Ardını oxu...
"Təxminən yarım saat əvvəl nömrəsiz motosikletdə manyak tipli maskalı bir şəxs mən nəqliyyat vasitəsini idarə edərkən qarşımı kəsərək maşına vurmağa başladı və mənə hücum etdi".

Bu barədə e-huquq.az-a vəkil Nərmin Əliyeva məlumat verib.

O bildirib ki, hücumdan özünü qorumaq üçün maşınla hadisə yerindən uzaqlaşsa da, həmin şəxs onu izləməyə davam edib: "İkinci dəfə qarşımı kəsib maşının güzgüsünü sındırdı. Bu hadisənin şahidləri də var".

Vəkil hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə məlumat verdiyini qeyd edib.
 
Ardını oxu...
Son vaxtlar qadın xalq artistlərinin əksəriyyəti ifa tərzi ilə deyil, açıq-saçıq geyimləri ilə gündəmə gəlirlər. Tamaşaçı onların ifasından çox yarıçılpaq tərzləri ilə seçilən geyimlərinə diqqət çəkirlər. Bu hal izləyicilər tərəfindən tənqidlə qarşılansa da, xalq artistləri sanki bir-birlərinin inadına vulqarcasına soyunmağa üstünlük verirlər.

Bu günlərdə Xalq artisti Tünzalə Ağayeva yenidən geyimi ilə diqqətləri üzərinə çəkib. Səhnəyə başıqapalı gələn, sonradan açıq-saçıq geyimlərə üstünlük verən Xalq artistinin son zamanlar gündəm olan geyimləri xoş qarşılanmır.

Digər xalq artistlərimiz - Aygün Kazımova və Röya Ayxan da açıq-saçıqlıqda həmkarlarından geri qalmırlar. Geyimləri ilə gündəmi alt-üst edən xanım məşhurlarımız arasında bədənlərinin müxtəlif nahiyələrini açaraq zövq oxşayanlar, ikrah hissi oyadanlar da var.

“Azadlıq açıq-saçıqlıqla ölçülmür”

Tanınmış Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov Bizim.Media-ya açıqlamasında müğənnilərin səhnəyə açıq-saçıq və vulqar geyimlə çıxmalarını biabırçılıq kimi qələmə verib.

O, xanım məşhurların yarıçılpaq geyimini təbliğ edən, onlara efir imkanı yaradan televiziyaları da sərt şəkildə tənqid edib:

“Bu faciəni Azərbaycan xalqına yaşadan televiziyalardır. Şəxsi maraqları üçün pul qazanacaqlar deyə bu millətin əxlaqını, mənəviyyatını və ideologiyasını bu günə qoymaq olmaz. Hanı nəzarət? Soyunmaqda məqsəd nədir? Səs yox, avaz yox, ritm yox, söz mədəniyyəti yox, musiqi təhsili və mədəniyyəti yox... Azadlıq açıq-saçıqlıqla, əxlaqsızlıq, özbaşınalıq, mənəviyyatsızlıqla ölçülmür. Azadlıq mənəvi əxlaqdır.

Teleziyaları güllələmirəm və ya bağlamıram. Sadəcə soruşuram, əxlaqsızlıq, mənəviyyatsızlıq və şoulara niyə bu qədər şərait yaradırsınız? Sizin evdə ananız, bacınız, bibiniz, xalanız, millətin ağsaqqalı, ağbirçəyi, əxlaqlı qız-gəlini yoxdu məgər? Küçədə qalan insanların nəyini, kimi təbliğ edirsiz?

Heç olmaya düz əməlli görünüşləri olsa, adamı yandırmaz.

Karsetlə bədənlərini yığıb, botoksla üzlərini, dodaqlarını şişirib, dar eybəcər geyimlə özlərini reklam edirlər. Dəhşət burasındadır ki, səsi olmayanlar oxumaqla məşğuldur. Ağızlarına gələn söz və musiqi ilə özləri bəstələyib özləri də oxuyurlar. Adamın gərək ailədən, vicdandan, eldən, Allahdan, ilahiyyatdan gələn bir ədəbi-ərkanı, mənəviyyatı, əxlaqı da olsun...”

Şeyx Əbdül müğənninin, xüsusilə xalq artistinin geyimi ilə deyil, səsi ilə diqqət çəkməli olduğunu vurğulayıb:

“Ay xalq, ay millət utanmırsız, toylarınıza belə murdar-murdar insanları dəvət edirsiz? Ona görə də boşanmaların sayı rekord vurur. Bu gün Azərbaycanda ən inkişaf edən sahə manıslar-oxuyanlar sənayesidir. Ölkə zavod və fabrikdən çox manıs istehsal edir. Allah milyonda bir adamlara səs verərdi. Hamı deyərdi bu, Xan Şuşisinskinin, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun səsidir və onları elan etməyə ehtiyac yox idi.

İndikilərə isə əndamlarını və bədənlərini nümayiş etdirmək üçün televiziyalarda saatlarla vaxt ayırırlar. Buna aidiyyəti qurumlar nəzarət etməlidir. Mən sizin vasitənizlə Mədəniyyət Nazirliyinə, Milli Məclisin Mədəniyyət komitəsinə və digər qurumlara müraciət edirəm. Ciddi bir məsələyə diqqət çəkin!

Canavar tələyə gəlməyəndə, gülləyə gəlir. Bunlar artıq sözlə islah olunmurlar. Onlar haqqında qanun və cəza olmalıdır.

Mənəviyyat polisi və bu sahə üzrə qanun olmalıdır. Mahnılar senzuradan keçməlidir. Oxuyanların ritmləri yoxlanmalıdır. Bu gün abrımızı, ismətimizi, namusumuzu və əxlaqımızı küçədə qoymuşuq. Bunlara milyonlar xərcləyən insanları da başa düşmürəm. Onların evdə arvad, uşaqları yoxdur? Kimə və niyə verirsiz pulları?”, deyə xalq artisti əlavə edib.

“Müdaxilə etmək çətindir”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa da məsələyə münasibət bildirib. O, sözügedən məsələyə müdaxilə etməyin bir qədər çətin olduğunu deyib:

“Çünki müğənni buna öz seçimi olan bir məsələ kimi baxır. İnsanların da öz seçimi var. Kimin nə geyəcəyini müəyyən etmək hansısa komitənin və ya qurumun işi deyil. Hər halda müğənnilərin özləri bunun ətrafında çox düşünməlidirlər.

Onların müəyyən dərəcədə nüfuzuna aid olan məsələdir. Əlbəttə ki, cəmiyyətin müəyyən istəklərinə uyğun davransalar, onların özləri üçün daha faydalı olar.

Təəssüf ki, bu istiqamətdə xüsusi bir düzənləmə yoxdur. Amma müəyyən sosial layihələr həyata keçirən qurumlar mütləq bu amilləri nəzərdə tutmalıdırlar. Çünki bu, həm də səhnə mədəniyyətidir. Səhnədə göstərilən hansısa davranışlar cəmiyyəti mənfi və ya müsbət yöndə təsir altında saxlaya bilir. Hər halda məsələni diqqətdən qaçırmamaq lazımdır. Amma konkret göstəriş vermək və hansısa standart müəyyən etmək səlahiyyəti kimsədə yoxdur”.
Bizim.Media
 
Ardını oxu...
Azərbaycanda 2022-ci il ərzində cinayət törədən qadınların sayı 1 227 nəfər olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda qeyd olunub.
Komitənin açıqladığı məlumatda göstərilir ki, il ərzində qadınlar ən çox narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törədiblər. Bu növ cinayət törədən qadınların sayı 229 nəfər olub.

İkinci sırda dələduzluq edən qadınlar yer alır. İl ərzində ümumilkdə 185 qadın dələduzluq edib.

Cinayət növləri üzrə ən aşağı göstərici quldurluq edən qadınların sayında qeydə alınıb. İl ərzində cəmi 2 qadın quldurluq edib.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda dələduzluq və quldurluq edən qadınların sayı 2019 və 2020-ci illərdə kəskin dəyişib.

Belə ki, açıqlanan hesabatda göstərilir ki, 2019-cu ildə 8, 2020-ci ildə isə 98 qadın dələduzluq edib.

Eyni zamanda 2019-cu ildə 100 qadın quldurluq etdiyi halda, 2020-ci ildə cəmi 2 qadın dələduzluq edib.

Məlum məsələdir ki, bir il ərzində cinayətkarlıqla bağlı göstəricilərin bu cür kəskin dəyişməsi mümkün deyil.
Cədvəldə yer alan göstəricilərdən açıq şəkildə görülür ki, 2000-2019-cu illəri əhatə edən məlumatlarda dələduzluq və quldurluq edən qadınların sayı Komitə tərəfindən səhv qeyd olunub.

Aşağdakı cədvəldə cinayət törədən qadınların cinayət növləri üzrə bölgüsü yer alır:
Ardını oxu...
 
Ardını oxu...
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin nəvəsi Ruaa Hammam İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə "Pars Today" məlumat yayıb.
Ruaa Hammamın Qəzza Universitetinin tibb fakültəsinin tələbəsi idi.
 
Ardını oxu...
Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1966-cı il təvəllüdlü Olqa Vladimir qızı Əliyeva döyülüb.

Ağır xəsarət alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin və üz nahiyəsinin çoxsaylı əzikləri diaqnozu qoyulub.
Ona xəsarət yetirməkdə gəlini şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Son vaxtlar evdən qaçan gənclərin sayı durmadan artır. Təəssüflər olsun ki, bunların arasında qızlar çoxluq təşkil edir. Belə bir sual ortaya çıxır. Səbəb nədir? Valideyn diqqətsizliyi, yoxsa gənclərin özbaşınalığı?

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, gənclərin evi tərk etməsinin bir çox səbəbləri ola bilər:

“Yeniyetmələrin evdən qaçmalarının səbəbi onların ailə münaqişəsi zəminində narahatlıq hissi, özünü təhlükədə qorumaq cəhdi və yaxud "azadlıq eşqi"- nə tutulmasıdır. Bu yaşda uşaqların beyni qarışıq olur. Mütləq dəstək və nəzarət olmalıdır. Bəzən valideynlə uşaq arasında soyuqluq olur ki, nəticədə hansısa problemini, narahatlığıni valideyninə deyə bilmir. Hətta ailə böyüklərindən qoruxduqları üçün qaçmaq məcburiyyətində qalırlar. Bəzən isə yeniyetmələr onların azadlığının məhdudlaşdırıldığını fikirləşirlər. Azadlıq anlayışının fərqli olduğunu zənn edirlər. Evdən getməklə azadlıqlarını əldə edecəklərini düşünürlər. Demək olar ki, çoxu evdən getdikləri üçün peşman olur. Xüsusilə işsiz, evsiz qaldıqda çətinlikləri başa düşürlər. Lakin peşman olsalar belə, utandıqları və çəkindikləri üçün geri qayıtmaqda çətinlik çəkirlər. Bu elə bir vəziyyətdir ki, nə valideyni övladına nəzarət etmədiyi üçün qınamaq nə də ki, məktəbdəki müəllimləri günahlandırmaq olur. Çünki müşahidə etsək görərik ki, yaxşı təhsili, daima maraqlanan valideyni olan uşaqlar belə evdən qaçmağa cəhd edirlər".
 
Ardını oxu...
“Mən üç il əvvəl İkinci Qarabağ müharibəsi başlayanda zəfərin olacağına inanan Azərbaycan Ordusu və xalqını gördüm”.

Bu sözləri Baku TV-yə açıqlamasında türkiyəli jurnalist, “CNN Türk”ün şef redaktoru Fulya Öztürk deyib.

“İnsanlar o qədər inanırdılar ki, bu zəfərin əldə olunacağına, əslində, bu inanc qələbəyə səbəb oldu. Azərbaycan Ordusu çox güclü idi. Amma Prezident İlham Əliyevin inancı, “Nə oldu Paşinyan?”, “Dəmir yumruq” kimi sözləri bütün dünyada yaddaşlara həkk olundu. Mən insanların bunu unudacağına inanmıram”, - o qeyd edib.
Ətraflı süjetdə:

 
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.
Paylaşımda yazılıb:
"Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"

Dünyapress TV

Xəbər lenti