Ardını oxu...
ABŞ-nin Oklahoma ştatında qaz kəmərində dəhşətli partlayış baş verib.

Bu barədə ABŞ-nin regional yanğınsöndürmə xidməti məlumat yayıb.

Bildirilib ki, alov sütunu 150 metrdən çox hündürlüyə qalxıb, həmçinin 150 km ətrafdan görünür.

Yerli telekanallar yanğının kosmosdan göründüyünü də xəbər verib.

Xəsarət alanlar və ölənlər barədə məlumat yoxdur. Hadisənin səbəbi məlum deyil.

Qaz kəməri “DCP Midstream” şirkətinə məxsusdur.

 
 
 
Ardını oxu...
Nabranda sözügedən Şimal kəndi istiqamətində yolun təxminən 3-4 kilometrlik hissəsi çınqıl örtüklüdür.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, həmin yolda intensiv nəqliyyat axını olmur:

“Çox az istifadə edilən yoldur. Hava şəraitinin düzəlməsini gözləyirik. Həmin ərazidə çınqıl örtüyünün bərpası aparılacaq”.

***

“Qeyd olunan yol sahəsi Xaçmaz rayonunun Şimali kəndi ərazisində yerləşir. Nabran qəsəbəsini kəndlə əlaqələndirən yeganə yol infrastrukturunun vəziyyəti qənaətbəxş deyil”.

Bu barəd Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, hava şəraiti səbəbindən bu yol sərnişindaşıma üçün daha da əlverişsiz vəziyyətə düşüb:

“Lakin sərnişin axını və yüksək tələbat nəzərə alınaraq rayon mərkəzindən Şimali kəndinə sərnişindaşıma fəaliyyəti dayandırılmayıb. Hazırda müntəzəm marşrut avtobusları yolun əlverişsiz 700 metrlik hissəsini mövcud yoldan kənar ərazi ilə hərəkət etmək məcburiyyətindədir. Yolun əlverişsiz hissəsi qət edildikdən sonra avtobuslar hərəkətini yenidən marşrut xətti üzrə davam etdirir”.

***

Xaçmazda avtomobil yolu bərbad hala düşdüyündən sərnişin avtobusları üçün keçilməz olub.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, Nabran yaxınlığında, Şimali kəndinə aparan yol bərbad haldadır:

“Yol o qədər yararsız haldadır ki, sərnişin avtobusu da bura ilə hərəkət edə bilmir. Baxın, avtobus sürücüsü çarəsizlikdən sərnişinləri haradan aparır. Avtobus düz dənizin kənarı ilə hərəkət edir. Bu yola baxan, problemlə maraqlanan yoxdur”.

Həmin videogörüntüləri təqdim edirik:

oxu.az
 
Ardını oxu...
Azərbaycanın əczaçılıq sahəsində aparıcı şirkətlərdən olan "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, qalmaqalı kökündə tərəflər arasındakı alqı-satqı müqaviləsinə dair mübahisə dayanır.

Məlumata görə, "Avromed Company" QSC klinikaya tibb məhsulları satıb. Lakin pulun ödənilməsində problem yaranıb və bu mübahisəyə çevrilib.
"Avromed Company" QSC bu üzdən məhkəməyə müraciət edib.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 22-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək.

"Avromed Company" QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

Kamran İskəndərov "Coca Cola" şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildən isə "Avromed Company"nin baş direktorudur.

Lakin mediada gedən məlumatlara görə, şirkətin sahibi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Cavanşir Feyziyevin tərcümeyi halında qeyd edilib ki, o, 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində işləyib.

Buna rəğmən, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin baş direktoru kimi təqdim edib. Bu barədə İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda bildirilir.

2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed"in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.

Cavanşir Feyziyev 115 saylı Şəki kənd ikinci seçki dairəsindən mandat qazanıb.
 
Ardını oxu...
Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər şəxs həbs olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin istintaq tədbirləri nəticəsində 2 şəxsin qanunsuz əməlləri ifşa edilib.

İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.

Belə ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Ardını oxu...
Kənddəki evinin eyvanında saxladığı çamadanını götürməyə gedən kişi qarşılaşdığı mənzərə qarşısında çox təəccüblənib.

Hadisə Türkiyədə baş verib.

Düzcenin Gelenöz kəndində bir evin eyvanında arıların pətək düzəltdiyi çamadandan təxminən 8 kiloqram bal götürülüb.

Rayon mərkəzində yaşayan şəxs kəndə gedərkən evinin eyvanında boş çamadanda arıların pətək düzəltdiyini görüb.

Həmin anı lentə alan kişi bildirib ki, çamadandan təxminən 8 kiloqram bal çıxıb.
Ardını oxu...
Ardını oxu...
Mənbə: publika.az
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat verib.

“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - paylaşımda deyilir.
 
Ardını oxu...
Ötən gün Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerin avtomobillə toqquşması nəticəsində baş verən partlayışda 3-ü yanğınsöndürən olmaqla 6 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı məlum olub.

Hurriyyet.Az Monqolustanın Milli Fövqəladə Hallar (NEMA) İdarəsi-nə istinadən xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Batorda Dunjinqarav ticarət mərkəzinin yaxınlığındakı kəsişmədə 60 ton mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker avtomobilə çırpılıb.

Bölgəyə çoxlu sayda yanğınsöndürən, polis və sağlamlıq qrupu sövq edilib. Toqquşmadan sonra tankerdə əvvəlcə qaz sızması, sonra isə partlayış baş verib. Alov ətrafdakı binalara və avtomobillərə keçib. Həmin anlar ətrafdakı sakinlərin mobil telefon kameralarına saniyə saniyə əks olunub.

Monqolustan Milli Fövqəladə Hallar İdarəsi (NEMA) tərəfindən edilən açıqlamada, ərazini döyüş bölgəsinə çevirən partlayışda 3-ü yanğınsöndürən olmaqla 6 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 29 avtomobilin zədələndiyi açıqlanıb. . Bildirilib ki, ərazidəki bina sakinləri təxliyə edilib və yanğın saat 02.15 radələrində söndürülüb. NEMA prezidenti G.Ariunbuyan bildirib ki, ilkin araşdırmalara görə, tanker kəsişmədə kəskin dönüş edərək avtomobilə dəyib və sonradan baş verən qaz sızması partlayışa səbəb olub. \\Referans.Az
 
Ardını oxu...
Bakıda tikinti şirkətinin rəhbərinin maşını oğurlanıb.

Şirkət rəhbəri avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edib.
Şikayətçi Tofiq Aslanov oxu.az-a başına gələn hadisə barədə danışıb:
“İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı “Mercedes-Benz S-Class” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub.
 

Ardını oxu...
Zəngilan rayonu, Rəbənd kəndinin ərazisinin "AS Group"a daxil olan "AS İnşaat" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən dağıdılması məlum olub.

Qaynarinfo-nun məlumatına görə, şirkət tərəfindən Zəngilan rayonunun Ağalı kəndində aparılan tikinti quruculuq işləri zamanı belə qanunsuzluğa yol verilib.

Belə ki, Zəngilan rayonu, Rəbənd kəndinin ərazisində keçmiş dövrdə həyətyanı xüsusi mülkiyyətdə olan tam dağılmış evlərin torpaq sahəsinin üst münbit qatının strukturu pozularaq, icazəsiz daşındığı aşkar edilib.

Aparılan araşdırma zamanı şirkətə məxsus üzərində "AS Nəqliyya" emblemi olan "Hx 340 SR" markalı ekskavatorla həmin kəndin torpaq sahəsinin dağıdılması müəyyən olunub. Keçirilən yoxlama zamanı 90-JD 194 dövlət nişanlı "Mersedes AXOR 33-40" markalı yükünü özü boşaldan nəqliyyat vasitəsi də saxlanılıb.

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "AS İnşaat" MMC-nin direktoruna İnzibati Xətlar Məcəlləsinin 228-ci maddəsi ilə protokol tərtib edilib. Şirkətin törətdiyi əməl müvafiq dövlət qurumları tərəfindən də ciddi narazılıqla qarşılanıb.

Məhkəmənin hökmü ilə şirkət rəhbəri İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 6000 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Dünyapress TV

Xəbər lenti