Xətai İcra Hakimiyyəti 5 ailəni təhdid edir:
Fərdi yaşayış evinin sökülməsinin arxasında Xətai Rayon İcra Hakimiyyətinin dayandığı bildirilir

Bakıda ev sökülməsi davam edir. Bu dəfə tavanı uçurulanlar paytaxtın Xətai rayonu, Ağ Şəhər, Süleyman Vəzirov 33 ünvanında yaşayanlardır.

Sakinlərin bildirdiyinə görə, 2025-ci il fevralın 20-dən 22-dək beş ailəyə məxsus fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülüb.
1743836236_1.jpg
Foto: Zərərçəkənlərin arxivindən
İcra Hakimiyyətindən onlara bildirilib ki, ərazi dövlət ehtiyacı üçün abadlaşdırılacaq.

Ərazidə yaşayan beş ailədən üçü qohumdur. Fərdi evlər ayrı-ayrılıqda Aida Maxsudova, Zariş Maxsudova, Fəxrəddin və Səadət Maxsudovlara aiddir. Evləri sökülənlərdən biri Bakı Dövlət Universitetinin (BDU) professoru, digəri isə Laçın rayonundan olan məcburi köçkündür.

Laçından olan məcburi köçkünə və BDU-nun professoruna ümumiyyətlə, təzminat ödənilməyib.

Maxsudovlara isə üç ayrı-ayrılıqda ev olduğu halda ümumilikdə 90 min manat verilib.

Evi sökülən Aida Maxsudova Meydan TV-yə bildirib ki, həmin ərazi atası, iş adamı Fəxrəddin Maxsudov tərəfindən “Nicat” Səhmdar Cəmiyyəti kimi qeydiyyatdan keçirilib.
1743836236_2.jpg
“Bu, 1990-ci illərdə baş verib. Müəssisənin nəzarət paketi atama aid olub. Biz 1993-cü ildə Rusiyadan qayıdıb, orada yaşamağa başlamışıq. Atam həmin yeri Xətai Rayon İcra Hakimiyyətinin təsdiqi ilə sərəncamlı şəkildə 2 milyon 200 min manat ödənişlə alıb. Əlimizdə rəsmi sənədlər və sərəncam var, dəfələrlə də göstərmişik. Bu ərazinin tək təsisçisi atam olmasa da, bütün məsuliyyət, nəzarət atamın üzərindədir, səlahiyyətli şəxs də atamdır”.

“Cəmiyyət fəaliyyətini 1998-ci ildə dayandırıb. Təxminən 30 il əvvəl bildirilib ki, müəssisəyə sadəcə, bir il müddətində məcburi köçkünlər yerləşdiriləcək. 30 ilə yaxın məcburi köçkünlər bu müəssisədə yaşadılar. Müxtəlif dövrlərdə onlara dövlət tərəfindən təzminat ödənilərək köçürüldülər. Onu da deyim ki, məcburi köçkünlərin heç birinin müəssisəyə aid hansısa sənədi yox idi. Sadəcə, orada müvəqqəti məskunlaşmışdılar. Müəssisəsinin fəaliyyəti dayandı və indi bizim müəssisəsini görməzdən gəlirlər. Əlimizdə rəsmi sənəd, sərəncam olmasına, qeydiyyatda olmağımıza baxmayaraq, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri evimizi bu cür zorakı şəkildə uçurub. Onların buna haqqı yoxdur. Biz evdə ola-ola, əşyalarımız olduğu halda bu hadisələri törədiblər”.

Zərərçəkənin sözlərinə görə, onlara deyilib ki, verilən məbləğlə razılaşmasalar, sənədləri imzalamasalar, evləri zorla söküləcək.

1743836236_3.jpg
Foto: Zərəçəkənlərin arxivindən
“Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri dəfələrlə bizə təzyiq göstərdi. Başçı Rafiq Quluyev üç dəfə valideynimlə danışmaq üçün evimizə gəldi, “sizə maksimum doxsan min manat təklif ediləcək”,- dedi. Aylarla qazı, işığı, suyu kəsdilər. İllərlə evimizin hər küncündə söküntü aparıb, maksimum yaşaya bilməyəcəyimiz həddə gətirmişdilər ki, axırda özümüz bezib çıxaq, onların təklif etdiyi minimal məbləğə sevinə-sevinə razılaşaq. Mənə və bacıma, həmçinin orada məskunlaşmış digər qonşularıma ümumiyyətlə, heç bir kompensasiya təklif edilmədi. Bizim adımızı çəkən olmadı”.

“Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədəli Aslanov atama zəng edib, dedi ki, doxsan min manata razılaşmasan, gəlib o imzanı atmasan, sabah qara maskalılarla gəlib sizi zorla evdən çıxaracağıq, sənədi də zorla imzalayacaqsan. Digər məhəllədə yaşayan sakinləri də evlərindən təzyiqlə çıxarmışdılar. Xətai Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Teymur Əzizovun başçılığı ilə, yəni özlərinin yaratdığı qara maskalı dəstə sakinlərə hücum etmişdi. Valideynim də bunları bildiyi üçün evdəki azyaşlı iki körpənin qorxacağını düşünüb, doxsan min məbləğə razı olduğunun imzasını çəkdi ki, vaxt qazansın. Çünki bizə bir gün belə vaxt vermədilər ki, imzanı çəkməlisiz. Valideynim Fəxrəddin Maxsudov imza atdıqdan sadəcə, bir gün sonra imtina etdi. Bununla bağlı sənədimiz də var və icra hakimiyyəti bu sənədi təsdiqləyib. Buna baxmayaraq atama fevralın 21-də 90 min manat verdilər. Fevralın 22-də isə evi tamamilə sökdülər”.

Vətəndaşın sözlərinə görə, məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə, Xətai Rayon Prokurorluğuna, Milli Məclisə, Ombudsmana və Prezident Administrasiyasına şikayət ünvanlasalar da nəticəsiz qalıb.

Sakinlər məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Meydan TV Xətai Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti