Qəzənfər Ağayev “ELNUR-2″ni niyə “əzizləyir”? - HƏQİQƏTƏN DƏ...
Astara rayon Icra Hakimiyyəti ötən il 9 tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Qeyd edilir ki, bu tenderlərdən beşinin nəticələri müxtəlif səbəblərdən ləğv olunub. Tribunainfo.az-ın araşdırmasına görə, ləğv olunan tenderlərdən birinin maliyyələşdirilməsi Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dayandırlıb. Səbəb isə tenderin qalibi olmuş şirkətlə gizli sövdələşmənin müəyyən edilməsi olub. Digər tenderlərlə bağlı isə qanun verciliyin tələblərinin pozulması səbəbindən protokol tərtib edilib.

Araşdırma zamanı o da bəlli olub ki, Astara Icra Hakimiyyəti nəticələri tanınan 4 tenderi üç şirkət arasında bölüşdürüb. Toplam 1 milyon 79 min 488 manat təşkil edən bu müsabiqələrin əsas qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. İki tenderin qalibi olmuş şirkət İcra Hakimiyyəti ilə 703 min 588 manatlıq satınalma müqaviləsi bağlayıb.

Digər iki tender isə “ASA-TİKİNTİ” MMC (102 min 848 manat) və “TOPXANA LAYİHƏ İNŞAAT” MMC (273 min 52 manat) arasında paylaşdırılıb.

Astara İcra Hakimiyyətinin “Elnur-2” şirkətinə bu qədər etimad göstərməsi maraqlıdır. Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 ünvanında hüquqi qeydiyyatda olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 manat olan şirkətə Abıyev Zaur Niyaz oğlu rəhbərlik edir.

Məsələnin ikinci maraqlı tərəfi odur ki, “Elnur-2” şirkəti ilə Astara İcra Hakimiyyəti arasında tender anlaşması 2024-cü ildən əvvəllər də olub. Məsələn, 2019-cu ildə şirkət Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Eləcə, 2020-ci və 2023-cü illərdə də bu əməkdaşlıq davam edib.

Yuxarıda qeyd etdiyimiz tenderlərdən birinin ləğv edilməsi səbəbinin gizli sövdələşmə olması da elə “Elnur-2” şirkəti ilə bağlı olub. Belə ki, AİİBNDX şirkətlər Icra Hakimiyyəti arasında gizli sövdələşmənin olmasını müəyyən edərək, onu prosesdən uzaqlaşdırıb. Hərçənd belə halı hüquq-mühafizə orqanları araşdırmalı və hüquqi rəy verməli idi. Eyni zamanda, “Elnur-2” şirkətinin də tenderlərə qatılmasına məhdudiyyət qoyulmalıydı. Lakin görünən odur ki, bu tələblərə məhəl qoyulmayıb. Niyəsini isə dəqiqləşdirmək imkanımız olmayıb.

Bundan başqa, “Elnur-2” şirkətinin adı bir sıra qalmaqallara da qarışıb. Belə ki, şirkət öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə verilib. Həmçinin Zaur Abıyevin adı “MTN işi”ndə zərərçəkən kimi qeyd edilib.

Xatırladaq ki, Astaranın icra başçısı Qəzənfər Ağayevdir.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..

Dünyapress TV

Xəbər lenti