Ardını oxu...
Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.

Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə qazanmağı bacarıb - 2:0.

Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib. “Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib - 2:0.
Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının finalına yüksəlib.

Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds” qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.

 
Ardını oxu...
“Arsenal”ın keçmiş futbolçusu Məsut Özil London klubunun varlığından xəbəri olmadığını deyən məşhur amerikalı aktyor Leonardo Di Kaprionu ələ salıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Arsenal” Futbol Klubunun 25 yaşdan yuxarı yaşı var. Di Kaprio onu niyə tanımalıdır ki?” – Özil yazıb.

Qeyd edə ki, Leonardo Di Kaprionun adı tez-tez 25 yaşdan yuxarı qadınlarla eşq macərası yaşamadığı iddiaları ilə gündəmə gəlir. O, şəxsi münasibətləri üçün yalnız 25 yaşı tamam olmayan qızları seçir.
 
Ardını oxu...
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə növbəti medallara sahib olublar.

Oxu.Az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev birinci, Ömər Qasımlı ikinci, Səma Cəfərova və Ammar Baxşalıyev üçüncü yeri tutublar.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova birinci, Fərhad Mustafayev və Ömər Qasımlı isə ikinci olublar.
 
Ardını oxu...
İtaliya A seriyasının XVI turunda “Napoli” evdə “Kalyari”ni qəbul edib.

Oyun neapolluların 2:1 hesablı qələbəsilə yekunlaşıb. Matçda hesabı 69-cu dəqiqədə Viktor Osimhen açıb.

Qonaqların heyətində Leonardo Pavoletti 72-ci dəqiqədə hesaba tarazlıq gətirib.

75-ci dəqiqədə isə V.Osimhenin möhtəşəm driblinqi və ötürməsilə gürcü Xviça Kvaratsxeliya qol vuraraq “Neapol”a qələbə qazandırıb.
Bu nəticədən sonra “Napoli” 27 xalla dördüncü yerə yüksəlib. “Kalyari” isə 13 xalla 16-cıdır.
Ardını oxu...
İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​qadın pərəstişkarından əxlaqsız təklif alıb.

“Fənərbağça”dan “Real Madrid” klubuna transfer olan futbolçu qadın fanatına avtoqraf verdiyi zaman aldığı təklif qarşısında şok keçirib.

Qadın Ardaya onunla cinsi əlaqəyə girməsini təklif edib. Arda gülərək təklifi rədd edib.

Həmin anlar anbaan kameralara əks olunub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Fanatik.com.
 
Ardını oxu...
Transfermarkt internet portalı özünün "Teleqram" kanalında Almaniya Bundesliqasının nəticələrinə əsasən, ən bahalı futbolçuların reytinqini dərc edib.

QOL.az xəbər verir ki, siyahıda "Bavariya"nın 9, "Bayer" və "Leyptsiq"in 1 futbolçusu yer alıb:

Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. 1–2. Camal Musiala ("Bavariya", 110 milyon avro).

1–2. Harri Keyn ("Bavariya", 110 milyon avro).

3. Florian Virtz ("Bayer", 100 milyon avro).

4. Leroy Sane ("Bavariya", 80 milyon avro).

5. Yoşua Kimmix ("Bavariya", 75 milyon avro).

6–7. Xavi Simons ("Leyptsiq", 70 milyon avro).

6–7. Alfonso Davies ("Bavariya", 70 milyon avro).

8–9. Matteys de Liqt ("Bavariya", 65 milyon avro).

8–9. Kinqsli Koman ("Bavariya", 65 milyon avro).

10-11. Deotşankul Yupamekano ("Bavariya", 60 milyon avro).

10-11. Kim Min Ce ("Bavariya", 60 milyon avro).
 
Ardını oxu...
Avropa Liqasında yolunda davam edən “Qarabağ”ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. “Qarabağ” fevralın 15-22-də keçiriləcək oyunlarda rəqibini üstələyərək 1/8 finala yüksəlsə, daha 1,2 milyon avro büdcəsinə əlavə edəcək.
 
Ardını oxu...
Elxan Məmmədov AFFA prezidenti olmayacaq. Daha doğrusu, ola bilməyəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktorunun Azərbaycan futboluna geri dönüş etmək istəyi baş tutmayıb. Yüksək dairələr Məmmədova etibar etməyiblər.

Bunun səbəbləri isə olduqca sadədir – 44 yaşlı funksioner nəinki futbol ictimaiyyəti arasında, hətta ölkədə mənfi imicə sahibdir. Elxan Məmmədovun ictimaiyyət arasında mənfi imicə sahib olması yuxarı dairələrin onun namizədliyinə “yox” deməsi üçün həlledici amil olub.

Təfərrüatlara gəlincə, ötən həftə “FİFA Elxan”ın Bakıya gəlişi barədə məlumatlısınız. Məmmədov iş yoldaşı, FIFA-nın baş katibi Fatma Somouranın başqa bir tədbirdə iştirak etmək üçün ölkəmizə səfər etməsindən maksimum yararlanmağa çalışdı. O, xanım funksionerlə bir sıra görüşlər təşkil etdi, çempionat oyununa baxmaq üçün şərait yaratdı. Məqsəd beynəlxalq əlaqələrini nümayiş etdirmək və reklamını gücləndirmək idi.

Elxan Məmmədov müxtəlif variantlarla əlini gücləndirməyə çalışırdı. Bəzi məqamlarda isə qardaşı Emin Məmmədova güvənməyə çalışırdı. Məhz onun əlaqələrindən istifadə edərək yüksək dairələrə özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Ancaq bu plan baş tutmayıb. Elxan Məmmədovun müsbət nüfuza sahib olmaması və onun haqqında müxtəlif iddiaların yayılması AFFA prezidenti olmaq istəyinin reallaşmasına imkan verməyib. Yuxarı dairələr Azərbaycan futbolunu belə mənfi obraza sahib olan şəxsə tapşırmağı məqsədəuyğun görməyiblər.

Yuxarı dairələrdən qətiyyətlə “yox” cavabı alan Məmmədov güya heç vaxt AFFA prezidenti olmaq fikrində olmadığı barədə informasiyalar yayır. Bununla futbol ictimaiyyəti və keçmiş komandası daxilində təsirini qorumağa çalışır. İndi onun yeni məqsədi var: FİFA-dakı kreslosunu itirməmək. Bu, qarşıdakı 4 il ərzində başını qatmaq üçün kifayət qədər tutarlı səbəbdir. Çünki ali futbol qurumundakı vəzifəsini itirəcəyi halda, heç kimə lazım olmayan, sıradan biri olacağını yaxşı anlayır.
Ardını oxu...
“Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hakken” komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu cür uğur əldə etmək Azərbaycan futboluna təkan verəcək:

“Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər”.

Qurbanov doqquz il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib:
“Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik”.

Təcrübəli baş məşqçisi pley-offdakı rəqiblərin ciddi olduğunu vurğulayıb:

“Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib.
 
Ardını oxu...
“Rəqibi təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün təcrübə idi”.

“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan sonra mətbuat konfransında deyib.

Norveçli mütəxəssis ilk dəqiqədə buraxdıqları qolun planlarını pozduğunu söyləyib:
“Qarabağ”ın pley-off matçlarını izləyəcəm. “Hakken”lə İsveç çempionu olduq. Buradan yaxşı əhval-ruhiyyə ilə ayrılıram”.
 

Dünyapress TV

Xəbər lenti