Azərbaycanda bu sahədə işləyənlər 7 000 - 15 000 manat qazanırlar
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioritet seçib. Hazırda ölkədə minlərlə insan bu sahədə çalışır. Dövlət Statstika Komitəsinin məlumatına görə, ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə orta aylıq əməkhaqqı 720 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 60 manat və yaxud təxminən 9 % çoxdur. Bəs sektorun müxtəlif seqmentlərində çalışanlar nə qədər qazanır? "Report" bununla bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" İctimai Birliyinin katibi Tural Musayev deyir ki, bələdçilərin qazancı əsasən onların xarici dil bilməsindən asılıdır:

"Xarici dil bilənlər xarici turistlərlə işləyir və nisbətən çox qazanır. Məsələn, bələdçi ingilis dilində azı B2 səviyyəsində bilirsə, gündəlik 60-80 manat qazana bilir.

Rus dilini bilənlərin gündəlik qazancı isə 80-120 manatdır. Çin, alman, ispan dillərini bilənlər isə gündəlik 120-150 manat qazanc əldə edir.

Yalnız Azərbaycan dilində danışan bələdçilər isə yerli turistlərlə işləyə bilir və onların qazancı elə də çox deyil - 40-60 manat civarında dəyişir. Yaxşı qazanmaq üçün bələdçilər həm də məlumatlı olmalıdır. Ümumilikdə bələdçilərin aylıq gəliri 1 200 - 2 500 manat arasındadır".

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, ölkədəki hotellərdə çalışanların qazancı onların təhsilindən, iş təcrübəsindən, eləcə də hotelin səviyyəsindən, yəni ulduzlarının sayının asıdılır:

"Məsələn, 5 ulduzlu hotellərdə menecment heyəti ay ərzində 7 000 - 15 000 manat gəlir əldə edirsə, orta səviyyəli hotellərdə bu məbləğ 1 200-2 500 manat, aşağı səviyyəli hotellərdə isə 1 000 - 2 000 manat təşkil edib. Eyni sözü işçi heyəti (personal) haqqında da demək olar.

Məsələn, adi hotellərdə işçilərin aylıq qazancı 600 - 800 manatdan çox olmur. Otelin səviyyəsi bir qədər yüksək olduqda işçi ayda 1 000 manat qazana bilir".

Bundan başqa, onun sözlərinə görə, turizm sektoru ilə hansısa formada əlaqəsi olanlar da bu sahədən orta səviyyədə gəlir əldə edə bilirlər:

"Turizm digər iqtisadi sektorlara bilavasitə və yaxud dolayısı yolla müsbət təsir edir. Misal üçün, hər hansı bir destinasiyada turizmın inkişafı yerli əhaliyə əl işləri olan suvenirlər, şəxsi təsərrüfatlarda becərilmiş meyvə-tərəvəz, süd və süd məhsulları, ət və əl məhsulları satmağa və gəlir əldə etməyə imkan verir".
 

Bölmənin digər xəbərləri

05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Dünyapress TV

Xəbər lenti