Ardını oxu...
Münhen “Bavariya”sı səfərdə çətin qələbə qazandı -
Almaniya Bundesliqasının XVIII turunda “Auqsburq” evdə Münhenin “Bavariya” klubunu qəbul edib.

Gərgin keçən oyun Münhen təmsilçisinin qələbəsi ilə bitib - 2:3

Bu qələbədən sonra 47 xal toplan “Bavariya” turnir cədvəlində ikinci sırasında qərarlaşıb. Turnir cədvəlinin birinci sırasında isə Leverkuzenin “Bayer” klubu qərarlaşıb.

“Auqsburq” - “Bavariya” - 2:3
 
 
 

“Real Madrid” futbol üzrə İspaniya çempionatının 22-ci turunun matçında “Las-Palmas”ı məğlub edib.

Las-Palmas-de-Qran Kanariyada keçirilmiş görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Xavyer Munyos fərqlənib. 12 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib, Orelyen Tçuameni isə 84-cü dəqiqədə paytaxt klubunu hesabda önə keçirib.

“Real Madrid” (54 xal) La Liqanın turnir cədvəlində birinci yerdədir. Madridlilər çempionatdakı məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. “Las-Palmas” (31) səkkizinci yerdədir.

Növbəti turda “kral klubu” fevralın 1-də “Xetafe” ilə səfərdə, “Las-Palmas” isə fevralın 3-də səfərdə “Qranada” ilə qarşılaşacaq.
 
Ardını oxu...
“Real Madrid” futbol üzrə İspaniya çempionatının 22-ci turunun matçında “Las-Palmas”ı məğlub edib.

Las-Palmas-de-Qran Kanariyada keçirilmiş görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Xavyer Munyos fərqlənib. 12 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib, Orelyen Tçuameni isə 84-cü dəqiqədə paytaxt klubunu hesabda önə keçirib.

“Real Madrid” (54 xal) La Liqanın turnir cədvəlində birinci yerdədir. Madridlilər çempionatdakı məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. “Las-Palmas” (31) səkkizinci yerdədir.

Növbəti turda “kral klubu” fevralın 1-də “Xetafe” ilə səfərdə, “Las-Palmas” isə fevralın 3-də səfərdə “Qranada” ilə qarşılaşacaq.
 
Ardını oxu...
Azərbaycanın fiqurlu konkisürən Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançımız bu uğuru Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında əldə edib.

Belə ki, S.Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və ikinci yerə sahib olub. O, bununla yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, dünya çempionatı fevralın 26-dan martın 3-dək keçiriləcək.
 
 
 
Ardını oxu...
“Qarabağ” futbol klubu rəsmi himnini təqdim edib.
Yenicag.az xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.

 
 
 
Ardını oxu...
Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda üç pillə irəliləyərək buna nail olub.

Yığmamızın hesabında 3 000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4 125 xalla Rumıniya başçılıq edir. İlk üçlüyü Macarıstan (2 600 xal) qapayır.

Qeyd edək ki, Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.
 
Ardını oxu...
“Arsenal” ın futbolçusu Emil Smit Rou karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı “Takvim” yayıb.

Xəbərə görə, ingiltərəli yarımmüdafiəçi “Qalatasaray”ın diqqət mərkəzindədir.

“Transfermarkt” portalı 23 yaşlı futbolçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm “Arsenal” forması ilə 13 rəsmi matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Ardını oxu...
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqada son matçda heyətə düşməməsinə sərt reaksiya verən Arda Güleri icarəyə vermək fikrindədir.

Bu barədə İspaniyanın “El Gol Digital” qəzeti xəbər verib.

Nəşr Arda Gülerin “Real Sosyedad”a icarəyə veriləcəyini yazıb.

Qeyd edək ki, yeni komandasına transfer olunduqdan sonra aldığı zədə səbəbindən təxminən altı aya yaxın formadan uzaq qalan Arda Güler ​​hələ də “Real”ın daimi oyunçusuna çevrilməyib. Bu vaxta qədər 67 dəqiqə meydanda olan 18 yaşlı gənc futbolçu ötən həftə keçirilən matçda şok hərəkəti ilə İspaniya mediasında böyük səs-küyə səbəb olub.
Belə ki, heyətdə yer aldığı son üç qarşılaşmada oyuna daxil ola bilməyən Arda Güler “Almeria” ilə qarşılaşmada isinmə jiletini qəzəblə yerə atıb.

 
 
 

“Əl-İttihad”ın futbolçusu Kərim Benzema karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Fanat.az xəbər verir ki, məlumatı “The Guardian” yayıb.

Xəbərə görə, fransalı hücumçu “Olimpik Lion”un diqqət mərkəzindədir. Artıq klub rəsmiləri ilə ulduz futbolçu arasında danışıqlar başlayıb.

 

Xatırladaq ki, Benzema 2023-cü ilin yayında “Əl-İttihad”a keçib. Onun Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir. Fransalı forvard cari mövsüm klubunun forması ilə 20 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hazırda davam edən Afrika Kubokunda Qana ilə oyunda (2:2) zədələnən Məhəmməd Salah Misir millisinin düşərgəsini tərk edir.

Fanat.az xəbər verir ki, nəzəri olaraq turnirin sonrakı mərhələlərində oynaya bilmək ehtimalı olan ulduz forvardın İngiltərəyə qayıtması qərara alınıb.

Misir Futbol Assosiasiyasının açıqlamasında bu barədə məlumat verilib: “Komanda həkimləri və onların “Liverpul”dan olan həmkarları ilə əlavə müayinələrdən və məsləhətləşmələrdən sonra futbolçunun İngiltərəyə qayıtması qərara alınıb. Ümid edirik ki, növbəti mərhələyə keçərək Afrika Kubokunun yarımfinalına vəsiqə qazanacağıq və o, həlledici oyunlarda bizə kömək edəcək”.

 

Ardını oxu...
 

Azərbaycanda idmançı məşq zamanı uşaqlara fiziki işgəncə verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, kürəyinə Elvin Səfərov yazılan köynək geyinmiş məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur.

Məşqə gələn uşaqların reaksiyalarından hiss olunur ki, onlar bu zərbələrdən əziyyət çəkirlər.//Oxu.az 

 

 
 
 
 
 

 

 
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti