Ardını oxu...
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

APA xəbər verir ki, bu barədə "Euro-Futbol.Ru" məlumat yayıb.

Hücumçu mükafatı ötən ilinin bombardiri kimi alacaq.

38 yaşlı portuqaliyalı 54 qola imza atıb.

Ondan sonra PSJ-nin hücumçusu Kilian Mbappe və hərəyə 52 qol vuran "Bavariya"nın hücumçusu Harri Keyn gəlir.

Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək "Globe Soccer Awards" mərasimində alacaq.

Ronaldu beşqat “Qızıl top”un sahibidir.
Ardını oxu...
Türkiyənin “Boluspor” klubu azərbaycanlı futbolçu Vüsal İsgəndərli ilə 1,5 illik anlaşma imzalayıb.

Bu barədə klubdan məlumat verilib.

Komandanın rəsmi saytında idmançımız barədə ətraflı təqdimat da yerləşdirilib.

Qeyd edilib ki, Vüsal İsgəndərli 3 noyabr 1995-ci ildə Füzuli şəhərində anadan olub. Futbola “Rəvan Bakı” infrastrukturunda başlayan İsgəndərli müvafiq olaraq “Simurq”, “Zirə” “Keşlə”, “A. Keçiörengücü”, “Sumqayıt” və “Eqnatiya” komandalarında çıxış edib.

Vurğulanıb ki, peşəkar karyerasında 211 matçda meydana çıxan İsgəndərli 31 dəfə fərqlənib. Həmçinin, İsgəndərli 3 dəfə Azərbaycan millisində çıxış edib.
 
Ardını oxu...
İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb.

"Report" TASS-a istinadla xəbər verir ki, 29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb. Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.
 
Ardını oxu...
Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Bildirilir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yolları ayırıb.

Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı.

Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib, iki qələbə qazanıb, üç matçda uduzub və dörd oyunda heç-heçə edib.
Xatırladaq ki, “Birmingem” hazırda Çempionşip cədvəlində 20-ci yerdədir.

Mənbə: Championat.com

Ardını oxu...
Bu gündən beynəlxalq idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) üçün vergi güzəşti tətbiq ediləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib.
 
 
 
Ardını oxu...
FIFA “Barselona”nı 2025-ci ildə ABŞ-də yenilənmiş formatda keçiriləcək klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Bildirilib ki, La Liqa 2025-ci il sözügedən turnirdə yalnız iki komanda ilə təmsil oluna bildiyindən və “Real Madrid”in artıq 2021/2022 mövsümünün Çempionlar Liqasının qalibi kimi ora çağırıldığından La Liqadan daha bir komanda çempionata qatıla bilər.

Lakin qurumla Kataloniya klubu arasında münasibətlərdə gərginlik olduğu üçün FIFA-nın “Barselona”nı turnirə dəvət etməyəcəyi vurğulanıb. Bu gərginliyə səbəb “Barselona” rəhbərliyinin Superliqa yaradılması layihəsini dəstəkləməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, klublararası dünya kubokunun yenilənmiş variantında 32 komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan altı, Afrika, Asiya və Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən (CONCACAF) dörd, Okeaniyadan isə bir klub təmsil olunacaq. Turnir ABŞ-də keçiriləcək.
 
Ardını oxu...
Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb.
Bakupost.az xəbər verir ki, o bu barədə şəxsi İnstaqram hesabında yazıb.
Paylaşımda qeyd olunub ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.
Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.
Nəticədə aralarında mühabisə yaranıb və danışıq qanla bitib.
Kikboksçu xanım bildirib ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.
Həmin paylaşımı təqdim edirik:
 
Ardını oxu...
Azərbaycan şahmatçısı Eltac Səfərli İsveçrənin Sürix şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə ikinci olub.

"Report" xəbər verir ki, 31 yaşlı şahmatçı yarışı 5,5 xalla başa vurub.

Turnirin qalibi olan Krişnan Şaşikiran da eyni xal toplayıb. Səfərli hindistanlı şahmatçıdan yalnız əlavə əmsallara görə geri qalıb.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan lakin sözügedən ölkənin rəsmilərin bəzi qadağaları səbəbiylə ləğv olunan “Fənərbağça” – “Qalatasaray” matçı barədə fikirlərini açıqlayıb.

O bu barədə “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimindəki çıxışı zamanı deyib.

“Nə olursa olsun, futbol siyasətə alət olmamalıdır”, - deyə Türkiyə lideri vurğulayıb.
Mənbə: Haber Global
Ardını oxu...
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.

Azərbaycan əsilli türkiyəli siyasətçi Sinan Oğanın Xankəndidə oyunun keçirilməsi ilə bağlı təklifindən sonra sosial media fəalları qardaş ölkənin final matçının Bakıda baş tutmasını istəyirlər.

Məsələ ilə bağlı Prosport.Az-a danışan AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının ovaxtkı baş katibi Superkubok oyunu ilə əlaqədar onlarla əlaqə saxlamışdı:

“O bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var, ümumiyyətlə, oyun Azərbaycanda keçirilsə, buna necə baxarsınız? Bizim də cavabımız belə oldu ki, təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət olub. Bundan sonra bu məsələ ilə bağlı bizimlə əlaqə saxlanılmayıb”.
Yenidən müraciət ehtimalı ilə bağlı suala E.Məmmədlinin cavabı belə oldu:

“İlk növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, bu oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər təbii ki, müzakirə olunmalıdır. Xankəndi məsələsi isə ölkə rəhbərliyi səviyyəsində qəbul edilən qərardır”.

Xatırladaq ki, dünən sözügedən matç ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid qərar qəbul edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.
 

Dünyapress TV

Xəbər lenti