SSRİ-yə qaçmaq istəyən amerikalı –
Ən yeni tarix. Maraqlı faktlar.
Riçard Xelms 1966-1973-cü illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib. O, kəşfiyyatçı kimi Amerika tarixinə olduqca populyar və maraqlı bir şəxs kimi düşüb. Hətta ölümündən sonra da Riçard Xelms amerikalıları təəccübləndirməyi bacarıb. Belə ki, 2023-cü ildə kəşfiyyat idarəsinin sabiq rəhbərinin qələmə aldığı xatirələrin birinci cildinin ABŞ Konqresində təqdimatı keçiriləndə Xelmsin həmin kitabdakı açıqlamaları tədbir iştirakçılarının təəccübünə səbəb olub.
Maraqlıdır, söhbət hansı açıqlamalardan, təəccübə səbəb olan hansı faktlardan gedib?
Xelms öz xatirələrində qeyd edib ki, 1970 ci ildə təkcə Amerikanın yox, bütün dünyanın ən məşhur simalarından birinə çevrilən Nil Armstronq SSRİ-yə qaçmağa cəhd edib. ABŞ vətəndaşı olan Nil Armstronq adını tarixə Ayın səthinə ilk qədəm qoyan şəxs kimi yazıb və eyni zamanda bu ilkə imza atmaqla öz ölkəsini, ABŞ-ı SSRİ-dən bir addım önə çəkib.
Qeyd edək ki, Nil Armstronq 1930-cu ildə Ohayo ştatının Uapkoneta şəhərində anadan olub. Gələcək astronavtın uşaqlıq illəri 20-dən artıq şəhərdə keçib. Atası audit vəzifəsində işlədiyindən ailə tez-tez onun xidməti işi ilə bağlı başqa-başqa şəhərlərə köçüb.
Nil Armstronq orta təhsilini başa vurduqdan sonra Perdyu Universitetinin Aviasiya sənayesi fakültəsində təhsil alıb, daha sonra təhsilini Massaçuset Texnologiya İnstitutunda davam etdirib.
ABŞ Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edən Nil Armstronq sınaqçı pilot vəzifəsində işləyib və reaktiv təyyarələri sınaqdan keçirib. Həmin ərəfədə Koreya müharibəsində iştirak edib. 78 dəfə döyüş uçuşu icra edən Nil Armstronq iki dəfə Qızıl ulduzla təltif olunub.
Nil Armstronq 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsində (NASA) astronavtlar qrupuna qəbul edilib. 16 mart 1966-cı ildə “Cemini-8” kosmik gəmisinin komandiri kimi Skotla birlikdə kosmosa uçub. Uçuş 10 saat 40 dəqiqə davam edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707406247_2.jpg
1969-cu ilin 16-24 iyul tarixində isə onun orbitə ikinci uçuşu planlaşdırılıb. Orbitdə olduğu vaxtda 21 saat 36 dəqiqə Ay səthinin üzərində uçuş edən astronavt iyulun 21-də Ayın üzərinə enib. O, uçuş müddətinin 2 saat 31 dəqiqə 40 saniyəsini Ayın üzərində keçirib. İlk dəfə Ay səthinə insanın qədəm qoyması hadisəsi dünya mətbuatında möcüzə hadisə kimi işıqlandırılıb.
İlk dəfə Aya səfər edən astronavt bir ildən sonra, 24 may 1970-ci ildə SSRİ-yə səfər edib.
Siyasi ekspertlər Nil Armstronqun sosialist ölkəsinə səfərini ABŞ-la SSRİ-nin arasında olan soyuq münasibətlərə bir mülayimlik gətirən səfər kimi qiymətləndiriblər. Məhz tərəflərə məxsus “Appolon” və “Soyuz” kosmik gəmilərinin kosmosda “görüş”ünün layihəsinin ilk razılaşdırılmaları da Nil Armstronqun SSRİ-yə səfəri zamanı baş tutub.
Səfər çərçivəsində Nil Armstronq Leninqradda keçirilən Beynəlxalq Kosmik Tədqiqatlar Komitəsinin təşkil etdiyi konfransda iştirak edib. 30-dan artıq ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ astronavtının məruzəsi böyük maraqla qarşılanıb.
Kommunist ölkəsinə səfər edən astronavt SSRİ-nin bir sıra şəhərlərini gəzib, maraqlı görüşlər keçirib. O, Lenin mavzoleyini ziyarət edib, Yuri Qaqarinin Kreml divarlarındakı xatirə lövhəsinin qarşısına gül dəstəsi düzüb, həmkarına ehtiramını bildirib.
Səfər çərçivəsində amerikalı astronavtın Leonid Brejnevlə görüşü də nəzərdə tutulub. Ancaq həmin ərəfədə baş katibin səhhətində yaranan ciddi problemlər bu görüşü təxirə salıb.
Baş katibin əvəzinə astronavtı SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin qəbul edib. Səmimi keçən görüşdə onların arasında maraqlı dialoq yaranıb. Kosıgin zarafatyana Armstronqdan soruşub:
- Siz ilk şəxssiniz ki, Aya düşmüsünüz. Necə düşünürsünüz, biz Ayda sosialist cəmiyyəti yarada biləcəyikmi?
Astronavtın baş nazirin sualını cavabsız qoymayıb:
- Sizin Yerdəki qurduğunuz sosialist cəmiyyəti bütün qalaktika üçün yetərlidir ki, tərəqqiyə doğru irəliləyək.
Armstronq SSRİ səfərindən Amerikaya xoş təəssüratlarla qayıdıb. Məhz elə bu səfərdən sonra o, SSRİ-yə qaçmağı haqqında düşünüb. Astronavt ən çox etibar etdiyi həmkarlarından birinə gələcək planları haqqında danışıb. “Həmkar” isə Mərkəzi Kəşfiyyat İdarəsinin gizli agentlərindən biri olub. O, Armstronqun planlarını dərhal idarəyə çatdırıb.
1970-ci ilin yay aylarında Armstronq Amerikanı hansı ərazidən tərk edəcəyini də dəqiqləşdirib. Ancaq o, son məqamda Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılanaq nəzarətə götürülüb. İstintaq zamanı Armstronq öz planlarını gizlətməyib:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707406247_3.jpg
“Mənim SSRİ-yə qaçmaq planım olub. Mən bunu gizlətmirəm. Amma siz bunun səbəbini də soruşmalısınız. Amerikada insanlar pul uğrunda mübarizə aparırlar. SSRİ-də isə tam fərqli bir mənzərədir. Bu ölkədə mənəvi dəyərlərə, insanın gələcək inkişafına daha çox diqqət yetirilir. Kim belə ölkədə yaşamaq istəməz?”
Bu hadisədən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi nəzarətində saxlanılan Nil Armstronq 1971-ci ildə NASA-dan ayrılıb, ayrı-ayrı universitetlərdə mühazirələr söyləyib. Daha sonra o, fəaliyyətini biznesə yönəldib, “AIL Systems” şirkətinə rəhbərlik edib.
2012-ci ildə Nil Armstronqun ürəyində cərrahi əməliyyat aparılıb. Ancaq həkimlər onu xilas edə bilməyiblər. Aya ilk qədəm qoyan astronavt 82 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev

Dünyapress TV

Xəbər lenti