Ardını oxu...
Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.

“Report”un məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Xəzər dənizində suyun çəkilməsindən sonra illər əvvəl batmış gəmi qalıqları üzə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, əslində, bu ərazidə üzə çıxan qalıqlar əvvəlcədən də görünüb. Lakin sonradan suyun daha artıq çəkilməsi ilə qalıqlar çox üzə çıxıb.

Gəminin hansı quruma aid olduğunu aydınlaşdırmaq üçün “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə müraciət etdik. Bildirildi ki, gəmi “Xəzər Dəniz Gəmiçiliyi”nə aid deyil. Qeyd olunub ki, gəminin adı məlum olmadığından, heç bir məlumata malik deyillər.


Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt dənizin səviyyəsi bugünkündən 70 sm aşağı olub.

Bəs bu gəmi nə vaxt batıb və hansı məqsədlər üçün istifadə edilib?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
Ardını oxu...
Bakıdakı evlərin birində eyvan aylardır ki, qəzalı vəziyyətdədir. Eyvanın uçmaması üçün altına taxta dirək qoyulub. Ərazidən həm piyadalar, həm də sürücülər istifadə edirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu, Əlövsət Quliyev 37 ünvanında yerləşən evdən gedir.

Sakinlərin sözlərinə görə, yük maşını eyvanı zədələyib.

Mənzilin sahibindən hadisə ilə bağlı məlumat ala bilmədik.

Yasamal rayonu Mənzil-kommunal təsərrüfat birliyindən isə bildirildi ki, sözügedən ərazidə yoxlamalar aparılıb. Lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Sakinlər ümid edir ki, aylardır, güclü küləklərə rəğmən quru taxtaya söykənərək ayaqda duran eyvan hər hansı hadisəyə səbəb olmadan təmir edilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
Ardını oxu...
Qədim zamanlardan cəmiyyətdə belə bir iddia var ki, heyvanların bəzi hərəkətləri zəlzələ əlaməti hesab olunur. Bu səbəbdən bir sıra canlıların qəribə davranışları zaman-zaman insanlar arasında təşviş və narahatlıq yaradır. Maraqlıdır, hansı heyvanlar zəlzələ və digər təbii fəlakətləri hiss edir?

Məsələ ilə bağlı bitki mühafizəsi mütəxəssisi Allahverdi Mustafayev açıqlama verib. Onun sözlərinə görə, heyvanların bəzi hisləri insanlardan daha çox inkişaf edib:

“Təbii fəlakətləri heyvanlar daha tez hiss edir. Bu onların şüuru ilə yox, hissiyatla bağlı bir məsələdir. Görmə, eşitmə, dadma, toxunma kimi duyğular heyvanlarda daha güclü inkişaf edib. Hər hansı təbii fəlakət baş vermədən əvvəl onun enerjisi və impluslar yayılmağa başlayır. Heyvanlar da həssas canlılar olduğu üçün bunu daha öncə hiss etməyə başlayırlar”.

Ekspert bildirir ki, hər bir canlının zəlzələyə reaksiyası fərqlidir:

“Bu canlılar insanlardan daha həssasdır. Onlar zəlzələni özünəuyğun xüsusiyyətinə görə hiss edə bilir. Burada ən həssas olan heyvanlardan biri balıqlardır. Ona görə də, Yaponiyada insanlar akvariumda balıq saxlayırlar. Zəlzələ zamanı balıqlar özlərini akvariumun divarlarına çırpır, yaxud suda arxası üstdə sakit dayanırlar. İtlər isə birlikdə hürüşməyə başlayır, qaramal yerində hərəkət etməyə başlayır və sakit dayana bilmir”.
yenisabah.az
 
Ardını oxu...
Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi olub.

Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Kəmalə Hüseynova yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.

APA xəbər verir ki, müəssisədə işləyən 4 qadın – Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı və Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Riçard Xelms 1966-1973-cü illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib. O, kəşfiyyatçı kimi Amerika tarixinə olduqca populyar və maraqlı bir şəxs kimi düşüb. Hətta ölümündən sonra da Riçard Xelms amerikalıları təəccübləndirməyi bacarıb. Belə ki, 2023-cü ildə kəşfiyyat idarəsinin sabiq rəhbərinin qələmə aldığı xatirələrin birinci cildinin ABŞ Konqresində təqdimatı keçiriləndə Xelmsin həmin kitabdakı açıqlamaları tədbir iştirakçılarının təəccübünə səbəb olub.
Maraqlıdır, söhbət hansı açıqlamalardan, təəccübə səbəb olan hansı faktlardan gedib?
Xelms öz xatirələrində qeyd edib ki, 1970 ci ildə təkcə Amerikanın yox, bütün dünyanın ən məşhur simalarından birinə çevrilən Nil Armstronq SSRİ-yə qaçmağa cəhd edib. ABŞ vətəndaşı olan Nil Armstronq adını tarixə Ayın səthinə ilk qədəm qoyan şəxs kimi yazıb və eyni zamanda bu ilkə imza atmaqla öz ölkəsini, ABŞ-ı SSRİ-dən bir addım önə çəkib.
Qeyd edək ki, Nil Armstronq 1930-cu ildə Ohayo ştatının Uapkoneta şəhərində anadan olub. Gələcək astronavtın uşaqlıq illəri 20-dən artıq şəhərdə keçib. Atası audit vəzifəsində işlədiyindən ailə tez-tez onun xidməti işi ilə bağlı başqa-başqa şəhərlərə köçüb.
Nil Armstronq orta təhsilini başa vurduqdan sonra Perdyu Universitetinin Aviasiya sənayesi fakültəsində təhsil alıb, daha sonra təhsilini Massaçuset Texnologiya İnstitutunda davam etdirib.
ABŞ Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edən Nil Armstronq sınaqçı pilot vəzifəsində işləyib və reaktiv təyyarələri sınaqdan keçirib. Həmin ərəfədə Koreya müharibəsində iştirak edib. 78 dəfə döyüş uçuşu icra edən Nil Armstronq iki dəfə Qızıl ulduzla təltif olunub.
Nil Armstronq 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsində (NASA) astronavtlar qrupuna qəbul edilib. 16 mart 1966-cı ildə “Cemini-8” kosmik gəmisinin komandiri kimi Skotla birlikdə kosmosa uçub. Uçuş 10 saat 40 dəqiqə davam edib.
Ardını oxu...
1969-cu ilin 16-24 iyul tarixində isə onun orbitə ikinci uçuşu planlaşdırılıb. Orbitdə olduğu vaxtda 21 saat 36 dəqiqə Ay səthinin üzərində uçuş edən astronavt iyulun 21-də Ayın üzərinə enib. O, uçuş müddətinin 2 saat 31 dəqiqə 40 saniyəsini Ayın üzərində keçirib. İlk dəfə Ay səthinə insanın qədəm qoyması hadisəsi dünya mətbuatında möcüzə hadisə kimi işıqlandırılıb.
İlk dəfə Aya səfər edən astronavt bir ildən sonra, 24 may 1970-ci ildə SSRİ-yə səfər edib.
Siyasi ekspertlər Nil Armstronqun sosialist ölkəsinə səfərini ABŞ-la SSRİ-nin arasında olan soyuq münasibətlərə bir mülayimlik gətirən səfər kimi qiymətləndiriblər. Məhz tərəflərə məxsus “Appolon” və “Soyuz” kosmik gəmilərinin kosmosda “görüş”ünün layihəsinin ilk razılaşdırılmaları da Nil Armstronqun SSRİ-yə səfəri zamanı baş tutub.
Səfər çərçivəsində Nil Armstronq Leninqradda keçirilən Beynəlxalq Kosmik Tədqiqatlar Komitəsinin təşkil etdiyi konfransda iştirak edib. 30-dan artıq ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ astronavtının məruzəsi böyük maraqla qarşılanıb.
Kommunist ölkəsinə səfər edən astronavt SSRİ-nin bir sıra şəhərlərini gəzib, maraqlı görüşlər keçirib. O, Lenin mavzoleyini ziyarət edib, Yuri Qaqarinin Kreml divarlarındakı xatirə lövhəsinin qarşısına gül dəstəsi düzüb, həmkarına ehtiramını bildirib.
Səfər çərçivəsində amerikalı astronavtın Leonid Brejnevlə görüşü də nəzərdə tutulub. Ancaq həmin ərəfədə baş katibin səhhətində yaranan ciddi problemlər bu görüşü təxirə salıb.
Baş katibin əvəzinə astronavtı SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin qəbul edib. Səmimi keçən görüşdə onların arasında maraqlı dialoq yaranıb. Kosıgin zarafatyana Armstronqdan soruşub:
- Siz ilk şəxssiniz ki, Aya düşmüsünüz. Necə düşünürsünüz, biz Ayda sosialist cəmiyyəti yarada biləcəyikmi?
Astronavtın baş nazirin sualını cavabsız qoymayıb:
- Sizin Yerdəki qurduğunuz sosialist cəmiyyəti bütün qalaktika üçün yetərlidir ki, tərəqqiyə doğru irəliləyək.
Armstronq SSRİ səfərindən Amerikaya xoş təəssüratlarla qayıdıb. Məhz elə bu səfərdən sonra o, SSRİ-yə qaçmağı haqqında düşünüb. Astronavt ən çox etibar etdiyi həmkarlarından birinə gələcək planları haqqında danışıb. “Həmkar” isə Mərkəzi Kəşfiyyat İdarəsinin gizli agentlərindən biri olub. O, Armstronqun planlarını dərhal idarəyə çatdırıb.
1970-ci ilin yay aylarında Armstronq Amerikanı hansı ərazidən tərk edəcəyini də dəqiqləşdirib. Ancaq o, son məqamda Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılanaq nəzarətə götürülüb. İstintaq zamanı Armstronq öz planlarını gizlətməyib:
Ardını oxu...
“Mənim SSRİ-yə qaçmaq planım olub. Mən bunu gizlətmirəm. Amma siz bunun səbəbini də soruşmalısınız. Amerikada insanlar pul uğrunda mübarizə aparırlar. SSRİ-də isə tam fərqli bir mənzərədir. Bu ölkədə mənəvi dəyərlərə, insanın gələcək inkişafına daha çox diqqət yetirilir. Kim belə ölkədə yaşamaq istəməz?”
Bu hadisədən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi nəzarətində saxlanılan Nil Armstronq 1971-ci ildə NASA-dan ayrılıb, ayrı-ayrı universitetlərdə mühazirələr söyləyib. Daha sonra o, fəaliyyətini biznesə yönəldib, “AIL Systems” şirkətinə rəhbərlik edib.
2012-ci ildə Nil Armstronqun ürəyində cərrahi əməliyyat aparılıb. Ancaq həkimlər onu xilas edə bilməyiblər. Aya ilk qədəm qoyan astronavt 82 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
 
Ardını oxu...
Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı 11-ə çatıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və torpaq altında qalanların hamısının tapıldığı üçün axtarışların sona çatdığı qeyd olunub.
 
 
 
Ardını oxu...
Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonundakı mədəndə çökmə baş verib. Dağıntılar altında qalan iki işçidən biri xilas edilib.

Xilas edilən Erdem Yıldız Atatürk Dövlət Xəstəxanasına aparılıb. Digər işçi Murat Çetinkayanı xilas etmək üçün işlər davam edir.

Zonguldak valisi Osman Hacıbektaşoğlu mədənə gələrək əraziyə baxış keçirib.
Ardını oxu...
Rusiyanın Kazan şəhərinin Yudino qəsəbəsində ağlı başında olmayan ata iki yaşlı qızını yaşayış binasının beşinci mərtəbəsinin pəncərəsindən heyətə atıb.

Körpə qızcığaz yalnız möcüzə nəticəsində sağ qalıb.

Qeyd olunub ki, uşaq mağazanın qalın qar qatı ilə örtülmüş çardağının üstünə düşdüyü üçün sağ qalıb.

Hadisənin şahidləri dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər. Həkimlər gələnə qədər ətrafdakı insanlar uşağı çardaqdan endirərək onu donmağa qoymayıblar.
Uşaq xəstəxanaya çatdırılıb. Hüquq mühafizə orqanları qandonduran hadisəni törədən atanı saxlayıb. İnsidentin digər təfərrüatı araşdırılır.

Mənbə: KazanFirst
 

Dünyapress TV

Xəbər lenti