Ardını oxu...
Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun 38 yaşlı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala dəqiq cavab verə bilməyib.

“Mövsümün sonunda karyeramı bitirə və ya daha iki-üç il oynaya bilərəm. Düzünü desəm, hələ bilmirəm. Nə qədər ki, başım və bədənim qaydasındadır, futboldan həzz alıram, oynamağa davam edəcəyəm. Artıq faydalı ola bilməyəcəyimi hiss edəndə dərhal bu vəziyyətə məsuliyyətlə yanaşacağam. Hazırda meydançaya çıxanda özümü əla və xoşbəxt hiss edirəm. Mən ən çox sevdiyim işlə məşğulam”, - o deyib.

Xatırladaq ki, fevralın 5-də Ronaldunun 39 yaşı tamam olacaq. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Mənbə: championat.com
 
Ardını oxu...
Rumıniya millisinin qapıçısı Horatiu Moldovan karyerasını Azərbaycanda davam edirə bilər.

Qolkiperlə "Neftçi" yaxından maraqlanır. Bu məlumatı “atleticosport.es” saytı yayıb. Xəbərdə bildirilir ki, İspaniyanın “Atletiko” ilə “Betis” klubları da 26 yaşlı qolkiperi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, qapıçının müqaviləsində sərbəst qalma bəndi var. “Rapid”lə 2025-ci ilin yayına qədər sözləşməsi olan Moldovanı almaq istəyən klub 800 min avro ödəməlidir. \\Offsideplus.az
 
Ardını oxu...
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/8 mərhələsindəki "Atletiko Madrid"lə matçdan sonra Arda Gülerlə təkbətək görüşüb.

Ançelotti Arda Gülerdən onu meydana buraxmadığı üçün üzr istəyib. “Defensa Central”ın məlumatına görə, oyundan sonra Ançelotti Ardanın yanına gedərək onunla söhbət edib. Bu zaman Ançelotti Ardaya onu meydana buraxmadığı üçün üzrxahlıq edib.

Qeyd edək ki, oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha iki qol vuran “Atletiko Madrid” 1\4 mərhələyə vəsiqə qazanıb.\\Metbuat.Az
 
Ardını oxu...[img]https://teref.az/uploads/posts/2024
ABŞ-nin "İnter Mayami" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi həmyerlisi Aqustin Palavesinonun transfer olunmasını istəyib.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, MLS təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün onun müqavilə ilə məxsus olduğu "River Pleyt"ə rəsmi təklif göndərib.

Argentina klubu hələlik qarşı tərəfə cavab verməyib.

Qeyd edək ki, Palavesino ötən mövsüm Argentina çempionatında 21 oyun keçirib və 1 qol vurub.
 
 
 
Ardını oxu...
"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubu ilə anlaşdığı barədə məlumat vermişdik. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə "yaşıl işıq" yandırıb.

Publika.az bu transferlə bağlı bir informasiya əldə edib. Łods təmsilçisi Rahillə müqavilə bağlasa belə, onu qeydiyyatdan keçirə bilməz. Buna səbəb kluba FİFA tərəfindən transfer qadağası qoyulmasıdır.

Polşa təmsilçisi sabiq futbolçuları Mikkel Riqaard və Ricardinyo ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirə bilməyib. Buna görə LSK maksimum üç qeydiyyat müddəti (transfer pəncərələri) üçün tətbiq oluna bilən transfer qadağası ilə üzləşib. Klub bu borcları ödədikdən dərhal sonra qərar FİFA tərəfindən ləğv ediləcək.

Bu qərardan sonra Loks klubu artıq futbolçulara borclarının bir hissəsini ödəyib. Qalan ödənişlərin 2024-cü ilin yanvar ayının sonuna qədər tamamlanacağı bildirlir. Bununla belə, klub oyunçularla yeni müqavilələr bağlaya bilər. Lakin onları cəza müddətində qeydiyyatdan keçirə bilməz.

Polşada oyunçuların qeydiyyatına imkan verən qış transfer pəncərəsi yanvarın 29-da başlayacaq və fevralın 27-də başa çatacaq.
 

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı Fransa mətbuatına açıqlamalar verib.

Fanat.az xəbər verir ki, “QG France” ulduz futbolçunun sözlərini belə çatdırır:

“Futbol tarixində iz qoymuş bir çox böyük oyunçu bu yay Avropanı tərk etdi. Biz futbolda yeni dövrə qədəm qoyuruq. Mən bu dəyişikliklərdən narahat deyiləm və sadəcə öz yolumla irəliləyərək karyeramı davam etdirməyi planlaşdırıram”.

Ardını oxu...
“Botafoqo”nun futbolçusu Gilyermo Madruqonun qolu 2023-cü ilin ən yaxşı qolu olub.

Futbolçu ilin ən yaxşı qoluna görə FİFA-nın Puşkaş mükafatına layiq görülüb.

Madruqa Braziliya B Seriyasının 14-cü turunun matçında “Novorizontino”ya (1:0) cərimə meydançasının kənarından aşırma zərbə ilə qol vurub.

 Mənbə: championat.com
Ardını oxu...
“Antalyaspor”un İsrail ordusuna dəstəyini bildirən yəhudi əsilli futbolçusu Saqiv Yehezkel Türkiyədən xaric edilib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, futbolçu yerli vaxtla saat 17:15-də ölkəni tərk edib:

“Bir daha qeyd etmək istərdim ki, Türkiyə hər zaman bütün məzlumların və Fələstin xalqının yanındadır”, – o qeyd edib.

Yanvarın 14-də keçirilən oyunda qola imza atan israilli futbolçu bunu Qəzzada 101 gündür ki, HAMAS tərəfindən saxlanılan israilli girovlara həsr etdiyini bildirib.

Buna cavab olaraq futbolçu Antalyada saxlanılıb və istintaqa cəlb edilib.
Ardını oxu...
Əfsanəvi argentinalı futbolçu Diyeqo Armando Maradonanın oğlu atasının öldürüldüyünü bildirib.

APA-nın “Marca”-ya istinadən verdiyi xəbərə görə, oğul Diyeqo Maradona hesab edir ki, atasını öldürüblər.

Diyeqo Maradona qeyd edib ki, bununla bağlı fikri var, lakin istintaq davam edir, buna görə açıqlaya bilməz:

“Onlar nə isə etməyin mümkün olduğu zaman atamı taleyin ümidinə atıblar”.

Qeyd edək ki, Diyeqo Armando Maradona 25 yanvar 2020-ci ildə ürək tutmasından vəfat edib. Həkimlər ölümün səbəbinin kəskin ağciyər ödemi olduğunu açıqlayıblar. Polis futbolçunun şəxsi həkimi və Maradonanın öldüyü gün növbədə olan tibb bacısının səhlənkarlığından şübhələnir və bununla bağlı istintaq aparılır.
 
Ardını oxu...
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib.

“Report”un məlumatına görə, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Murad Musayevin rəhbərlik etdiyi komanda meydançanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.
 

Dünyapress TV

Xəbər lenti