ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?
Martın əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazlirliyinin tabeliyində olan DOST Agentliyi maraqlı tender keçirib. Tribunainfo.az xəbər verir ki, söhbət Naxçıvan DOST Mərkəzi üçün mexaniki avadanlıqların satınalınmasından gedir.

Bununla bağlı, “MAC CONSTRUCTİON” MMC ilə 1 milyon 230 min 938 manatlıq satınalma müqaviləsi imzalanıb.

Lakin məsələnin maraqlı tərəfi Tribunainfo.az-ın apardığı araşdırmadan sonra üzə çıxıb. Məlum olub ki, sözügedən şirkət 2023-cü ildən bəri yalnız ƏƏSMN-in tenderlərində iştirak edib və yalnız bu nazirliyin tenderlərinin qalibi olub. Yəni, son iki ildə ƏƏSMN-in 11 tenderini udub.

Öncəliklə, son bir ilin statistikasına diqqət edək. “MAC CONSTRUCTİON” MMC 2024-cü ildə ƏƏSMN və onun tabeliyində olan qurumlarla iki tender müqaviləsiu bağlayıb. Onun biri barədə yuxarıda qeyd etmişik. Digəri isə ƏƏSMN-in özü ilə bağlanıb və 37 min 335 manat təşkil edib. Məsələnin məğzi budur ki, şirkət nazirliyin qazanxana və avadanlıqlara texniki dəstək göstərəib.

Bundan əvvəl isə ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyi qazanxana binasının və avadanlıqlarının cari təmir işlərinin satın alınmasını “MAC CONSTRUCTİON” MMC ilə reallaşdırıb. Bunun üçün isə 490 min 963 manat xərcləyib.

2024-cü ildə ikinci tender də Sosial Xidmətlər Agentliyinin olub və şirkət bu dəfə quruma generatorlara texniki xidmətlərin göstərilməsini satın alıb. Müqabilində isə “MAC CONSTRUCTİON”a 14 min 337 manat ödəyib.

Tribunainfo.az xəbər verir ki, 2023-cü ildə belə tenderlərin sayı isə 6 olub. Və həmin tenderlərin hamısı ƏƏSMN-ə aid olub. Yəni, “MAC CONSTRUCTİON” həmin 6 tender üzrə 507 min 539 manatlıq satınalma müqaviləsi bağlayıb.

Bu prosesdə əsas tərəfdaş ƏƏSMN-in özü və onun tabeliyində olan Sosial Xidmətlər Agentliyi olub. Belə ki, son iki ildə keçirilmiş 11 tenderin 4-ü SXA-nın, digər 4-ü isı ƏƏSMN-in özünə aid olub.

Maraqlıdır ki, nazirlik “MAC CONSTRUCTİON”a ən kiçik məbləğli katirovka sorğularını da etibar edib. Məsələn, 18.07.2023-cü ildə generatorların təmiri üçün ƏƏSMN şirkətə 2180 manat ödəyib.

Müşahidələrdən görünən odur ki, “MAC CONSTRUCTİON” MMC yalnız ƏƏSMN-in tenderlərini udub və heç bir başqa bir qurumun müsabiqələrinə qatılmayıb. Bu tenderlər üzrə iki ildə şirkətə 2 milyon 281 min 112 manat pul ödənilib. Bu heç də kiçik rəqəm deyil.

Lakin görünən odur ki, bu şirkət məhz ƏƏSMN-in tenderlərinin udması üçün yaradılıb. Əks təqdirdə, “MAC CONSTRUCTİON” MMC-nin başqa bir qurumun da tenderlərinə qatılması halları baş verərdi.

Bəs, bu şirkəti nazirliklə bağlayan cəhət nədir? Yəni, ƏƏSMN-lə bu şirkəti hansı maraqlar birləşdirir? Qeyd edək ki, “MAC Construction” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramin Quliyev Ziyadxan oğludur. Hüquqi ünvanı AZ1040, Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov Ştq, Bəşir Bünyadov (Bakıxanov qəs.), ev 173 ünvanında yerləşir.

Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin özəl mənbələrdən əldə olunan bəzi məlumatlarda belə bir iddia var ki, “MAC Construction” MMC-nin rəhbəri ilə keçmiş ƏƏSMN, hazırda maliyyə naziri olan Sahil Babayevin yaxın dostluq münasibətləri var. Bəzi iddialar isə ondan ibarətdir ki, Ramin Quliyevlə Sahil Babayev tələbə yoldaşı olublar. Elə münasibətlər də buradan yaranıb.

Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Uğur Rəhimli
 
 
 

Bölmənin digər xəbərləri

01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..

Dünyapress TV

Xəbər lenti