Ardını oxu...
Xırdalanda yerləşən “Kristal Abseron”un 1-ci yaşayəş kompleksindən şikayətçiyəm”.

Məlumata görə bu barədə Nübar Əsədova adlı sakin giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “Həm MTK və həm də komendantlıq dövlət içində dövlət qurublar… Ürəkləri istədikləri kimi idarə edirlər…
Burada qayda-qanun yoxdur. Kefləri istəyəndə qiymət artımına gedirlər. Komendantlığa ödənilən aylıq pullar nə üçündür… bilinmir… Antisanitariya baş alıb gedir.
Hər gün dava-haray… Maşın parkinqi ancaq pulludur (ordan ev alan peşman olur)…
Bir parka bənzər yer vardı… Oranı da zəbt edə-edə bapbalaca bir yerə çevirdilər. 1 il yarımdan coxdur ki, parkda tikinti gedir və bitmək bilmir…”(Dia.az)
Ardını oxu...
Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də “fəth” etməyə başlayıb.

TEREF Qaynarinfo.az-a istinadən xəbər verir ki, şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasının təchizatının gücləndirilməsinə dair malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır.

TTYX bu məbləğə aşağıdakı malları almağı planlaşdırır:
Xəstəbaşı monitor – 64 ədəd
Şırınqa pompası – 64 ədəd
İnfuziya pompası – 64 ədəd
Venadaxili infuziyalar üçün ştativ – 64 ədəd
4 motorlu çarpayı – 32 ədəd
3 motorlu çarpayı – 32 ədəd
Larinqoskop seti – 32 ədəd
Defibrilyator / monitor – 32 ədəd
Xəstəbaşı panel – 64 ədəd
Təcili yardım arabası (Crash cart) – 32 ədəd
Xəstədaşıma xərəyi – 32 ədəd
Xəstədaşıma kreslosu – 32 ədəd
Oksigen terapiya dəsti – 32 ədəd
Oksigen konsentratoru 10L – 32 ədəd
Portativ aspirator (sorucu) – 32 ədəd
Divarüstü diaqnostik dəst oftalmoskop – otoskop – tonometr – 32 dəst.

“Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir. Bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.

Şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır.

“Azəri Med” QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. “Azəri Med” QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.

Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.
 
Ardını oxu...
Azərbaycanda hərbi xidmətə çağırışın da deyəsən, ASAN Xidmətə verilməsinin zamanı çatıb. Çünki bu gedişlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti narazılar ordusu yaradacaq. Bu narazılar ordusunun formalaşmasına səbəb isə Dövlət Xidmətinin yaratdığı əngəllər, vətəndaşların incidilməsi hallarıdır. Bu faktlardan biri Talıbov Azər Məmməd oğlunun elektron poçtla və media üzərindən etdiyi müraciətə qurumdan gələn cavabdır. Belə ki, Anaxeber.info-nun baş redkatoru olan Azər Talıbov oğlu Turan Talıbovla bağlı məsələnin araşdırılmasını xahiş edib. Daha əvvəl etdiyi müraciətində Azər Talıbov məlumat verib ki, həm "B14" diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. “Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir? Ona görə də Suraxanı hərbi komissarlığının Turan Talıbovun sağlam olduğu haqda verdiyi kağızı əllərindən aldım. Onlar isə uşağın fotosunu və kağızı cırıb tulladılar. Bu barədə Xidmət rəisi Mürsəl İbrahimova məktub ünvanladım. Onların bu hərəkətinin qanunsuz olduğunu vurğuladım. Amma verilən cavab rüsvayçılıqdır”.

SHXÇDX vətəndaşın müraciətinə cavabında bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən 20.11.2024-cü ildə təkrar müayinə təyin olunub, bu ilin yanvarında Turan Talıbov Suraxanı hərbi komissarlığına dəvət olunub və aidiyyatı tibb məntəqələri tərəfindən tərtib olunan qərar qəbul ediləcək. Qurum əlavə edib ki, aparılan təhqiqat nəticəsində Suraxanı hərbi komissarlığının əməkdaşlarının fəaliyyətində qanun pozuntusuna yol verilmədiyi müəyyən olunub. Bu cavab təşkilati nəzarət baş idarəsinin rəisi Əziz Hidayev tərəfindən verilib. Amma Suraxanı hərbi komissarlığının əməkdaşlarının qanun pozuntusuna yol vermədiyini qeyd etmək, mədəni şəkildə söyləsək, absurddur. Çünki uşağın fotosunu və kağızı cırıb atıblar. Bu, özbaşınalıq, qanun pozuntusudur.

Sadəcə, Mürsəl İbrahimovun rəhbərliyi dövründə bu xidmət daha bərbad hala düşüb. Ən azından Suraxanı rayon hərbi komissarlığının həkimlərinin xəstə uşaq haqda sağlam rəy verməsi bunu təsdiqləyir. Ona görə də Turan Talıbovun atası Azər Talıbov bu rəyi məişət tullantısı hesab edir: “Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Sonra bu haqda məktub yazdım, indi gələn cavabdan da görünür ki, Xidmət rəhbərliyi Suraxanı hərbi komissarlığının əməkdaşlarını qoruyur, onların tərəfini saxlayır. Hərçənd, onların hərəkəti, davranışı qanun pozuntusudur. Belə aydın olur ki, Mürsəl İbrahimovun idarəsi haqsız da olsa, öz əməkdaşlarını müdafiə edir”.

A.Talıbov gözləyir ki, bu məsələləri üzə çıxdıqdan sonra aidiyyatı üzrə obyektiv rəy veriləcək və Turanın xəstəliyi əsasında qərar qəbul olunacaq. O, oğlunun məsələsi ilə bağlı yol verilən bu özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevdən kömək istəyib.

AnaXeber.info

A.Talıbov
 
Ardını oxu...
Suraxanı sakini Aynur Nuriyevanın "Kanal14"ün canlı yayımında danışdıqlarını dinlədikcə adama elə gəlir ki, dedektiv Hollivud filmi izləyir.

"DogruXeber.az" xatırladır ki, ötən yazımızda Suraxanı rayonu, Suraxanı qəsəbəsi 14 iyul küçəsində yaşayan Aynur Nuriyevanın redaksiyamıza müraciəti və iddiaları barəsində məlumatları dərc etmiş, həmçinin aidiyyatı qurumlara rəsmi sorğular göndərmişdik.

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Əvvəla onu diqqətinizə çatdırmaq istəyirik ki, göndərdiyimiz rəsmi sorğuları bir neçə gün keçməsinə baxmayaraq nə Əmlak Məsələləri Dövlət Xidməti, nə Şəhərsalma və Arxitektura Komitəsi, nə də namıdəyər Suraxanı Rayon İcra Hakimiyyəti hələ də cavablandırmayıb.

Atalar məsəlidir: "Susmaq razılıq əlamətidir".

Aidiyyatı qurumların susqunluğu xanımın haqlı olduğunu və bu haqlı iddialara onların verəcək cavablarının olmadığı anlamına gəlir. Lakin, Aynur Nuriyevanın iddiasına görə ona qarşı təzyiqlər, bununla yanaşı xahiş-minnətlər davam edir. Onun redaksiyamıza təqdim etdiyi növbəti videogörüntülərdə özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən Elməddin adlı şəxs dövlətin binasında (yəni vəzifə başında) başında "kepka" papaq, əynində sport gödəkcə, əli cibində xanımın qarşısında dayanıb, onu Allahdan qorxmağa dəvət edir. Görünür xanımın onu lentə aldığından xəbərdardır, lakin özünü bilmirmiş kimi apararaq, israrla, "Allahdan qorx, mən səndən pul istəməmişəm, hədə-qorxu gəlməmişəm" deyərək, xanımı yalançı çıxarmağa çalışır, digər tərəfdən isə, başqa bir şəxsin Aynur Nuriyevanın yaşadığı həyətin darvazasını möhkəm döyəclədiyi, evdə heç kimin olmadığını anladığında isə telefonu yuxarı qaldırıb, həyəti videoya çəkdiyi müşahidə kamerasına düşüb.

Xanımın sözlərinə görə, həmin gün o, evdə olmadığı üçün gələnin kim olduğundan xəbərsiz olub. Qonşusu ona bildirib ki, - "Əmlakdan gəlmişdilər, sən evdə yox idin". Yalnız bundan sonra, gələnin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı olduğu məlum olub.



Bu nə rəzalət, hörmətli Mətin müəllim?

Bəlkə belə bir hüququnuz var, biz bilmirik?

Sizin işçiniz hansı əsasla vətəndaşın xəbəri və razılığı olmadan onun şəxsi həyətini lentə alır?

Bundan əlavə, Suraxanı rayon icra hakimiyyətinin, "bizim elə işçimiz yoxdur", icra nümayəndəliyinin isə, "necə yəni yoxdur, işçi deyilsə burda niyə oturub" dediyi Elməddin adlı şəxs (deyilənə görə maklerlərdir) nümayəndəliyin sözünə qüvvət, hansı səbəblə icra nümayəndəliyinin inzibati binasında əyləşir, üstəlik torpaq almaq, tikinti aparmaq və sair işlər görmək istəyən vətəndaşlarla "bazar açıb, qiymət oxuyur"?

Qeyd edək ki, Aynur Nuriyevanın redaksiyamıza göndərdiyi daha bir videogörüntüdə bir qrup şəxsin yenidən onun evinə gəldiyi aydınca görünür. Kameraya düşməmək üçün həyətə girməkdən imtina edən şəxslər, xanımın sözlərinə görə həyətində aparmaq istədiyi tikinti yerinə baxış keçiriblər və xanıma Şəhərsalma və Arxitektura Komitəsindən icazə almasının mütləq olduğunu, oranın icazəsi olmadan tikinti apararsa birmənalı olaraq həmin tikintinin söküləcəyini bildiriblər.

Halbuki ki, biz özümüz də Suraxanı qəsəbəsində çəkiliş apardığımız zaman da şahidi olduq ki, 14 iyul küçəsində hətta kənd təsərrüfatı təyinatlı ərazilərdə belə çoxsaylı tikililər mövcuddur.



Yeri gəlmişkən, hər kəsə məlumdur ki, Aynur Nuriyeva Suraxanı rayon icra hakimiyyətinin təptəzə başçısı Adil Əliyevdən narazı olan yeganə sakin deyil. Xatırlayırsınızsa, bir müddət əvvəl Suraxanı Rayon Hövsan qəsəbəsi, Elman Qasımov döngə 2 ünvanında yaşayan şəhid ailəsi Şahmurov İlqar Əlihəsən oğlu da mediaya müraciətində rayon icra hakimiyyətinin onun tikintisini sökdürdüyünü, hətta onun cibinin pulu ilə aldığı tikinti daşlarının icra hakimiyyətinin apardığı abadlıq işlərinə sərf olunduğunu bildirirdi. Və o, da bu durumdan şikayətçi olduğu üçün təhdidlərə məruz qaldığını deyirdi.

Əslində bu kimi iddialar, Adil Əliyevin keçmişi barəsində yerli mediada yazılanlarla üst-üstə düşür.

Sosial media və sosial şəbəkələrdə "qoçu dəstəsi" ilə tez-tez gündəmə gələn idmançı məmur barəsində "xalqxeber.az" saytı yazır :

"Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o, dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam edən Əliyev neft oğurluğu ilə məşğul olub. Sonralar Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da çoxlarına məlumdur."

Oxuduqca adamın dəhşətdən tüklərini qabardan bu məlumatlarla Suraxanı sakinlərinin iddialarının biri-birini tamamlaması da artıq təəccüblü görünmür.

Bu boyda həngamədən sonra Adil Əliyev özünə yaxın bloggerləri də başına yığıb, şəhid uşaqları üçün əyləncə təşkil edir, sonra da bunu işinin yalnız onu tərifləməkdən ibarət olan sosial şəbəkələrdə yayımladır. Yəqin, bununla da "gözlərdən pərdə asdığını" düşünür.

Lakin, hörmətli, Adil müəllim, sizin indi istifadə etdiyiniz pərdəni artıq beşinci ildir (44 günlük müharibədən sonra) ki, demək olar bütün məmurlar o, qədər işlədib ki, tamamən "üzülüb əldən çıxıb", artıq el demişkən, "bəri üzündən baxanda, o, üzündə Ərdəbil görünür".

Əslində, keçmişi ört-basdır etmək üçün əlinizdə çox böyük şansınız - vəzifə səlahiyyətləriniz var. Səlahiyyətlərinizi çıxışlarınızda vurğuladığınız o, vicdan və dürüstlüklə icra etmək kifayət edər ki, həm ölkə başçısının sizə olan etimadını doğruldasınız, həm də rayon sakinlərinin etibarını, rəğbətini qazanasınız.

Xüsusi vurğulamaq yerinə düşər ki, bizim Adil Əliyev də daxil olmaqla, heç bir məmurla şəxsi qərəzimiz yoxdur. Ucaltdığımız səslər, hüquqları tapdanmış vətəndaşların hıçqırıqları, haqq səsləridir.

Bəlkə də əmri altında çalışan insanların, rəhbərdən xəbərsiz "meydan sulama" ehtimallarını da düşünərək, həmin rəhbərlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik, işin qalanı rəhbərin üzərinə düşür.

Odur ki, Adil Əliyevin verdiyimiz məlumatlardan nəticə çıxaracağı, icra hakimiyyəti və bələdiyyə tərəfindən hüququ pozulmuş sakinlər üçün lazım olan addımları atacağı ümidilə mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu yeni tender keçirib.

Tribunainfo.az xəbər verir ki, nazirlik FHN İdman-sağlamlıq klubunda voleybol meydançası üçün Video Challange sisteminin satınalınmasını həyata keçirəcək.

FHN bununla əlaqədar “QAFQAZNET” MMC ilə satınalma müqaviləsi bağlayıb. Layihənin həyata keçirilməsinə isə 205.375,46 manat xərcləyəcək.

Qeyd edək ki, FHN-lə “Qaqaznet” arasında bu, ilk sövdələşmə deyil. Bundan əvvəl də nazirlik bir neçə iri tenderlərini bu şirkətə həvalə edib. Məsələn, FHN Maddi Texniki-Təchizat İdarəsi 2023-cü ildə 3 tenderini “Qafqaznet” MMC-yə verib. Təkcə iki müqavilənin dəyəri 3 724 670 manat təşkil edib.

Elə ötən il də analoji tenderlər reallaşdırılıb.

Bildirək ki, 2015-ci ildə təsis edilən “Qafqaz Net” MMC “Gilan Holdinq” daxilində biznes strukturları arasında mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun yaradılması və internet xidmətinin verilməsini həyata keçirir. Şirkətin rəhbəri Cəfərov Adil Ələddin oğludur.

Açıq mənbələrdə isə iddia olunur ki, “Gilan Holdinq” FHN rəhbəri Kəmaləddin Heydərova yaxın şirkətlərdən biridir.
 
Ardını oxu...
“Canişin həzrətləri” Naxçıvanda muxtariyyətə aid olan hər şeyi məhv etməyi qarşısına məqsəd qoyub.
Naxçıvandakı mənbəmizin iddiasına görə, son zamanlar bu istiqamətdə müntəzəm addımlar atılır, Muxtar Respublikanın ruhunu incitmədən onun bütün muxtar səlahiyyətləri əlindən alınır.
“Canişin”in bu istiqamətdə atdığı bir sıra addımları barədə müntəzəm məlumatlarla sizləri tanış etdiyimizdən keçmişdə baş verənləri təkrarlayıb qiymətli zamanınızı almaq fikrindən uzağıq. Bu yazımızda sadəcə “Canişin” həzrətlərininin həyata keçirməyə hazırlaşdığı bir sıra hüquqi islahatlarla bağlı bəzi məlumatları diqqətinizə çatdıracağıq.
Ovqat.com-un məlumatına görə, “canişin” həzrətlərinin növbəti addımı Naxçıvanda bir sıra orqanları ləğv etmək, bəzilərinin isə çəkisini aşağı salmağa yönəlib.
İslahat 1: “Naxçıvan hara, Ombudsman hara?
Onun ləğv etmək istədiyi birinci məsələ Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. O bu qurumu regional mərkəzə çevirmək istəyir. Belə olduqda orada bir sıra işçilər ixtisara düşməklə yanaşı, işləyən işçilərin əmək haqqları isə kəskin aşağı düşəcəkdir. Canişinin bu vecinə də deyil!
İslahat 2: “Qısırlaşdırılmış Ali Məhkəmə"
Ən böyük həngamə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin I hissəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.
Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Konstitusiyasının 44-cü maddəsinin II hissəsinə görə, müəyyən subyektlərin sorğusu ilə Naxçıvanın qanunvericilik aktları arasında uyğunluq məsələlərini həll edir.
Bundan başqa, Naxçıvan Konstitusiyasının 44-cü maddəsinin III hissəsinə görə hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.
Naxçıvan Konstitusiyasının 16-cı maddəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi adlanır və həmin maddəyə görə seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.
Nəyə görə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə bağlı qanunvericiliyin tələblərini uzun-uzadı danışdım, bunun səbəbi var!
Əldə etdiyimiz dəqiq məlumata görə, Canişin həzrətləri Naxçıvan Konstitusiyasının yeni layihəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin adının “apellyasiya məhkəməsi” olaraq deyişdirilməsini istəyir. Belə olduqda, bu həzərat anlamır ki, Naxçıvan MR Ali Məhkəməsinin adı “Naxçıvan MR Apellyasiya Məhkəməsi” olaraq dəyişdirilərsə, bəs, o zaman, Naxçıvan Muxtar Respublikasının qanunvericilik sisteminə münasibətdə Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini hansı orqan təmin edəcək? Və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqini hansı orqan həyata keçirəcək???
Bəlkə canişin hesab edir ki, bu fundamental və zəruri konstitusiya nəzarəti funksiyasını elə adı “Naxçıvan MR Apellyasiya Məhkəməsi” olan orqan həyata keçirə bilər?
Yanılır! Ölkə rəhbərliyinin diqqətindən yayınmaqla tələm-tələsik bu layənin qəbul edilməsinə cəhd göstərir. Halbuki, Konstitusiya nəzarəti səlahiyyətlərini apellyasiya məhkəməsinə vermək olmaz! Naxçıvan Muxtar Respublikasının qanunvericilik sisteminə münasibətdə konstitusiya nəzarəti funksiyasının AR Konstitusiya Məhkəməsinə də verilməsi düzgün deyil! Çünki regional səlahiyyət respublika əhəmiyyətli ali dövlət orqanı olan Konstitusiya Məhkəməsinə həvalə edilə bilməz!
Naxçıvan MR Ali Məhkəməsinin adının Apellyasiya Məhkəməsi olaraq dəyişdirilməsi bu məhkəmənin əlindən konstitusiya nəzarəti funksiyasının alınması deməkdir ki, bu başqa ciddi məsələyə də mənfi təsir göstərir. Belə olduqda muxtar respublika sakinləri onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə BİLMƏYƏCƏKDİR!
BU İSƏ CANİŞİN həzrətlərinin insan hüquqlarını boğması, insan haqlarını kobud şəkildə məhdudlaşdırması deməkdir!
Vasif Talıbova min şükür! O heç olmasa qanunvericilik müstəvisində insan haqlarını tanıyırdı!
Bu dəyişikliklərə qarşı çıxmaq istəyən hər kəsi Canişin gözünün düşməni hesab edir!
Tarixdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi konstitusiya nəzarəti funksiyasını yerinə yetirərək 11 iyun 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin sorğusu əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabine¬tinin 22 may 2000-ci il tarixli 103 saylı qərarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu məsələsinə baxaraq müvafiq qərar qəbul etmişdir. Sonrakı dövrlərdə isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsi ilə ona aid edilmiş səlahiyyəti həyata keçirərək konstitusiya nəzarəti qaydasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə müxtəlif vaxtlarda keçirilmiş seçkilərin, o cümlədən əlavə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlayaraq təsdiq etmişdir. İndi isə görünən budur ki, “canişin” həzrətləri Naxçıvanın muxtar hüquqlarını rəsmən bəyan etmədən ləğv etməklə məsələni səs-küysüz çözməyə başlayıb. Görünür, səs-küylü hüquqi islahatların əlavə baş ağrısına yol açacağından narahatdır.

OVQAT.com
 
Ardını oxu...
Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33, 33 a və 33 b binalarının sakinləri "İDEA” ictimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 nömrəli bu binalar 1960-cı ildə tikilib. Məhəlləmiz 11 blok və 165 mənzildən ibarət olaraq, əslində üç binanın (A, B, C) birləşməsi kimi inşa edilmişdir. Hər mənzildə ortalama 5 nəfərin olması hesabı ilə binalarda hal-hazırda 800 nəfərdən artıq insan yaşayır. Lakin əfsuslar olsun ki, bu qədər insanın yaşadığı binada və onu əhatə edən ərazidə normal yaşayış və istirahət şəraiti yox səviyyəsindədir.
Nəzərə alsaq ki, bina şəhərin mərkəzində ABŞ səfirliyinin və bir sıra ali təhsil müəssisələrinin yaxınlığında yerləşir. Günü-gündən yeniləşən, müasir görkəmi ilə dünyanın ən gözəl şəhərlərinin sıralamasında yer alan Bakının mərkəzi hissəsində böyük bir məhəllənin bu cür acınacaqlı, bərbad vəziyyətdə olması heç də ürəkaçan deyil.

Dəfələrlə mövcud vəziyyətin dözülməzliyi ilə bağlı yuxarı instansiyalara müraciət etməyimizə baxmayaraq, bu günə kimi heç bir müsbət dəyişiklik baş verməyib.
Uzun zamandır ölkənin ali instansiyalarına ünvanladığımız məktublar problemin həll edilməsi üçün müvafiq olaraq Nəsimi rayon İcra Hakimiyyətinə yönəldilir.
Ancaq təəssüflər olsun ki, altı aydır icra başçısı olmayan Nəsimi rayon icra Hakimiyyəti hər dəfə bizim məktublarımıza formal cavab verərək məhəlləmizdəki problemlərin həlli üçün vəsaitin olmadığını bildirirlər.

Bizim məhəlləmizə birbaşa cavabdeh olan qurumların, Nəsimi rayon icra Hakimiyyətinin, ərazimizə nəzarət edən 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin yaşadığımız acınacaqlı duruma bu cür məsliyyətsiz, laqeyd yanaşması Sizin son illər Bakı şəhərində, eləcə də şəhərimizin ətraf qəsəbələrində sakinlərin sosial-mədəni həyatlarının daha da yaxşılaşması üçün apardığınız əsaslı yenidənqurmaya, əsrarəngiz layihələrinizə ciddi kölgə salır.

Dəfələrlə ən adi bir problemin həlli üçün 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqova edilən müraciətlərimiz havadan asılı qalır.

Məhəlləmizdə olan 3 yaşayış binasında yaşayan ailələrin azyaşlı uşaqlarının vaxtlarını səmərəli keçirmələri, əylənmələri üçün ərazidə heç bir şərait yoxdur.

Məhəlləmizin hər tərəfində sınıq-salxaq zibil yeşikləri bel-belə yığılıb.

Həyətimizdə olan daş pilləkanların döşəməsi 1960-1970-ci illərdə döşənib.

Divarlardan ağlay üzlüklü daşlar qopub yerə tökülür.

Üç binanın sakinlərinin həyətdə oturmaları, dincəlmələri üçün bir dənə də olsun skamya yoxdur.

Bizim yaşadığımız bu üç binanın həyətində olan söhbətgah 1970-80-ci illərdən qalıb.

Həyətimizdə olan yeganə bulaqdan uzun illərdir ki, su gəlmir. Bütün bunlar azmış kimi 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi həyətimizin girişinə şlanqbaum qoyaraq həyətimizi "parkovkaya" çevirib.

Mövcud vəziyyətin ağırlığından şikayətlənən sakinlər daha sonra deyirlər.

Son illər Bakı şəhərində Sizin şəxsi təşəbbüsünüz və rəhbərliyinizlə həyata keçirilən "Abad məhəllə" layihəsi üzrə bir çox binalar, məhəllələr, həyətlər abadlaşdırılmış, uşaq və idman meydançaları inşa edilmişdir.

Sizin bu layihəniz minlərlə vətəndaşımızın, körpələrimizin böyk sevincinə səbəb olub.

Biz əminik ki, Siz bizim harayımıza səs verəcəksiz. Bizim məhəlləmiz də abad məhəllə olacaq. Bizim övladlarımız da sevinc yaşayacaqlar.

Hal-hazırda, ümidi hər yerdən üzülmüş, səsimizə heç kimin səs vermədiyi 33 nömrəli binanın sakinləri olaraq yeganə arzumuz müasir oturacaqların heç olmazsa bir neçəsini öz həyətimizdə görmək, övladlarımızın əylənmələri üçün atraksionların quraşdırılması, binamızın kommunikasiya və təklükəsizlik sisteminin yaradılmasıdır.

Sonda bina sakinləri müraciətlərində yazırlar:

Hörmətli Leyla xanım!

Sizdən xahiş edirik ki, bizim bir Azərbaycan Respublikası vətəndaşı olaraq, təhlükəsizlik, sağlam mühütə olan hüququmuzun pozulmasına yol verməyəsiniz. Yaşadığımız 33 nömrəli binanın təmir edilməsi və həyətyanı sahənin abadlaşdırılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Ümid edirik ki, Sizin dəstəyinizlə abadlaşan məhəlləmizə övladlarımızın yaşadıqları sevinci görməyə gələcəksiniz.

Mənbə: İnterposta.info
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.

Mia.az xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.

Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.

Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir. (Azfakt.com)

***

Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Ədalət Babayev haqqında bir sıra saytlarda yayılan məlumata münasibət bildirib.

Mia.az-ın məlumatına görə, o, Faktinfo.az saytına açıqlamasında təyinatları belə izah edib:

"Birincisi, oğlum Orxan Rəşidli struktur islahatları aparılana qədər rəhbəri olduğum idarədə işləməyib. O, Cənub Muğan Kanalı İstismar İdarəsində müxtəlif işlərdə,o cümlədən qısamüddətli kanal rəisi vəzifəsində çalışıb.Belə ki,bir neçə idarə, o cümlədən Cənub Muğan Kanalı İstismar İdarəsi Biləsuvar Suvarma Sistemləri İdarəsinə birləşdirildi,Orxan 12-ci dərəcədən, 9-cu dərəcəyə endirilməklə müvafiq ixtisas üzrə köçürmə yolu ilə rəhbərlik etdiyim idarəyə su bölgüsündə mühəndis işinə göndərildi. Bu da mənim istəyimlə olmayıb.

İkincisi də, oğlum hardasa işləməli deyildi ki? 628 bal toplamış, iki universitet bitirmiş şəxs çalışmamalı idi ki, günlərin birində baş verəcək struktur islahatları nəticəsində bölgüdə atasının rəhbərlik etdiyi idarəyə düşə bilər? Bunu da saytlar yazacaq.Bu nə yanaşmadı indi? Orxan neyləsin, Biləsuvar rayonundan gedib, başqa bölgədə işləsin? Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur? İndi də oğlumun işləməsini həzm edə bilmirlərsə, iş yerini dəyişdirsinlər."

İdarə rəisi müavini Elsevər Həsənov haqqında yazılanlara da aydınlıq gətirib.

"Müavinim Elsevər Həsənov çox savadlı, işinə məsuliyyətlə yanaşan şəxsdir. Yüksək bal toplamış, iki universitet bitirmiş gəncdir. Onun haqqında da həqiqətə uyğun olmayan məlumat yazıblar. Yəni qeyd etmək istəyirəm ki, yanacaq, texnikaların təchizatı və hərəkətinə kimi məsələlərin müavinim Elsevər Həsənova heç bir aidiyyatı yoxdur. Vurğulanan məsələlər vəzifə bölgüsü baxımından idarənin baş mühəndisinə aid işlərdi. O da öz vəzifəsi ilə məşğuldur. Həmçinin yazıldığı kimi deyil, mən rəhbər şəxs təyin etmirəm, elə bir səlahiyyətim yoxdur, Elsevər Həsənov da tabe olduğumuz baş idarə tərəfindən müavin kimi idarəyə təyin olunub. Onu bir müddətdən sonra başqa bir idarəyə rəis göndərəcəyimə dair yazılan fikrə gəlincə, qeyd etdiyim kimi bu mənim səlahiyyətim daxilində deyil, yalan xəbərdir.Yeri gəlmişkən, niyə görülən işlərdən, əldə olunan uğurlardan yazmırlar?

Yeri gəlmişkən, Su Ehtiyatları Agentliyində sədr Zaur Mikayılovun iki qudası da yüksək vəzifə tutur.

MİA.AZ
 
 
 
Ardını oxu...
Azərbaycan səhiyyəsinin can verdiyi və reanimasiya şəraitində olduğu onsuz da hamıya bəllidir. Amma bəzi tibb müəssisələri elə tərif edilir ki, məəttəl qalırsan, bəlkə yanıldığını düşünürsən. Elə ki içəriyə daxil oldun, səhv etmədiyini bir daha başa düşürsən: əmin olursan ki, bu ölkənin səhiyyə sistemi düzələn deyil. Əslində, təəccüblü də deyil. Kim bu respublikanın səhiyyə xidmətindən xeyir görüb? Bir ölkənin səhiyyə naziri, yaxud məmuru xaricdə müalicə alırsa, deməli, öz vətənində səhiyyə sisteminə güvənmir. Amma yenə də bəzi gözləntilər vardı ki, nəysə dəyişir, icbari tibbi sığorta işləyir, bazar qaydaları aradan qalxır. Xüsusən də yeni yaranan səhiyyə ocaqları haqda yaxşı piar gedirdi. Məsələn, Yeni Klinikanı qeyd etmək olar. Lakin adı Yeni Klinika olsa da, özü kliniki ölüm mərkəzinə oxşayır. Ya da Yeni Klinika Azərbaycanın Quantnamo həbsxanası adlana bilər. Əslində, əvvəldən bəlliydi ki, Yeni Klinikaya güvənmək olmaz. Axı pandemiya dövründə baş həkimi koronavirusa yoluxan xəstələrə rüşvətlə palata ayıran bir yerdən nə gözləmək olar? Bəli, rəhbəri həbs edildi, amma heç nə dəyişməyib. İndi daha böyük süründürməçilik müşahidə olunur. Sanki gestapo kampıdır. Məsələn, vətəndaş İlhamə Talıbova Ağcabədi rayonundan göndərişlə Yeni Klinikaya müraciət edib. Söhbət göndərişdən gedir. Di gəl, Yeni Klinika vətəndaşlara işgəncə verilməsini üstün tutur. Göndərişlə gələn İlhamə Talıbova əməliyyat olunmalıdır. Bura qədər hər şey normal görünür. Əvvəlcə, İlhamə Talıbovadan analizlərdən keçmək tələb olunur. O da analiz və müayinələri keçir. Ertəsi gün isə İlhamə Talıbovaya deyilir ki, indi də qandan infeksiyaya qarşı analiz verməlidir. Vətəndaşın səbr kasası daşır. Deyir ki, bunu elə bütün analizləri keçəndə demək mümkün idi. Həqiqətən də, axı niyə vaxtında bu analiz deyilmir və nəticədə əməliyyat gözləyən bir insan gün itirir?! Ən dəhşətlisi budur ki, Yeni Klinika qanda infeksiya ilə bağlı analiz götürmədiklərini bildirir və özəl klinikalardan birinə getməyi məsləhət görür. Burada da həm süründürməçilik, həm vaxt və maddi itki göz qabağındadır. Vətəndaş haqlı olaraq yerindəcə etiraz bildirir ki, Yeni Klinika kimi nəhəng tibb müəssisəsi qanda infeksiya analizi götürməyib özəl klinikaya yönəldirsə, deməyə söz qalmır. Doğurdan da absurd məqamdır. Ümumiyyətlə, Yeni Klinikanın nə günə düşdüyü araşdırılmalıdır. Ən azı klinikanın ölkə rəhbərliyinin dəstəyi ilə fəaliyyətə başladığı nəzərə alınmalıdır...
Əlqərəz, İlhamə Talıbova müayinələrlə, analizlərlə bağlı əsl süründürməçiliklə üzləşir. Vətəndaş isə razılaşır ki, yaxşı, qanda infeksiya olub-olmadığını özəl klinikaların birində analiz verərək dəqiqləşdirməyə hazırdır, bəs, əməliyyatın tarixi nə zamana təyin olunacaq?
Bax, bu yerdə Yeni Klinikadan İlhamə Talıbovaya ən absurd cavab verilir - məlum olur ki, onun 2-3 ay sonra əməliyyat olunacağı gözlənilir. Yəni dəqiq tarix də açıqlanmır və hər an şərait dəyişə bilər. Beləliklə, vətəndaş Ağcabədidən göndərişlə Yeni Klinikaya yönləndirilir, əməliyyat olunmalıdır, intəhası, başına min oyun açılır, qapı - qapı analiz otaqlarını, klinikaları gəzir. Bu da Yeni Klinikanın nə vəziyyətdə olduğunu gözlər önünə sərir. Sanki bu klinikanın yiyəsi yoxdur. Belə ki, vətəndaş süründürülür, sonra başqa ünvana yönləndirilir, sonda aydın olur ki, əməliyyat üçün hələ bir neçə ay gözləməlidir. Belə çıxır ki, xəstə aylarla əməliyyat olunacağını gözləməlidir. Bu da absurd qərar və idarəçilikdir.
İlhamə Talıbova deyir ki, Yeni Klinikada bu işgəncə dolu vəziyyətlə qarşılaşan yüzlərlə belə xəstə, növbəsini gözləyən insanlar var. Amma Yeni Klinika rəhbərliyini qətiyyən narahat etmir. Görünür, ya gönü qalındır, ya da əvvəlki həbslərdən nəticə çıxarılmayıb. Vətəndaşlara belə bir münasibət bəslənməsi rüsvayçılıqdır. Çünki bu klinika prezidentin açılışını etdiyi yerdir. Amma Yeni Klinika rəhbərliyi bazar havasından çıxa bilməyib. Bir yanda xəstələri belə süründürmək, bir yanda prezidentin diqqətində olan klinikanı bazara çevirmək gec-tez reaksiyalara səbəb olmalıdır.
Qeyd edək ki, hazırda direktor Barat Yusubovdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Amma belə fəaliyyət göstərir...
Anaxeber.info
 
 
 
Ardını oxu...
"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin Qarabağda yediyi milyonlarla bağlı maraqlı faktlar ortaya çıxıb. Uzun illərdir ki, Azərbaycandan xaricə külli miqdarda vəsait çıxaran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrdə çoxlu sayda daşınmaz əmlaka yiyələnən adıçəkilən cütlük, müqəddəs Qarabağda da rüşvətsiz və talansız ötüşə bilməyib. Bu barədə "DİA-AZ"a daxil olan məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hesablama Palatasının “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsində apardığı yoxlamalar nəticəsində dövlət büdcəsinin talanması ilə bağlı dəhşətli faktlar ortaya çıxarıb. Məlum olub ki, sözügedən qurum təmit-tikinti adı ilə böyk vəsaitlər mənimsəyib, habelə keçirilən tenderlərdə yalnız özlərinə yaxın şirkətlərin iştirakına şərait yaradıb. Təmir-tikinti və bərpa prosesində yer alan “kənar şirkətlər” isə tenderlərdən verdikləri yüksək “atkat” qarşılığında qalib çıxıb. Bundan başqa, məlum olub ki, tikilməli olan, yaxud tikildiyi iddia olunan bəzi obyektlər ümumiyyətlə tikilməyib və yalnız kağız üzərində var olub.

Qeyd edək ki, Namiq Hümmətov “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvüdür və tikinti prosesinə şəxsən nəzarət edir. Onun razılığı olmadan Qarabağla bağlı hansısa tenderin keçirilməsi, hansısa şirkətin bu tenderdən qalib çıxması mümkün deyil.

Namiq Hümmətov və onun sevimlisi Ramin Abdullayevin şəhdi qanı tökülən torpaqlarda mənimsədiyi milyonlar nəticəsində Qarabağda dövlət əhəmiyyətli bir sıra layihənin taleyi sual altına düşüb. Hazırda bu layihələrin aqibətinin necə olacağı məlum deyil..."
 

Dünyapress TV

Xəbər lenti