Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunmuşdur.
Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilmişdir.
DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycan Respublikasında istintaqa cəlb edilmələri təmin olunmuş, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilmişdir.
Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilmişdir.
Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
“Unikal”ın məlumatına görə, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Məlumata görə, qətlə yetirilən Etibar Fətəliyev Yusif İsmayılovun xalası oğlu olub. 1995-ci il təvəllüdlü Etibar Zərdab rayonunun Pərvanlı kənd sakinidir.
Qeyd edək ki, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir. 14.01.24 01:16 Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Etibar Bəxtiyar oğlu Fətəliyev bıçaqlanmış vəziyyətdə üç saylı Təcili Tibbi Yardım Stansiyasına gəlib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
E.Fətəliyev bir neçə bıçaq zərbəsindən çoxlu qan itirib.
Faktı Səbail Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Bakıda yeniyetmə oğlanın bahalı maşının sükanı arxasında parkovçikə qarşı etdiyi hərəkət gündəm olub.
Titul.az xəbər verir ki, bu hadisənin şahidi hər kəsin yaxşı tanıdığı aktyor Nicat Rəhimov olub. Nicat açıqlamasında həmin yeniyetməni "parkovşiki" aşağlıyacaq şəkildə ona uzatdığı pulu yerə atmasını belə şərh edib:
2027-ci ilə qədər müəyyən hədəflər var. Həmin hədəflər, eyni zamanda, növbəti mərhələdə nəzərdə tutulan işlərin icrası üçün zəmin hazırlayır.
Yenisabah.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
"İlkin mərhələdə əsas məsələlərdən biri nəqliyyat infrastrukturu ilə bağlıdır. Bir neçə vacib istiqamətlərdə nəqliyyat xətlərinin çəkilməsi prioritetdir. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Dəmiryol şəbəkəsinin yenilənməsi ilə bağlı proqram var, bu proqrama uyğun işlər görülür. O cümlədən, kommunikasiya xətləri ilə bağlı işlər davamlı olaraq icra olunur. Bu işlər ilk növbədə görülməsi tələb olunan proseslərdir ki, digər mərhələnin işləri başlanıla bilsin.
Bərpa olunan enerji üzrə böyük layihələr həyata keçirilir. Bütün bunlar ərazilərin inkişafı üçün zəmin rolunu oynayır", - deyə sədr müavini əlavə edib.
Qəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb. Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib. Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.
Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib.
Filippində keçirilən toy mərasimi maraqlı anlara şahidlik edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, kilsədə keçirilən mərasimdə bəylə gəlini evləndirməyə gələn nikah məmuru gəlinin keçmiş sevgilisi çıxıb.
Gəlini görəndə çox təəccüblənən məmur mərasimin ortasında gənc qadının onun keçmiş sevgilisi olduğunu etiraf edib:
"Bu ancaq filmlərdə olur. Böyük narahatlıqla deyirəm ki, gəlinlə aramızda illər əvvəl romantik münasibət olub".
Qonaqlar və bəy bu vəziyyətə gülərək reaksiya veriblər.
AFN.az xəbər verir ki, tanınmış jurnalist Səadət Məmmədova bildirib ki, firmanın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazasından aldığı məhsul zay çıxıb, lakin mağaza məhsulu nə qaytarır, nə də dəyişdirir: "Karaca"nın "Elmlər Akademiyası" yaxınlığında, Hüseyn Cavid prospektində yerləşən dükanında mənə sifət edən satıcı heyətindən gileylənəndən sonra getdim Azadlıq prospektindəki mağazaya. Buradakı satıcılar daha babat idi. 35 dəqiqəyədək şirəçəkən maşının qutusunu anbarda axtarandan sonra tapdı və mən nəhayət mağazadan cihazı alıb çıxa bildim.
Məhsul keyfiyyətsiz çıxdı, çəkilən şirə plastik dadı verir. Apardım dəyişdirməyə. Baş ofisləri ilə danışıb dedilər ki, hədiyyə kartı ilə alınan məhsul dəyişdirilə və qaytarıla bilməz. Soruşdum ki, o hansı qanunun hansı bəndində yazılıb, mənə göstərin mən də bilim. Dedilər, bizim mağazada belədir. Dedim, amma Azərbaycan qanunvericiliyində belə deyil və mən sizdən şikayət edəcəm".
S.Məmmədova qeyd edib ki, durumla bağlı Antiinhisar və İstehlak Bazarına Nazarət Dövlət Xidmətinə şikayət proseduru ilə maraqlananda firmadan quruma çox şikayət daxil olduğunu öyrənib: "Məlum oldu ki, ən çox şikayət olunan firmalardan biri məhz "Karaca"dır. İndi mənə maraqlıdır ki, bu "Karaca"nın sahibi və rəhbərliyi niyə Azərbaycan qanunlarını saymır? Niyə ölkənin qanunu ilə yox, öz uydurduqları qanunla işləyirlər?"
Azərbaycanda fəaliyyət göstərən bir çox taksi şirkətlərində həm nağd, həm də nağdsız ödəniş forması mövcuddur. Ölkədə nağdsız ödənişdən istifadə edən şəxslərin sayı günü-gündən artmaqdadır. Belə ki, Azərbaycanda bu il noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 355 min ədəd artaraq 16 milyon 565 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artıb.
Nağdsız ödənişlərin sayı artsa da, bu sahədə olan problemlər hələ də davam etməkdədir. Taksi şirkətlərinin bir çoxunda nağdsız ödənişli sifarişlər zamanı sürücülər bunu qəbul etmək istəmir. Nəticədə, vətəndaşlar belə hallarda bir çox problemlə üzləşir.
Bu məsələnin həlli üçün addımlar nəyə görə atılmır?
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov problemin həlli yolları ilə bağlı Referans.az-a verdiyi açıqlamada danışıb.
“Hazırda Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin tətbiq etdikləri sistemdə sifarişlər zamanı ödənişin hansı formada olacağı barədə məlumat olmur. Yalnız sifarişi qəbul etdikdən sonra bəlli olur ki, sifarişin ödənişi nağd olacaq yoxsa nağdsız. Çox güman ki, buna qarşı şirkət özü də mübarizə aparır. Amma elə sürücülər var ki, nizam-intizamdan kənara çıxaraq belə hallara yol verir. Aydın məsələdir ki, həmin sürücülər şirkətə borcları olduqda və ya pulu kartdan çıxarmaq istəmədikləri üçün belə edirlər. Aydın məsələdir ki, bu vətəndaşlar tərəfdən ləngimə və ya başqa problemlərlə müşahidə olunur. Lakin dövlət qurumları tərəfindən belə bir mexanizm mövcud deyil ki, bu məsələnin tənzimlənməsi təmin olunsun”.
Ekspert bildirib ki, bu məsələnin tənzimlənməsi ilə bağlı mexanizmin mövcud olmaması vətəndaşların problemlərini sadəcə sosial şəbəkələrdə dilə gətirməsinə gətirib çıxarır ki, bu da nəticə vermir.
“Belə halda nağdsız ödənişin ləğv olunması da effektiv üsul deyil. Çünki bu da vətəndaşların narazılığı ilə nəticələnə bilər. Taksi şirkətləri vətəndaşları məmnun etmək üçün hər formada ödəniş forması təşkil edib, lakin bəzi nüanslarda problemlər yaşanır. Ümumiyyətlə, kart vasitəsilə edilən ödənişlərə dövlət də nəzarət edə bilir. Buna görə də nağdsız ödnişlərin ləğvi düzgün olmazdı. Sadəcə buna nəzarət edə biləcək bir mexanizmə ehtiyac var. Hazırda fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hansısa bir mexanizm tətbiq etməlidir”.