Ardını oxu...
İran Rusiya ilə 12 ədəd Mi-17 helikopterinin alınması ilə bağlı müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni helikopterlər İran Qızıl Aypara Cəmiyyətinə xidmət göstərəcək.

Müqavilənin dəyəri təxminən 500 milyon dollardır.

Helikopterlərin tədarükü ilə bağlı müqavilə faciəvi təyyarə qəzasından bir neçə gün sonra imzalanıb.
 
Ardını oxu...
Bağ 2019-cu ildə salınıb və beşinci ilində, yəni ilk məhsul tədarükündə bol məhsul yetişib.
Saatlı rayonunda salınan intensiv alça bağı spesifik xüsusiyyətlərinə görə Mil-Muğan bölgəsində ilk sayılır. Həm sahəsinə, həm də becərmə üsuluna görə seçilən bu bağda 10 minə yaxın alça ağacı əkilib. Bağ sahibi daxili bazardan əlavə, xaricdən də sifarişlər alıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Saatlı rayonunun Qaralar kəndi ərazisində yerləşən intensiv alça bağı 14 hektarı əhatə edir. Bağ 2019-cu ildə salınıb və beşinci ilində, yəni ilk məhsul tədarükündə bol məhsul yetişib.
Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ilk dörd il bağ üçün yalnız aqrotexniki qulluq göstərilib:
"Bu bağda Naxçıvan "Göycə"si olan ağaclar becərilir. Əkin zamanı cərgəarası məsafələr nəzərə alınıb və hər bir ağac damla üsulu ilə suvarılır. İlk 4 ildə budama və becərmə işləri görülüb, lazımi aqrotexniki qulluq göstərilib. Ötən il ağaclar meyvə verməyə başladı. Bu il isə ağaclar tam bar verib və yığım 3 mərhələdə aparılır. İlk yığımda hər ağacdan 5-6 kiloqram məhsul tədarük olunur. Ümumilikdə isə mövsüm boyunca bağdan 100 tona yaxın məhsul götürməyi planlaşdırırıq".

Mütəxəssis Əli Musayev isə bildirir ki, Saatlıda becərilən "Göycə" həm ölçüsünə, həm də dadına görə seçilir. Bu da imkan verir ki, məhsul xarici bazarlara də çıxarılsın.
"Yığım bir həftədir başlayıb və hələ davam edir. Hazırda tədarük etdiyimiz məhsul əsasən daxili bazarlara 3-4 manata təhvil verilir. Bundan başqa, xaricdən də sifarişlər almışıq. Yerli bazarı təmin etdikdən sonra məhsulu xaricə də göndərəcəyik", - deyə o əlavə edib.
Ardını oxu...
"Trendyol"dan sifariş etmişəm, üç gün sonra balansdan əlavə ödəniş çıxılıb".

TEREF Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət yazılıb.

Qeyd olunub ki, söhbət Azərbaycan Beynəlxalq Bankından (ABB) gedir. Bank əlavə vəsait çıxılmasının səbəbini müştəriyə türk lirəsində yaranmış məzənnə fərqi ilə əsaslandırıb.
Ardını oxu...
Məsələ ilə bağlı ABB-yə sorğu ünvanladıq. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, ticarətdə normal bir praktikadır:

"Əməliyyat edərkən vəsait bloklaşdırılır. Silinmə ilə bloklaşdırma arasında bir neçə saat fərq olur. Silinmə zamanı həmin an üçün olan məzənnə nədirsə, onunla silinir. Səbəb də məzənnənin bəzən dəyişkən olmasıdır. Belə olan halda müştəri məzənnə fərqindən qazana da, itirə də bilər".

Üç gün sonra balansdan pul silinməsi məsələsinə gəldikdə isə Y Cəfərli qeyd edib ki, əgər həqiqətən belə bir şey olubsa, bunu yalnız müştərinin kart məlumatlarına əsasən araşdırmaq mümkün olar.
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir potensialı tam nəzərə alınmayıb.

"Report" xəbər verir ki, bunu Hesablama Palatası Fondun büdcəsində dəyişiklik edilməsi barədə qanun layihəsinə verdiyi Rəydə bəyan edib.

Qurum hesab edir ki, layihədə DSMF-nin gəlirlərində nəzərə tutulmuş artım gəlir potensialının tam nəzərə alınmaması səbəbindən formalaşıb.

Bundan başqa, Hesablama Palatası DSMF-nin ötən illərdə istifadə olunmamış vəsaitinin gəlir məbləği kimi büdcədə nəzərdə tutulmasının gəlir kimi tanınmış məbləğin təkrar uçotuna (tanınmasına) şərait yaradacağı qənaətindədir. Fondun 2024-cü il üçün büdcəsində olduğu kimi, təqdim edilən Layihədə də əvvəlki illərdə Fondun istifadə olunmamış vəsaiti gəlir mənbəyi kimi göstərilib ki, bu da artıq gəlir kimi uçota alınmış məbləğin təkrar olaraq qeydə alınmasına şərait yaradacaq. Bu isə, öz növbəsində, DSMF-nin və icmal büdcənin gəlirlərinin düzgün olmayaraq həmin məbləğ qədər artımına səbəb olacaq.

"Dövlət büdcəsindən öhdəliklərinin maliyyələşdirilməsi üçün Fonda köçürülən vəsaitin ilkin proqnozlaşdırılan həddən aşağı olmaqla təklif edilməsi Palatanın əvvəlki rəylərində qeyd edildiyi kimi, öhdəliyin həcminin dəqiqləşdirilməsi zərurəti ilə yanaşı bu vəsaitin əsasən Fondun büdcəsinin balanslaşdırılması xarakteri daşıdığını təsdiqləmiş olur və "öhdəlik-sığorta” prinsiplərinin sərhədlərinin qeyri-müəyyən olması risklərini vurğulamaq imkanı verir.

Layihədə əmək pensiyalarının ödənilməsi üçün xərclərin artımının təklif edilməsi 2023-cü ilin sonuna orta aylıq əmək haqqının Fondun 2024-cü il üzrə büdcə göstəriciləri tərtib edilərkən nəzərə alınmış həddən yuxarı olması səbəbindən pensiyaların daha yüksək faiz dərəcəsi ilə indeksləşdirilməsi ilə izah oluna bilər.

Fondun saxlanma xərclərinin artırılması hüquqi aktla nəzərdə tutulmuş həddə riayət olunmaqla nəzərdə tutulmuş, bank əməliyyatlarının aparılması və sair xidmət haqları üzrə xərclərə yenidən baxılması əmək pensiyalarının ödənilməsi üzrə proqnozlaşdırılan xərclərdə artımla əlaqəli olub", - deyə Rəydə qeyd olunub.
 
 
Ardını oxu...
“Biz inflyasiyanın may ayında pik həddə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik”

Türkiyədə inflyasiya may ayında zirvəyə çatacaq və daha sonra sürətlə azalmağa başlayacaq. AYNA xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə dövlətinin başçısı həmvətənlərinə xəbərdarlıq edib ki, yaxın günlərdə ölkədə inflyasiyanın pik həddə çatacaq, daha sonra isə sürətlə azalmağa başlayacaq.

“Biz inflyasiyanın may ayında pik həddə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik. İlin ikinci yarısından başlayaraq biz deinflyasiya dövrünə qədəm qoyacağıq”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, onun fikrincə, ölkə iqtisadiyyatı düzgün istiqamətdə gedir. Həmçinin qeyd edib ki, respublika orqanlarının prioritet vəzifəsi inflyasiya göstəricilərini birrəqəmli səviyyəyə endirməkdir.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, inflyasiya 75%-ə yüksələcək. Ötən ay bu rəqəm 69,8% (illik hesabla) olub.
 
Ardını oxu...
Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir.
İtaliya üç aylıq fasilədən sonra 2024-cü ilin martında Rusiya platininin idxalını bərpa edib.
"RİA Novosti" bu barədə Avropa Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verib.
Belə ki, Roma ötən ilin dekabrında Rusiya Federasiyasından bu qiymətli metalın müntəzəm alışını dayandırıb və fevral ayına qədər fasilə verib. Mart ayında İtaliya yenidən alışa başlayıb - cəmi 32,6 milyon dollar dəyərində 980 kiloqram platin idxal edilib.
Rusiya Federasiyasından platin alan bütün alıcılar arasında cari məlumatlara görə, bu ilin mart ayında ən böyük - 140 milyon dollar alışla Honq-Konq, Çin (107 milyon dollar) və ABŞ (94 milyon dollar) olublar.
Xatırladaq ki, platin gümüşü-ağ qiymətli metaldır. O, planetin ən bahalı və nadir metallarından biridir. Milli Reytinq Agentliyinin məlumatına görə, Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir. Bu qiymətli metalın digər əsas istehsalçıları Cənubi Afrika (140 ton) və Zimbabvedir (15 ton).
Bundan əvvəl Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsinin mart ayında 1,5 dəfə artdığı bildirilib. Hazırda ticarət dövriyyəsi 471 milyon dollar təşkil edir.
 
Ardını oxu...
“50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu hər 1 kq unun təxminən 4 qəpik artması deməkdır. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür”

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
“50 kq-lıq unun 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar.

Amma bir məsələ var ki, çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün, çörəyin çəkisini 20 qram azalda bilərlər. Ona görə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilər.

Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz demək olar ki, hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcəkdir. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir”.
Ardını oxu...
Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyi xəbər verib.

Məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat (8,8 faiz) çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcəkdir.

Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6400,0 milyon manatı və ya 17,6 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12781,0 milyon manatı və ya 35,1 faizi Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4580,0 milyon manatı və ya 30,0 faizi neft sektorunun, 10690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10690,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800,0 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6400,0 milyon manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500,0 milyon manat və ya 8,5 faiz çoxdur.

Mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250,0 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na (məqsədli büdcə fondu) isə 25,0 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.
 
Ardını oxu...
"TikTok" hökumət nəşrlərinin, telekanalların və digər kütləvi informasiya vasitələrinin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq. Bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir. Azərbaycanda televiziya və saytların "TikTok" hesabları bağlana bilərmi?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlama verib.

Sosioloq bildirib ki, "TikTok" sosial şəbəkəsi bu yolla hökumət KİV-nin geniş insan kütlələrinə çatmasını qarşısını almaq məqsədi daşıyır:

"TikTok" hökumət nəşrlərinin, telekanalların və digər kütləvi informasiya vasitələrinin hesablarını istifadəçilərə tövsiyə etməməsi ilə bağlı yanaşması qeyri-sağlam yanaşmadır.
Kütləvi informasiya vasitələri ilə sosial şəbəkə vahidləri arasındarəqabətdən xəbər verir. TikTok sosial şəbəkəsi bu yolla hökumət KİV-nin geniş insan kütlələrinə çatmasını qarşısını almaq məqsədi daşıyır. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Ümumiyyətlə sağlam rəqabət sayılmır.

Ekspert sosial şəbəkələrlə də hökümətlərin ilə müqavilə bağlamasını təklif edib:

"Fikrimcə təkcə "TikTok" yox, digər sosial şəbəkələrlə də hökümətlərin ilə müqavilələri olmalıdır. Onlar arasında əməkdaşlıq aparmalıdır. Çünki digər sosial şəbəkələrin də insanlara fəsadları var. Çünki bəzən insanlar bu platformalarda hüquqa zidd informasiyalar yayır. Çox yaxşı olar ki, bir sıra ölkələrdə təcrübə tətbiq olunsun. Misal üçün bir sıra ölkələrdə hökümət ilə sosial şəbəkər razılığa gəliblər ki, saxta insanlar adına açılmış profillər ölkənin hüquq mühavizə orqanlarına xəbər verilsin. Bu təcrübə artıq bir neçə ölkədə həyata keçirilir. Çox yaxşı olar ki, bu bütün ölkələrdə tətbiq edilsin. Nəinki "TikTok" hökumət nəşrlərinin, telekanalların və digər kütləvi informasiya vasitələrinin hesablarını istifadəçilərə tövsiyə etməsini dayandırması. Bu uğursuz və düzgün olmayan təşəbbüsdür.

Bütün KİV-lər informasiya əlçatanlığına malik olmalıdır. Bu baxımdan "TikTok"un bu yanaşması düzgün deyil. Bu tətbiq edilərsə, bu zaman mübahisəli məsələlər ortaya çıxa billər. "TikTok" bu qərarı dövlət media hesablarını qiymətləndirdikdən sonra tətbiq etməyi planlaşdırır. Bu məsələdə müzakirəyə açıq məqamlar var. Onlar müzakirə olunacaq"
 
Ardını oxu...
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir.

Yəni, bankların cəmi öhdəliklərin 82.4 % -i və ya 35 milyard 361.1 milyon manatdır.

Bu 2024-cü ilin aprel ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib.

Qeyd edilib ki, depozit portfelinin 62.6%-i (22 milyard 150.8 milyon manat) hüquqi şəxslərin, 37.4%-i (13 milyard 210.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanət portfelinin 56.1%-i (7 milyard 414.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (8 milyard 617.7 milyon manat) milli valyutada, 34.8%-i (4 milyard 592.6 milyon manat) xarici valyutadadır.

Maraqlıdır, vətəndaş əmanətini xarici valyutada yatırmağa niyə maraq göstərmir?

Bu istiqamətdə mövcud vəziyyətlə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov “Cebhe.info”-ya bildirdi ki, bu, faiz dərəcəsinin aşağı olması əlaqədardır:

“Dollarla qoyulan əmanətlərə 2.5 % səviyyəsində dövlət tərəfindən zəmanət verilir. Ancaq manatla qoyulan əmanətlərə 12 % səviyyəsində zəmanət verilir. Ona görə də xarici valyuta ilə əmanət yatırmaq rentabilli sayılmır.

İstənilən halda heç bir divident vəd etmir. Ona görə də əmanətlərin strukturlarında milli valyutaya xarici valyuta ilə müqayisədə daha çox üstünlük verilir. Bu, 2017-ci ildən bəri davam edən bir tendesiyadır.

Bildirim ki, xarici valyutada qoyunlan əmanətlərin aşağı olmasının əsas səbəbi fazi dərəcəsinin aşağı olmasıdır”.
 

Dünyapress TV

Xəbər lenti