Ardını oxu...
1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Saatlıq minimum əmək haqqı nə deməkdir?
Mütəxəssislərin fikrincə, saatlıq minimum əmək haqqı vətəndaş üçün sərfəli ola bilər. Belə ki, vətəndaş bir neçə yerdə çalışaraq, daha çox qazana bilər. Yəni vətəndaş istirahət günlərində də əlavə işlə vəsait əldə edə bilər.

Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi Azərbaycanda nə zaman baş tuta bilər?
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu barədə uzun müddətdir danışılır və hələ də bu fikir təklif olaraq edilir.

İqtisadçı qeyd edib ki, hazırda yeni təklif qanunda yoxdur.

“Qanunda saatlıq əmək haqqının tətbiqi qeyd olunmayıb. Həftəlik və aylıq var. Bu da “keçəl Həsən, Həsən keçəl” məsələsidir. Bu məsələ vaxtaşırı qaldırılır. Bunun praktiki nöqtey-i nəzərdən heç bir fərqi yoxdur.bBəzi ölkələrdə saatlıqdır, bəzilərində aylıqdır. Yəni bununla heç nə dəyişmir. Sadəcə saatlar bölünə bilər”-deyə iqtisadçı vurğulayıb.
 
Ardını oxu...
Bu ilin yanvar ayında Türkiyədən Azərbaycana ümumi dəyəri 1 milyon 397,6 min dollar olan 74,45 milyon ədəd tərkibində tütün olan siqaret idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Azərbaycana xaricdən siqaret gətirilməyib.
Qeyd edək ki, təkcə bu ilin yanvar ayında idxal olunan siqaret ötən ilin 12 ayı ərzində idxal olunan siqaretlərdən çox olub. Belə ki, ötən il ərzində Azərbaycana Türkiyədən 56,6 milyon, Bolqarıstandan 15,4 milyon, Çindən isə 1,8 milyon ədəd siqaret gətirilib.
Məlumat üçün bildirək ki, yanvar ayında Türkiyədən Azərbaycana gətirilən siqaretin bir ədədinin orta gömrük dəyəri 3,2 qəpik və ya içərisində 20 ədəd olan 1 qutu siqaretin gömrük dəyəri 64 qəpik olub.
 

      
Ardını oxu...
Emsan Azərbaycan mağazalar şəbəkəsinin Binəqədi rayonu Cəfər Xəndan 85 B ünvanında alış-veriş edən vətəndaş ədv-ni geri almaq istəsə də QR kodu oxuda bilməyib.
Ajans.az-a mağazadan bildiriblər ki, dövriyyələri hələ yekunlaşmadığı üçün bu mağazada ədv-ni geri almaq mümkünsüzdür. Alıcı isə bildirir ki, artıq uzun müddət onlara bu mağazadan eyni cavabı verirlər.

Qeyd edək ki, müştəriyə verilən çekin birində Emsan mağazasının Binəqədi rayonu Cəfər Xəndan küçəsi 85B ünvanı, post terminalla ödənilən çekdə isə Sumqayıtda olan ünvan qeyd olunub.

Baş verənlərin hüquqzidd olub - olmaması ilə bağlı araşdırmamız davam edir.
Ardını oxu...
"Akkord Hydrotechnical Construction Company" MMC-nin (VÖEN:1502808541) müflis elan edilir.

TEREF xəbər verir ki, Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən “Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

Məhkəmənin növbəti iclası 11.03.2025-ci il tarixə saat 14.30-yə təyin edilib.

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 8

Xatırlatma üçün bildirək ki, 26 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınmış şirkət 1 milyon 274 min 541 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Şahin Şirinov Şəmsi oğludur.

Fed.az
 
Ardını oxu...
Bu ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması nəzərə tutulub. Qeyd edək ki, bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tənzimlənir və Əmək Məcəlləsinin 90-cı maddəsinə görə əgər, Azərbaycan Respublikasının ərazisində altı günlük iş həftəsi olanda həftəlik norma 40 saat olursa, gündəlik iş saatı yeddi saat, həftəlik 36 saat olursa, gündəlik norma altı saatdan çox ola bilmir. Eyni zamanda, ümumiyyətlə Azərbaycan Respublikasının ərazisində həftəlik norma 40 saat müəyyən olunub.

“Əmək Məcəlləsinin 149-cu maddəsinə görə,əməyin işəmuzd ödənilməsi ilə bərabər əməyin ödənilməsində, saatlıq tarif normaları da tətbiq oluna və ümumi hasilatın saatlıq formada bölünməsilə müəyyən oluna bilər. Tutaq ki, işçi işə gəldiyi zaman onun əgər səkkiz saatlıq iş günü varsa, onun gündəlik əmək haqqı hər saata uyğun olaraq hesablanır. İşçiyə daxil olduğu vaxtdan başlayaraq, işini tərk etdiyi vaxta qədər saat miqdarı müəyyən olunur və onun gündəlik müəyyən olunan iş saatının dəyərinə vurulmaqla həmin gün üçün işçinin ödənişi qeydiyyata alınır”-deyə Ramil Süleymanov qeyd edib.

Hüquqşünasın sözlərinə görə, əgər vaxtamuzd ödəmə sistemi ilə işçinin əmək haqqı nəzərdə tutulmuş müddətdən daha çox olduqda hər saat ikiqat məbləğlə hesablanır: “Həm özəl sektor, həm dövlət sektorunda çalışan işçilər üçün birbaşa şamil olunduğunu nəzərə alsaq, saatlıq tarif normalarına keçid və ya saatlıq tarif normaları əsasında hesablanma hər iki sektor üçün keçərlidir. Təsdiq olunmuş tarifə uyğun olaraq, bunun hesablanması mühasiblər tərəfindən həyata keçirilir”.
Ardını oxu...
“Mən çox şadam ki, neftin qiyməti bir barel üçün 65 dollara düşüb”.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp Oval kabinetdə keçirdiyi brifinqdə bildirib.

“Bu, gözlədiyimdən də tez baş verdi. Neftin qiymətini aşağı salmaq üçün qazı işə saldıq və sürətləndirdik. Nəticədə indi bu baş verir. Biz onu azaldırıq. Enerji düşəndə ​​qiymətlər də onunla birlikdə enməyə başlayır. Beləliklə, biz çox qısa müddət ərzində yaxşı iş gördük”-deyə Tramp vurğulayıb.
Ardını oxu...
2024-cü ildə "Bank Respublika"nın nağd vəsaitləri kəskin azalıb. İlin sonuna bankın nağd vəsaitləri 486 milyon 543 min manat təşkil edib. Halbuki, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 656 milyon 253 min manat təşkil edib. Bu da təxmini hesablamalarla 25,9% azdır.

Teleqraf xəbər verir ki, bankın digər maliyyə institutlarındakı depozitləri də kəskin azalıb. 2023-cü ilin sonundakı 143 milyon 362 min manatdan 2025-ci ilin yanvarın 1-i tarixinə 67,2% azalaraq 47 milyon 141 min manata düşüb.

Daha çox qazanmaq istəyi bankı vaxtı keçmiş kredit "bataqlığına" salıb

Hesabat ilində bank üstünlüyü əhalini borclandırmağa verib. Nəticədə kredit portfeli 2023-cü ildəki 1 milyard 174 milyon 229 min manatdan 25,3% artaraq 2024-cü ildə 1 milyard 471 milyon 886 min manata yüksəlib. Bunun 1 milyard manatdan çoxunu elə biznes kreditləri təşkil edib. İri kreditlərin bankın məcmu kapitalına nisbəti 35,30%-ə yüksəlib. Bu da kifayət qədər böyük rəqəmdir.

2024-cü ildə bank 115 mindən çox kredit xətti açıb. Həmin kreditlərin də 1544-nün vaxtı keçib. Manatla ifadə etsək, təxminən 9 milyon 920 min 89 manatdan söhbət gedir. Bu məbləğin 5 milyon 332 min manatı Bakının payına düşüb. Maliyyə hesabatlarından belə aydın olur ki, kreditlərin 1 milyon 925 min manatı artıq illərdir gecikdirilmiş vəsait hesab edilir. Bunun da 1 milyon 212 min manatı biznes sektorunun payına düşüb.

Gecikmələr daha çox istehlak kreditlərindədir. Fiziki şəxslərə verilən 458 milyon 525 min manat kreditin 4 milyon 987 min manatının vaxtı keçib. Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsündə kənd təsərrüfatına verilən kreditlər mühüm paya malikdir. Fermerlərə verilən 371,8 milyon manat kreditin 1 milyon 536 min manatının vaxtı keçib. Ticarət müəssisələri üzrə bu rəqəm isə 1 milyon 750 min manatdır.

Beləliklə, bankın kredit portfelinin 6 milyon 917 min manatını qeyri-qənaətbəxş kreditlər, 1 milyon 202 min manatını təhlükəli, 4 milyon 285 min manatını ümidsiz kreditlər təşkil edir. Ümumilikdə, bankda qeyri-standart kreditlərin məbləği 12 milyon 406 min manata çatıb. Maliyyə qurumunun standart kreditlərlə bağlı vəziyyəti də ürəkaçan deyil. Portfelin 39 milyon 607 min manatı nəzarət altındadır.

Digər məqam vaxtı keçmiş kreditlərlə bağlı bankın maliyyə hazırlığıdır. Bankda qeyri-standart 12 milyon 406 min manat kreditə qarşı 6 milyon 616 min manat məqsədli ehtiyat yaradılıb.

Ən nəhayət qurumun müştərilərə verdiyi 1 milyard 471 milyon manat kreditin 588 milyon 449 min manatı təminatsızdır. Bunun 360 milyon 184 min manatı biznes kreditlərinin payına düşür. Yəni biznes serktoruna ayrılan 1,013 milyard manat vəsaitin 360 milyon manatdan çoxu təminatsız verilib.

Bu baxımdan istehlak kreditlərində vəziyyət daha kirtikdir. Hesabat ilində bankın ayırdığı 312 milyon 266 min manat istehlak kreditinin 228 milyon 241 min manatının təminatı olmayıb.

Yeri gəlmişkən, “Bank Respublika” o banklardandır ki, kreditin zəmanəti kimi daşınmaz əmlak ipotekasına üstünlük verir. 1 milyard 471 milyon manatlıq kredit portfelinin 709 milyon 718 min manatı daşınmaz əmlak təminatlıdır.

Bahalı kredit siyasəti

Bank hazırda 500 manatdan - 50 min manata qədər faktiki illik faiz dərəcəsi 13, maksimum isə 19,5 faizlə kredit təklif edir. Kreditin 20 min manata qədərini zaminsiz almaq mümkündür. Lakin bu zaman faizlər 23 faizə qədər yüksəlir. Digər tərəfdən müştəri kreditini bağlayan zaman bu barədə rəsmi bildirişə 30 manat vəsait ödəyir. "Bank Respublika"dan ödəniş kartları əldə etmək də ucuz başa gəlmir. Visa kartlarının illik xidmət haqqı 10-20 manat arasında dəyişir.

Vətəndaşların bankdakı pulları əriyir, inzibati xərclər artır

İllər üzrə bankda əhalinin yığmları daha da azalır. Depozitlərin həcmi 95 milyon 704 min manat və ya 6,6% azalaraq 2023-cü ilin 4-cü rübündəki 1 milyard 475 milyon manatdan 2024-cü ilin müvafiq dövründə 1 milyard 348 milyon manata düşüb. Azalma həm fiziki, həm də hüquqi şəxslərin əmanətlərində baş verib. Əmanətlərin böyük hissəsi tələblidir. Bankda 541 milyon 387 min manat tələbli depozit var. Bu da müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə qaytarılması deməkdir. Belə əmanətlərin faiz dərəcələri də olduqca aşağıdır. İl ərzində bankın faiz gəlirləri ilə paralel faiz xərcləri kəskin artıb. Maliyyə qurumunun faiz xərcləri 2023-cü ilin sonundakı 72 milyon 709 min manatdan 86 milyon 73 min manata, qeyri-faiz xərcləri isə 105 milyon 647 min manatdan 121 milyon 675 min manata çatıb. Son bir ildə bankın ümumi və inzibati, əmək haqqı, amortizasiya xərcləri də artıb. Valyuta əməliyyatlarından (məzənnə dəyişməsi də daxil olmaqla) qazancı isə 1,32 milyon manat azalıb.

Beləliklə, “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 276 milyon 408 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 207 milyon 748 min manat olub. Gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 68 milyon 660 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən cəmi 3 milyon 222 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.

Nağd vəsaitləri azalan, o cümlədən depozit portfeli kiçilən "Bank Respublika" xarici borclanmasını da artırıb. Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri isə 114 milyon 210 min manat və ya 27,2% artaraq 534 milyon 529 min manata yüksəlib.

Hesabatlar gizlədilir

“Bank Respublika” bəlkə də yeganə bankdır ki, rüblük və illik hesabatlarını cəmiyyətlə bölüşməkdə o qədər də maraqlı deyil. Bankın rəsmi veb saytında hesabat bölməsində bəzi illər üzrə 2 rübün hesabatı verilib. Halbuki maliyyə ili hələki ölkədə dörd rübdən ibarətdir. Bundan əlavə bankın maliyyə vəziyyəti kənar auditor kimi bir qayda olaraq "PwC" şirkəti tərəfindən qiymətləndirilir. Xatırladaq ki, 2024-cü ildə Çin hökuməti müflis olmuş "Evergrande" şirkətinin fəliyyətini və müflis olma prosesinin işini araşdırdıqda onun auditini aparmış "PwC"nin ciddi pozuntulara yol verdiyini aşkarlamışdı.

Bundan əlavə hələ ötən ilin 9 ayında bank sektoru ilə bağlı göstəricilər açıqlanan zaman "Bank Respublika"nın maliyyə vəziyyətinin yaxşı olmadığı bəlli olmuşdu. Qurumun rəhbərliyi təcili səhmdarlarının növbədənkənar ümumi yığıncağını təyin etmişdi.

Quliyevlər ailəsinin səhm payı 90%-i keçib

Bankın əsas səhmdarı Natiq Quliyevdir. Bu şəxs maliyyə qurumunda 63,62% səhmə malikdir. Bankdakı digər iki əsas səhmdar da Quliyev ailəsinin nümayəndələridir. Elçin Quliyev 18,46%, Namiq Quliyev 8,45% səhmə malikdir. Şakir Rəhimov 5,45%, SIDT 4,22% səhmə sahibdir. Bir necə il əvvələ qədər KfW Bank Qrupunun üzvü olan DEG İnvestisiya Şirkəti və «Sparkassen-Finanzgruppe» Maliyyə Qrupunun üzvü olan SIDT “Respublika Bank”da 25%+1 səhm paketinə sahib idi.

Başqa sözlə, Quliyevlər ailəsi son 8 ildə almanlardan səhmləri alaraq "Bank Respublika"dakı paylarını 90,53 faizə çatdırıblar. Yəni bankın kapital artımı üçün dövriyyəyə səhm buraxdıqca Quleylər ailəsinin səhmdar payı da artıb.

Natiq Quliyev 1992-ci ildən etibarən “Bank Respublika” ASC-nin yaradıcısı, təsisçisi və sahibidir. Həmçinin o, “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” və “Bakı Sığorta” şirkətlərinin əsas səhmdarıdır.
 
Ardını oxu...
ABŞ Kanada məhsullarına yeni tariflər tətbiq edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Belə ki, martın 12-dən Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumları 50 faizədək artırılır.

Tramp bu qərarın Kanada hakimiyyətinin ABŞ-yə verilən elektrik enerjisinə tariflər tətbiq etməsinə cavab olaraq verildiyini vurğulayıb.
 
Ardını oxu...
Yüzmilyonlar xərclənən bahalı inzibati binalar şəhəri:
Paytaxtın müxtəlif yerlərində, xüsusilə Heydər Əliyev prospektində bahalı inzibati binalar ard-arda düzülüb. Bu təkcə böyük neft pulları dövrünün yadigarı deyil. İqtisadi imkanların, eyni zamanda maliyyə ehtiyatlarının azaldığı dönəmdə də dəyəri yüzmilyonlarla ölçülən bahalı inzibati binalar inşa edilib. Gələcəyi düşünmədən, plansız addımlar isə iqtisadiyyata həmişə böyük zərbə vurur.

Bizimyol.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası da həmin prospektdə yerləşir. Keçən ilin martında təhvil verilən tikinti 33 binadan ibarətdir. Təkcə avadanlıqlara, texniki infrastruktura 2024-cü ilin yanvarında 4 milyon manat ayrılmışdı. “Property Tower Baku”nun ümumi xərcləri barədə hətta İqtisadiyyat Nazirliyinin saytında da geniş məlumat verilmir. Burada daha çox açılışdan şəkillər görmək mümkündür.

Təkcə bir dövlət qurumu üçün belə bahalı binaya nə ehtiyac var? Əlbəttə, qiymət açıqlanmır, amma ekspertlər xərclərin 100 milyon manatı keçdiyini ehtimal edir. Çünki iş özündə fərqli dizayn, tikinti yenilikləri ehtiva edir. Belə layihə heç bir halda aşağı xərclərlə həyata keçirilə bilməz.

Azı üç bina adı çəkə bilərik ki, xərclərin 100 milyon manatı aşdığı məlumdur. Mərkəzi Bankın yeni binası üçün 200 milyon manatdan çox vəsait ayrılıb. Keçmiş “Azərsu”, indiki Dövlət Su Ehtiyatları Agentliyi 120 milyon manat qurban tələb edir. SOCAR-ın yeni bina xərcləri isə yarım milyard manata yaxınlaşır.

Özəl sektor da dövlət qurumlarından geri qalmır. Metronun “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında artıq fəaliyyətini dayandırmış “Atabank” və “Əmrahbank”ın inzibati binaları gözə dəyir. Həmin müəssisələrin xeyli müştərisi hələ də əmanətini geri ala bilməyib. Vaxtında xərclər düzgün hesablansaydı, bəlkə də, banklar bu taleyi yaşamazdı.

Ümumiyyətlə, ölkənin çətin iqtisadi mərhələyə qədəm qoyduğu dövrdə belə bahalı layihələrə ehtiyac yoxdur. Bu günlə yaşamaq yox, sabahı da düşünmək lazımdır.
 
Ardını oxu...
Ötən il vətəndaşlarımız daha çox qida məhsulları, o cümlədən spirtli içki və siqaretə pul xərcləyiblər. Xərclərin demək olar ki, 55%-ni bu kateqoriya təşkil edib.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun əvvəllər dediyi kimi, 2024-cü ilin doqquz ayında vətəndaşlar alkoqol və tütün məmulatlarına 2023-cü illə müqayisədə 132 milyon manat çox vəsait xərcləyiblər. Onun sözlərinə görə, əhali 100 manatdan 5 manatını bu məqsədlərə sərf edir.

Bu məhsulların qiyməti qalxsa da, tələbat da artır. Ümumdünya Səhiyyə Təşkilatı hesablayıb ki, 2024-cü ildə Azərbaycanda adambaşına spirtli içkilərin istehlakı 2 litr idisə, bu il bu rəqəm 2,5 litrə, 2030-cu ildə isə 3,9 litrə yüksələcək.

Respublikada alkoqollu içkilərlə bağlı bir sıra qərarlar qəbul edilib, xüsusən də ötən ilin ortalarında idxal olunan alkoqola aksiz vergiləri artırılıb. Ümumiyyətlə, Azərbaycanda idxal olunan alkoqol və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri vaxtaşırı artırılır. Bu, milli istehsalçıların dəstəyi və əhalinin sağlamlığına qayğı ilə izah olunur. Eyni zamanda, bir çox ekspertlər dəfələrlə bildiriblər ki, qiymət artımı bu növ saxta və keyfiyyətsiz məhsulların artmasına səbəb ola bilər ki, bu da əhalinin sağlamlığı üçün daha böyük risk yaradır.

Yeri gəlmişkən, 2025-ci ilin əvvəlindən qonşu Türkiyədə 150-dən çox insan saxta spirtli içkilərdən dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta spirtli içkilərin istehsalı və satışı ilə mübarizə çərçivəsində ölkə üzrə 750 əməliyyat keçirib. Bu hadisələr zamanı 983 nəfər saxlanılıb, onlardan 50-si həbs edilib.

Onu da xatırladaq ki, Azərbaycanda alkoqol istehsalçıları üçün yeni tələblər qəbul edilib və belə içkilərin minimum pərakəndə satış qiyməti müəyyən edilib. Bu cür addımlar dünya praktikasında qeyri-adi deyil. Bu tədbirləri istehlakçıların hüquqlarının müdafiəsi diktə edir, lakin bəzi yerli ekspertlər bunun nəticəsində saxta malların azalmayacağına inanaraq, hazırkı şəraitdə onların effektivliyinə şübhə edirlər.

İqtisadçı ekspert Rauf Qarayev də AYNA.AZ-a şərhində deyib ki, statistika vətəndaşların alkoqollu içkilərə və tütün məmulatlarına daha çox pul xərcləməyə başladıqlarını təsdiqləyir: “İki əsas səbəb ola bilər: ya stress səbəbindən insanlar daha çox spirtli içki qəbul etməyə və siqaret çəkməyə başlayıblar, ya da əksinə, yaxşı uğurları var və bu şəkildə istirahət edirlər. Amma iqtisadi vəziyyəti nəzərə alaraq, birinci səbəbi daha düzgün hesab etmək olar. Bir çox insan problemlərini unutmaq üçün içir və siqaret çəkir, ən azı bir müddət bunda müəyyən rahatlıq tapır. Amma fakt budur ki, yaxşı spirt bahadır və onun qiymətləri artır. Az adam bunu ödəyə bilər. Buna görə də vətəndaşlar alkoqol ehtiyaclarını ödəmək üçün daha ucuz variantlar axtarmağa məcbur olurlar”.

“Bu baxımdan, son vaxtlar ölkədə aptekdən alınmış sənaye spirtinin qəbulu nəticəsində iyirmidən çox ölüm faktının qeydə alınması təəccüblü deyil. İnsanlar bu spirti alır, su ilə azca seyrəldir, daha xoş dad üçün limon əlavə edib içirlər. Ancaq belə bir içki onların daxili orqanlarını məhv edir və əlilliyə və ya ölümə səbəb ola bilər. Bu, artıq böyük problemə çevrilib ki, onu nəzərdən qaçırmaq olmaz”, - deyə həmsöhbətimiz bildirib.

Həqiqətən də bu il Azərbaycanda iyirmidən çox insan tibbi spirtdən zəhərlənmə nəticəsində dünyasını dəyişib və ölənlərin sayı artmaqda davam edir. Ola bilsin ki, insanlar onu daha tez-tez spirtli içki kimi qəbul etməyə başlayıblar, çünki o vaxtlar başlayan qarlı havada heç olmasa isinməyə çalışırdılar və daha keyfiyyətli bir şey üçün kifayət qədər vəsait yox idi. Ancaq həkimlərin dediyi kimi, alkoqol soyuqda sizi isitmir, sadəcə özünüzü aldadırsınız.

Qarayevin sözlərinə görə, alkoqol və tütün məmulatları dövlət xəzinəsinə, bəlkə də, ən çox gəlir gətirən məhsullardır: “Onlara həmişə tələbat var. Bunu başa düşən bir çox ölkələr onlara aksiz vergilərini artırır, o cümlədən bizim ölkə. Əhalinin müəyyən faizi çörəksiz yaşamağa hazırdır, lakin onlar həyatı alkoqolsuz, tütünsüz təsəvvür edə bilmirlər. Bu insanlar onlara son pullarını da xərcləməyə hazırdırlar. Yeri gəlmişkən, son vaxtlar ölkədə siqaret yenidən bahalaşıb ki, bu da sahibkarların xərclərinin artması ilə bağlı ola bilər. Beləliklə, bütöv bir paketi almağa imkanı olmayanlar onları dənə ilə alırlar”.

Alkoqolizmlə mübarizəyə gəlincə, iqtisadçının fikrincə, sovet dövrünü xatırlamaq olar: “O zaman müəyyən müddət ərzində bir növ “quru qanun” mövcud idi, amma içki içənlər hələ də çıxış yolu tapırdılar - özləri çəkmə araq düzəldir, möhtəkirlərdən alır, mağazalarda piştaxtanın altından ötürürdülər. Əhalinin və onun sağlamlığının qayğısına qalmaq üçün ilk növbədə piştaxtalara çıxan malların keyfiyyətinə nəzarət etməliyik. Bizim müvafiq qurumumuz var ki, monitorinq aparmalıdır. İctimai nəzarət də zəruridir, vətəndaşlarla alkoqolizmin qarşısının alınmasına yönəlmiş maarifləndirmə işləri aparılmalıdır. Bir çox ölkələrin təcrübəsinin göstərdiyi kimi, qiymətlərin artırılması və ya qadağaların tətbiqi heç nəyi dəyişməyəcək”.

AYNA.AZ
 

Dünyapress TV

Xəbər lenti