Ardını oxu...
Zaqatala şəhərinin zibil poliqonu ötən əsrin 60-cı illərində şəhərin şimal-qərb hissəsində salınıb. O zaman bu poliqon şəhərdən xeyli aralı və heç bir təhlükə mənbəyi hesab edilməyən ərazidə yerləşirdi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son illər şəhərin infrasturukturunun böyüməsı xüsusən Şimal-qərb massivinin salınması ilə həmin poliqonun da yerinin dəyişdirilməsini vacib edirdi. Bu barədə ötən il sakinlərin haqlı narazılığı haqda bəhs etmiş, müvafiq qurumların fikir və rəyini dinləmişdik. Bir neçə ay əvvəl Zaqatala şəhərinin yeni zibil poliqonunun yeri müəyyənləşib. Bu isə Mazıx kənd sakinlərini narahat etməyə başlayıb. Əməkdaşımız sakinlərlə görüşüb, şəhər rəhbərliyinin məsələyə münasibətini öyrənib.

Zaqatala şəhərinin yeni inkişaf strukturu poliqonun yerinin dəyişdirilməsini zəruri edən əsas amillərdən biri idi. Təkcə bu ərazidə son beş ildə 200-dən artıq yeni fərdi mənzillər inşa edilib. Məsələyə müvafiq qurumların rəyi və məsləhəti ilə baxılıb və Katex çayın sol sahilində yer ayrılıb. Bu isə Mazıx kənd sakinlərinin ürəyincə deyil.

Mazıx kənd sakin Akif Abdullayev bildirir ki, kənd sakinlərinin ərazidə pay torpaqları var. Yaxınlıqda isə şəhərin zibilini atmaq üçün quyu qazıblar.

Digər kənd sakini İsa Məmməd zibil poliqonuna çevrilən ərazinin onların mal-qara örüş yeri olduğunu bildirir:

“Bizim mal-qara bu əraziyə gəlir. Pay torpaqlarımız da buradadır, örüş yerləri də buralardır. Üstəlik 10-15 km aralıda həyət evləri də var. Biz istəyiik burada deyil, başqa bir meşəlikdə olsun. Çünki zibil poliqonu digər yaşayış məntəqələri üçün də təhlükə yaradır”.

Zaqatala rayon icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Oruc Qaraxanov isə deyilənlərin əsası olmadığını, müvafiq dövlət orqanlarının əraziyə baxış keçirəndən, dövlət balansında olduğunu tam dəqiqləşdirəndən sonra onların rəyi əsasında tam qanuni bir ərazi seçildiyini diqqətə çatdırır.

“Aidiyyəti dövlət qurumlarının birgə rəyi və razılığı əsasında zibil poliqonu şəhərə nisbətən yaxın, həmin ərazidən başqa bir əraziyə köçürülüb. Hazırda şəhərin zibilləri həmin əraziyə daşınır. Bu gün texniki şərtlərə uyğun olaraq və eyni zamanda təhlükəsizlik tələblərinə qorunmaqla həmin ərazidə işlər görülür. Həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur, yəni yaşayış ərazisi deyil. Qeyd etmək istərdim ki, tamamilə məqsədəmüvafiq bir yer seçilib”, - deyən şəhər nümayəndəsi dövlət orqanlarının da məsələyə müsbət rəy bildirdiyini diqqətə çatdırdı.

O.Qaraxanov onu da əlavə edib ki, hazırda poliqonun yerinin dərinləşdirilməsi istiqamətində iş gedir. Eyni zamanda tezliklə zibil poliqonunun ətrafı mühafizəyə alınacaq. Bu da ilk növbədə mal-qaranın təhlükəsizliyi deməkdir. Digər tərəfdən küləkli havalarda müxtəlif kağız parçası və etilen paketlərin kənara dağılmasının qarşısını alacaq. Bununla yanaşı ərazidə nümayəndəliyin daimi işçiləri zibillərin boşaldılmasına və tənzimlənməsinə nəzarət edəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.

“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir.

Küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

“Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin müxtəlif adlar altında təqdim edilən lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.

İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir.

Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir.

Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaqla məşğuldur.

Bəziləri deyilə bilər ki, "Poz qazan" leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?!

Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?!

Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma...
Amması o ki, lotoreya oyunlarının prinsipinə görə, qazancın 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc götürülür. “Azərloteriya” ASC isə qazancın 10-15 faizini uduşa buraxır, qalanını isə özü mənimsəyir.

SAVASHMEDİA.az
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə 2024-cü il 13 dekabr tarixində keçirilmiş açıq tender proseduruna yekun vurub. Tələblərə uyğun və aşağı qiymət (62 146 514,00 AZN) təqdim etmiş “Agro Best ” Qapalı Səhmdar Cəmiyyətinin təklifinin aksept edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması üzrə ” Agro Best ” daha əvvəlki illərdə də bir neçə satınalma müqaviləsi bağlayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında 65.987.525 manat məbləğində 27.04.2022-ci ildə, 4.140.900 manat məbləğində 20.12.2022-ci ildə, 73.574.800 manat məbləğində 16.03.2023-cü ildə, 7.044.690 manat məbləğində 09.10.2023-cü ildə, 66.854.876 manat məbləğində 16.05.2024-cü ildə, 175.538,88 manat məbləğində 07.11.2024-cü ildə satınalma müqavilələri bağlanıb.
Göründüy kimi, Dövlət Məşğulluq Agentliyi son üç ildə “Agro Best ” Qapalı Səhmdar Cəmiyyəti ilə ümumi dəyəri 217778329 manat məbləğində 6 satınalma müqaviləsi bağlayıb. Bağlanılması nəzərdə tutulan bu tenderi də əlavə etək bu 279 924 843 manat dövlət vəsaiti edir.
Bəs bu şirkət haqqında açıq mənbələrdə nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGRO BEST” (VÖEN:1405235391) Qapalı Səhmdar Cəmiyyətinin 20.08.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FEYZULLA QASIMZADƏ, ev 1, m. 48, qanuni təmsilçisi kimi isə İsmayılov Anar Əlif oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 22.04.2021-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Taleh Tofiq oğlu olub. Daha sonra Ələkbərov Nahid Kamil oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib.
Şirkət haqqında açıq mənbələrdə daha nə kimi məlumatlar var?
Elektron medianın 09.10.24-cü ildə yaydığı məlumatda mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Cərimənin məbləği açıqlanmayıb.
Elektron medianın 22 oktyabr 2024-cü ildə mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir. Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra 300 milyon manata yaxın dəyəri olan tenderlərin qalibinin “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki;

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “AGRO BEST” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçı olaraq “AGRO BEST” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə yayılan məlumatlar geniş ictimaiyyət arasında müzakirələrə səbəb olmuşdu. Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada kifayət qədər geniş məlumatlar da var. Amma Dövlət Məşğulluq Agentliyinin son üç ildə üç yüz milyon manat civarında satınalma müqaviləsi bağladığı “Agro Best” QSC-nin adından başqa heç bir məlumat yoxdu.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi mexanika sahəsi üçün lazım olan bolt-qaykalar alır.

Mia.az xəbər verir ki, Xidmət bu məqsədlə “Direct Line Trading” MMC ilə müqavilə bağlamağı planlaşdırır.

Bolt-qaykaların toplam dəyəri 214 155 AZN-dir(pravda).

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyində olan digər müəssisələrdə də şübhəli tenderlər artıb.

Məsələn, az əvvəl Agentliyin "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsinin 336 732 manatlıq kombi alması və bu məqsədlə "Buta Supply" MMC ilə imzaladığı müqaviləyə diqqət edək.

Bu şirkətlə anlaşmanın təfərrüatına toxunmadan qeyd edək ki, şirkət dövlət xidmətinə 16 kombi, 1 metrlik 231 ədəd radiator və 3 430 metr boru satacaq və bunun müqabilində 337 min manat alacaq.

Əgər normal kombilərinin birinin 1000-1500 manat olduğunu nəzərə alsaq, 337 min manatın necə əsaslandırılaraq ayrılması maraq doğurmaya bilməz.

Hazırda bu və ya digər məqamlarla yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 5 iri şəhərlə müqayisədə digər şəhər və rayonlarda vəzifəli şəxslər arasında fərqli maaş tətbiqi ilə yanaşı, Abşeron və Şirvandakı yeni qalmaqallarla bağlı araşdırmamız davam edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur. Onun adı indiyə qədər bir çox neqativ iddialarda, o cümlədən iki qudasını yüksək vəzifəyə təyin etməsi kimi xoşagəlməz məsələlərdə hallanıb.

MİA.AZ
 
Ardını oxu...
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.
Tibbi təhsili olmayanlar belə, insanlara sağlamlıq və gözəlliklər vəd edib gigiyenik qaydalara riayət etmədən qeyri-qanuni prosedurlar həyata keçirilir.
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Redaksiyamıza daxil olan,məlumata əsasən, tibbi təhsili olmadan, lisenziyasız və sertifikatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə kosmetoloq Sabina Rzayeva adı ilə reklam edən Səbihə Rzayevadır.
Göründüyü kimi əsl adını gizlədərək Sabina Rzayeva adı ilə pasiyentləri aldadır.
Araşdırmalarımız nəticəsində məkum olub ki, kosmetoloq Səbihə Rzayevanın Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsili olması barədə məlumat yoxdur. Həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestr sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir ali tibbi təhsilə, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
İddialara görə, özünü həkim kimi təqdim edən Səbihə Rzayeva tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Səbinə (Səbihə) Rzayeva müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.
Səbihə Rzayeva necə tibbi təhsil olmadan bütün kosmetoloji prosedurları, hətta inyeksiya həyata keçirir?
Bu məsələ ilə bağlı “Say” klinkası ilə əlaqə yaratdıq. İlk öncə Səbinə Rzayevanın klinikada işlədiyi bildirilsə də daha sonra jurnalist olduğumuzu öyrəndikdən sonra “SAY” estetik mərkəzinin sahibi Şəfəq xanım bildirib ki, o, burada işləməyib icarəyə yer götürmüşdür. Araşdırma aparıldığını öyrənən sahibkar xanım dəstəyi asıb.
(Sabina Rzayeva) Səbiha Rzayeva isə açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.
Tribunainfo.az-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, “Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetogiyaya, сərrаhi müdaxilələr istisna olmaqla (plastik сərrаhiууəуə aid оlmayan) konservativ və korreksion üsullar daxildir. Bu üsullаrа inyeksion рrоsеdurlаr, müxtəlif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları, və müalicəvi masaj üsulları, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovnenerolqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”, – deyə mərkəzdən bildirilib.
Məlumat üçün bildiririk ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.
Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Səbihə Rzayeva haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tribunainfo.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ötən həftə Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlaması barədə məqalə yaymışdıq.

Qeyd etmişdik ki, “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Həmçinin onu da qeyd etmişdik ki, açıq mənbələrdə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə bağlı heç bir məlumat yoxdu. Yalnız Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından başqa “ŞƏMKİR TİKİNTİ-18″ASC h

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ŞƏMKİR TİKİNTİ-18″ASC digər dövlət qurumları ilə də bir neçə satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Agentlik üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 1.147.146,03 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi isə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmir işlərinin satınalınması üzrə 2.886.440,49 manat məbləğində müqavilə bağlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi üzrə hələ 2022-ci ildə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 8.834.801,39 manat məbləində satınalma müqaviləsi bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi, “ŞƏMKİR TİKİNTİ-18” ASC hər il yüksək məbləğdə tenderlər udub.

Qeydn edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.

Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Çox maraqlıdır ki, satınalan təşkilat olaraq yuxarıda adları çəkilən dövlət qurumları təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər.

Daha maraqlısı isə odur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında hüquqi ünvanı Şəmkir rayonu Dəllər qəsəbəsi göstərilən “ŞƏMKİR TİKİNTİ-18” ASC-ni tanıyan yoxdu. Hətta İcra nümayəndəliyi belə qəsəbədə belə şirkətin mövcud olmasından xəbərləri olmadığını bildirdilər. Hətta şirkətin sahibi və qanuni təmsilçisi kimi təqdim olunan Abdullayev Vaqif Çingiz oğlunu da tanımadıqlarını dedilər. Beş min nəfər əhalisi olan Dəllər qəsəbəsində dövlət satınalmaları yolu ilə milyonlarla manat qazanan şirkəti tanıyan yoxdusa şübhələnməyə də ciddi əsalar var.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,
Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!….
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!….

Allah rəhmət eləsin, böyük şair, Mirzə Ələkbər Sabirə. Sanki, bu günləri - müstəqil mətbuatın dilini mürtəce qanunlarla kəsməyə çalışan fürsətcil məmurları görərək yazıb bu şeirini.

O, qanunlar ki, tələm-tələsik qəbul edərək, "reyestr" söhbətini ortaya atdılar. Vəzifələrindən sui-istifadə edərək, milyonlara sahib olan məmurları ifşa edən, barələrində həqiqətləri hayqıran media nümayəndələrini susdurmağa çalışmaqla qanunları daha rahat, daha sərbəst çeynəyə biləcəklərini sandılar.

Lakin həqiqətlər qarşısında heç bir maneə sonsuza qədər davam gətirə bilməz.
Sözlərin və fikrin çərçivələri olsa da, həqiqət hüdudsuzdur.

"DogruXeber.az" qeyd edir ki, barəsində redaksiyamıza vətəndaş şikayəti daxil olan qurumlardan mövqelərini öyrənmək istədiyimizdə son zamanlar sualımızı bu sualla cavablandırmaqla, güya bizi susdurmağa çalışırlar:
- "Siz media reyestrindən keçmisiniz?"

Məşədi İbad demişkən, "heç hənanın yeridi?!".

Biz deyirik, "redaksiyamıza məlumat daxil olub ki, filan yerdə, filan qanunsuz iş aparılır və sizin də xəbəriniz var. Hansı səbəbdən buna göz yumursunuz?", qarşılığında onların verdikləri suala baxın.

Qanun pozduqları barədə suala cavab verməmək üçün, qanun tələb edəcək qədər cəsarət verib onlara Medianın İnkişafı (əleyhinə) Agentliyi.

Müstəqil media - birinci vətən müharibəsində övladını torpaq uğrunda, vətən uğrunda qurban verən, lakin 30 ildən çoxdur haqqını aidiyyatı qurumlardan ala bilməyən Cəbrayıl rayonu Daşkəsən kənd sakini Ataş Kərimovun, Beyləqan Rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənovanın, Xaçmaz rayon Aslanoba kənd sakini Əfilə Qocayevanın və onlar kimi bir çox şəhid ailələrinin, qazilərin, veteranların, rüşvət vermədiyi üçün səlahiyyət sahibləri tərəfindən hüququ tapdanan, qüruru qırılan, əzilən vətəndaşların haqq səsidir.

Yeri gəlmişkən, bir neçə müddətdir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" ilə mütəmadi olaraq canlı bağlantı yaradan Xaçmaz Rayon Aslanoba kənd sakini Qocayeva Əfilə Əlibaba qızı hələ də yerli icra hakimiyyəti tərəfindən ona nəinki köməklik göstərilmədiyini, hətta hər hansı bir reaksiya olmadığını deyir.

Ardını oxu...

Əfilə ananın oğlu 1993-cü ildə birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb.

Ananın sözlərinə görə 32 ildir yerli icra hakimiyyəti tərəfindən heç kimsə onun qapısını açmayıb, heç bir diqqət göstərilməyib. Hətta, şəhid olmuş övladının məzar daşı belə düzəldilməyib. Ana öz imkanları daxilində adi betondan bir məzar daşı düzəltdirib ki, onu da üzərindən keçən illər köhnəldib, dağılmaq vəziyyətinə gətirib çıxarıb.



Təsəvvür edin ki, illərdir torpaq kərpicdən tikilmiş köhnə daxmada yaşayan ana nəinki dövlət tərəfindən mənzillə təmin olunmayıb, hətta heç ümumiyyətlə mənzil növbəsinə adı belə qeydə alınmayıbmış. Baxmayaraq ki, ana bu illər ərzində Xaçmaz rayonuna təyin edilən bütün rəhbərlərə dəfələrlə, təkrar-təkrar şəxsən müraciət edib. Sonunda, icra başçılarından əlini üzən ana media vasitəsilə ölkə başçısından kömək istəməyi qərara alıb.

Kömək deyəndə ki, əslində haqqı olanı tələb edir.
Bütün şəhid ailələrinin dövlət tərəfindən mənzillə təmin olunması barəsində ölkə başçısının müvafiq sərəncamı var və birmənalı olaraq illərdir bu həyata keçirilir.
Digər istəyi isə oğlunun məzarı üstündə bir məzar daşıdır.



Vəzifəyə gələn kimi yarım milyonluq avtomobil alan, yol təmiri adı altında 2,8 milyonluq tender müqaviləsi bağlayan icra başçısı Elnur Rzayev üçün bir məzar daşı bu qədərmi böyük tələbdir yəni?

Doğrudur, Elnur Rzayevə qədərki icra başçıları da bunu etməyib, amma Elnur Rzayev də az müddət deyil ki, Xaçmaz rayonuna rəhbərlik edir.

Sanki, Xaçmaza təyinat alan icra başçıları rəhmətlik Sabirin bu tövsiyyəsini bir-birinə miras kimi ötürüblər:

"Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını."

Qeyd edək ki, Əfilə ananın sözlərinə görə hələ indi Xaçmaz Rayon İcra Hakimiyyətinin Aslanoba kənd icra nümayəndəsi ona sənəd gətirib ki, "Bura qol çək, səni ev növbəsinə yazdıraq".

Ana haqlı olaraq irad bildirəndə ki, "Mən 30 ildir icra hakimiyyətinə gəlib-gedirəm, hər dəfəsində də adımı siyahıya aldıqlarını deyib yola salıblar".

Gələn nümayəndə də sanki ibtidai sinif şagirdi ilə danışırmış kimi, "Sən müraciət elədiklərinin hamısı işdən çıxıb" cavabını verib.

Hörmətli Elnur Rzayev, tutaq ki, biz də sizlər qədər cahil olduq və sizin nümayəndənizin uydurduğu cahilcə bəhanəsinə inandıq ki, o adamlar artıq işdən çıxıb. Bəs sizin rəhbərlik etdiyiniz 6 ili kimin ayağına yazaq?!

Vətənin şəhid oğlunun qəbri üstündə bir məzar daşı qoymağınıza, ayrıseçkilik etmədən Əfilə ananı da tez-tez şəkillər çəkdirib saytlarda tirajlatdırdığınız şəhid ailələri birlikdə özəl günlərdə yada salmağınıza, heçolmasa halını xəbər almaqla təsəlli olmağınıza bu 6 ildə mane olan səbəb nə idi?

Bu gün Əfilə ananı mətbuat vasitəsilə ölkə başçısından kömək istəməyə məcbur edən məhz yerli icra başçısının etinasızlığıdır.

O, icra başçısı ki, Gəncə şəhər icra hakimiyyəti başçısının müavini, Asan xidmət rəhbəri və sair kimi mühüm (ruzili) vəzifələrdə çalışaraq, çalışdığı sahələrdə də kifayət qədər vətəndaş narazılıqları yaradaraq rəhbər vəzifəyə yüksəlib.

Yerli medianın məlumatına görə onun bu cür uğurlu "təkamül"ündə qohumu İnam Kərimovun "xüsusi zəhməti" olub.

Qohum sarıdan şansı yavər olan Elnur Rzayevə uzun müddətli təcrübəsi belə deyəsən vəzifə borclarını, öhdəliklərini o qədər də öyrədə bilməyib.

Ya Elnur Rzayev "zəif tələbə" olub, ya da...

Yox, elə əslində hardan necə gəlir əldə etməyi mükəmməl bilməsi, iki il ard-arda eyni yolların təmiri üçün iki fərqli şirkətlə 1,1 və 1,3 milyonluq tender müqaviləsi imzalaması onun heç də zəif tələbə olmadığının göstəricisidir.

Nə deyirik ki, bizim bütün bunlar barəsində səlahiyyətimizin yetdiyini etdik - məsələni ictimailəşdirib, aidiyyatı qurumların da diqqətinə çatdırdıq. Bundan sonrası hər kəsi qanunla susdurmağın yolunu mükəmməl bilən aidiyyatı dövlət qurumlarının üzərinə düşür.

Güman edirik ki, ən qısa zamanda QANUN Xaçmaz Rayon İcra Hakimiyyətinin də qapısının kandarından girəcək. O, zamana qədər isə mövzunu davam etdirəcəyik.

Növbəti yazımızda isə hər fəsli bir başqa gözəl olan və bu səbəblə də turist qonaqlar qarşılayan, meşəsi bir başqa, çayları, daş-qum yataqları bir başqa - ümumiyyətlə hər qarışı gəlir mənbəyi olan Xaçmazın öz rəhbərinə qazandırdığı milyonlardan bəhs edəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanan “Best Beef” əmtəə nişanlı kolbasa və sosis istehsalçısı bu nöqsana görə dəfələrlə cəzalanıbmış.

Tribunainfo.az xəbər verir ki, bu, şirkətin ilk nöqsanı və bu nöqsana görə ilk cəzası deyil. Elə iki il öncə də eyni bu nöqsana görə “Best Beef”lə bağlı protokol imzalanıb. Belə ki, 2023-cü ildə iş adamı, fiziki şəxs Vüqar Tahirovun istehsal etdiyi “Best Beef” markalı bişmiş hisə verilmiş “Servalat” kolbasasında və əla növ “Ocaq” sosiskasında, üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanmışdı.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laborator sınaqları aparmaqla aşkar etmişdi.

V.Tahirova məxsus “Best Beef” əmtə nişanlı daha bir neçə məhsulda iki il sonra eyni nöqsanın aşkarlanması maraq doğurur. Görünür iş adamı V.Tahirov ilk protokoldan dərs çıxarmayıb və hələ neçə il də üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si olan məhsular istehsal edib və satışa çıxarıb.

Qeyd edək ki, AQTA-nın dünən yaydığı məlumatda məlum oldu ki, “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Bildirilib ki, bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Xatırladaq ki, sözügedən məhsulların istehsalçısı iş adamı Vüqar Tahirovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən
 
Ardını oxu...
Neftçilərin Hüuqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı SOKAR-ın işəgötürmə siyasətinə etiraz edərək yazır:
Niyə SOCAR İRD??? bu nətəri olur ki? Bu qərarı kim , nə üçün icad edib ?
İşçi var ki,bakalavr,magist təhsili alıb,uzun illərdir ki,çilingər işləyir.
İşçi də var ki,üç vəzifəni bir yerdə tutur.
İşçi də var ki:
SOCAR İnsan Resursları Departamenti yeni qərar çıxarıb fəhlə kateqoriyası Azneft daxili mühəndis vakansiyası çıxdıqda müraciət edə bilməyəcək. Vakansiya SOCAR üzrə çıxsa verə bilər, hal hazırda Azneftdə olan vakansiyaların xaricə (yəni SOCAR üzrə) çıxmağı qeyri müəyyəndir. Bizim iş stajımız, Ali təhsilimiz uyğun olduğu halda niyə müraciyət edə bilmirik?? Bunların qurduğu sistemə əsasən, İdarənin öz işçiləri işi bildiyi halda kənardan niyə işçi tələb edilsin?? Bu qərarı kim , nə üçün icad edib ? Vakansiya çıxır, müraciət edirik imtina gəlir, səbəb (kateqoriya dəyişikliyi)
Mirvari xanım daha sonra faktlara müraciət edərək yazır:
Rac Kərimov
Baxın, ( link əlavə olunub) görün işçilər necə ələ salinir. Vakansiya elana çixarilib, vakansiya tələbində mübahisəli kateqoriya barədə heç bir qeyd olmayib. Sonradan imtina vaxti səbəb kimi guya "fəhlədən muhəndisə olmaz" kimi bəhanə gətiriblər.
Neftçilərin Hüuqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz sosial şəbəkə səhifəsində aşağıdaki faktları gətirərək davam edir:
1-cisi bunu niyə vakansiyada gostərməyibsən?
2-cisi niyə fəhlədən muhəndisə olmaz?
Bu qədər oyunlar olar amma bu olmaz? Portalndan kənar işə qəbul olar, sifirdan ştat açdirmaq olar, nə bilim nələr nələr amma bu olmaz.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...

“Tamstore” mağazasında vaxtı keçmiş məhsullar satılır.

"DogruXeber.az" 32gun.az-a istinadən xəbər verir ki, “Tamstore” mağazasının Nərimanov filialında vaxtı keçmiş şərbət halvası məhsulları satışdadır. Məlumata əsasən, bu məhsulların ən yeni istifadə müddəti cari ilin yanvar ayında başa çatıb. Hətta ötən ilin dekabr ayına aid məhsulların da satışda olduğu bildirilir.

Tam istədiyiniz marketlər 7-ci filialını açıb - » AFN.az - Xəbər Portalı

Redaksiyamıza təqdim olunan fotoşəkillər də iddiaları təsdiqləyir.

Qeyd edək ki, “TamStore” supermarketlərinin sahibi olan “Tam Store” MMC “Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb.

“Tam Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə qanuni təmsilçisi Ceyhun Yusubov Lətif Oğludur.

“Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Ardını oxu...

Xatırladaq ki, “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.

Ardını oxu...

Ardını oxu...

 

 

Dünyapress TV

Xəbər lenti