Ardını oxu...
Türkiyənin Çankırı şəhəri Çərkeş rayonunun bələdiyyə sədri yeni namizədi bıçaqlayıb.

"Unikal" xəbər verir ki, Kadir Y. adlı hazırkı bələdiyyə sədrinin yeni namizəd Erdal Dağistanla mübahisəsi yaranıb.

45 yaşlı namizədi bıçaqlayaraq öldürən 62 yaşlı sədr həbs edilib.
 
Ardını oxu...
İsrailin şimalındakı yüksək dağlıq ərazilərdə arxeoloqlar böyük əhəmiyyət kəsb edən kiçik daş artefakt aşkar ediblər.

Bu barədə “Cebhe.info” “Near Eastern Archaeology” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir. Məlumata görə, əşya 2800 illik möhürdür və Müqəddəs Kitabda, yunan mifologiyasında tapılan məşhur motivin təkamülünün "itkin halqasını" təmsil edir.

2022-ci ildə Tel Hazorda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən möhür dramatik döyüş ardıcıllığını təsvir edir.

Tədqiqat müəllifi Kristof Uelinqerin sözlərinə görə, burada yeddibaşlı ilanla döyüşən nizə ilə insan fiquru təsvir edilib. Onun kənarında qrif, skarab və bir cüt meymun da görünür.

Təxminən 1,5 düym uzunluğunda olan möhür eramızdan əvvəl 800-750-ci ilə aiddir. Alim hesab edir ki, bu, çox güman ki, israillilər və ya finikiyalılar tərəfindən hazırlanıb.

Yeddibaşlı ilanı öldürən qəhrəmanın motivi artefaktın özündən çox qədimdir. İlk dəfə eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyada ortaya çıxdı. Oradan motiv bütün bölgəyə yayılmağa başlayıb və İbrani İncilinə daxil olduğu indiki Suriya ərazisindəki qədim mətnlərdə görünüb.

Velinger deyib ki, İsraildə qəhrəman leviafana qarşı mübarizə aparan Yehova - tanrının ibrani adıdır.

Əsrlər sonra xristian İncilində - mələklə döyüşən ilan-heyvan kimi üzə çıxıb.

Eyni motiv yunan mifologiyasında çoxbaşlı ilana bənzər məxluq olan hidra ilə döyüşən Herkulun obrazında da meydana çıxıb.

Bu təsvirin hər yerdə olması onun eramızdan əvvəl I və II minilliklərdə yayılması haqqında çox az şey bilən tədqiqatçıların təəccübünə səbəb olub.

Bu tapıntı motivin Suriyanın şimalındakı Uqaritdən Finikiya vasitəsilə İsrailə yayıldığı fərziyyəsini dəstəkləyir.

"Finikiyalı malimlər çox güman ki, Son Tunc dövründən başlayaraq Uqaritdən (Suriyadakı qədim şəhər) miras qalmış ənənəni qoruyub saxlayıblar",-deyə alim bildirib.

Bununla belə, bu motivin qərbə doğru necə yayıldığı və Herkulesin məşhur mifologiyasının bir hissəsinə çevrildiyi dəqiq məlum deyil.
 
Ardını oxu...
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunur. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir.

Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər. Bu hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz.

Layihədə üzərinə həbs qoyulmuş əmlaka qulluq qaydası da müəyyən edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, son günlər borcunu qaytarmayanlara qarşı cəzaların daha da sərtləşdiriləcəyi ilə bağlı fikirlər də səslənir.

Qanun layihəsi hansı yenilikləri gətirəcək?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebhe.info”-ya bildirdi ki, əslində bu, yeni qayda deyil:

“Əgər onu icbari qaydaya salırlarsa, borcu yaranan və qaytarmayan şəxsin ölkədən çıxışına avtomatik surətdə qadağa qoyulacaq. Əsində bu mexanizm var. Bu gün bank məhkəməyə müştəri ilə bağlı müraciət edirsə və gediş-gəlişi ilə bağlı “stop” qoyulması üçün vəsatət qaldırırsa, onda məhkəmə bu qərarı qəbul edir. Mən belə düşünürəm ki, yeni qaydalarla məhkəməyə müraciət olunan kimi qeyri-şərtsiz bu “stop” qoyulacaq. Burada yalnız banka borcdan da söhbət getmir.

Məsələn, adi bir telefon şirkətinə borc varsa, şirkət məhkəmə qarşısında iddia qaldırıb vətəndaşa “stop” qoydura bilir. Yaxud kommunal borcla bağlı da bir problem yarana bilir. İstənilən yerdə əgər iddia qaldırılırsa, hakim hesab edirsə ki, burada əsas var, dərhal ölkədən çıxışa məhdudiyyət qoyulur. Bir çox insanlarla bağlı belə problemlər var. Sərhəddən keçərkən Dövlər Sərhəd Xidməti bildirir ki, sizin çıxışınıza qadağa qoyulması ilə bağlı qərar qəbul olunub.

Bu proses Azərbaycan üçün yeni deyil və yeganə təsiredici mexanizmdir. Belə ki, əgər bir vətəndaşın digərinə borcu varsa, borcu ödəyəcək heç bir imkanı yoxdursa, ölkədən qaçıb gedir. Onu hansısa vasitə ilə saxlamaq lazımdır. Bu, yeganə mexanizmlədən biridir. Sadəcə arzu edək ki, vətəndaşlarımız bu vəziyyətə düşməsin. Ancaq bu, artıq avtomatlaşdırılımış şəkildə qərarın ayrılmaz bir hissəsi kimi qəbul edilir”.

Ekspertin sözlərinə görə, əgər vətəndaşın borcu yaranırsa, bankla elə müstəvidə danışıqlar aparmalıdır ki, məhkəmə predmeti yaranmasın:

“Vətəndaş istehlak krediti götürəndə öhdəlik götürür. Bu öhdəliyi yerinə yetirməyəndə qanunvericilikdə onun hər hansı bir imtiyazı yoxdursa, daşınmaz əmlaka yönəldilir. Sonra isə daşınmaz əmlaka həbs qoyulub satışını təmin edirlər, müəyyən borc hissəsini təmin edir, digər hissəni isə özünə qalır. Əgər borcu əhatə etmirsə, həm əmlakını itirir, həm borcu qalır.

Bununla yanaşı, vətəndaşın bir evi varsa, minimal yaşayış normativinə aid kvadrat göstərilir ki, bu, onun sonuncu evi, sonuncu əmlakıdırsa, onda ona toxunmurlar. Belə humanist qərarlar da var. Ancaq o demək deyil ki, həmin bir ev villa olsun. Onu satıb, borcunu qaytarıb, kiçik evə köçə bilər. Ümumiyyətlə, düşünürəm ki, borcla bağlı bizdə daha kəskin qərarlar qəbul edilməlidir. Bütün ölkə bir-birinə borcludur.

Xaricdə belə bir amil yoxdur. Qanunvericilik borclanmanın qarsışını elə alıb ki, qorxudan heç kəs bir-birinə borclu qalmır. Bizdə qanunvericiliyin yumşaqlığından istifadə edib, hamı biri-birinə borcludur. Dolanışıq üçün bu lazımdır. Ancaq insanlar bir-birini aldatmaq metodologiyasına keçiblər”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirdi ki, bu qanun var, ancaq düzgün tətbiq olunmur:

“Məsələn, ölkədən çıxışa məhdudiyyət qoyulur. Qanuna görə, o halda məhdudiyyət qoyula bilər ki, pulu var, ancaq borcu ödəmir. Ancaq bunu yoxlamırlar, hamıya “stop” tətbiq edilir. Hər bir halda hamı bilməlidir ki, öz əmlakına görə məsuliyyət daşıyır. Əmlak yoxdursa, heç bir məsuliyyətdən söhbət gedə bilməz. Ola bilər ki, qaydalar sərtləşsin”.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin “KamAZ” markalı yük maşını sürdüyü görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər Kremlin saytında dərc olunub.

O, Baş nazirin müavini Marat Xusnullinlə yük maşınına minib. Onlar M-12 Vostok magistralının Kazan yaxınlığındakı hissələrinin birində yerləşən çoxfunksiyalı zonaya (MFZ) gəliblər.

Kadrlardan görünür ki, kabinədə Putini gözləyən Xusnullin Prezident içəri girəndə onunla zarafat edib:

“Vladimir Vladimiroviç, salam! Mənə M-12 Vostok şossesinə apara bilərsinizmi?”
 
Ardını oxu...
Fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy məlum olub.

Bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, Navalnının anası Lyudmila fevralın 21-də müstəntiqlərin onu Salexard morquna apardığını və oğlunun meyitini göstərdiklərini söyləyib.

O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını deyib.

Lyudmila Navalnaya göstərilən tibbi rəydə Alekseyin ölümünün səbəbinin təbii olduğu bildirilir.
 
Ardını oxu...
Braziliyada keçirilən G20 nazirlər toplantısına gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun Latın Amerika turunda problem yaşanıb.

“AeroTelegraph”ın məlumatına görə, Rio-de-Janeyro hava limanında Lavrovun RA-96019 dövlət nömrə nişanlı İl-96 təyyarəsinə yanacaq doldurulmasına icazə verilməyib.

Aeroport xidmətləri operatoru “Vibra Energia” qərarını ABŞ sanksiyaları ilə izah edib.

Beləliklə, Lavrovun ölkə Prezidenti Luiz İnasio da Silva ilə görüşünün planlaşdırdığı Braziliyaya uçuşu təhlükə altında qalıb. Lavrov sonradan Moskvaya qayıtmağı planlaşdırıb və onun təyyarəsini Braziliya Hərbi Hava Qüvvələrinin kerosini ilə doldurmaq imkanı nəzərdən keçirilib. Lakin bu plan da baş tutmayıb. Rəsmi versiyaya görə, hərbçilərin kifayət qədər yanacağı olmayıb.

Nəticədə Lavrov Braziliyanın xarici işlər naziri Mauro Vieyranın təyyarəsində səyahət yoldaşı kimi ölkənin paytaxtına uçmalı olub.
Ardını oxu...
ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə bağlı təhqiramiz ifadələri milli təhlükəsizliklə bağlı narahatlıqdan qaynaqlanır.

Bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. Kreml rəhbəri də öz növbəsində amerikalı həmkarının təhqirinə cavab verib.

Həmçinin Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə nota göndərib.

Mənbə: axar.az
Ardını oxu...
Sabiq millət vəkili, Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Musa Musayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstən “ASAN xidmət” barəsində tənqidi fikirlər səsləndirib.
Yeniavaz.com xəbər verir ki, o, qərbi azərbaycanlıların şəxsiyyət vəsiqəsində doğum yerinin dəyişdirilməsi prosesinin çətinləşdirildiyini iddia dib və buna görə “ASAN xidmət”i tənqid edib.
“Bu gün səhər qalstukumu taxdım, kastyumumu geyindim, çox həvəslə və şux bir əhval-ruhiyyə ilə 1 saylı “ASAN xidmət”ə üz tutdum. Məqsədim şəxsiyyət vəsiqəmi yeniləyib, doğma rayonumun və kəndimin adını tarixiləşdirmək idi. Bu məsələni mən vaxtilə parlamentin tribunasından 2000 və 2005-ci illərdə iki dəfə səsləndirmişdim. Bir neçə pəncərədən keçdim, mənasız sorğu sual... Nəhayət, doğum şəhadətnaməsinin tərcüməsi, həyat yoldaşımın sağ olması barədə arayış, anamın sağ olması barədə, 1998-ci ildə dünyasını dəyişən atamın ölüm kağızını və s. tələb etdilər. Anladım ki, “ASAN xidmət” çətin xidmətlə əvəzlənib, sakitcə sənədlərimi götürüb kor-peşman oradan uzaqlaşdım.
Deməli “Asan xidmət”də də erməni əli var? Yüzminlərlə qərbi azərbaycanlının şəxsiyyət vəsiqəsini dəyişməsi yəqin ki, baş tutmayacaq!”

Məlumat üçün qeyd edək ki, 2000-2005-ci illərdə millət vəkili, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmiş Musa Musayev hazırda 20 saylı Nərimanov ikinci seçki dairəsinin sədri və Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvüdür.
 
Ardını oxu...
Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Əlavə məlumat olarsa bildiriləcək.
 

Dünyapress TV

Xəbər lenti