Ardını oxu...
Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan "Qalatasaray" və "Fənərbağça" arasında Superkubok finalının ləğvindən sonra matçın təşkilatçısı "Riyadh Season"dan ilk açıqlama gəlib.

Sfera.az baku.ws-ə istinadən bildirir ki, final qarşılaşması hər iki klub futbolçularının Atatürk yazılı köynəklərlə matçdan əvvəl isinmə hərəkətləri etmək istəməsi səbəbindən ləğv edilib.
"İlk növbədə qardaş Türkiyə Cümhuriyyəti ilə müxtəlif sahələrdə sıx əlaqələrimizdən qürur duyduğumuzu vurğulamaq istərdik. Matçın kənar şüarlar olmadan keçirilməsini tələb edən reqlamentə əməl olunacağını gözləyirdik. Bu məsələ xüsusilə TFF ilə görüşlərdə müzakirə olunmuşdu.

Türkiyə Cümhuriyyətinin statusunun tanınması üçün Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi, stadionda və tribunalarda türk bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Buna baxmayaraq, hər iki komandanın razılaşmaya əməl etməməsi təəssüf doğururdu ki, bu da matçın keçirilməməsinə səbəb oldu” -deyə şirkətdən bildirilib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
2023-cü ildə transfer dəyərini ən çox artıran futbolçuların reytinqi dərc edilib.

Siyahını “Transfermarkt” internet portalı özünün “Telegram” kanalında yayımlayıb.

Siyahıya “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. Onun dəyəri 70 milyon avro artaraq 180 milyona çatıb.

İlk onluqda yer alan digər oyunçular (hazırkı və mötərizədə artım dəyərləri, avro ilə):

Evan Ferqyuson - “Brayton”, 65 milyon (+ 64 milyon);

Lamin Yamal - “Barselona”, 60 milyon (+ 60 milyon);

Uorren Zair-Emeri - PSJ, 60 milyon (+ 54 milyon);

Moyses Kaysedo - “Çelsi”, 90 milyon (+ 52 milyon);

Xavi Simons - “RB Leypziq”, 70 milyon (+ 52 milyon);

Rasmus Hoylun - “Mançester Yunayted”, 65 milyon (+ 50 milyon);

Takefusa Kubo - “Real Sosyedad”, 60 milyon (+ 48 milyon);

Ceremi Doku - “Mançester Siti”, 65 milyon (+ 47 milyon);

Levi Koluill - “Çelsi”, 55 milyon (+ 45 milyon milyon).
 
 
 
Ardını oxu...
Türkiyə Super Liqasında ötən həftə baş tutan "Fənərbağça" - "Qalatasaray" matçında (0:0) Mauro İkardi və Edin Ceko arasında mübahisə yaşanmışdı.
İtaliya mətbuatı ulduz futbolçular arasında yaranan gərginliyin səbəbini açıqlayıb. Bosniya və herseqovinalı futbolçu İkardinin penalti istədiyi epizodda sərt reaksiya göstərdi və "nəhənglər" "kəllə-kəlləyə" gəldi. İtalyanlar İkardi və Ceko arasında keçən dialoqu yayımlayıb:

Ceko: "Öz işinlə məşğul ol"
İkardi: "Eləməsəm, nə olacaq?"
Ceko: "Nə deyirsən?"
İkardi: "Yenə deyirəm, öz işimlə məşğul olmasam nə olacaq?"

Qeyd edək ki, sabah "Qalatasaray" və "Fənərbağça" klubları arasında Türkiyə Super Kuboku finalı baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək və Futbol Liqaları Teleqram kanalında canlı yayımlanacaq.\\Offsideplus.az
 
Ardını oxu...
Azərbaycan karateçisi, 6 qat dünya çempionu və 11 dəfə Avropa çempionu olan, Qara briliant ləqəbi ilə tanınan fəxrimiz Rafael Ağayev ölkənin Gənclər və İdman naziri Fərid Qayıbovu tənqid edib. İdman ustası Rafael Ağayev nazirliklə bağlı haqlı iradını bildirirb. O, ona qarşı olan soyuq münasibətdən gileylənib.

Gununsesi.info həmin müsahibəni təqdim edir:
Ardını oxu...
Arda Gülər, Kim Min-Ce kimi futbolçularını Avropa nəhənglərinə satan "Fənərbağça" daha bir böyük satışa hazırlaşır.

Söhbət Sebastian Şimanskidən gedir. İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Yunayted" klubları 24 yaşlı polşalını istəyir. "Napoli" klubu da vingerlə maraqlanan klublar sırasındadır.

Qeyd edək ki, Sebastian cari mövsüm "sarı-lacivərtlər"lə 29 oyuna çıxıb, 11 qol vurub, 10 assistə imza atıb. Hazırda "Transfermarkt"də 20 milyon avro dəyəri olan futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ildə bitəcək. \\Offsideplus.az
 
 
 
Ardını oxu...
4 qat Avropa çempionu, 3 qat Dünya çempionu, 3 qat Olimpiya mükafatçısı Hacı Əliyev Xankəndidəki səfərdə prezident ilə görüş proqramına salınmadığı və Gənclər və İdman Nazirliyi tərəfindən ilin 10 idmançısı siyahısına salınmadığı üçün etirazını bildirib.

Oxu24.com xəbər verir ki, tanınmış idmançı məsələ ilə sosial media hesabında paylaşım edib.


O Gənclər və İdman Nazirliyi haqda bu sözləri yazıb:

"Bu il Azərbaycan Güləş tarixində ilk dəfə olaraq 4 qat Avropa çempionu olaraq adımı güləş tariximizə yazdım ve Bakıda keçirilən Hərbçilərin Dünya çempionu oldum. Buna baxmayaraq, Gənclər ve İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim. Heç ilin 10 idmançısı siyahısına belə düşmədim. Sağ olsun Gənclər ve İdman nazirliyi. Cənab Prezidetimiz İlham Əliyev bu il idmançıları tarixi qələbə qazandığımız gözəl Qarabağımıza dəvət edib, orada görüşdü, idmanı ve idmançıları nə qədər sevdiyini bir daha sübut etdi. Ama çox heyif ki, bu görüşə mənim adımı Gənclər ve İdman Nazirliyi salmadı, məni Cənab Prezident ilə görüşə buraxmadılar.

İdmançı Prezidentə də müraciət edib:

"Mən inanıram ki, Cənab Prezident məni də orada görməyə çox sevinərdi. Amma Gənclər və İdman nazirliyi buna şərait yaratmadı. Bu qədər nəticə qazanmışam, bu qədər qələbələr gətirmişəm ölkəmizə. Amma məni bu tarixi görüşdən məhrum etdilər. Bu haqsızlığa görə inanıram ki, bir tədbir görüləcək, biz Cənab Prezidentimizə güvənirik!".

Həmin paylaşımı təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
“Qalatasaray”ın və Türkiyə millisinin keçmiş çalışdırıcısı Fatih Terim yenidən baş məşqçiliyə qayıtmağa hazırlaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın “Panatinaikos” komandası təcrübəli çalışdırıcıya təklif göndərib.

Məlumata görə, Fatih Terimin bu təklifə müsbət yanaşır.

Yunanıstan Superliqasında çempionluq uğrunda mübarizə aparan "Panatinaikos" Fatih Terimlə 1,5 illik anlaşıb. Sabah səhər Yunanıstana gedəcək Terimin gün ərzində rəsmi müqavilə imzalaması gözlənilir.

Terim "Panatinaikos"da İvan Yovanoviçin yerinə təyin olunacaq. Yaşıl-ağlılar hazırda Yunanıstanda PAOK-dan sonra ikinci pillədə qərarlaşıb.
 
Ardını oxu...
Britaniyanın “FourFourTwo” jurnalı 21-ci əsrin ilk 10 ilinin milli komandalarının ən yaxşı oyunçularının reytinqini tərtib edib.

Reytinqdə ilk yerdə “Barselona” və “Milan”da çıxış edən braziliyalı hücumçu Ronaldinyo qərarlaşıb.

Beləliklə, “FourFourTwo”nun versiyasına görə, 2000-ci illərin milli komandalarının ən yaxşı 10 oyunçusu aşağıdakı kimi sıralanıb:

1. Ronaldinyo - Braziliya millisi;

2. Zinəddin Zidan - Fransa;

3. Kaka - Braziliya;

4. Andres İnyesta - İspaniya;

5. Xavi - İspaniya;

6. Kriştianu Ronaldu - Portuqaliya;

7. Ronaldo - Braziliya;

8. Rio Ferdinand - İngiltərə;

9. Andrea Pirlo - İtaliya;

10. Lionel Messi - Argentina.

Həmçinin vurğulanıb ki, Ronaldinyo “Qızıl top” mükafatının qalibi (2005) olmaqla, eyni zamanda, 2004 və 2005-ci illərdə FİFA-nın versiyasına görə, dünyanın ən yaxşı futbolçusudur. O, Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub.
paralel.az
 
Ardını oxu...
Dibala “Roma” – “Napoli” matçında meydanda olmayıb.

Oyunu tribunadan izləyən argentinalı dəbli görünüşü ilə diqqət çəkib.

Paulo matça klub rəngində pencək və üzərində rus dilində “Stil” yazılmış orijinal papaqda gəlib. Belə qapaqlar məşhur Heron Preston markası tərəfindən istehsal olunur. Onların qiymətləri 200-400 manat arasında dəyişir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Sadəcə özləri üçün ədalət istəyənlər bu gecə yenə hərtərəfli türk futbolunu manipulyasiya etdilər”.

Bu barədə "Qalataray" klubu “X” sosial şəbəkə hesabında məlumat verib.
"Biz hakim heyətinin, VAR otağının və 26 kameranın görə bilmədiyini göstəririk. Və onların yerinə utanırıq!”

Qeyd edək ki, Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib. İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb. Matç zamanı İkardi gözündən xəsarət alıb, lakin bununla bağlı penalti təyin olunmayıb.

Dünyapress TV

Xəbər lenti