Ardını oxu...
“Oktan ədədini artırır, avtomobilin mühərrikinin iş prinsipini daha da yaxşılaşdırır”.

Xezerxeber.az-ın məlumatına görə, bu kimi sözlərlə demək olar ki, istənilən sürücü ən çox da yanacaqdoldurma məntəqələrində rastlaşır.

Sürücülərə yaxınlaşan yanacaqdoldurma məntəqələrinin işçiləri müxtəlif qiymətlərə olan yanacaq qatqılarını təklif edirlər. Bəs belə qatqıların yanacağın keyfiyyətinə təsiri varmı?

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, “Avro-4” və “Avro-5” standartlı avtomobillərdə “Aİ-95” yanacağından istifadə edilməlidir. Bəs “Aİ-92” yanacağından istifadə edən sürücülər oktan ədədini artırmaq üçün qatqıdan istifadə edə bilərlərmi?
Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli avtomobillər üçün də xeyirlidir.

Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi, şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı həbs edilən “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı və faktiki sahibi, ATV-nin eks-prezidenti Tağı İbrahimovla bağlı sensasion faktlar üzə çıxıb…

Partlayışdan öncə Tağı İbrahimov Badamdar Kompleksində yerləşən “Pullman Baku” (əvvəlki adı: “Kempinski Hotel Badamdar”) otelinin 15-ci mərtəbəsini şəxsi istirahət məqsədi üçün aylıq icarəyə götürüb.

İddialara görə, Tağı İbrahimov həmin məkanın icarəsi üçün aylıq on minlərlə vəsait ödəyirmiş. Həmçinin, sözügedən məkanda tez-tez kef məclisləri təşkil edirmiş.

Bundan başqa, Tağı İbrahimov son illər avtomobilində ovçular mağazasından aldığı ov silahları gəzdirirmiş.

Tağı İbrahimovun təşkil etdiyi bahalı məclislər təkcə bununla bitmir. Onun bu və ya digər xoşagəlməz əməlləri barədə yaxın günlərdə daha geniş araşdırma materialımız olacaq.

Qeyd edək ki, yanan mebel sexinin təsisçisi Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və “Avesta” şirkətinin sabiq prezidenti hacı İbrahim Nehrəmlinin qardaşıdır.(Demokrat.az)
 
Ardını oxu...
Sabahdan buraxılış kartı olmadan və ya sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi fəaliyyəti göstərən şəxslər 40 manat məbləğində cərimə ediləcəklər.

Yenicag.az xəbər verir ki, qeyd olunan hallarda “İnzibati tənbeh vermə haqqında” Qərar qüvvəyə mindiyi gündən- 1 il müddətinə qanun pozuntusu tənbeh alan şəxs tərəfindən təkarlanarsa, bu məbləğ 80 manat təşkil edəcək.

Qeyd edək ki, qanun 01 yanvar 2024-cü ildən qüvvəyə minəcək.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Deepdive” MMC (VÖEN - 1202984711) şirkəti olub.
Müsabiqənin şərtinə görə “Deepdive” MMC 2023-cü ilin 8-31 dekabr tarixləri ərzində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində çirkab suların çəkilməsi və daşınması xidmətini həyata keçirəcək. Çirkab suyun çəkilməsi və daşınması üçün “ASAN xidmət” “Deepdive” MMC-yə 22 min 531 manat 63 qəpik ödəyəcək.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, müsabiqə ilə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında 29 yanvar 2024-cü ildə dərc olunub. Lakin, tender müsabiqəsinin icra müddəti ötən ilin dekabr ayı göstərilib. Bu isə o deməkdir ki, “ASAN Xidmət” qalib şirkətlə müqaviləni dekabr ayının 8-dən əvvəl imzalayıb.
Ardını oxu...
“Dövlət satınalmaları haqqında” Qanunun (https://e-qanun.az/framework/54966) 38.11-ci maddəsində yazılır ki, satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir.
Göründüyü kimi, ötən ilin dekabr ayının 8-də icrasına başlanılan tender ilə bağlı məlumatların bu ilin yanvar ayının 29-da portalda dərc olunması Qanunun qeyd olunan tələblərinə ziddir.
 

Ardını oxu...
Fevralın 7-də keçiriləcək Prezindet Seçkilərində hakimiyyətin dəyişməyəcəyi qətiyyən şübhə doğurmur. Çünki faktiki namizədlər arasında Prezident İlham Əliyevlə rəqabət apara biləcək heç kim yoxdur.

JAMAZ.İNFO xəbər verir ki, hakimiyyət dəyişməsə də, hökumətin dəyişəcəyi istisna edilmir. Bu da onunla bağlıdır ki, İlham Əliyev post-Qarabağ dövründən sonra yeni komanda ilə hərəkət etmək dəst-xəttini tutacaq. Bu təkcə Qarabağ probleminin həlli ilə deyil, həm də dünyada baş verən hadisələr fonunda dinamik bir komandaya ehtiyac olması zərurətindən irəli gələn faktordur.

Bəs, kimlə qala bilər, kimlər gedə bilər? Bu suala birmənalı cavab vermək mümkün deyil. Ona görə ki, səlahiyyət dövlət başçısındadır və sərəncamları da o imzalayır. Lakin ümumi ehtimallar irəli sürmək mümkündür. Bu ehtimalların da reallaşma imkanları çox da ola bilər, az da.

JAMAZ.İNFO bununla bağlı təxmini bir yanaşma üzərində çalışıb. Mövcud komandada kimlərin qalacağı və kimlərin gedəcəyi barədə müəyyən ehtimallara əsaslanan proqnoz hazırlayıb. Həmin proqnozlarımızı hissə-hissə təqdim etməyə çalışacağıq.

İlk olaraq Müdafiə Nazirliyindən başlayaq. Bu nazirlikdə ciddi dəyişikliyin olacağı daha çox ehtimal ediləndir. Hələ bu yaxınlarda Xüsus Təyinatlı Qoşunların komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini postuna gətirilməsi də, belə deməyə əsas verir ki, o, seçkilərdən sonra yeni komandada Zakir Həsənovu əvəzləyəcək. Onun müavin təyin edilməsi də nazir postu üçün nəzərdə tutulmuş addımlardan biridir.

Nəzərə alaq ki, Azərbaycan yaxın gələcəkdə peşəkar ordu sisteminə keçməyi düşünür. Artıq alternativ hərbi xidmətlə bağlı müzakirələr belə başlayıb. O zaman nazir olaraq bu işin öhdəsindən Hikmət Mirzəyevin gələcəyi şübhə doğurmur.

İkinci dəyişiklik isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verə bilər. Nəzərə alaq ki, nazir Sahil Babayev ən çox tənqid olunan dövlət rəsmisidir. Bu sirr deyil ki, ƏƏSMN rəhbəri ölkədə ciddi sosial narazılığın yaranmasında bir çox rola malikdir. Əlillər, pensiya və digər bu kimi məsələlər fonunda hətta nazirliyin ləğv edilərək, Səhiyyə Nazirliyi ilə birləşdirilməsi ehtimalları da az deyil.

Qeyd edək ki, bununla bağlı müzakirələr hələ xeyli əvvəldən başlayıb. Bir-neçə deputat dilucu da olsa bildiriblər ki, dünyanın əksər ölkələrində ƏƏSMN Səhiyyə Nazirliyinin tərkibində xidmət formasında fəaliyyət göstərir. Analoji addımın Azərbaycanda da atılması ehtimal olunandır.

Postunu itirəcək məmurlardan biri də baş nazir Əli Əsədov hesab olunur. Köhnə komandanın üzvlərindən olan Əsədovun reputasiyası da bir o qədər parlaq deyil. Üstəlik, onun təmsil etdiyi Nazirlər Kabineti də kifayət qədər dinamik olmamaqla yanaşı, həm də astagəlliyi ilə seçilir. Lakin onun vəzifəsindən getməsinə səbəb olan amil bu deyil. Vacib detal odur ki, Əsədov qocalıb, onun yeni birisi ilə əvəzləmək zərurəti yaranıb.

Sual oluna bilər ki, yeni baş nazir kim ola bilər? Hakimiyyətin bu yöndə hansı addım atacağını proqnozlaşdırmaq çətindir. Çünki indiyə qədər bu posta keçmiş iqtisadiyyatla əlaqəsi olmayan şəxslər də gətiriliblər. Lakin böyük ehtimallardan biri də budur ki, yeni baş nazir faktiki iqtisadiyyat naziri Mikayıl Cabbarov olacaq.

Nəzərə alaq ki, Cabbarov hakimiyyətin ən etibar etdiyi kadrlardan biridir. Üstəlik, ona bir çox məsələlər etibar edilib və hazırda da bir çox əhəmiyyətli işlərin nəzarəti ondadır.

Digər nazir və qurumlar haqqında isə növbəti yazımızdan tanış ola biləcəksiz.
 

Ardını oxu...
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi bu gün başa çatır.

APA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 4 gün qalanadək səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 3-dək olan dövrü əhatə edir.
 
Ardını oxu...
Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin atası Nihat Cəlilov hər kəsdən üzr istəyib.

O, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.

N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.

O, oğlunun etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib.
Qeyd edək ki, “Jalilov” adı ilə “TikTok”da məşhurlaşmış şəxsin atası Nihat Cəlilov biznes fəaliyyəti ilə məşğuldur.

Xatırladaq ki, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir. Son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib.

 
Ardını oxu...
Türkiyədə “P&G” fabrikinin əsas binasına silahlı basqın -

Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda “P&G” fabrikinin əsas binasına silahlı basqın edilib.

Azadmedia.az xəbər verir ki, məlumatı İHA yayıb.

Belə ki, silahlı şəxsin fabrikdəki insanları girov saxladığı bildirilib.

Əraziyə çoxlu sayda polis cəlb olunub.

Hadisənin detalları məlum deyil.
 
Ardını oxu...
28 il əvvəl dünyasını dəyişən şəxsin “avtomobili radara düşüb”.

Sözügedən hadisə Şamaxıda qeydə alınıb.

Belə ki, Şamaxı rayon sakini Rauf Şükürova gələn məktubda bildirilib ki, 28 il öncə dünyasını dəyişmiş babası Əliabbas Şükürov Bakı-Şamaxı-Xaldan istiqamətində hərəkətdə olarkən onun avtomobili sürət radarına düşüb və bununla bağlı cərimə gəlib.

R.Şükürov bildirib ki, radara düşən maşın onların olmayıb:
“Bu maşın mənim, babamın olmadığı halda niyə cərimə ödəməliyəm?”

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücü tərəfindən yolverilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti