərhal ərazidən uzaqlaşır.

Əgər dövlət qurumları tərəfindən rəsmi sənəd varsa, nə üçün işləyənlər ərazidən uzaqlaşır?

Bəli, Yasamal rayonu bir sözlə nəzarətdən çıxıb. İcra başçısı isə hələ də görməzdən gəlir…

/Azerbaycanreallığı
 
 
 
Ardını oxu...
“Ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar “Embawood” MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.”

Bunlar bu günlərdə “Embawood” MMC-nin fəaliyyəti ilə bağlı elektron mediada yayılmış məlumatlardandı. Məlumatlarda həmçinin qeyd edilir ki, “sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox hallarda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitirindəkindən qat-qat aşağı, materialları fərqli olur.”

Bunlar vətəndaşların “Embawood” mebellərindən olan narazılıqlarıdır. Buna baxmayaraq sözügedən şirkətin paytaxt daxil ölkənin hər yerində böyük mebel mağazaları fəaliyyət göstərir. “Embawood” MMC həm də bir çox dövlət qurumlarına da mebel satır. Aktualinfo.org dövlət satınalmalarının internet portalı üzərindən “Embawood” MMC-nin son illər hansı dövlət qurumları ilə işbirliyində olduğunu araşdırıb.

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsi üçün ofis mebellərinin satın alınması üzrə 87.799,08 manat məbləğində müqavilə bağlanılması 09.04.2025-ci ildə dərc edib.

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən bərk invertarın alınması üzrə 119.240,18 manat məbləğində müqavilə bağlanılması 14.02.2025-ci ildə dərc edib.

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması üzrə 88.914,18 manat məbləğində müqavilə bağlanılması 29.12.2024-cü ildə dərc edib.

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsi tərəfindən mebel avadanlığının satın alınması üzrə 29.972 manat məbləğində müqavilə bağlanılması 29.12.2024-cü ildə dərc edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən mebel və inventarların satın alınması üzrə 106.858,44 manat məbləğində müqavilə bağlanılması 28.12.2024-cü ildə dərc edib.

Gəncə Apellyasiya Məhkəməsi tərəfindən inventarlarin satın alınması üzrə 2.998,38 manat məbləğində müqavilə bağlanılması 16.12.2024-cü ildə dərc edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən bir sıra “ASAN xidmət” mərkəzlərində tikili və avadanlıqların cari təmiri işlərinin satınalınması üzrə 1.184.586,45 manat məbləğində müqavilə bağlanılması 04.11.2024-cü ildə dərc edib.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi tərəfindən ofis mebellərinin satın alınması üzrə 148.749,62 manat məbləğində müqavilə bağlanılması 06.09.2024-cü ildə dərc edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ebel avadanlıqlarının satın alınması üzrə 164.089,62 manat məbləğində müqavilə bağlanılması 22.07.2024-cü ildə dərc edib.

Göründüyü kimi “Embawood” MMC yalnız 2024-cü ildə dövlət qurumları ilə 1 934 205 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron mediada yayılan məlumatlarda qeyd olunur ki, “Embawood” MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. “Embawood” həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb.

Burada ortaya suallar çıxır. Sertifikatının müddəti bitmiş şirkət dövlət satınalmalarında necə iştirak edə bilir? Bu serifikatlar şirkətin istehsal etdiyi malların keyfiyyətinə zəmanət üçün verilir. Amma Göründüyü kimi, Ədliyyə Nazirliyi də, Dövlət Vergi Xidməti də, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti də, Gəncə şəhər Birləşmiş Xəstəxanası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də MMC-nin sertifikatlarına sadəcə göz yumub. Bu isə çox güman ki, “Embawood”un sahibinin geniş əlaqələri və nüfuzu ilə bağlıdır.

Qeyd edək ki, rəsmi olaraq, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EMBAWOOD” (VÖEN: 6400009481) Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.05.2002-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 3750.00 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, B.BAĞIROVA, ev 15A, QAPI 1, qanuni təmsilçisi kimi isə Abbasov Elşad İnşalla oğlu qeyd olunub.

Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk hüquqi ünvanı MASALLI RAYONU, MASALLI ŞƏHƏRİ, ŞƏHRYAR, ev 2 göstərilib. 2.18.2009-cu ildən 05.27.2010-cu ilə qədər MMC-yə qanuni təmsilçisi Məmmədov Məşhur Şahbaz oğlu olub. Qeyd edək ki, Məmmədov Məşhur Şahbaz oğlu 70 saylı Masallı şəhər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçilmişdir.

Aktualinfo.org
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Məişət İst" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 802 590,42 manatdır.

Bu tenderdə diqqətçəkən məqam "Məişət İst" şirkətinin faəliyyət sferası ilə bağlıdır. Əvvəlcə qeyd edək ki, şirkət 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən "Məişət İst" MMC-nin qanuni təmsilçisi Cəfərov Nicat İzahat oğludur. Nicat Cəfərov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Məişət İst" MMC-yə gəlincə, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, şirkət əsasən ketrinq xidməti göstərir. Nümunə olaraq şirkətlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi arasında 2023 və 2024-cü illərdə bağlanmış satınalma müqavilələrini göstərmək olar.

Bu hələ son deyil. Məlum olur ki, şirkət vaxtaşırı profilini dəyişir. Ketrinq xidməti göstərən "Məişət İst" MMC bəzən tikinti məhsullarının satışını həyata keçirən şirkət kimi də dövlət satınalmalarına qatılır və qalib seçilir. Nümunə olaraq "N" saylı hərbi hissə ilə şirkət arasında 2023-cü ildə bağlanmış satınalma müqaviləsini göstərmək olar. Maliyyə dəyəri 46 018,75 manat olan həmin müqavilədə tikinti materiallarının satın alınması nəzərdə tutulur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədədir. Mahir Abbaszadə həm də keçmiş deputatdır. Parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edib.

Mahir Abbaszadə ilə "Məişət İst" MMC arasında hər hansı bağlılığın olub-olmadığı bəlli deyil. Bu müəmmanı nə şirkət, nə də Fondla aydınlaşdırmaq mümkün olub.
 
Ardını oxu...
Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib.

Xırdalan şəhərində yerləşən 1 saylı orta məktəbin direktoru başqa bir valideyinlə birlikdə sinif otağına daxil olaraq, şagirdlərdən birini təhqir etdiyi, ona qarşı fiziki zorakılıq göstərdiyi iddia olunur.

"Azərbaycan Reallığı"na verilən məlumata görə, hadisə 2024-cü il dekabrın 19-da baş verib.

İddialara görə, 5 D sinfində oxuyan şagirdin valideyni Ağayev Ramin bildirib ki, Arifə Balakişiyeva adlı sözügedən məktəb direktoru başqa bir valideynlə birlikdə sinfə daxil olaraq onun övladına qarşı təhqiredici ifadələr işlədib və telefonu ilə bir neçə dəfə uşağın baş nahiyəsinə zərbə endirib. Halbuki hadisədən bir gün əvvəl iki digər şagird arasında baş vermiş dava ilə zərərçəkmiş uşağın heç bir əlaqəsi olmayıb.
Hadisədən sonra məktəb rəhbərliyinə yaxınlaşan valideynə direktorun qeyri-ciddi münasibət göstərdiyi deyilir. Direktorun ilk sözü belə olub: “Ala, bilirsən nə var? Bas bayıra!”.

Valideyn məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, polis 12 şagirddən izahat alıb və hamısı uşağın sinif otağında döyüldüyünü təsdiqləyib. Valideyn əlavə edib ki, Arifə Balakişiyeva polisə çağırıldıqdan sonra dörd nəfər qazi onun evinə gələrək, şikayəti geri götürməsini, əks halda onu öldürəcəklərini bildiriblər. Valideyn təhdid edən şəxslərin səs yazılarının da olduğunu vurğulayıb.

Xatırladaq ki, valideyn məsələ ilə bağlı Təhsil Nazirliyinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə də müraciət edib. İlk araşdırmada idarə belə bir hadisənin baş vermədiyini iddia edib. Lakin daha sonra məlum olub ki, Abşeron-Xızı regional İdarəsinin rəhbəri İlhamə xanım məktəbin direktorunun doğma xalası qızıdır.

Hadisədən sonra şagird tibbi müayinələrdən keçib və onun psixoloji durumunun pozulduğu, travma aldığı bildirilib.

Valideyn məsələ ilə bağlı ikinci dəfə Təhsil Nazirliyinə müraciət etsə də, artıq iki ay keçməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva Bakının prestijli “Meridian Park Luxury” restoranında müğənni Aygün Kazımova, Roya Ayxan və digər məşhurların iştirakı ilə oğluna dəbdəbəli toy mərasimi təşkil etməsi ilə gündəmə gəlmişdir.

"Azərbaycan Reallığı"
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məhkəmə qərarını icra etmir.

Bu barədə Qaynarinfo-ya keçmiş baş əmək müfəttişi Müşfiq Məmmədov bildirib.

Müşfiq Məmmədov 2002-ci ildən sözügedən qurumda baş əmək müfəttiş vəzifəsində işləyib. Onun sözlərinə görə, 2019-cu ildə heç bir əsas olmadan işdən çıxarılıb.

Keçmiş baş əmək müfəttişi rəhbərliyin işdən çıxarılma barədə əmrini məhkəmədə mübahisələndirmək qərarına gəlib. O, Bakı İnzibati Məhkəməsində işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb. Müşfiq Məmmədovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və təmin edilməyib.

Keçmiş baş müfəttiş qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Lakin Müşfiq Məmmədov hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə onun şikayətini qismən təmin edərək, yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası isə Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edib.

ƏƏSMN qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, təmin olunmayıb. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 25 aprel 2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Lakin Nazirlik Ali Məhkəmənin qərarını bu günədək icra etməyib.

Maraqlıdır ki, nazirlik məhkəmə qərarını icra etmək əvəzinə, Müşfiq Məmmədovun işdən çıxarılması barədə əmri faktiki olaraq saxtalaşdırıb.

"Nazirlik xəbərim olmadan analoqu olmayan qanunsuz bir addım atıb: 19 avqust 2022-ci il taixli əmrlə 17 dekabr 2019-cu il taixli ştat cədvəllərinin təsdiq edilməsi haqqında əmrə dəyişiklik adı altında adımı həmin əmrə salaraq süni xitam əmri yaradıb və əmri qanunsuz olaraq geri tarixlə elektron informasiya sisteminə yerləşdirərək analoqu olmayan növbəti qanun pozuntusuna yol verib. Beləliklə, guya mən 2019-cu ilin iyun ayında deyil, 2019-cu ilin dekabrında təkrar işdən çıxarılmışam. Halbuki mən dekabr ayında işdə olmamışam, çünki qeyd etdiyim kimi, bundan 5 ay əvvəl mən artıq işdən çıxarılmışam. Belə çıxır ki, məhkəmə qərarının icrasından yayınmaq üçün istənilən tarixdə verilmiş istənilən əmrə dəyişiklik edərək süni əmrləşmə aparmaq olar. Özü də bunu əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın rəhbərliyi edirsə, bu çox acınacaqlı bir haldır", deyə Müşfiq Məmmədov bildirib.

Bu mənfi nümunədən istənilən dövlət orqanı və ya sahibkar yararlanaraq istənilən işçinin əmək hüquqlarını poza bilər.

Keçmiş baş əmək müfəttişi 2022-ci ildə verilmiş əmrin ləğvi ilə bağlı yenidən Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib. Apellyasiya instansiyasına və Ali Məhkəməyə təqdim edilən şikayətlər də nəticə verməyib.

"Halbuki, eyni məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər işçisi Zaur Hüseynovun iddiası təmin edilib. Bakı İnzibati Məhkəməsinin eyni məsələyə ikili standartlarla yanaşması təəssüf hissi doğurur", deyə Müşfiq Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ayrıca Bakı İnzibati Məhkəməsi işə bərpa olunmağım və işsiz qaldığım müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı qərardad qəbul edib. ƏƏSMN bu qərardadı da icra etməyərək apellyasiya şikayəti verib. Lakin apellyasiya instansiyası şikayəti təmin etməyib.

Müşfiq Məmmədov deyir ki, bu günə qədər ƏƏSMN məhkəmə qərarının icra etmir və yaxud icrasına süni əngəllər yaradır. O, konkret adlar da çəkib:

"Qərarın icrasına maneə törədənlər dövlət qulluğu və məsələləri şöbəsinin müdiri Bayramova Nərmin Ernest qızı və şöbənin əməkdaşı Əliyev Elşad Nizami oğludur. Qərarın icrası ilə bağlı görüşdə bir söz deyən, reallıqda isə başqa cür davranan bu şəxslər işçilərin başına olmazın oyunlar açır və nəticədə vətəndaşları dövlətimizdən narazı salırlar".

Qeyd edək ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, cari ilin fevralında bu vəzifəyə təyinat alıb.
 
Ardını oxu...
Xətai rayonu Lütfüzadə küçəsinin sakinləri səkilərin obyekt sahibləri tərəfindən zəbt olunmasından şikayətçidirlər.

TEREF xəbər verir ki,Bakuplus.az-a danışan sakinlər bildiriblər ki, sözügedən küçədə yolun hər iki tərəfi obyektlər tərəfindən zəbt edildiyindən piyadaların sərbəst hərəkəti üçün çətinlik yaranır. Onlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədirlər, bu isə insan həyatı üçün təhlükəlidir.

Sakinlərin sözlərinə görə, müxtəlif media orqanları mövzunu dəfələrlə işıqlandırsalar da, rəsmi qurumlar hər hansı tədbir görməyib.

Xətai sakinləri şikayət edərэл bildirirlər ki, konkret olaraq Sarayevo küçəsində ağacların kəsilməsi bir neçə ildir davam edir, məhv edilən yaşıllıq ərazində müxtəlif obyektlər, kafe və restoranlar tikilir. Bu barədə xəbər dərc olunmuşdur. Sözügedən ərazidə bu yaxınlarda da ağaclar kəsilib, yeni restoranın tikiləcəyi gözlənilir.

Sakinlər bildirirlər ki, şikayətlərə, mövzuya mətbuatın həssas münasibətinə baxmayaraq “ağac qətliamı”nın qarşısını almaq mümkün olmayıb.


Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti