Ardını oxu...
“İtaliya ilə yeni ticarət hədəfimizi 40 milyard dollar həcmində təyin etdik”.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İtaliya İş Forumunda çıxışı zamanı məlumat verib.

Ölkə başçısı bildirib: “Ticarət, investisiya və nəqliyyat imkanları sahəsindəki böyük potensial bizi iddialı hədəflər qoymağa təşviq edir. Bu uğurda dəyərli iş adamlarımızın təşəbbüsləri də böyük rol oynayıb. Qarşıdakı dövrdə bu tərəfdaşlığı daha da yüksək səviyyələrə qaldıracağınıza ürəkdən inanıram”.
Ardını oxu...
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 3 min 727,2 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 11,7 manat (6,9 dollar) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 8,9 manat (5,2 dollar) olub.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, son bir ildə idxal olunan kərə yağının orta gömrük dəyəri 32,7% və ya 2,8 manat artıb.
Kərə yağı Azərbaycana əsasən aşağıdakı ölkələrdən idxal olunub:
İran – 1 620 ton (1 kiloqramının orta gömrük dəyəri 10,5 manat);
Yeni Zelandiya – 1 101 ton (12,5 manat);
Belarus – 232,9 ton (12,7 manat);
Hindistan – 210 ton (8,8 manat);
Ukrayna – 199,4 ton (8,7 manat);
Finlandiya – 80,7 ton (14,2 manat);
Almaniya – 70,8 ton (15,4 manat);
Səudiyyə Ərəbistanı – 67,8 ton (14,1 manat);
Fransa – 67,6 ton (15,5 manat);
Türkiyə – 49,7 ton (12,4 manat);
Belçika – 20,4 ton (15,4 manat).

Qeyd edək ki, dünya bazarlarında da kərə yağının qiyməti sürətlə artır. Dünyanın ən böyük süd məhsulları ticarət platformalarından biri olan “Global Dairy Trade”də (Qlobal Süd Məhsulları Ticarəti) 15 aprel tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 679 dollar olub. Bu, 1 kiloqram üçün təxminən 7,7 dollar və ya 13,1 manat deməkdir.
Bildirək ki, kərə yağının qiyməti indiyə qədər bu səviyyəyə yüksəlməyib. Məsələn, 5 il əvvəl – 2020-ci ilin aprel ayında 1 ton kərə yağının qiyməti 3 860 dollar idi.
Xatırladaq ki, Azərbaycanın kərə yağına olan tələbatı daxili istehsal hesabına tam qarşılanmır. Ölkənin illik kərə yağı tələbatı təxminən 45 min ton təşkil edir və bunun 15-16 min tonu hər il idxal olunur.
İdxal olunan məhsulun gömrük dəyərinin artması, yerli bazarda satış qiymətlərinə də birbaşa təsir göstərir. Məsələn, bu ilin yanvar ayında marketlərdə idxal olunan kərə yağının orta satış qiyməti 22,6 manat olduğu halda, mart ayında bu göstərici 23,3 manata yüksəlib.
İstər dünya bazarlarında qiymət artımı, istərsə də idxal xərclərinin bahalaşması daxili bazara da öz təsirini göstərməkdədir. Mövcud tendensiya onu göstərir ki, yaxın aylarda ölkə daxilində də kərə yağı qiymətlərində artım davam edə bilər.
Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycana Hindistandan 210 ton kərə yağı idxal olunub və bu məhsul digər ölkələrdən gətirilən kərə yağları ilə müqayisədə nisbətən ucuz başa gəlib.
 
Ardını oxu...
Son illər dünyada və ölkəmizdə qlobal iqlim dəyişikliyinin fəsadları özünü göstərir. Bəzən qışda yay, yayda payız havasını hiss edirik.
Aprel ayı adətən baharın daha çox hiss olunduğu aylardan biri hesab olunsa da, hazırda soyuq hava şəraiti hökm sürür edilir. Üstəlik, anomal hava şəraiti sadəcə ölkəmizdə deyil, dünyanın əksər bölgələrində müşahidə edilir.
Avropa ölkələrinin əksəriyyətində, xüsusilə də Şərqi Avropada soyuq hava dalğası qeydə aınır. Polşa, Ukrayna və Rumıniyada temperatur 0°C-yə yaxınlaşıb.
İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurmaqdadır.İqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur. Bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir.

Mütəxəssislər havanın bu qədər dəyişkən və qeyri-sabit olmasını qlobal iqlim dəyişiklikləri və "El Niño" fenomeni ilə əlaqələndirirlər. "El Niño" bu il atmosfer axınlarını dəyişdirərək bəzi bölgələrdə havanın soyumasına, digərlərində isə normadan artıq yağıntılara səbəb olur.
Kənd təsərrüfatı mütəxəssisləri qeyd edibər ki, aprel ayında havaların soyuması, kənd təsərrüfatı məhsuldarlığına əhəmiyyətli təsir göstərir. Soyuq hava şəraiti, xüsusilə erkən əkilən bitkilər və istilik sevən məhsullar üçün ciddi problem yaradır. Bu səbəbdən, fermerlər havanın dəyişkənliyini izləyərək məhsul istehsalını təsir edən risklərə qarşı tədbirlər almalıdırlar. Həmçinin, davamlı olaraq iqlim dəyişikliyinə adaptasiya olmağa çalışmaq, gələcəkdə məhsuldarlığın davamlılığını təmin etmək üçün vacibdir.

Ekoloqlar isə bildirib ki, aprel ayında havaların soyuması, yalnız kənd təsərrüfatına deyil, eyni zamanda ekosistemlərə və təbiətə ciddi təsir göstərə bilər. Bu dövr, təbiət üçün dönüş nöqtələrindən biridir, çünki artıq yazın başlaması ilə bağlı müəyyən əlamətlər olsa da, havanın qəfil soyuması ekoloji balansı pozan faktorlardan biri ola bilər.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Şərq”ə açıqlamasında aprel ayında havaların soyumasını təbii iqlim dəyişiklikləri ilə əlaqələndirərək, bu cür dəyişikliklərin hər il baş verdiyini qeyd edib:

“Aprel ayında havaların soyuması, iqlim dəyişiklikləri nəticəsində baş verən təbii dalğalanmalardan biridir. Hər il bu cür dəyişikliklərə rast gəlinir və adətən bu, atmosfer təzyiqlərinin dəyişməsi və soyuq hava kütlələrinin daxil olması ilə əlaqələndirilir. Bu vəziyyət, müəyyən ərazilərdə ani temperatur dəyişikliklərinə və hava şəraitində qeyri-sabitliyə səbəb olur. Soyuq hava dalğaları aprel ayında xüsusilə kənd təsərrüfatı sahələrini təsir edir, çünki bu dövr bitkilərin inkişafı və cücərmə dövrüdür”.

Qorxmaz İbrahimli bu dəyişikliklərin təbii olduğunu və hər il təkrarlanmasını qeyd edərək, insanların bu fenomenləri anlamaqda və onlara uyğunlaşmaqda daha hazırlıqlı olmaları lazım olduğunu vurğulayıb:

“ Həqiqətən, təbiətdəki dəyişikliklər və iqlim şəraitinin dalğalanması, hər il müəyyən bir dövrü izləyir və bu, ekosistemlərin təbii dövrüdür. Təbii iqlim dəyişiklikləri, bitki və heyvanların həyat dövrünün əsas elementlərindəndir və onların bu dəyişikliklərə uyğunlaşması təbii bir prosessdir. Lakin, bu təbii dəyişikliklərə əlavə olaraq, müasir dövrdə qlobal istiləşmə və iqlim dəyişikliyi nəticəsində təbii balansda dəyişikliklər baş verir. Əvvəlki illərlə müqayisədə daha intensiv hava şəraiti və qeyri-sabitliklərin müşahidə edilməsi, insan fəaliyyətinin təbiət üzərində yaratdığı təsirə işarədir. Bu səbəbdən, aprel ayında havaların soyuması təkcə təbii bir hadisə deyil, həm də insanların vətəndaş məsuliyyətini və ekoloji tədbirlərini artırma ehtiyacını göstərir”.

Aprel ayında havaların soyuması və məhsuldarlığa təsiri ilə bağlı “Şərq”ə danışan iqtisadçı ekspert Fuad İbrahimlinin sözlərinə görə, aprel ayında havaların soyuması, xüsusilə kənd təsərrüfatı ilə məşğul olanlar üçün ciddi təsirlər yarada bilər. Onun sözlərinə görə, bu dövrdə havaların dəyişkənliyi, məhsuldarlığa bir neçə istiqamətdə təsir göstərir:

“Aprel ayında temperaturun ani dəyişməsi, xüsusilə erkən yaz fəsli məhsullarını təsir edə bilər. Hava şəraitinin soyuması, toxumların cücərmə prosesinə mane ola bilər və bu, məhsulun inkişafını gecikdirə bilər. Tərəvəzlər və meyvələr, xüsusilə pomidor, xiyar, kartof kimi məhsullar, soyuqdan qorunmayan zaman qısa müddətdə ziyan görə bilər. Bununla yanaşı, meyvələrin çiçəkləmə dövrü də soyuyan havaların təsiri altındadır və bu, meyvə bağlarında tozlanma və ya meyvə döllənməsində problemlər yarada bilər.
Soyuq hava, xüsusilə taxıl sahələrində məhsuldarlığa mənfi təsir göstərə bilər. Buğda, arpa və digər taxıl növləri çiçəkləmə dövrünə yaxınlaşarkən, soyuq hava bitkilərin inkişafını ləngidə bilər və beləliklə, məhsul verimi azala bilər. Soyuq hava, buğdanın "qış zədələnməsi"ni artıraraq, bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini zəiflədir.
Soyuq hava, qarğıdalı kimi istilik sevən bitkilərin inkişafını ləngidir. Bu bitkilərin əkinləri adətən aprel ayının sonunda və mayın əvvəlində başlasa da, soyuyan hava erkən əkilən bitkilərin cücərməsini çətinləşdirə bilər. Soyuq hava həmçinin, bitkilərin kök sisteminin zəifləməsinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Soyuq hava, suvarma dövrlərini dəyişdirə bilər və bu da torpağın kifayət qədər nəmlənməməsinə gətirib çıxara bilər. Soyuq havada, torpağın üzərindəki suyun donması və ya yavaş yavaş buxarlanması, su ehtiyatlarının düzgün istifadəsini çətinləşdirir.
Aprel ayında havaların soyuması, həmçinin iqlim dəyişikliyi ilə əlaqəli ola bilər. Kənd təsərrüfatı sahələri iqlim şəraitinin dəyişməsinə qarşı uyğunlaşmaq üçün daha çevik olmalıdır. Bəzi təcrübəli fermerlər, soyumağa qarşı istilik qoruma sistemləri və çadırlar kimi texnologiyalardan istifadə edərək, məhsullarını qorumağa çalışırlar”.
 
Ardını oxu...
İnnovasiya və Təchizat Mərkəzi daha bir tender razılaşmasına imza atıb.

TEREF Tribunainfo.az-a istinadla xəbər verir ki, sözügedən qurum xroniki böyürək xəstələri üçün sərfiyyat mallarını alacaq. Tenderin qalibi “AZFAR MED” QSC olub. Şirkətlə 28 milyon.508 min 475 manatlıq müqavilə bağlanılıb.

Qeyd edək ki, “AZFAR MED” bu ilin yanvarında da İTM-lə anlaşma əldə edib. Həmin vaxt xroniki böyrək çatışmazlığı xəstələri üçün hemodializ cihazların alınmasını həyata keçirib. Həmin razılaşmanın qiyməti isə 3 milyon 112 min 427 manat təşkil edib.

Açıq mənbələr üzərindən apardığımız qısa araşdırma zamanı o da məlum olub ki, sözügedən şirkət yalnız İTM-in tenderlərinin qalibi olub. Elə ötən il keçirilmiş tenderlərin nəticələrindən də bu aydın görünür. Belə ki, “AZFAR MED” QSC eyni məqsədlər üzrə İTM-in iki tenderinin qalibi olub. Onlardan biri 3 milyon 717 min 792 manat, digəri isə 296 min 811 manat olub. Və bütün bu proseslər ötən ilin oktyabrından bu günə təsadüf edir.

Nəzərinizə çatdıraq ki, “Azfar Med” QSC 2021-ci ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Hazırda nizamnamə kapitalı 2000 manat təşkil edən şirkətin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur.

Onu da xatırladaq ki, şirkət bir qədər əvvəl gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələni
Ardını oxu...
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təzhizat” MMC Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində cari təmir işləri aparacaq.

TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, MMC artıq bununla bağlı tenderə yekun vurub. Satınalma müsabiqəsinin qalibi “Qara Qaya” şirkəti seçilib. Təmir işlərinə 264 580,3 manat xərclənəcək. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 54 916,89 manat azdır.

“Qara Qaya” şirkəti 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 2 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur. Aydın Əliyarov 2023-cü ilədək “Təmir-Təchizat 4” şirkətinin də qanuni təmsilçisi olub.

Maraqlıdır ki, hər iki şirkət daha çox Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurmların tenderlərində qalib seçilib. Mediada gedən məlumatlara görə, şirkət Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun nəzarətindədir.

Şirkətlə bağlı əlavə məlumatlar tapmaq üçün internet resurları üzərindən araşdırma apararkən “Qara Qaya” MMC haqqında demək olar bütün məlumatlarda Süleyman Mikayılovun adına rast gəldik. Bəzi materiallarda şirkətin konkret olaraq icra başçısına məxsus olduğu iddia edilsə də, bəzi məlumatlarda onun sadəcə “Qara Qaya”nı himayə etdiyi bildirilir.

Həmçinin qeyd edilir ki, şirkət əsasən tender oyunlarında istifadə etmək təsis edilib. Nizamnamə kapitalının simvolik olması, barəsində heç bir məlumata rast gəlinməməsi, hətta veb-səhifəsinin olmaması belə, “Qara Qaya” haqqında yer alan məlumatların heç də əsassız olmadığına şübhələri artırır.
Ardını oxu...
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin avtonəqliyyat vasitələrinin təmiri, ehtiyat hissələrinin alınması və servis xidmətləri ləğv edilib.

XALQ.AZ bildirir ki, ehtimal olunan qiymət 896.602,47 AZN olun.

bu qərar, 17.04.2025-ci il tarixli AİBNDA/SQ-1657/2025 qərarına əsasən verilib. 32gun.az

Ləğv edilmə səbəbi, nəzarət orqanının qərarı ilə həyata keçirilib.
 
Ardını oxu...
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində yaxın dost və strateji tərəfdaş ölkə olan Çin Xalq Respublikası ilə Azərbaycan arasında möhkəmlənən qarşılıqlı əlaqələrə, o cümlədən hər iki dövlətin regional və qlobal layihələrdə intensiv artan təşəbbüskarlığına, həmçinin beynəlxalq münasibətlər sistemində strateji yerinə və fəal roluna diqqət çəkdi. Beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi izlənən bu müsahibə aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.
Ölkə Başçısı öz geniş müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.
Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivlərinə xüsusi yer ayrılıb. Çinin modernləşmə və burada aparılan islahatlara toxunulub, Çinin keçdiyi tərəqqi yolundan, bu təcrubədən yararlanmalardan danışılıb.
Qeyd edilib ki, Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir. Bu gün Çin ən böyük ixracatçıdır və ya bir nömrəli idxal mənbəyidir. Azərbaycanın Çində 6 Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycandan artıq Çinə şərab ixracıba başlanılıb. “Kəmər və Yol” layihəsinə gəlincə, ölkəmiz üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Azərbaycan bu marşrut üzərində şirkətlər qurmaq istəyir, çünki ölkənin coğrafi mövqeyi çox əlverişlidir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illərdə görülən işlər nəticəsində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib, dəmir yolları, dəniz limanları, magistral yollar inşa edilib və ya əsaslı şəkildə yenidənqurulub. Beləliklə, əsas hədəf bu marşrut üzərində biznes qurmaqdır. Bu istiqamətində işlərdə Çin şirkətləri də yaxından iştirak edir. Onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzalayıblar.
Azərbaycan “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biridir. Bu təşəbbüs ikinci onilliyə qədəm qoydu və hələ görüləcək çox işlər var. Azərbaycanda yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaradılıb. Bu gün ölkənin nəqliyyat infrastrukturu və həmçinin gömrükdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu da yalnız başlanğıcdır. Ümid edirik ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaqdır.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Ardını oxu...
Qanunvericiliyə görə, pərakəndə ticarət fəaliyyəti göstərən subyektlər alıcıya qəbz və ya bank çıxarışı verməyə borcludurlar. Bu, qızıl kimi dəyərli məhsullar üçün də keçərlidir. Lakin demək olar ki, heç bir qızıl mağazalarında bu halla qarşılaşmırıq.

İqtisadçı Rəşad Həsənov bildirib ki, rüblük dövriyyəsi 2000 manatdan yuxarı olan istənilən pərakəndə ticarət müəssisəsi mütləq kassa aparatları və POS-terminallar quraşdırmalıdır.

"Qızıl məhsullarına münasibətdə "Nağdsız ödənişlər haqqında" Qanuna görə, əgər dövriyyə 15 min manatdan yuxarıdırsa, bu şərtlər daxilində ödəniş mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu, qanunvericiliyin tələbidir", - deyə Rəşad Həsənov qeyd edib.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Yay fəsli yaxınlaşdıqca mövsüm meyvə və tərəvəzlər bazarlarda öz yerini almağa başlayıb. Çiyələk, alça, pomidor, lobiya və xiyarın qiyməti ötən il ilə müqayisədə bahadır.

Teleqraf xəbər verir ki, hazırda bazarlarda alça 11-14 manata, çiyələk 4.50 manata təklif olunur.

Pomidorun qiyməti çeşid və keyfiyyətə görə 3 manatdan başlayaraq 5.29 manata qədər dəyişir.

Xiyar da geniş qiymət aralığında – 1.80 manatdan 4.50 manata qədər təklif olunur.

Digər mövsüm tərəvəzlərindən badımcan 3.69-3.89 manat, bibər isə 5.09-5.39, lobiya 10 manata, təzə kartof 6 manata satılır.

Kök və kələm kimi əsas qida məhsullarını isə daha münasib qiymətlərlə – kiloqramını 99 qəpiykdən əldə etmək mümkündür.

Diqqəti çəkən, marketlərdə göycənin kilosunun 45 manatdan təklif edilməsidir.

Satıcılar bildiriblər ki, hava şəraitindən və məhsul bolluğundan asılı olaraq qiymətlər yaxın həftələrdə dəyişə bilər.
 
Ardını oxu...
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs tərəfindən pikap (ikiqat kabin) tipli nəqliyyat vasitəsinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

FED.az xəbər verir ki, ləğv səbəbi kimi “Satınalmalar haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının 3-dən az olması göstərilib.

Ehtimal olunan qiymət 46.271,19 manat idi. Müsabiqənin elan tarixi 03.04.2025, saat 10:17 olub. Təkliflərin təqdim olunması üçün son tarix 24.04.2025, saat 17:00, eyni tarixdə və saatda da zərflərin açılışı baş tutmalı idi.

Tenderin ləğvi hazırda bu istiqamətdə nəzərdə tutulan satınalma prosesinin dayandırıldığını göstərsə də, gələcəkdə yenidən elan olunma ehtimalı istisna edilmir.
 

Dünyapress TV

Xəbər lenti