Ardını oxu...
Azərbaycanda bəzi vəzifəli şəxslər və məmurlar ölkədə özəl sektora, aqrar sahəyə, kiçik və orta sahibkarlığa olan dövlət dəstəyindən sui-istifadə edirlər. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi isə, dövlət, yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətinə xələl gətirir. Belə hallar baş verəndə fiziki və ya hüquqi şəxslərin hüquqları, qanuni mənafeləri, eyni zamanda cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri pozulur.
Bu kimi hallar isə özünü daha çox dövlət satınalmalarında biruzə verir. Belə ki, vəzifəli şəxslər tərəfindən formal yaradılan şirkətlər satınalmalar xətti ilə həyata keçirilən işlərdə dövlətə hərtərəfli ziyan vururlar. Bu şirkətlər həm vergilərdən yayınır, həm dövlətə heç bir sosial ödəniş etmir, həm də dövlət vəsaitlərinin təyinatından kənara yönəldilməsində vasitəçi olurlar. Digər tərəfdən də, satınalmalarda iştirak etmək istəyən sadə fiziki və ya hüquqi şəxslərin qarşısında baryer olub, onların inkişaf etməsini əngəlləyirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara sadəcə seyrçi olaraq nəzarət edir.
Aktualinfo.org hansısa məmur, yaxud da yüksək çinli bir vəzifə sahibi tərəfindən yaradılmış belə şirkətlərin birinin barəsində kiçik bir araşdırma aparıb. Bu şirkətin adı “AZLAHİYƏ İNŞAAT”dır.
“Azlahiyə İnşaat”(VÖEN 7900064391 ) MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.
MMC-nin ilk hüquqi ünvanı Xocavənd rayonu, Xocavənd ev 102, 500 ailəlik qəsəbə, ilk qanuni təmsilçisi Əliyev Yusif Fərahim oğlu olub. 17.03.2020-ci ildə bircə gün MMC-yə Məhəmmədov Hüseyn Məhəmmədoviç qanuni təmsilçilik edib. 12.10.2020-ci ildən bir gün Hüseynov Talıb Sabir oğlu, daha sonra elə həmin tarixdən 11.04.2022-ci ilə qədər Məhəmmədov Hüseyn Məhəmmədoviç yenidən MMC-yə qanuni təmsilçilik ediblər.
Qeyd edək ki, MMC yarandığı gündən 07.07.2020-ci ilə qədər “AVEY-V 2012” adını daşıyıb. Şirkətin nizamnaməsi və vergi şəhadətnaməsi (VÖEN) itdiyi üçün etibarsız sayılması barədə “Respublika” qəzetinin 3 iyul 2020-ci il tarxli sayında elan verilib. Elə göstərilən tarixdən də adının dəyişdirilərək “AZLAHİYƏ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyi barədə Dövlət vergi Xidmətinin reyestr məlumatlarında yer alıb.
“Azlahiyə İnşaat” MMC-nin maddi-texniki bazası, müqavilə ilə çalışan mühəndis və işçi heyətinin sayı, dövlət qurumlarından aldığı müvafiq lisenziyalar və qanuni təmsilçilik etmiş şəxslər barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Amma bununla bərabər 23.04.2021-ci il tarixdən 27.01.2022 -ci il tarixə qədər, yəni bir il 3 ay ərzində bir sıra dövlət qurumlarının müxtəlif lotlar üzrə keçirdikləri 23 satınalma müsabiqəsinin qalibi olub və ümumi dəyəri 4 294 515 manat dəyərində dövlət sifarişi alıb. MMC-nin bu müddət ərzində qalibi olduğu satınalmaların bir neçəsini diqqətinizə çatdırırıq.
MMC Ağdam rayon İcra Hakimiyyəti ilə 269.700,56, Saatlı Suvarma Sistemləri İdarəsi ilə 209.607,19, Biləsuvar rayon İcra Hakimiyyəti ilə 549.014,99, Füzuli rayon İcra Hakimiyyəti ilə 355.025,03, Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı ilə 480.003,36, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə 277.351,02, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə 510.350 manat dəyərində satınalma müqavilləri bağlayıb.
MMC ilə bağlı ilginc məlumatlar bunlarla bitmir. Elektron medianın 04 Oktyabr 2023-cü ildə yaydığı məlumata görə Mərkəzi Bank tərəfindən “Azlahiyə İnşaat” MMC-nin barəsində cərimə protokolu yazılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün bu gün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Yenə də elektron medianın 03.02.2022-ci ildə Dövlət Vergi Xidmətinin məlumat bazasın istinadla yaydığı məlumatda “Azlahiyə İnşaat” MMC-nin 898 299 manat vergi borcu olub. Hazırda isə MMC-nin dövlətə 7 358 364.35 manat vergi borcu var.
Göründüyü kimi MMC-nin külli miqdarda vergi borcu var. Bu borc göründüyü kimi durmadan artır və qısa bir vaxtın borcu olmadığı açıq aydın görsənməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi MMC-nin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Mərkəzi Bankın cərimə protokolundan da görsəndiyi kimi MMC xarici ölkələrə valyuta köçürüb. Bütün bunlar da MMC barədə açıq mənbələrdə olan məlumatlardır. Burada MMC-nin daha böyük, ciddi məbləğlərdə maliyyə maxinasiyalarında iştirakı da istisna deyil. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır?
Məlum olduğu kimi Dövlət Vergi Xidməti vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə araşdırmalar aparır, vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edir. “Azlahiyə İnşaat” MMC-nin arxasında kimlər durur ki, MMC-nin borcu durmadan artır və barəsində heç bir tədbir görülmür.
Aktualinfo.org
Ardını oxu...
Prezidentin "ABŞ-ın dost olmayan hərəkətləri ilə əlaqədar Rusiya və RF Mərkəzi Bankına dəymiş zərərin xüsusi kompensasiya qaydası haqqında" Fərmanı hüquqi aktların rəsmi portalında dərc edilib.
Rusiya Prezidenti Vladimir Putin Rusiya şirkətlərinə ABŞ-ın Rusiyada yerləşən əmlakından istifadə edərək, Amerika Birləşmiş Ştatlarındakı əmlaklarının ələ keçirilməsi nəticəsində dəymiş ziyanı kompensasiya etmək imkanı verib.
Rusiya lideri artıq müvafiq sənədi imzalayıb.
"Aif.ru" saytı bu barədə məlumat verib.
Prezidentin 23.05.2024-cü il tarixli 442 nömrəli "Amerika Birləşmiş Ştatlarının dost olmayan hərəkətləri ilə əlaqədar Rusiyaya və Rusiya Federasiyasının Mərkəzi Bankına dəymiş zərərin xüsusi kompensasiya qaydası haqqında" Fərmanı hüquqi aktların rəsmi dərc portalında dərc edilib.
Orada ABŞ-ın qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiyaya və Rusiya Federasiyası Mərkəzi Bankına dəymiş zərərin ödənilməsi üçün xüsusi prosedurun müəyyən edilməsi ilə bağlı hökumətə göstərişlər var.
Xüsusilə, sənəddə qeyd olunub ki, Rusiya Federasiyasından olan hüquq sahibi öz ölkəsinin qanunlarına əsasən ABŞ tərəfindən əmlakının qanunsuz ələ keçirilməsini müəyyən etmək üçün məhkəməyə müraciət edə bilər.
Eyni zamanda, Rusiyadakı Məhkəmələr Rusiya Federasiyasının ərazisində yerləşən ABŞ şirkətlərinə və vətəndaşlarına məxsus daşınar və daşınmaz əmlak, qiymətli kağızlar və Rusiya şirkətlərinin nizamnamə kapitalındakı paylardan Rusiya aktivlərinin ələ keçirilməsindən dəyən ziyanı kompensasiya etmək hüququ əldə ediblər.
 
Ardını oxu...
Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.

Yeniavaz.com xəbər verir ki, ötən illərdə olduğu kimi bu il də siyahıya “Lukoyl”un təsisçisi azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edir.

34 yaşlı Yusif Ələkbərov ailənin yeganə övladı olduğu üçün Vahid Ələkbərovun bütün sərvətinin də yeganə varisi hesab olunur.

Qeyd edək ki, açıqlanan son məlumatlara görə Vahid Ələkbərovun ümumilkdə 28,6 milyard dollar sərvəti var.

Reytinqdə ikinci yeri “Novatek” və “Sibur” şirkətlərinin sahibi olan Leonid Mixelsonun övladları yer alır.

Leonid Mixelsonun ümumilkdə 27,4 milyard dollar sərvəti var. Bu sərvətin yarısı – 13,7 milyard dolları Mixelsonun 32 yaşlı qızı Viktoriyaya, digər yarısı isə Mixelsonun adı açıqlanmyan 9 yaşlı oğluna çatacaq.
 
Ardını oxu...
Dünyanın 10 ölkəsində insanlar gəlir vergisindən azaddır.

İndex.az xəbər verir ki, “World Index”in araşdırmasına görə, bu ölkələrin əksəriyyəti ərəb ölkələridir.

İndex.az gəlir vergisinin olmadığı ölkələri sizə təqdim edir:

Ardını oxu...
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatlarda gedişhaqqı stabil olaraq 0,40 AZN hesablanır.

Lakin bəzi marşrut avtobuslarının getdiyi məsafə uzaq olduğu üçün həmin marşrut avtobuslarında gedişhaqqı məsafəyə uyğun olaraq 0,45, 0,50, 0,60 AZN təşkil edir.

Bəs sərnişinlər marşurut ilə qısa məsafə qət etdikdə niyə gedişhaqqı məsafəyə görə hesablanmır?

Məsələn, gedişhaqqı qiyməti 0,60 AZN təyin edilmiş marşrutlarda 1 dayanacaq belə getsəniz yenə də, 0,60 AZN ödəməli olacaqsınız.

İndex.az məsələ ilə bağlı deputat Vüqar Bayramov ilə əlaqə saxladı.

İndex.az-a danışan Vüqar Bayramov bildirdi ki, nəqliyyat sektorunda ödəniş sisteminə yenidən baxılmasına və təkmilləşdirilməsinə ehtiyac var:

“Dünya praktikasına nəzər salsaq görərik ki, bir sıra ölkələrdə gedişhaqqı üçün günlük, həftəlik və aylıq kartlardan istifadə olunur. Bu kartlar vasitəsi ilə sərnişinlər nisbətən daha az ödəniş edirlər. Bununla yanaşı məsəfayə uyğun olaraq ödənişin müəyyənləşdirilməsi də, məqsədəuyğundur. Belə olduqda, daha az məsafə qət edən sərnişinlər daha az ödəniş edə bilərlər”.

Deputat bildirdi ki, ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemləşdirilməsinə şərait yaradacaq:

“Ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemli şəkildə cəlb edilməsini asanlaşdıracaq. Bununla yanaşı, mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən insanların daha ucuz qiymətlərlə səyahət etməsinə imkan verəcək”.
 
 
 
Ardını oxu...
Ötən gün keçirilən hərracda 44,9 milyon dollar həcmində valyuta satılıb. Bu sifarişin azalması müəyyən sualların yaranmasına səbəb olub.

Əsas suallardan biri Azərbaycanda dolların mümkün ucuzlaşma ehtimalının olub-olmamasıdır.

Millət vəkili Vüqar Bayramov bu məsələyə aydınlıq gətirib. Deputat bildirib ki, dollara tələbin azalması, daha çox dollar satışındakı yüksək tələblə balı olub:

"May ayında dollara tələbin azalması müşahidə olunub. Xüsusilə yanvar-fevral ayındakı kəskin artımlardan sonra dollara tələbin azalması qeydə alınıb. Sözsüz ki, bu hərraclara təsir göstərib.

Bütün bunlara bxmayaraq Azərbaycanda dolların ucuzlaşması gözlənilmir. Tələbin azalmasına baxmayaraq, Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamağa çalışıb. Növbəti mərhələdə məzənnənin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çünki Mərkəi Bank intervensiya etmək hüququna malikdir. Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Bu da kursun məzənnəsinin müəyyənləşməsində inzibati təsir imkanlarını qoruyub saxlayır". \\BAKU.WS

Ardını oxu...
Naftalan Şəhər İcra Hakimiyyəti (tərkibindəki müəssisə və idarələr daxil olmaqla) elan etdiyi tenderlə və bağladığı müqavilələrlə pul "paylamaqdan" usanmır. Belə ki, icra orqanı təkcə 2023-cü ildə 1 milyon manatdan çox tender müqavilələri imzalayıb və köçürmələr edib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun izni və nəzarəti ilə həyata keçirilən tender müqavilələrinin siyahısını təqdim edirik.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi - "CONSTRUCTION BUSINESS GROUP" MMC - "Naftalan şəhəri Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərində kənddaxili yolların əsaslı təmir işlərinin satın alınması" - Məbləğ 339.715,03 AZN

Naftalan şəhər İcra Hakimiyyəti - "CONSTRUCTION BUSINESS GROUP" MMC - "Naftalan şəhərinin küçə və parklarında əsaslı təmir işlərinin satınalınması" - Məbləğ 383.564,04 AZN

Bildirək ki, nizamnamə kapitalı 1120 AZN olan "CONSTRUCTION BUSINESS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Yusif Axundov Səfa oğludur.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi - "CONSTRUCTION BUSINESS GROUP" MMC - "Naftalan şəhəri, İslam Həsənzadə küçəsində yerləşən 31 nömrəli 6 bloklu yaşayış binası və 26 nömrəli 7 bloklu yaşayış binasının əsaslı təmir işlərinin satın alınması" - Məbləğ 89.347,44 AZN

Naftalan İcra Hakimiyyətinin tabeliyində olan Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi - "LEADS GROUP SUPPLY" MMC - Təsərrüfatda istifadə olunacaq mal-materiallarının satın alınması - Məbləğ 138.889,94 AZN

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.

Naftalan İcra Hakimiyyətinin tabeliyində olan Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi - "BELESTREFTA LL" Məhdud Məsuliyyətli Cəmiyyəti - Təsərrüfatda istifadə olunacaq mal-materiallarının satın alınması - Məbləğ 120.355,33 AZN

Bildirək ki, tenderin qalibi olan " "BELESTREFTA LL" MMC-nin qanuni təmsilçisi MƏHƏRRƏM QƏNBƏROV FƏRHAD OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 10 AZN-dir.

Hurriyyet.az
 
Ardını oxu...
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Qeyd edək ki, növbədənkənar sessiyada hansı məsələlərin müzakirə olunacağına dair hələlik heç bir açıqlama verilməyib.
Məlumata görə, sessiyada Milli Məclisin indiki tərkibinin özünü buraxması barədə qərar qəbul edilə bilər.
Məsələ ilə bağlı Referans.Az-a deputat Elman Nəsirov danışıb:
"Əvvala onu qeyd edim ki, fevral ayının 1-dən may ayının 31-dək Parlamentin yaz sessiyasının müddətidir. Mayın 31-i yaz sessiyası bitir. Hər il deputatların imzası ilə növbədənkənar sessiya çağırılır. Bu sessiya müddəti iyul ayının ortalarına qədər fəaliyyət göstərir. Təxminən 45 gün ərzində yeni-yeni qanunlar qəbul edilir və bu da Parlamentin fəaliyyətinin daha səmərəli təşkil edilməsi üçün çox önəmli məsələdir. Bu il də oxşar proses baş verməkdədir. Həmişə olduğu kimi növbədənkənar sessiya çağırılır, təsdiqini gözləyən qanunların müzəkirəsi bu sessiya çərçivəsində təmin ediləcəkdir".
Millət vəkili qeyd edir ki, növbədənkənar sessiya iclasları hər il baş verir və yeni qanunlar gəlir: "Yəqin ki, biz büdcənin dürüstləşdirilməsi məsələlərinə baxacağıq. Büdcəyə bu və ya digər dəyişikliklər ola bilər. Bu məsələlər indi aktualdır".
Parlament üzvü Parlament seçkilərində yenidən iştirakı ilə bağlı sualı da cavablandırıb: "Bilirsiniz ki, mən hakim partiyanı Parlamentdə təmsil edən deputatlardanam. Hakim partiya növbəti seçkilərdə öz siyahısını müəyyəm edir və həmin siyahı təsdiqəndikdən sonra müvafiq dairələr üzrə namizədlər seçki prosesinə qatılır. Səsverən xalqdır. Xalqın seçdiyi insan isə Parlamentdə təmsil olunur".

Şəlalə Babayeva
 
Ardını oxu...
“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları” təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Eyni zamanda ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği də müəyyən edilib. Ödənişin məbləği 98 manat müəyyən edilib.
 
Ardını oxu...
Yay fəslində vətəndaş rayonlara üz tutur. Amma bir çox insan rayonlarda yerləşən otellərin qiymətindən şikayətçidir. Onlar qiymət artımından narazıdırlar. Bəs Azərbaycanda otellərin qiymətlərinin baha olmasının səbəbi nədir?

Məsələ ilə bağlı turizm ekspert Göydəniz Qəhrəmanov Sonxeber.az-a açıqlama verib.

Ekspert qiymətlərin baha olmasının səbəbini otellerın az olması ilə əlaqələndirib. O bildirib ki, elə rayonlarımız var ki, orada otellerin sayı o qədər də çox deyiı:

"Təəssüflər olsun ki, elə rayonlarımız var ki, orada otellerin sayı o qədər də çox deyil. Bu da öz növbəsində qiyməti təsir edir. Əgər otellerin sayı artsa, həm qiyməti təsir edəcək, həm də hər büdcəyə uyğun təkliflər olacaq. Amma hazırda otellerin sayı az olduğu üçün, həm qiymət baha, həm də seçim azdır. Elə rayonlarımız var ki, orada sadəcə 1 otel var. Bu zaman da qiymət baha olur. Otellərin sayı çoxalsa, reqabet də artacaq. Yerli iş adamlarının bu məsələyə maraq göstərməsi çox yaxşı olardı. Bu zaman yerli vətəndaş işlə təmin olunar. Otellerinin sayının artması qiymətin düşməsinə təsir edəcək. Eyni zamanda rəqabət olaraq xidmət sahəsi də qalxacaq".
 

Dünyapress TV

Xəbər lenti