Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.
Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək.
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.
Qeyd edək ki, Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.
Ötən gün “Bravo” supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri məsələyə birmənalı yanaşmayıblar. Yaranan suallardan biri: “Niyə supermarketlərdə bu məhsullar atılır, onları zibil qutularının yanına ayrıca qoymaq olmazmı ki, ehtiyacı olan götürsün?” - olub. Bəziləri isə bildiriblər ki, zibil qabına atılması nəzərdə tutulan məhsullar istifadə üçün təhlükəlidir. Həmçinin zibil qabından kənara qoyulan istənilən tullantılar isə ilk növbədə ətrafın çirklənməsi, zibillərin ətrafa yayılması deməkdir. Atılan məhsullar yararsız olduğu üçün onu başqasına vermək heç bir halda doğru deyil.
Məsələ ilə bağlı yaranan sualları “Bravo” supermarketlər şəbəkəsinə ünvanladıq. Şəbəkənin PR meneceri Pərvanə Mədətli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəbəkə fəaliyyətə başladığı ilk gündən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir:
“Qida təhlükəsizliyi qaydaları, məhsulların saxlanma şəraiti ilə bağlı mütəmadi olaraq əməkdaşlarımıza təlimlər keçirilir.
Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirik ki, şəbəkəmizə aid mağazalarda gün ərzində bütün kateqoriyalara baxış keçirilir. Təbii ki, istehsal müddəti bitmiş, istifadəyə yararsız məhsullar rəflərdən mütəmadi olaraq yığışdırılır.
Meyvə-tərəvəzin yoxlanılması zamanı çürümə, kiflənmə, qurdlanma və s. kimi problemlər varsa, onlar istehlaka yararsız olduğundan tullantı olaraq dəyərləndirilir.
İnsanların sağlamlığı bizim şəbəkə üçün prioritetdir. İstehlaka yararsız məhsulların insanlar tərəfindən istifadəsinə icazə verilməsi isə birbaşa qanun pozuntusudur. “Bravo” bu məsuliyyəti anlayır və bu kimi halların qarşısını almaq üçün əlindən gələni edir.
Əlavə olaraq onu da qeyd edək ki, şəbəkəmiz müxtəlif KSM (korporativ sosial məsuliyyət) layihələrinin birbaşa təşkilatçısı və əsas dəstəkçisidir. Marketlər şəbəkəsi bu kimi layihələrdə həm təşkilatçı, həm də dəstək göstərən qurum kimi iştirak edəndə ümumi strategiya ənənəsini saxlayır - daim keyfiyyətli, təzə məhsulların təqdimatını əsas götürür”.
Sumqayıt şəhər Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada baş verən partlayışın bəzi təfərrüatları məlum olub.
Partlayış baş verən evin sahibinin qonşusu Zenfira Həziyeva “Report”a məlumat verib ki, qonşusu Ceyhun Paşayev həyətdə kanalizasiya çəkirmiş. Nəticədə sızan qaz kanalizasiya xətti ilə evə dolub və partlayış baş verib:
“Qapı qonşumuzdur. Elə partlayış olan kimi qapı üstümə gəldi. Evə qaçmaq istəyəndə gördüm ki, pəncərə də oradan qırıldı”.
Mətanət Qazıyeva isə hadisəni belə xatırlayır:
“Evdə oturmuşdum. Uşaqlar nənəsi ilə hadisə baş verən tərəfdə idilər. Birdən partlayış səsi gəldi və elə bildim zəlzələdir. Hamımız qışqıra-qışqıra çölə qaçdıq. Dedilər ki, partlayışdır. Evində partlayış olanlar da qışqıraraq evdən çıxdılar. Deyirlər qaz sızması olub”.
Qeyd edək ki, bina sakinlərinin sözlərinə görə, sözügedən yataqxanaya qaz xətti çəkilməyib. Partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb.1986-cı il təvəllüdlü Ceyhun Paşayevin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
15.01.2024, 22:24
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hadisə nəticəsində ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.
İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.
15.01.2024, 22:00
Sumqayıtda partlayışda xəsarət alan dörd nəfərdən üçünün vəziyyəti orta ağırdır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində dörd nəfər (ikisi böyük, ikisi uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.
1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.
15.01.2024, 21:40
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, dörd nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb. TEREF Trend-ə istinadla xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir". Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Avtoqəza nəticəsində İmişli rayon sakinləri, 1994-cü il təvəllüdlü T.Sonverdiyeva, 2017-ci il təvəllüdlü N. Məmmədova və Biləsuvar rayon sakini, 1998-ci il təvəllüdlü İ.Ağazadə xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
APA bildirir ki, partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.
Belə ki, 1986-cı il təvəllüdlü Paşayev Ceyhun Eldar oğlu üzün və əllərin yanıqları, onun həyat yoldaşı Paşayeva Vüsalə Gündüz qızı üzün və əllərin 1-2-ci dərəcəli yanığı xəsarətləri alıb.
Bundan başqa onların uşaqları – 2008-ci il təvəllüdlü Paşayeva Nəzakət üzün 2-ci dərəcəli termik yanığı, 2013-cü il təvəllüdlü Paşayev Yusif üzün 1 ci dərəcəli, əlin 2-ci dərəcəli yanığı xəsarətləri alıblar.
Bakıda məşhur restoranların sahibinə qarşı açılmış cinayət işi ilə bağlı məhkəməyə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Miror" restoranında yoxlama həyata keçriilib.
Aparılan yoxlama zamanı restoranın sahibi, 1992-ci ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuş Namidar Niftaliyev tərəfindən sözügedən restoranda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 20 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Təqsirləndirilən şəxs həm də "Tural" şadlıq sarayının sahibidir.
O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü başa çatanadək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış 17 avqust 2023-cü il xidməti məktubundan müəyyən edilib ki, sahibkar "Miror" restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində xeyli məbləğdə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınıb və qabyuyan, xadimə, aşbaz, barmen və digərlər sahələrdə çalışan şəxslərlə hər hansı əmək müqaviləsi bağlamayıb.
İşin istintaqı başa çatıdırılıb və Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərləri olmadığından cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
Ömrü boyu müxtəlif dövlət vəzifələrində, o cümlədən prezident administrasiyasında çalışan Əli Həsənovun ailəsi Dubay və ABŞ-da biznesini genişləndirir. Məlum olub ki, qızı Safiyə Möhbalıyeva Dubayda “RUMI JEWELS” adı daşıyan ikinci zərgərlik mağazası açıb, oğlu Şamxal Həsənli isə ABŞ-da “SOLIS DEVELOPMENT” şirkətini təsis edib. Heç kimə sirr deyil ki, Həsənovlar xalqdan taladığı pullarla müxtəlif ölkələrdə bir sıra mağazalar, daşınmaz əmlak alıblar və indi də bununla kifayətlənməyərək biznes fəaliyyətlərini genişləndirməyə çalışırlar. Qeyd etmək lazımdır ki, Əli Həsənov qızını Milli Məclisin deputatı, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğluna ərə verib. Möhbalıyev 30 ildir ki, eyni vəzifələrdədir və bu vəzifələri gənclərə verməkdən imtina edir. Bəlkə də gözləyir ki, nəvələri böyüyüb bu vəzifələrə otursunlar. Palitra