Avstraliyada melioidoz epidemiyası:
Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, palçıq hissəciklərinin nəfəs yolu ilə udulması və ya çirkli su ilə təmas nəticəsində yayılan melioidoz xəstəliyinin yeni halları Kvinslend ştatında qeydə alınmaqda davam edir.

“Milliyet” xəbər verir ki, rəsmi qurumlar, ştatın şimalında yerləşən Taunsvil şəhərində bir şəxsin həyatını itirməsi ilə melioidozdan ölənlərin sayının 31-ə çatdığını açıqlayıb.
Məlumata görə, 2024-cü ilin noyabrında güclü yağışların başlamasından bu yana ştat üzrə 221 yoluxma halı qeydə alınıb. Səlahiyyətlilər bildirib ki, yaşlı insanlar, həddindən artıq spirtli içki qəbul edənlər və xroniki xəstəlikləri olan şəxslər yüksək risk qrupuna daxildir.
Hazırda güclü yağışların sona çatdığı bölgədə xəstəlik hallarının azalmağa başlayacağı gözlənilir.
 

Dünyapress TV

Xəbər lenti