"Bütövlükdə hesab edirəm ki, Türkiyədə baş verən siyasi hadisələr ölkə iqtisadiyyatını çox mənfi nəticələrə aparır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Türkiyədə baş verən hadisələrin ölkə iqtisadiyyatına təsirlərindən və türk lirəsinin gələcəyindən danışarkən deyib.
Ekspert yaxın illərdə Türkiyə iqtisadiyyatında artım gözlənilmədiyini diqqətə çatdırıb:
"Türkiyə iqtisadiyyatının vəziyyəti onsuz da yaxşı deyildi, dolların qalxması gözlənilirdi. İndi isə bu proses daha da güclənə bilər. Amma Türkiyə iqtisadiyyatı o qədər çoxşaxəli və özünü təmin edən iqtisadiyyatdır ki, orada devalvasiyanın təsiri Azərbaycandakı kimi deyil".
Əkrəm Həsənov Türkiyənin böyük sənaye müəssisələrinin olduğunu vurğulayıb:
"Türkiyə xeyli mal istehsal edir, ayrı-ayrı xidmətləri var. Kənd təsərrüfatından tutmuş sənayeyə kimi. Biz isə hər şeyi xaricdən alırıq. Ona görə Azərbaycanda qiymətlərin artması dərhal hiss olunur. Onlarda isə belə deyil. Amma Türkiyənin də xaricdən aldığı məhsullar var. Bunun Türkiyə üçün mənfi çalarları danılmazdır".
Fevral ayının sonundakı şaxtalardan sonra bir neçə gün ərzində havanın temperaturu 25-30 dərəcəyədək yüksəldi. Təbii olaraq bu ərəfədə ağaclar tumurcuqlamağa başladı, bəzi ağaclar isə çiçək açdı. Lakin ardınca havanın hərarəti yenidən sıfır dərəcəyədək endi.
Havaların bu qədər soyuması bitkilərə, məhsuldarlığa ciddi təsir göstərib.
"Hava belə olduğuna görə çiçəklər yandı. Təxminən 70 faiz şaftalı və ərik ağacından məhsul gözləmirik. Çiçək töküləndən sonra ağac yenidən yarpaqlamağa başlayır. Amma məhsulu olmur", − deyə bağ sahibi İsa Abakarov söyləyib.
Bağ sahibləri deyirlər ki, məhsuldarlığın az olması səbəbindən meyvələrin qiymətinin bahalaşması müşahidə ediləcək.
Martın 12-nə olan məlumata görə, ABŞ qeyri-qanuni immiqrantlarla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə təxminən 300 milyon dollar xərcləyib.
Bu barədə CNN məlumatlı mənbələrə istinadən yazıb.
Telekanalın məlumatına görə, Pentaqon ilk ayda təxminən 250 milyon dollar xərcləyib. Martın ikinci yarısına qədər, Daxili Təhlükəsizlik Departamentinin və bəzi digər qurumların xərclərini nəzərə almasaq, bu rəqəm 328 milyon dollara çatıb.
Adı açıqlanmayan mənbələrin məlumatına görə, Trampın proqramının ilk ili 2 milyard dollardan çox başa gələcək.
Son günlər bazar və marketlərdə kartofun qiyməti durmadan artmaqdadır. 10 gün bundan əvvəl bir kilosu 80-90 qəpiyə satılan kartof indi alıcılara 1,40- 1,50 manata təklif olunur. Satıcılar qarşıdakı həftədə də kartofun qiymətində artım müşahidə ediləcəyini bildirirlər. Bəs bunun səbəbi nədir? Sabiq deputat, iqtisadçı Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında kartofun qiymət artımını idxalla əlaqəli olduğunu vurğulayıb: “Bu gün ölkədə satılan kartof əsasən xaricdən idxal olunur. Qiymətin qalxmasının birinci səbəbi də bununla bağlıdır. Azərbaycana xaricdən gətirilən bütün məhsulların qiyməti artır və artmaqda davam edəcək. Xaricdən gətirilən məhsullar monopoliyadadır, gətirirlər və istədikləri qiyməti təyin edirlər. Qiymətin qalxması təbii prosesdir, dünyada gedən proseslər qiymətlərə təsir edir”.
Ekspert bunun qarşısını almaq üçün tədbirlər planının az olduğunu bildirib: “Qiymətin enməsi birbaşa kartof istehsalının artmasından asılıdır. Məhsul çox olmalı, bazara təzə kartof çıxmalıdır. Bundan əlavə, bazarın tənzimləmə siyasəti olmalıdır. Bu da son zamanlar bazarlarda yoxdur. Bazar iqtisadiyyatı o demək deyil ki, kim necə istəyir elə də satsın. İstehsalçı məhsulunu satır, amma bazara ondan 2 dəfə baha gəlib çıxır. Bazarlarda inhisarçılıq mövcuddur. Bəzən də bunu nəqliyyat xərcləri ilə bağlayırlar”. Əli Əlirzayev Azərbaycanda kartofun saxlanması şəratinin çətin olduğunu bildirib: “Karof anbarlarda saxlanılmalıdır. Bu gün demək olar ki, belə anbarlar yox dərəcəsindədir”.
Ukrayna Tramp administrasiyası tərəfindən təklif olunan geniş iqtisadi sazişə, o cümlədən Amerika investisiyalarının artırılmasına dair öhdəliklərə düzəlişlər etmək tələbi ilə ABŞ-a soğru göndərib.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Martın 28-də videokonfrans zamanı Ukrayna rəsmiləri və vəkilləri amerikalı həmkarları ilə 60 səhifəlik saziş layihəsinin təfərrüatlarını müzakirə ediblər.
Layihəyə görə, ABŞ vaxt məhdudiyyəti olmadan Ukraynada iri infrastruktur və mineral layihələr üzərində nəzarəti əldə edəcək.
Rəsmi Kiyev narahatdır ki, saziş nəinki Avropaya inteqrasiyanı çətinləşdirəcək, həm də münaqişə başlayandan bəri verilmiş bütün hərbi və iqtisadi yardımların ABŞ-a qaytarılması tələbi irəli sürüləcək.
ABŞ cəmi bir neçə ay ərzində qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.
Bu barədə CNN ölkənin Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nazirlik miqrantlara qarşı mübarizəyə ilk ayda təxminən 250 milyon dollar xərcləyib. Martın ortalarınadək bu rəqəm Daxili Təhlükəsizlik Departamenti və bəzi digər agentliklərin xərclərini nəzərə alınmasa, 328 milyon dollara yüksəlib.
"Donald Tramp administrasiyasının immiqrasiya və narkotik axınını azaltmaq üçün cənub sərhədində genişmiqyaslı hərbi əməliyyatı artıq vergi ödəyicilərinə 300 milyon dollardan çox başa gəlib", – telekanal bildirir.
Mənbələr qeyd ediblər ki, bu tendensiya davam edərsə, qanunsuz immiqrantlarla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə proqramının birinci ili büdcəyə iki milyarddan çox başa gələcək.
Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndəriləcək.
Bakıda bəzi ərazilərdə mənzil qiymətlərinin artması gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda yeni 10 metro stansiyasının tikintisi ilə bağlı göstəriş verməsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakıda tramvay xətti çəkilə biləcəyi ilə bağlı xəbərlər, həmin ərazilərdə mənzil qiymətlərinin artmasına səbəb ola bilər.
Tribunainfo.az xəbər verir ki, bir sıra ekspertlər bildirib ki, yeni nəqliyyat xətlərinin yaradılması infrastrukturun inkişafına səbəb olur və bu da həmin ərazilərdə yerləşən obyektlərin və yaşayış binalarının qiymətlərinin artmasına gətirib çıxarır.
Xüsusilə, Binəqədi, Mehdiabad və digər qəsəbələrin şəhərin mərkəzi ilə daha sürətli nəqliyyatla əlaqələndirilməsi planlaşdırılır. Bu ərazilərdə yeni metro stansiyalarının və tramvay xətlərinin tikintisi nəzərdə tutulur ki, bu da həmin bölgələrdə mənzil qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
Bundan əlavə, Bakının mərkəzə yaxın ərazilərində yerləşən mənzillərin qiyməti və icarə haqqı nəqliyyat xətlərinin əlçatanlığı baxımından yüksəkdir. Yeni nəqliyyat xətlərinin çəkilməsi ilə bu ərazilərdə də mənzil qiymətlərinin artması gözlənilir.
Qeyd etmək lazımdır ki, torpaq qiymətlərinin konkret proqnozunu bilmək üçün yerli daşınmaz əmlak bazarını yaxından izləmək və regionlarla bağlı rəsmi inkişaf planlarını nəzərə almaq vacibdir. (Yenisabah.az)
Ötən il Polşanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 4,3 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 3,6 milyon ABŞ dolları və ya 6,2 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Polşadan yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Polşadan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 703 min ABŞ dolları olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 370 ton (79,8 %), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2,4 dəfə) çoxdur.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,9 %-ni təşkil edib.