ABŞ və Çin arasında gərginliyə müxtəlif aspektlərdən baxış
ABŞ və Çin münasibətlərinin gərgin olması və əsas problemin Tayvan adası üzərində olması iqtisadi münasibətlərə də təsir edir.
Mart ayında ABŞ Çinə yüksək gömrük rüsumu təyin edərək qarşı tərəfin qlobal bazarına ciddi mənfi təsir göstərməyə və özünün iqtisadiyyatı üçün bu ölkənin mane kimi mövcud olmasına son vermək istədi.

Lakin, qərarın verilməsindən 2 ay sonra yəni bu günlərdə Vaşinqton Pekinə yüksək gömrük rüsumu tariflərini geri götürdü səbəb isə, Çinin ucuz və çox çeşidli və əvəzi tapılmayan yaxud az tapılan, rəqabətdə rəqibsiz mallarına ABŞ bazarında olan ehtiyacı müxtəlif yollarla qarşılamağın mümkün olmayacağı aydın olduğu üçün geri addım atmaq zəruri idi.
ABŞ nin konfederativ dövlət formalaşdıraraq Qrenlandiya, Kanada, Meksika və Latın Ölkələrini ətrafına yığması və onların təbii sərvət və Xammalından istifadə edərək daxili iqtisadi sistem qurması üçün müəyyən qədər vaxt lazımdır və Çinin mallarına qoyulan yüksək rüsumdan sonra məhsul çatışmazlığını həll etmək hələ ki, qeyri mümkündür.
ABŞ Çini iqtisadi blokada yolu ilə deyil siyasi və diplomatik taktikalar yolu ilə zəiflətmək istəyir.
Son illər NATO nun sakit okean proqramı adı ilə Cənubi Koreya, Yaponiya ilə hərbi siyasi əməkdaşlığını artırdığı, Tayvana ABŞ nin güclü hərbi texniki yardımının artdığı müşahidə edilir.

Məqsəd Şimali Koreyanın radikal davranışlarının qarşısını almaq və Pxenyanın hər hansısa hərbi müdaxilə ehtimalı halında həm Seul və Tokio un dərhal cavab verməsi olsa da, digər tərəfdən sakit okeanda Çinin hegemon ölkə olmasının qarşısını almaqdır.
Şimali Koreya, Çin eyni İdeologiyaya - kommunist ideologiyasına sahib və müttəfiq ölkələrdir. Şimali Koreya nə vaxtsa hərbi təcavüzkar siyasətə əl atarsa NATO və ABŞ Cənubi Koreya və Yaponiyaya hərbi kömək edəcək həm də mümkündür ki, birbaşa münaqişəyə qatılsın. Çin də şübhə deyil ki, Qərbin sərhədlərində güclənməsini istəmədiyi üçün Şimali Koreyaya birbaşa yaxud dolayı kömək edə bilər. Bu zaman ABŞ Çini aqressoru müdafiə etmə bəhanəsi ilə beynəlxalq boykot və sanksiyalar qoyma çağırışı ilə iddia qaldıracaq beləcə, Çini Şimali Koreya amilindən istifadə edərək zəiflədə bilmə iqtidarındadır. Digər tərəfdən, Tayvanı Pekinin qaytarmaq istəyi ritorik diplomatik çıxışlardan müharibə formasına keçə bilər ki, Vaşinqton artıq ötən əsrin ortalarından daha da üzərində protektoratlığını gücləndirdiyi Tayvanı - for postunu itirməmək üçün birbaşa olaraq hərbi yardımını əsirgəməyəcək.
Vaxtilə, Vyetnamda gedən müharibədə (1955-1975) SSRİ nin müdafiə etdiyi şimali Vyetnama qarşı ABŞ nin müdafiə etdiyi Cənubi Vyetnam müharibə aparırdı. Məqsəd SSRİ ni Hind Çin yarımadasında artan nüfuzundan məhrum etmək idi. Lakin, ABŞ sonda qoşunlarını bu ölkədən çıxardı və Vyetnam sosialist bayrağı altında birləşdi. Əvəzində isə sakit okeanda olan müttəfiqləri ilə daha da yaxınlaşdı.
Tayvan üzərində Çini müharibəyə cəlb etməklə həm Pekini böhran vəziyyətinə salmaq həm də Rusiyanı bir nömrəli müttəfiqindən məhrum etmək ABŞ nin həm siyasi həm hərbi planıdır.
Çünki, Rusiya Ukrayna ilə müharibə nəticəsində itirdiyi iqtisadi siyasi gücünü Asiya və Afrikada olan Ölkələrlə tərəfdaşlıq və qarşılıqlı münasibətlər vasitəsilə axtarır. Bu Ölkələr Rusiya üçün məhsullarını satmaq üçün geniş imkan və zəngin və ucuz xammal ehtiyatı təqdim edir. ABŞ üçün isə bir nömrəli güc olmaq istəyi qarşısında bu yolverilməzdir.
Müəllif siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu
TEREF

Dünyapress TV

Xəbər lenti