Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisi Pərviz Bəhramova cinayət işi açıla bilər.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, Bəhramov Pərviz Fərman oğlunun rəhbəri olduğu idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 4.802.547,16 manat vergi borcu var.

Ardını oxu...

İdarənin bu ilin may ayında 5.092.012,36 manat vergi borcu olub. Son bir ayda Pərviz Bəhramov 289.465,2 manat vergi borcu ödəyib.

Ardını oxu...

Sözügedən vergi borcunun ödənişini gecikdirdiyi üçün idarə rəisi Binəqədi rayon Məhkəməsi tərəfindən 300 manat cərimələnmişdi.

Hazırda da Dövlət Vergi Xidməti tərəfindən 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi barəsində 469.3 maddəsi ilə protokol tərtib edilib. İşə yenidən Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Sözügedən maddəyə əsasən, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Əgər svergi borcu ödənilməsə, növbəti dəfə idarə rəisi barəsində cinayət işi açıla bilər.

Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.
Ardını oxu...
1 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanda AI-92 benzininin pərakəndə satış qiyməti 10 qəpik artaraq litr başına 1,10 manata, dizel yanacağının qiyməti isə 20 qəpik artaraq litr başına 1 manata yüksəldi. Tarif Şurası iyulun 15-dən etibarən Premium benzinin qiymətini 2 manatdan 1,6 manata endirməyi vəd etdi. Ekoloji əsaslandırmalara baxmayaraq, rəsmilər vurğulayır ki, “tarif dəyişikliyindən sonra belə, AI-92 benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə aşağı olaraq qalır.” Lakin, müqayisə üçün istifadə olunan spesifik ölkələr açıqlanmayıb.

Orta maaş və nəqliyyat xərcləri

Azərbaycanda orta milli maaş yaxınlarda 1,007 manata (təxminən 592 dollar və ya 550 avro) artırılıb. İctimai nəqliyyat gündə iki dəfə istifadəyə görə ayda 30 manat tutur ki, bu da orta maaşın otuz üçüncü hissəsini təşkil edir. Müasir avtomobil sahibi, iyunun 15-dən etibarən yeni qiymətlə 1,6 manata Premium benzin ilə aylıq maaşı ilə 503 litr benzin ala bilər.

Əksinə, kiçik və resursları kasıb olan Lüksemburqda ictimai nəqliyyat pulsuzdur. Eyni zamanda, Estoniyanın paytaxtı Tallin və Maltada da ictimai nəqliyyat pulsuzdur. Çexiyanın Fridek-Mistek, Strakonitse və Valaşske-Meziirjici kimi şəhərlərində 2018-ci ildə avtomobil sahiblərinin havanı çirkləndirməməsi üçün nəqliyyat haqları ləğv edilib.

Fransa və Almaniya: İctimai nəqliyyat və yanacaq qiymətləri

Fransada böyük şəhərlərdə tez-tez pulsuz həftəsonları tətbiq olunur. Təqaüdçülər nadir hallarda nəqliyyat üçün ödəniş edirlər və tələbələr üçün böyük endirimlər mövcuddur. Digər vətəndaşlar üçün Parisdə bir gediş əksər metro və avtobus xətlərində 2,10 avroya başa gəlir. Bu ölkədə orta maaş təxminən 2,500 avro təşkil edir. Premium benzinin litri 1,8 avroya başa gəlir, buna görə də orta fransız bütün maaşı ilə 1,389 litr yüksək keyfiyyətli benzin ala bilər.

Almaniyada isə 49 avro dəyərində aylıq limitsiz ictimai nəqliyyat bileti olan Deutschlandticket mövcuddur. Bu bilet ölkə daxilində bütün nəqliyyat növlərini, o cümlədən regional xidmətləri əhatə edir. Vətəndaşların orta illik gəliri 5,500 avrodur ki, bu da bir orta maaşla 112 limitsiz bilet və ya 3,055 litr Premium benzin almağa imkan verir.

Macarıstanın yanaşması

Macarıstan da 49 avro dəyərində limitsiz aylıq keçid təqdim edib. Budapeştdə 33 avroya əldə edilə bilən Budapest Card ilə nəqliyyatdan limitsiz istifadə etmək və muzeylərə, ekskursiyalara və termal hovuzlara pulsuz giriş imkanı var. Ölkədə orta maaş 1,521 avro təşkil edir ki, bu da Macarların 894 litr yüksək oktanlı benzin almağa imkan verir.

Resurslarla zəngin Azərbaycanın artan xərcləri

Azərbaycanın zəngin təbii resurslarına baxmayaraq, nəqliyyat və benzin xərcləri 2021, 2022 və 2024-cü illərdə demək olar ki, hər il artmışdır. Bu tendensiya, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) sahələrində qaz hasilatının dəyərinin 2022-ci ildə 1,000 kub metr üçün 67,57 manat ($39,74) olduğunu nəzərə alaraq təəccüblüdür. 2021-ci ildə bir ton neftin hasilat dəyəri 115,52 manat təşkil edirdi ki, bu da bir litr neftin istehsalının cəmi 11 qəpiyə başa gəldiyini göstərir.

Nəticə

İstehsal xərcləri ilə pərakəndə satış qiymətləri arasındakı əhəmiyyətli fərq (litri 1,1-1,4 manat) Azərbaycanda son yanacaq qiymətlərinin artımının əsaslandırılmadığını vurğulayır. Bu uyğunsuzluq əsl iqtisadi zərurətdən deyil, monopolist iqtisadiyyatda səmərəsizlikləri aradan qaldırmaq üçün qiymət voluntarizminin tətbiq edildiyini göstərir.
(Turan)
 
Ardını oxu...
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğunolaraq, Azərbaycan Nazirlər Kabinetinin22.8 2002-ci il tarixli 137 saylı Qərarına əsasən:
Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif(vəzifə) maaşlarına, sahillə əlaqə şəraitindən asılı olaraq aşağıdakı məbləğdə əlavə ödənişlər verilməsi nəzərdə tutulur:
1. Sahillə quru yol əlaqəsi olduqda, taarif (vəzifə) maaşının - 40 faiz məbləğdə əlavə ödəniş.
2. Quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər uzaqlıqda yerləşdikdə, taarif (vəzifə) maaşının -50 faiz məbləğdə əlavə ödəniş.
3. Sahildən: 0,5 km-dən - 70 km-ə qədər uzaqlıqda yerləşdikdə, taarif (vəzifə) maaşına - 65 faiz faiz məbləğdə əlavə ödəniş.
4. Sahildən 70 km-ə qədər uzaqlıqda yerləşdikdə: taarif (vəzifə) maaşının -75 faiz məbləğdə əlavə ödəniş ödənilir.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioritet seçib. Hazırda ölkədə minlərlə insan bu sahədə çalışır. Dövlət Statstika Komitəsinin məlumatına görə, ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə orta aylıq əməkhaqqı 720 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 60 manat və yaxud təxminən 9 % çoxdur. Bəs sektorun müxtəlif seqmentlərində çalışanlar nə qədər qazanır? "Report" bununla bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" İctimai Birliyinin katibi Tural Musayev deyir ki, bələdçilərin qazancı əsasən onların xarici dil bilməsindən asılıdır:

"Xarici dil bilənlər xarici turistlərlə işləyir və nisbətən çox qazanır. Məsələn, bələdçi ingilis dilində azı B2 səviyyəsində bilirsə, gündəlik 60-80 manat qazana bilir.

Rus dilini bilənlərin gündəlik qazancı isə 80-120 manatdır. Çin, alman, ispan dillərini bilənlər isə gündəlik 120-150 manat qazanc əldə edir.

Yalnız Azərbaycan dilində danışan bələdçilər isə yerli turistlərlə işləyə bilir və onların qazancı elə də çox deyil - 40-60 manat civarında dəyişir. Yaxşı qazanmaq üçün bələdçilər həm də məlumatlı olmalıdır. Ümumilikdə bələdçilərin aylıq gəliri 1 200 - 2 500 manat arasındadır".

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, ölkədəki hotellərdə çalışanların qazancı onların təhsilindən, iş təcrübəsindən, eləcə də hotelin səviyyəsindən, yəni ulduzlarının sayının asıdılır:

"Məsələn, 5 ulduzlu hotellərdə menecment heyəti ay ərzində 7 000 - 15 000 manat gəlir əldə edirsə, orta səviyyəli hotellərdə bu məbləğ 1 200-2 500 manat, aşağı səviyyəli hotellərdə isə 1 000 - 2 000 manat təşkil edib. Eyni sözü işçi heyəti (personal) haqqında da demək olar.

Məsələn, adi hotellərdə işçilərin aylıq qazancı 600 - 800 manatdan çox olmur. Otelin səviyyəsi bir qədər yüksək olduqda işçi ayda 1 000 manat qazana bilir".

Bundan başqa, onun sözlərinə görə, turizm sektoru ilə hansısa formada əlaqəsi olanlar da bu sahədən orta səviyyədə gəlir əldə edə bilirlər:

"Turizm digər iqtisadi sektorlara bilavasitə və yaxud dolayısı yolla müsbət təsir edir. Misal üçün, hər hansı bir destinasiyada turizmın inkişafı yerli əhaliyə əl işləri olan suvenirlər, şəxsi təsərrüfatlarda becərilmiş meyvə-tərəvəz, süd və süd məhsulları, ət və əl məhsulları satmağa və gəlir əldə etməyə imkan verir".
 

Ardını oxu...
“Bank VTB Azərbaycan” depozit faizlərini endirib.

Məlumata görə, bank sərfəli əmanət paketi üzrə gəlirliliyi 1,5% azaldıb. Belə ki, bank bundan əvvəl 1-3 illik əmanətlər üzrə 12% gəlirlilik təklif edilirdisə, hazırda 10,5%-ə endirilib.

Qeyd edək ki, bu ilin may ayında bank sərfəli əmanət paketi üzrə faizləri 11,25-11,5%-dən 12%-dək artırmışdı. Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır.

Ötən il “Bank VTB Azərbaycan”ın digər banklardan daha zəif fəaliyyəti göstərməsi barədə fikirlər səslənirdi. Hətta adıçəkilən bankın bağlanacağı ilə bağlı məlumatlar da yayılmışdı. Hazırda isə depozit faizlərini endirməsi maraq doğurur və belə davam edərsə bank kredit faizlərini də azaldacaqmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, ümumiyyətlə, indi bazarda faizlər orta hesabla belədir:

““Bank VTB Azərbaycan” əvvəllər faizi yüksək edib və yəqin ki, pula daha çox ehtiyacı olub. İndi isə ehtiyacı yoxdur, maliyyəsi var və buna görə də faizləri endirir. Yəni bazar faizlərinə uyğunlaşdırır. Digər tərəfdən, kreditə gəldikdə orada belə cüzi azalma təsir etməyəcək. Yəni kreditlərin də faizləri azalmayacaq”.

Ekspert vurğualyıb ki, bunu endirməklə bank xərclərini azaldır, yüksək faiz vermək istəmir:

“Ümumiyyətlə, qarşıdakı dövrdə kredit faizlərində azalma gözlənilmir. Azərbaycanda son qiymət artımı gedən dövrdə faizlər də aşağı düşməyəcək”.
Ardını oxu...
Bu ilin əvvəlinə olan rəsmi məlumata görə Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən satılan yumurtanın 1 ədədinin maya dəyəri 12 qəpik, fərdi sahibkarlar tərəfindən satılan yumurtanın 1 ədədinin maya dəyəri isə 13 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il Azərbaycanda yumurtanın orta pərakənda satış qiyməti 20 qəpik, bu ilin ilk 5 ayında 18 qəpik olub.
 
 
 
Ardını oxu...
Bir müddət öncə ətin qiyməti ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Onlardan biri də Qurban bayramından sonra mal və qoyun ətinin ucuzlaşmasıyla abğlı idi. Bəs hazırda vəziyyət necədir? Qiymətlərin ucuzlaşması gözlənilirmi? Sözügedən məsələ barədə iqtisadiyyatçı Akif Nəsirli “Yeni Sabah”a açıqlama verib. Ekspert bu sahədə sabitlik olduğunu vurğulayıb:

“Hazırda ətin qiyməti Qurban bayramı günlərinə nisbətən ucuzlaşıb. Məsələn, bayramda qoyun ətinin kiloqramı 21-22 manat idisə, artıq 19-19,5 azn, mal əti isə 14-15 manata qədər düşüb. Bu məcrada ətin qiymətlərində sabitləşmə müşahidə olunur. Hesab edirəm ki, yay ayları olduğu üçün, həmçinin, qarşıdan Məhərrəm ayı gəlir deyə, ətin qiyməti sabit olaraq qalacaq”.

A.Nəsirli ciddi istilər yaşanarsa, bu halın ətlərin satış bazarına necə təsir edəcəyi barədə də danışıb: “Havanın temperaturunun yüksəldiyi günlərdə, ciddi istilər olan dönəmdə ola bilsin ki, mal və qoyun ətinin topdan satış bazarlarında problem yaransın. Həmin vaxtlarda ət bir qədər də qıtlaşa və qısamüddətli qiymət artımı baş verə bilər. Dünya meteoroloqları qarşıda isti yay günlərinin olacağı haqda proqnozlar verirlər. Ətin qiyməti ilə bağlı qıtlaşma və bahalaşma ehtimalı da məhz həmin dövrə aiddir. Amma, əsasən, payıza qədər qiymət artımı gözlənilən deyil”.

İqtisadçı bahalaşmanın payız aylarına təsadüf edəcəyini deyib: “Payız kənd təsərrüfatı mallarının mövsümüdür. Payızda havalar sərinləyəcək. Bu zaman yenidən bahalaşma gözləniləndir. Çünki ölkədə ət azdır, bu sahədə istehsal qıtlaşıb. Müsbətə doğru dönüş yoxdur ki, ətin istehsalında 10 faiz artım var deyək. Bu xəbəri ictimaiyyətə verə bilmirik. Hərçənd ki, artıq işğaldan azad edilən ərazilərdə heyvanların bəslənilməsinə məhdud şəkildə də olsa başlanılıb. Zənnimcə, bu yerlərdə heyvandarlıq kütləvi şəkildə inkişaf edərsə, Azərbaycanda ətin ucuzlaşması prosesi də başlayacaq. Hələlik isə bu haqda nə isə demək mümkün deyil. Çünki həmin ərazilərdə minalar tam təmizlənmədiyinə görə, kütləvi heyvandarlıqla məşğul olmaq alınmır”.
 

Ardını oxu...
Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri iki aydır maaşlarını ala bilmirlər.

Dia-az.İnfo xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin icraatına verilib.

Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib.

Xəstəxananın işçiləri TƏBİB-in tabeliyindəki KTMT-dən işdən çıxarılıblar. Onlar təzə qurumda rəsmi olaraq işə götürülmələrini gözləyirlər. Lakin proses iki aydır uzandığından işçilər əməkhaqlarını ala bilmirlər.

Qeyd edək ki, mərkəzin direktoru Azər Əhmədovdur.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden və onun Demokrat müttəfiqləri ikinci rübdə seçki kampaniyası çərçivəsində 264 milyon dollar ianə toplayıb.

"AzPolitika” xəbər verir ki, bu məbləğ Baydenin Trampla o qədər də qənaətbəxş hesab olunmayan debatından sonra nüfuzunun aşağı düşməsi fonunda yaxşı nəticə kimi qəbul olunub.

Məlumata görə, bu məbləğin 127 milyon dolları iyun ayında toplanıb. Bildirilir ki, ikinci rübdə ianələrin 95%-i 200 dolların altında olub. Bu, kampaniyanın orta amerikalılar tərəfindən geniş dəstəyə malik olduğunu və imkanlı şəxslərin Baydenə həddən artıq etibar etmədiyinin göstəricisidir.

Sözügedən vəsaitin noyabrda baş tutacaq prezident seçkiləri zamanı 200-dən çox ofis və 1000-dən çox işçi üçün xərclənəcəyi deyilir.
Ardını oxu...
Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 2024-cü il iyulun 1-dən qüvvəyə minən yeni qaydalar nə taksi sürücülərini, nə də sərnişinləri qane edir.

Belə ki, sərnişinlər od tutub yanan qiymətlərdən, sürücülər isə müştəri azlığından şikayət edirlər.

"Xidmət onsuz da yerində qalıb. Əvvəl keyfiyyət olmasa da, taksi tapa bilirdik. Amma indi keyfiyyət də yoxdur, taksi də. Qiymət isə çox bahadır. Əvvəl beş manata getdiyim yolu indi 10 manat yazır", - deyə paytaxt sakini narazılığını bildirib.

Ətraflı Baku TV-nin süjetində:

 

Dünyapress TV

Xəbər lenti