Təməlinə haram qatılmış “Körpü-Bina Tikinti” -yoxsa elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirən İlhamə Abdullayeva?!
Ey fələk zülmün əyandır, bu necə dövrü-zamandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, bəzi əhli-qələmlər, buraxıb canıma qəmlər ki, bəs Abşeron təhsili batıbdır, Təhsilin naziri yatıbdır, regionalın müdiri olan İlhamə xanım da aləmi bir birinə qatıbdır...

Məni qınamayın, ey dəyərli oxucularım, çünki Abşeron-Xızı RTİ-də baş verənlər haqqında danışanda adamın şairliyi tutur, saz axtarırsan ki, gördüyün, eşitdiyin dəhşətləri nəzmə çəkəsən,dastan bağlayasan ki, bəlkə bunları görməzdən gələnlərin gözü açıla, millətin gələcəyini məhv edənləri görələr, baş verənlərə “dur” deyələr.
Deyilənlərə görə vəzifəyə yaxın qohumu “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun hərtərəfli yardımı ilə təyin olunan İlhamə xanım kresloya oturar oturmaz rüşvətə, helə əvvəllər də ona yaxın olan korrupsiyaya körpü atıb, elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirib. Ölkə KİV-lərinə, sosial medyaya ötəri nəzər salmaq kifayətdir ki, Abşeron-Xızı RTİ-nin tabeliyində olan məktəblərdə nələr baş verdiyindən hali olasan. Qısacası bu regionda ölkə qanunları işləmir, “kəndxudanı gör kəndi çap” prinsipi ilə təhsil sistemi məhv edilir. Burada şagirdlərə millətin gələcəyi gözüylə baxılmır, potensial gəlir mənbəyi kimi yanaşılır.
Yuxarı siniflərdə təhsil bazar qanunları ilə həyata keçirilir, jurnallarda 35-40 şagirdin adı yazılsa da siniflərdə 5-10 nəfər şagird oturur ki, onlar da gününü keçirmək üçün məktəbə gələnlərdir. Oxuyanlar isə elə məktəb direktorlarının, RTİ əməkdaşlarının hazırlıq kurslarında təhsil alırlar. Bir şagirdin 1500-2500 manat arasında “yola verildiyini” nəzərə alsaq ortada hansı məbləğin dolaşdığını təsəvvür etmək çətin olmaz.
Məktəblərdə dərs saatlarının satılması adi hal alıb, bütün müəllimlər “varabskoy qanunlarla” aylığa otuzdurulub, binəva müəllimlər hədə-qorxu altında daimi psixoloji basqıyla fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Müxtəlif adlar altında pul toplanılması, yersiz yoxlamalar vasitəsilə məktəblərin talanması adi hal alıb. Təbii ki, bütün bunlar İlhamə xanımın xəbəri olmadan baş vermir.
Bayramlar ayı olan mart ayında məktəblər konkret olaraq “bayram bazarına” çevrildi. Verilən məlumatlara görə İlhamə xanımın bayramlarını təbrik etmək məktəb direktorlarında heç də bayram əhval ruhiyyəsi yaratmayıb. Xüsusilə bir məmur qazancına uyğun gəlməyən dəbdəbəli həyat tərzi, övladına etdiyi bahalı toy məclisi də medyanın sevimli mövzularındandır. Doğrudan da söylənilənlər doğrudursa bir məmur maaşıyla belə dəbdəbəli həyat tərzinin sirri nədədir?.
Ulu öndərin “millətin gələcəyi” adlandırdığı bu sahədə illərdir ki, müxtəlif adlar altında islahatlar aparıldığı söylənilsə də sirr deyil ki, təhsil sistemi Azərbaycanın ən ağrılı yeri olaraq qalıbdır. Etiraf edək ki ,dövlət tərəfindən kifayət qədər diqqət və vəsait ayrılmasına baxmayaraq hələ ki, ciddi bir irəliləyiş əldə olunmayıb.
Əlqərəz, yazdıqca qurtarmaz, deməklə bitməz hadisələr baş verir Abşeron-Xızı RTİ-də. Di gəl ki, sanki, ən böyük regional təhsil idarəsini İlhamə xanıma peşkəş eləyiblər, bəxşiş veriblər. Baş verənləri nə bir görən var, nə bir “dur” deyən tapılır. Abşeron Xızı RTİ-də təhsil adına bir rəzalət yaşanır, gələcəyimiz məhv edilir. Bunun bədəli ağır olacaq, çox ağır. Yəqin ki, bir gün qaranlıqlar aydınlığa çıxacaq, çox əməllər aşkarlanacaq. Onda bu gün susanlar hansı cavabı verəcək bilmirik...
Rəhmətlik Sabir bunları görsəydi, deyərdi ki,

“At çölə getsin, nə dəbistandı bu,
Elm adına bir quru böhtandı bu,
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu”

Davamı var..

NİCAT MAHMUDOV - rubrika.az

Bölmənin digər xəbərləri

01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video

Dünyapress TV

Xəbər lenti